E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə50/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   46   47   48   49   50   51   52   53   ...   125

 
 
103
mübahisəlidir. QNQÇİB sistemində MM-lərə verilən xüsusi status milli müəssisələrin 
diskriminasiyasına gətirir və qeyd olunduğu kimi, heç bir iqtisadi möcüzə ilə müşayiət olunmur. 
 
1870-ci ildə  Qərbi Pensilvaniyada Jon Rokfeller neft industriyası tarixində  kəşfiyyatı 
həyata keçirən ilk müştərək müəssisəni təşkil etməklə birgə əməkdaşlığa əsaslanan korporativ 
idarəçiliyin təməlini qoydu. Sonrakı  mərhələdə MM-lər neft iqtisadiyyatının digər 
bölmələrinin də əhatə edərək daha geniş miqyas aldı. Xarici kapitallı müştərək müəsissələrin 
hasilatın pay bölgüsü və sadə payçılıq əsaslı iki sistemaltında müvafiq formaları mövcuddur. 
Müasir mərhələdə iri istehsalat təşkilatları elmi-texniki tərəqqini, texnoloji yeniləşməni 
həyata keçirməkdə müştərək fəaliyyətdən bir vasitə kimi istifadə edirlər. Belə əməkdaşlıq orta 
müddətləri  əhatə etməklə çox da geniş parametrli olmur. Qeyd olunduğu kimi, müəssisələr 
forma etibarilə beynəlxalq təcrübədə yetərli dərəcədə müxtəlifdirlər. Neftqazçıxarma 
müəssisələrinin real bazar şəraitində normal işləməsinin təminatında da bu müxtəlifliyə 
istinad etmək olar. 
 
Quruda fəaliyyət göstərən ilk MM-də xarici tərəfi kiçik tacirlər-debitantlar, kvazi qurumlar 
təmsil edirdisə, indi neft profilli TMK-ların iştirakı ilə yeni tipli MM-lər yaradılmışdır.  İlkin 
təşkil edilən MM-lərdə xarici investorlar köhnə istismar sahələrində hasilatın yüksəlməsinə 
sərmayə qoyuluşunda passivlik nümayiş etdirməklə  fərqlənir, kompanyon tərəflə strateji 
yönümdə iş birliyi qurmada ləng meyl göstərirdilər. Yaranmış MM-lər arasında ümümi oxşarlıq, 
bənzərlik sezilir. Fəaliyyət hesabatlarının statistikasına nəzər yetirdikdə, onların fəaliyyətinin 
joşğun və yüksək məhsul verimliliyi diqqəti cəlb etmir. Burada gizli bir apatiya-süstlük daha çox 
sezilir. MM strategiyasına keçid təqdir olunan addım olsa da, onların fəaliyyətlərinin təsis 
müqavilələrinə uyğun icra mexanizmləri, burada çalışan işçilərin xüsusi sosial təminatlılığı 
yüksəkdə dayanmır. Köhnə ictimai dəyərlərin dağılması yeni səmərəli sistemin təşkil 
edilməməsi-anomiya təzahürü gənc sektorlar olan MM-lərdə yer alan cəhətlərlə  zəngindir. 
Respublikada bazar iqtisadiyyatı formalaşmaqda davam etsə  də, mərkəzi planlı sistemdən 
qurtulmada hələ çox işlərin görülməsinə ehtiyac vardır. 
Son ötmüş 10 il ərzində Quruda neftqazçıxarma kompleksində qeyd olunduğu kimi, 8 
MM yaradılmışdır. Onlardan ilki «Azərpetoyl» Sovetlər  İtttifaqı vaxtı  təsis edilmişdir. Məlum 
səbəblər üzündən «Azərpetoyl» MM bir qədər sonra 1992-ci ilin mart ayından tam fəaliyyətə 
başlamışdır. Kəlaməddin və Mişovdağ yataqlarının istismarını  nəzərdə tutan «Azərpetoyl»un 
fəaliyyəti 40 illik müddət üçün nəzərdə tutulmuşdu (paylar bərabər-50% həcmindədir). 2000-ci 
ildə «Azərpetoyl» MM ABŞ-la Azərbaycan arasında müqaviləyə görə, yenidən təşkil edilərək 
əməliyyat şirkətinə çevrilmişdir. Əsas səhmlər paketi ABŞ-a məxsusdur. İndi MM «Qarasu» ƏŞ 
adlanır. 
İkinci MM «Anşad-Petrol» keçmiş «Neftçalaneft» NQÇİ-nin bazası  əsasında yaradılmış, 
«Neftçala» və «Xıllı» yataqlarını  əhatə etməklə 1 mart 1994-cü ildən fəaliyyət göstərən 
Azərbaycan-Türkiyə müştərək müəssisəsidir. (Paylar 51%-ARDNŞ, 49%-Türkiyənin «Atil 
Doqan Petrol» şirkəti). 
Üçüncü MM «Azgerneft» 1994-cü ilin noyabrında «Balaxanıneft» NQÇİ-nin 7-ci 
neftqazçıxarma mədəni bazasında təşkil edilmişdir. (Paylar ARDNŞ-40%, Almaniyanın 
«Qrunvald İnterneşnl» LTD-60%, 25 illik müddətində). 
Dördüncü xüsusi statuslu MM «Prodakşin şerrinq» prinsipinə əsaslanan BMB OYL İNK-
Azərbaycan-ABŞ müştərək müəssisəsi 1994-cü ildə yaradılmışdır. Müştərək müəssisənin 
fəaliyyət zonası sahəsi 909,5 kv.km olan «Qaradağ», «Umbakı» və «Korgöz» yataqları 
olmuşdur. Qeyri səmərəli fəaliyyəti müəssisənin 2000-ci ildə bağlanması ilə nəticələnmişdir. 
Beşinci MM 1997-ci ilin sentyabrında «Şirvanneft» NQÇİ-nin bazası əsasında yaradılmış 
Böyük Britaniya «İnterneyşnl Treyder» firması-Azərbaycan məhdud məsuliyyətli müştərək 
müəssisəsidir və «Şirvan OYL MMM» adlanır. 
Altıncı Kürsəngi-Qarabağlı yatağı üzrə Salyanneft NQÇİ-nin bazasında yaradılmış «Salyan 
Oyl» MM-dir. (Paylar ARDNŞ 50%, ABŞ Hess Delta 20%, Frontera 30%). Müqavilə 15.12.98 
tarixində imzalanmış və Milli Məclis tərəfindən 22.04.99 tarixində retifikasiya edilmişdir. 


 
 
104
«Muradxanlı» yataqlarının istismarını nəzərdə tutan yeddinci MM Britaniyanın «Remko» 
şirkəti ilə bağlanmış neft müqaviləsi  əsasında təşkil edilən «Muradxanlı» Ko müştərək 
müəssisəsidir. «Muradxanlı», «Cəfərli» və «Zərdab» neft yataqlarının daxil olduğu blokun 
reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsü haqqında ARDNŞ ilə Ramko 
Enerji (Muradxanlı) Limited, (Ramko) və ARDNŞ-in Ortaq Neft Şirkəti (ONŞ) arasında saziş 
21.06.1998-ci ildə imzalanmışdır (Paylar hərəyə 50%). Qazmada uğursuzluqlarla  əlaqədar 
olaraq Muradxanlı Ko 2001-ci ildən fəaliyyətini tam dayandırmış, müəssisə yenidən QNQÇİB-
nin sərəncamına Muradxanlı İriləşmiş Mədəni kimi daxil olmuşdur. 
Qobustan MM «Cənubi-Qərbi Qobustan» blokuna daxil olan («Şıxzərgərli», «Şeytanud», 
«Bürgüt», «Donquzduq», «Nardaran», «İlxıçı», «Qərbi Hacıvəli», «Sundi», «Şərqi-Hacıvəli», 
«Turağay», «Kənizədağ», «Qərbi-Duvannı»,  «Duvannı», «Solaxay» və «Daşgil» yataqları) üç 
sahənin kəşfiyyatı  və  işlənilməsini  əhatə edir. Müqavilə 02.06.98-ci ildə imzalanıb. Tərəflər 
ARDNŞ ilə Komonvels Qobustan limited («Komonvels»), Yunion Texas Qobustan Limited 
(«Yunion Texas») və ARDNŞ-in Ortaq Neft Şirkəti (ONŞ) (Paylar ARDNŞ 20%, Yunion Texas 
40%, Komonvels 40%) Milli Məclis 13.12.98-ci il tarixdə müqaviləni ratifikasiya etmişir. 
Qobustan MM hələli tam olaraq fəaliyyətə başlamamışdır. 
Hazırda rəsmi olaraq 6 mövcud MM-dən 5-i fəaliyyətini davam etdirir. Göründüyü kimi, 
xarici sərmayədarlar buraya geniş miqyaslı investisiya qoyulmasında ehtiyatlılıq nümayiş 
etdirirlər. BMV Oyl İNK və «Muradxanlı» Ko bağlanması buna bir qədər əyani misaldır. 
MM-lərin müqavilə özəlliklərində olduqca eksklüziv madələr vardır. Burada offaşor 
vergiqoyma, mübahisələrin Avropa məhkəmələrində baxılması  və çoxlu konsperativ olan 
elementlər nəzərə çarpır. Müqavilələrə şamil edilən fiskal tələblər respublika vergi məcəlləsinin 
müvafiq maddələrindən də yüksəkdə dayanır. Ümumilikdə götürdükdə onların statusları ana yasa 
səviyysi qədər yüksəkdir. 
Mütəxəssislərin fikrincə, müştərək müəssisələrin yaradılmasında tələsikliyə, 
perspektivlərin düzgün müəyyən olunmamasına, xarici tərəfin üstünlüyünə daha çox yer 
verilmişdir. Belə ki, neft-qaz hasilatının sutkalıq norması  aşağı  həcmdə planlaşdırılmış, dəqiq 
nəzarət sistemi nəzərdə tutulmamışdır. Daha sonra bu müəssisələrin yerləşdiyi  ərazidə  əvvəlki 
neftqazçıxarma təşkilatına mənsub olan əsas vəsaitlərin çox hissəsi balansa verilməmişdir. Bu 
müəssisələr yaradılan zaman xarici investorların hesabına neft-qaz hasilatının artırılması  əsas 
prioritet kimi, nəzərdə tutulsa da, hələlik belə tərəqqiyə real nail olunmamışdır. 
Bazarda müəssisə quruculuğunun təsərrüfat yoldaşlılığı və cəmiyyəti, şəxslərin kapitalının 
birləşməsi, tam etibara əsaslanan komandit yoldaşlıq, məhdud məsuliyyətli,  əlavə  məsuliyyətli 
müəssisələr və digər səhmdar cəmiyyət formaları nəzərdən keçirilə bilər. İqtisadi-coğrafi, texniki 
mühit isə yüksək manevirli müəssisə seçimini şərtləndirir. Dünya təcrübəsində neftqazçıxarmada 
qeyd olunduğu kimi daha çox rast gəlinən səhmdar cəmiyyətidir. Səhmdar  əməkdaşlıq milli 
neftqazçıxarma sənayesi üçün də etibarlı forma kimi qəbul edilə bilər. QNQÇİB-də ilk 
mərhələdə bu baxımdan milli sahibkar kapitalına  əsaslanan  səhmdar cəmiyyətin konyuktura 
üçun gələn açıq və ya qapalı formasının seçilməsi məqsədə müvafiqdir. Belə yanaşma prioritetlik 
səhmdar cəmiyyətin  əsasən neftçi kollektivlərinin bazası əsasında formalaşmasına verilməlidir. 
Bu xətt iqtisadi artımla yanaşı, eyni zamanda məşğullulq baxımından da effektivlilik gətirərək 
həmin kollektivlərin uzun müddət NQÇİ-lərdə sahibliyini təmin etmiş olar. Sonrakı  mərhələdə 
daha açıq tipli quruluş da nəzərdən keçirilə bilər. 
Məlumdur ki, Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədər neftqazçıxarma 
sənayesi ayrı-ayrı  şəxslərin, sahibkarların, SC-lərin sərəncamında olmuşdur. Onların idarə 
edilməsi də yaxşı  təəssüratlarla zəngindir.  Şübhəsiz ki, belə  fəaliyyət neftin fontanlarının 
yüksəlməsi zəmanəsinə təsadüf etmişdir. İndi isə mənzərə xeyli dəyişmişdir. Yenidən mədənləri 
ilkin sahiblərinə qaytarmaq-reversiyaya baş vurmaq məqbul sayıla bilməz.  İllər çox ötmüşdür. 
Bununla belə, yeni milli neft sahibkarlarının formalaşdırılması da virtual məsələ olmamalıdır. 
Müəssisənin ilk əlaməti kimi onun müstəqilliyi çıxış edir. Lakin məlumdur ki
nefqazçıxarmada müəssisələr, xüsusən NQÇİ-lər istehsalat birliyinin struktur vahidləri olmaqla 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə