E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə46/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   42   43   44   45   46   47   48   49   ...   125

 
 
95
istiqamətini uğurlu məcraya gətirmək mümkün olacaqdır. Komfortlu iş yeri, insan-maşın 
sisteminin genişləndirilməsi, əlverişli erqonomik mühit, kompyüterləşmənin təminatı, texniki və 
istehsalat estetikasının bəslənməsi yeni idarəetmə alqoritmlərin tətbiqi, istehsal prosesinin 
səmərəliliyini artıracaqdır. 
 Bazar  şəraitində idarəetmədə iqtisadi metodlardan istifadənin genişləndirilməsi vacib 
şərtdir. Kollektivləri, ayrı-ayrı  fərdləri iqtisadi stimullaşdırma ilə maraqlı etmək, onların 
bacarıqlılığını,  əməkverimini daha da artırır. Məhdud resurslar müqabilində  məhsuldarlığın 
artması  əlavə  əmək sərfi nəticəsində  əldə oluna bilər.  İnsan sosiumunun tərəqqisi əmək sərfini 
stimullaşdırır.  İstehsal xərclərinin digər komponentərini sıxışdıraraq  əmtəələri keyfiyyət 
dəyişikliklərinə  uğradır və  məhsulu daha çox əməkməsrəfli edir. Bu da öz növbəsində insanın 
artan istehlak tələblərinin daha yaxşı ödənilməsinə zəmin yaradır. Belə məhsulların istehsalı isə 
daha çox iqtisadi stimullaşdırmanın yüksək olduğu təşkilatlarda baş verir. 
İnzibatçılığın böyük miqyas aldığı keçmiş ittifaqda da iqtisadi stimullaşdırmada geniş tətbiq 
edilirdi. Mükafatlandırma ayrı-ayrı  fərdlərə deyil, ümumi olaraq daha çox kollektivlərə 
istiqamətləndirilirdi. Belə  vəziyyət isə paritetlərin pozulması, təşəbbüskarlıq azalmasına rəvac 
verirdi.  Əlbəttə, intellektuallar nisbi də olsa fərdi mükafatlandırmadan bəhrələnirdilər. 
Stimullaşdırmanın fərdi yönümlü məhdudluğu zehni əməyin son dərəcə böyük axtarışına zəmin 
yaratmırdı. Mikroiqtisadi səviyyədə iqtisadi qanunların tələbləri öz inikasını idarəetmənin 
iqtisadi metodları vasitəsilə gerçəkləşdirir. Göstərişlərə  əsaslanan təşkilati metodlardan fərqli 
olaraq iqtisadi ünsürlü idarəetmə isə iqtisadi metodlar, iqtisadi qanunların təbiətinə uyğun 
onların istehsal münasibətlərində reallaşmasını və maddi maraqları daha dolğun əks etdirir. 
Ümumi fəaliyyəti nizamlayan əlahiddə  fəaliyyət kimi idarəetmə mürəkkəb, çoxşaxəli bir 
prosesdir. Onun iqtisadi istehsal prosesinə müvafiq təşkili aprirori və fövqəltəcrübə deyil, elmi 
və  təcrübi biliklərin sistemli vəhdətində formalaşır. Struktur mükəmməlliyi, dəqiq səlahiyyət, 
vəzifə bölgüsü, cavabdehlik kredosu və başlıca olaraq intizam məsuliyyəti mürəkkəb 
situasiyalarda belə idarəetməni müvəffəq edir. 
Bazar iqtisadiyyatı inkişaf etdikcə idarəetmə prosesi sosial tələblərin, ictimayyətin artan 
təsir effekti nəticəsində yeni yaranışlarla zənginləşir, daha çevik və  aşkar məzmun alır. Belə 
yarınışlardan biri də yaşadığımız zəmanədə «Pablik rileyşnz» ilə bağlıdır. 
PR təşkilatın iqtisadi müvəffəqliyinin təminat vasitəsi kimi, çıxış edir. Sosial və psixoloji 
menejmetin məxsusi forması olan «Pablik rileyşnz» (Public realations) ingilis dilindən 
tərcümədə «ictimai əlaqələr», «ictimai münasibətlər», «kütlə üçün hekayət» kimi, mənaları 
ifadələndirir. PR-in yaranışı  və inkişafı  cəmiyyət qanunları, ictimai ənənə  və  tələblərlə 
şərtlənmişdir. ABŞ-da geniş intişar tapan demokratik prinsiplər və  vətəndaş  cəmiyyətinin 
yetkinliyi PR-nin yaranış  zərurətini diqtə etmişdir. PR industriyası  Qərbdə  də  ləyaqətli inkişaf 
yolu keçmişdir. 
Firma ilə  cəmiyyət arasında idarə edilən kommunikasiya prosesi kimi, PR ictimaiyyətə 
sosial luzumlu, təbliğat xarakterli olmayaraq özünün fəlsəfi qayəsi, kommersiya və digər 
məqsədləri informasiya edir. Burada başlıca  şərtlərdən biri də ictimaiyyətlə  əlaqələrdə milli 
mentalitet elementlərinə müvafiq olan əlaqələr sistemini yaratmaqdan ibarətdir. 
Sahibkar və firmanın personalı anlayır ki, ətraf dünya ilə yalnız mehriban münasibətlər 
şəraitində kommersiya məqsədlərinin maksimal reallaşması mümkündür. Mütəşəkkil PR 
sahibkara firmanı görməyə  dəqiq görnüşlü pəncərə açmaq imkanı yaradır, ictimai ovqatın 
dəyişməsini vaxtında ona bəyan edir.  
«Pablik rileyşnz» aşağıdakı on əsas istiqaməti ehtiva edir: 
  ictimai rəy; 
  ictimai münasibətlər; 
  hökumət əlaqələri; 
  ictimai həyat; 
  sənaye əlaqələri; 
  maliyyə münasibətləri; 


 
 
96
  beynəlxalq əlaqələr; 
  istehlakçılarla münasibətlər; 
  tədqiqat və statistika
  kütləvi informasiya vasitələri. 
Bazar münasibətləri  şəraitində  təşkilatın iqtisadi müvəffəqliyin başlıca və  təyinedici 
faktoru kimi, PR firmanın imicinin yüksəldilməsinə  və idarəetmə prosesinə  ən geniş  mənada 
yardım etmək imkanlıdır. «Pablik rileyşnz»in əsas prinsiplərini aşağıdakı tezislərdə ifadə olunur: 
  özün haqqında yalnız və yalnız həqiqəti söyləmək (bununla belə, heç kəs bütün 
həqiqətlərin söylənməsini təkid etmir); 
  kütləviləşdirilən informasiyanın, kütləviləşdirilməyən informasiyadan ayrılması; 
  həqiqətlə bağlı «bəndləri» tapmaq və bu həqiqətləri bacarıqla hesablamaq və 
gerçəkləşdirmək; 
  yaxşı PR gözə çarpan, qıcıqlandırıcı və usandırıcı olmamalıdır; 
  KİV-lərinə informasiyaların verilməsində maraqlar və stil ciddi nəzarətə 
götürülməlidir. 
PR çoxtərəfli və çoxölçülüdür. Onun məqsədlərini sadə kiçik formatda vermək mümkün 
deyildir. Onun başlıca məqsədini açıqlandığı kimi cəmiyyətdə firmanın müvəffəq situasiyasını 
formalaşdırmaq təşkil edir. 
İmicli xarici neft kompaniyaları PR-ə yüksək önəm verirlər. Kompaniyalar anlayırlar ki, 
bazar iqtisadiyyatının aparıcı mövqedə dayandığı müasir dünyada onun köməyi olmadan reytinq 
toplamaq müşkül və mümkünsüz işdir. Reytinq və imic yüksəlişi isə birbaşa artan kommersiya 
effekti deməkdir. QNQÇİB-də bazar münasibətləri tərəqqi etdikcə burada da PR təsisatlı 
idarəetmə strategiyasına keçid labüd olacaqdır. 
Müasir idarəetmənin metodoloji əsasları bazar nəzəriyyəsinə istinad edir. Məhz formalaşan 
bazar mexanizmlərindən peşəkarcasına istifadə bacarığı ümumi toplumda idarəetmə 
çətinliklərinin dəf olunmasına zəmin olur. Neftqazçıxarmada müasir idarəetmənin səmərəli 
təşkili bazar prinsiplərindən qaynaqlanaraq fikrimizcə ilk növbədə islahatlara müvafiq optimal 
strukturun müəyyən edilməsi ilə harmoniyada olmalıdır. Bu harmoniklik isə  aşağıdakılarda 
ehtiva olunur: 
  çoxpilləliyin azaldılması; 
  istehsal strukturuna müvafiq idarəedici personalın və mərkəzi aparatın təyinatı; 
  mükəmməl informasiya təminatı şəbəkəsinin formalaşdırılması; 
  mütərəqqi səriştə  və metodların təşkilatın bütün bölmələri üzrə  tətbiqi, vahid intizam 
sistemi; 
  təşəbbüskarlığın, fərdi ustalığın, yüksək əməkveriminin mükafatlandırılması; 
  məşğulluğu mülayimləşdirən əmək haqqı sisteminin tətbiqi; 
  optimal səlahiyyət və adekvat vəzifə bölgüsü; 
  test üsullu dövri attestasiya; 
  qabaqcıl təcrübənin genişləndirilməsi; 
  fərdi və kollektiv stimullaşdırma üçün əlavə göstəricilərinin müəyyən olunması; 
  strateji və taktiki planların işlənməsi; 
  texnoloji yeniləşmənin kadr seçiminin yaxşılaşdırılması, təlimin müntəzəm aparılması 
və treninq strategiyası. 
Tarix göstərdi ki, bəşəri məqsədlərə nail olmada təşkilatın rolu, onun struktur effektivliyi nə 
qədər yüksəkdir. Təsərrüfatlaşan obyektə çoxşaxəli təşkilati strukturlar xasdır. Beynəlxalq 
təcrübəyə müvafiq departamentləşmədə törəmə istehsal qurumlarını  əhatə edən  xətti, yaxud 
iyerarxik, aparıcı şöbələr prinsipində xüsusiləşən funksional və nəhəng təşkilatlara xas menecer 
idarəetməsinə  əsaslanan  diviziyon, xarici təsirlərə, yeniləşməyə meyli ilə  fərqlənən  adaptiv-
yaxud üzvü strukturlar təsnifatı vardır. Digər bir təsnifatda adi şöbə bölgüsü - funksional ənənəvi 
coğrafi  məhsul buraxılışı üzrə qruplaşmış diviziyon və bunların vəhdətini əks etdirən matrissa 
strukturu ilə yanaşı  komandalı-xüsusi tapşırıqları koordinasiya edən və daha çox beynəlxalq 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə