E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə52/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   48   49   50   51   52   53   54   55   ...   125

 
 
107
Maya dəyəri ümumi olmaqla, həm də  məhsul vahidi qismində  fərdi xarakter daşıyır. 
Aqreqativ təzahürdə istehsal xərcləri  orta  maya  dəyərində  də  əks olunur. Bununla belə, maya 
dəyəri istehsal və tam olmaqla təsnifata məruz qalır. Məhsul istehsalının ilk mərhələsindən 
başlayaraq tam hazır məhsulun şəhadətinə qədər proses istehsal maya dəyərini ifadə edir. Tam 
maya dəyəri isə istehsal xərclərinə məhsulun reallaşmasının xərclərini əlavə etməklə hesablanır. 
Sahəvi müstəvidə maya dəyərinin strukturu daimi kəmiyyət olaraq qalır və istehsalın üzvi 
quruluşu nə qədər yüksəkdirsə, istehsal olunmuş istehsal vasitələrinin dəyərinin xüsusi çəkisi də 
bir o qədər çox olur. Maya dəyərinin strukturunu və  dəyişkənlik perspektivini bilməklə, onu 
azaltmaq yollarının təyinatı asanlaşır. Maya dəyərinin aşağı salınmasının istər ayrıca bir 
müəssisə üçün, istərsə də bütün iqtisadiyyat üçün böyük əhəmiyyəti vardır. Maddiləşmiş və canlı 
əmək məsrəfinin azaldılması, məhsul kütləsinin artması deməkdir. Maya dəyərinin aşağı 
salınması məhsulu ucuzlaşdırmağa, əsaslı vəsait qoyuluşunu genişləndirməyə kömək edir. 
Nəzəri təsnifatdan fərqli olaraq istehsal xərclərinin maddələr üzrə kalkulyasiyası praktikada 
müəyyən cüzi fərqli tipli qruplaşdırmada  əksini tapır. Bizim məkanda, müasir statistika nisbi 
geniş çərçivədə xərclərə aşağıdakı təsnifatı verir: 
  xammal və materiallar; 
  əmək haqqı; 
  sosial ayırmalara ödəmələr
  maşın və avadanlıqların istismarı və saxlanılması xərcləri; 
  ümumtəsərrüfat xərcləri; 
  zay məhsul itkiləri; 
  ümumi istehsal xərcləri; 
  kommersiya xərcləri. 
Bu təsnifat konyuktur vəziyyətə uyğun olaraq digər istehsal xərcləri ilə də zənginləşdirilə 
bilər. Neftqazçıxarmada da istehsal xərclərinin bölgüsü statistik-direktiv təsnifatdan o qədər də 
fərqli deyildir. Bununla belə bazar iqtisadiyyatının neft-qaz sənayesində  təşəkkül tapan öncül 
prinsipləri bizim iqtisadi məkanda da gerçək təzahürünə qovuşduqca onun təsnifat bölgüsü də 
daha uğurlu dəyişikliyə məruz qalacaqdır. 
Avroatlantik təhsil sistemində iqtisadi nəzəriyyə kursunda tədris edilən «Ekonomiks» 
təliminin müəllifləri nəzəri planda istehsal xərclərini mahiyyətcə alternativ məzmunda da çıxış 
etməsini diqqətə  gətirilər. Bu baxımdan iqtisadiyyatda xərclər  əmtəə  və xidmətlərin alternativ 
istehsal imkanlarından imtina etməsi ilə bağlılıqda təzahür edir. Bunula belə, «Ekonomiks» 
müəllifləri xərclərə daha tutarlı rəng verərək qeyd edirlər ki, «iqtisadi xərclər-elə bir ödənişdir ki
firma onu etməyə borcludur və yaxud elə  gəlirlərdir ki, firma resurslarla podratçıları  təmin 
etməlidir ki, bu resursları alternativ istifadə variantlarından kənarlaşdırsın»
18
. Bu ödənişlər açıq, 
gizli və ya şərti reallaşmış ola bilər. Bizim apardığımız ümümi təhlil üçün açıq və bağlı xərclər 
əhəmiyyət kəsb etdiyindən bu anlayışların mənasına varaq. 
Açıq xərclər  müəssisənin özündə olmayan podratçıların təmin etdikləri resurslara görə 
ödənişlərdir (xidmət, mal-material, yanacaq-nəqliyyat enerjisi və sair.). 
Gizli xərclər  elə  xərclərdir ki, onlar ya müəssisənin özünə  məxsus, ya da digər tərəfdən 
cəlb edilmişdir. Bu xərclərin məğzi ondan ibarətdir ki, o mühasibat hesabatında uçota alınmır və 
nəzəri mahiyyət daşıyır. Bu baxımdan alınan mühasibat mənfəəti mühasibat balansına daxil 
edilmir. Buraya sahibkar istedadı,  əməyi və onun vəsaitlərinin dəyərinin qiymətləndirilməyən 
hissəsi aiddir. Sahibkarın öz biliyini digər müəssisədə  tətbiq etməklə daha fərqli və  dəyərli 
qazanj götürmək imkanı var. O, həm də özünəməxsus olan əsas vəsaitləri icarəyə verməklə renta 
əldə edə bilər ya icarəyə almaqla daha çox pul ödəyər. Lakin bu vəsaitləri o, istehsal xərclərinə 
uçot-qalıq dəyəri ilə daxil edir. Bazar iqtisadiyyatının Rusiya tədris sistemində isə alternativ 
xərcləri firmanın mülkiyyəti olaraq istifadə edilən xərclərə aid edirlər
19
. «Ekonomiks»ə paralel 
                                                 
18
 «Экономикс». К.Р.Макконнелл., С.Л.Брю. М: Инфра-М. 1999. 
19
 «Экономика». Под редакцией А.С.Булатова. М: Юристь. 2000. 


 
 
108
nəzəriyyə müəllifləri Nobel laureatı P.E.Samuelson və V.D.Nordxaus məşhur «Ekonomika»
20
 
kitabında məsələni oxşar və  fərqli rakusda şərhini verərək qeyd edirlər ki, xərclər özünün 
dəyişkənliyini qısa və uzunmüddətli mərhələdə büruzə verir. Qısamüddətli mərhələ qeyd 
olunmuş gücdə olduğu halda, uzunmüddətli mərhələ güclərin dəyişilən mərhələsindən keçir. 
Alternativ xərclərin bariz bir nümunəsini neftlə də bağlamaq olar. Torpaqtutumu ərazilərdə 
enerji fermaları  təşkil etmək və ya kənd təsərrüfatının, sənayenin digər sahələrini inkişaf 
etdirmək, yaxud da Xəzərin timsalında nərə balığı yetişdirmək, balıqçılıq, dənizçilik biznesini 
çiçəkləndirmək, yoxsa daha çox risk və kapital tələb edən neft əldə etmək faydalıdır? 
Yaşadığımız aləmdə bir şeyin məhdudluğu bizi digərinin seçimi qarşısında qoyur. Bu baxımdan 
alternativ xərclər bizim əmtəə və xidmətlərdən etiraz etdiyimiz xərclərin qiymətidir və bu qiymət 
əmtəə  və xidmətlərin o dəyəri ilə simvolikdir ki, biz onlardan səmərəli istifadəyə müvəffəq 
olmamışıq.  Əgər bazar düzgün fəaliyyət göstərirsə, onda bazar qiymətləri alternativ xərclərə 
bərabərdir. İqtisadi xərclər mütləq özündə alternativ xərcləri ifadə edir. Çünki resursları müxtəlif 
üsullardan istifadə etmək olar. 
Xərclərin təhlili ümumi (TS), daimi (FC), dəyişən (VC), əlavə (MC), orta xərclər bölgüsünə 
də  məruz qalır. Ümumi xərclər daimi və  dəyişən xərclərə bölünür. Daimi xərclər  əlavə dövr 
etməyən xərclər kimi, xüsusilə  əsas istehsal fondlarını, vəsaitlərini borclar üzrə faizləri, 
şərtləşmiş dayanaqlı  əmək haqqını  əhatə edir. Daimi xərclər təsərrüfat qərarlarından asılı 
olmadığı halda dəyişən xərclər məsrəflərdən ibarət olur. Bu da məhsul buraxılışının həcmini 
artıran  əmək və mal materiallarda əks olunur. Əlavə  xərclər ümumi xərcləri artırır və  əlavə 
məhsul yaradır. Nəzəri və praktiki müstəvidə orta ümumi xərclər (ASdaimi azalan orta xərclər 
(AFC) ilə orta dəyişən xərclərin (AVC) ümumi məbləğinə bərabər tutulur. 
ARDNŞ-nin istehsalat birliklərində hasil edilən neft və qazın maya dəyərinə daxil edilən 
xərc komponentləri o qədər də ciddi dəyişikliklərə  uğramamışdır. Buraya keçmiş ittifaqdan 
miras qalmış məhsul maya dəyərinin hesablanması üzrə təlimat müəyyən dəyişikliklərə tərcümə 
edilərək tətbiqini davam etdirməkdədir.  İndi QNQÇİB-də  məhsul maya dəyəri üzrə  xərclərin 
təhlilində dəyişən və daimi xərclər təsnifatı o qədər də fərqlənməmişdir. Aşağıdakı xərclər yenə 
da dəyişən xərclər kimi qalır: 
  enerji xərcləri; 
  layveriminin artırılması xərcləri; 
  neftin texniki hazırlanmış xərcləri; 
  geoloji-kəşfiyyat ayırmaları; 
  mədən vergisi. 
Digər xərclər isə daimi xərclərə aid edilir  
İstehsal xərclərini  istehsal faktorları da adlandırırlar. Klassiklik baxımından istehsal 
faktorları  əmək, kapital, torpaq və  təbii resursları  əhatə etsə  də müasir iqtisadçılar buraya 
sahibkarlıq bacarığını  və  hətta təsərrüfat həyatı üçün lazımi biliyi də daxil edirlər. Texnoloji 
prosesdən asılı olaraq xərclər əsas və köməkçi xərclərə bölünür. Xərclər digər təsnifatda
21
 qeyd 
etdiklərimizdən fərqli olaraq birbaşa və əlavə xərclərə bölünür. Birbaşa xərclər Qərb variantında 
olan dəyişən xərcləri, əlavə xərclər isə əmtəə istehsalı ilə birbaşa bağlı olmayan xərcləri (inzibati 
aparatın saxlanılması, icarə, amortizasiya kredit üçün faizlər və sair) mənalandırır. 
Xərclər bölgüsündə bazar sövdələşmələrini həyata keçirən xərclər-transaksion xərclərdən 
də istifadə olunur. Bu xərclər istehsalla əlaqədar olmayan xərclərdir. ABŞ iqtisadçısı, Nobel 
mükafatı laureatı Duqlas Nort transaksion xərclərin təhlilini, aparan onun nəzəri əsasların tədqiq 
edən elmi-analitik əsərləri ilə  məşhurdur. Traksaksion xərclərə informasiya axtarma, müqavilə 
bağlamaq üçün danışıq aparmaq, standartın və keyfiyyətin təminatı, müqavilə  şərtlərinin 
pozulması  və ya alimin təbirincə, opportunist özünüaparma ilə  əlaqədar xərclər aid edilir. 
Transaksion xərclər öz-özlüyündə iki hissədə koordinasiya olunaraq spesifik və mülkiyyət 
                                                 
20
 «Экономика». П.Э.Самулсон., В.Д.Нордхаус. М: «Вилямс». 2000. 
21
 «Экономика». Под редакцией А.С.Булатова. М: Юристь. 2000. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə