E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə47/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   43   44   45   46   47   48   49   50   ...   125

 
 
97
əlaqələrdə əhəmiyyətli olan broker tənzimli şəbəkəli strukturlar da mövcuddur. Hər bir struktur 
özünəməxsus təşkilata müvafiqdir və burada müsbət və  mənfi cəhətlər mümkün və yetərli ola 
bilər. Kiçik müəssisələrə xətti quruluş istisna olmaqla, bütün digər təşkilatlarda bu strukturların 
heç biri xalis şəkildə idarəetmə mexanizmə çevrilmir. Bununla belə,  əksər müəssisələr qarışıq 
idarəetməni həyata keçirirlər. QNQÇİB-də isə bu qarışıq xətti-funksional idarəetmə formasına 
əsaslanır. Lakin burada tətbiq edilən forma bazaryönümlü mütərəqqi elementlərlə  əhatəli 
deyildir. Daha çox qərargah strukturlu, komandalı  təmayül üstünlük təşkil edir. Bununla belə, 
kompleksin idarə edilməsində sadalanan digər struktur tiplərinin elementlərini də rast gəlinir. 
Fikrimizcə, kompleksdə rasional idarəetmə strukturun təşkili aşağıdakı  tələblərə cavab 
verməlidir: 
  funksional yararlığın təminatı; 
  informativlilik; 
  operativlik; 
  rabitəlilik; 
  idarəetmə xərclərinin optimallığı. 
Ağıllı  məqsədləri, amalları  təqib edən optimal idarəetmə obyektiv həqiqi, tam 
informasiyaya arxalanır. Belə informasiyasız səmərəli idarəetmə müşkül məsələdi.  İqtisadi 
informasiya düşündürən informasiya kimi, insan şüurunda emal olunaraq iqtisadi sferaya 
xərclənir. O, iqtisadi maraqlar və  tələblərlə  şərtlənərək istehsalın təşkili prosesində dövr edir. 
Çağdaş zamanda iqtisadiyyatda informasiya olduqca nəhəng çəkiyə malik olaraq öncül mövqeyə 
çıxmışdır. O, müəyyən mənada resursları  əvəz edir, yeni texnologiyaların  əhəmiyyətini artırır, 
ənənəvi xammal növlərinə  və digər bu kimi komponentlərə  tələbi azaldır.  İnformasiyanın 
mütəmadi, tez əldə edilməsi, informasiya birinciliyi və ya ilk məlumat effekti operativliyi 
şərtləndirən xüsusiyyətdir.  İlk məlumat effekti obyektiv həqiqətin tamamilə  kənar və ya nisbi 
həqiqət donlu ola bilər. Nə qədər fundamental faktlara əsaslanan, şəksiz həqiqət olsa da, ustalıq 
və peşəkarlıqla hazırlansa da, informasiya alternativ təhlil süzgəcindən keçdikdən sonra qərar 
mexanizminin məhsulu ola bilər. Yaddan çıxarılmamalıdır ki, elə mürəkkəb hadisələr vardır ki, 
onların mütləq həqiqətinin isbatı uzun bir elmi təcrübi dövri və ya mistik olmasa da qiyamətə 
qədər haqqını tapmamış qalır. Pikant görünən bir reallıq da ondan ibarətdir ki, istənilən həqiqət 
təhrifə məruz qalmaqla və ya başqa müstəviyə keçməklə nizamını itirmiş olacaqdır. Hər amilin 
davranışı bütünlükdə tam bir sistemin taleyini həll edir. 
İdarəetmə informasiya ilə  təşkilatlanmanın qarşılıqlı  əlaqəliyi ilə xarakterikdi. İdarəetmə 
mexanizmində fundamental rolu «geriyə əlaqə» prinsipi tutur. Bu prinsipə görə, informasiya və 
idarəetmə subyekti-mənbə ilə obyekti-qəbuledici, istənilən münasibətdə yerdəyişməyə  məruz 
qalırlar. Təşkilatın rəhbəri idarəetmə subyekti kimi tabeçiliyində olanlardan informasiyalar 
aldıqda həm də idarəetmə obyekti kimi çıxış edir, eyni zamanda bölmə rəhbəri də direktorlardan 
informasiya aldıqda icra prosesində idarəetmə subyektə çevrilir. Beləliklə, idarəetmə obyekti və 
subyekti ikili funksiyanı yerinə yetirir. Harada bu prinsip pozulur və ya mövcud deyil
idarəetmənin mahiyyət və  nəticəliyi də  təhrif olunur. İdarəetmə strukturunun əsas məqsədini 
idarəetmə qərarlarının hasili və icrası təşkil edir. Burada isə əsas yeri maksimum variantlardan 
məqsədləri daha dolğun və tam yerinə yetirməsini təmin edən optimallıq prinsipini tutur. 
İnteraktiv rəhbər bütün komandanın işində qarşılıqlı anlaşma və konsensusa nail olma ilə 
fərqlənir. Prosesdə menecerin kommunaktiv səriştəsi də müvəffəq fəaliyyəti şərtləndirir. Sadəcə 
ünsiyyət anlamını verən kommunikasiya prosesi iki və daha çox adamın informasiya yaratmasını 
və mübadiləsini əks etdirir. 
 
İqtisadi müqavillərdə assimmetrik informasiyanın (işlə  əlaqədar bir qrupun 
lazımi informasiyaya malikliyi digərinin isə maliksizliyi situasiyası) istisnası 
şəraitində ABŞ iqtisadçısı müasir neoklassik məktəbin təmsilçisi, Nobel mükafatçısı 
Ronald Kouzun 1960-cı ildə irəli sürdüyü, sonradan isə Kouz teoremi adını almış 
tezisi ətraf mühitlə bağlı problemlər dövlətin iştirakı olmadan mülkiyyətçilər arasında 
səmərəli həllini tapar. 


 
 
98
Operativ idarəetmədə  də informasiya texnologiyalarından geniş istifadə olunur. Bu 
baxımdan DNQÇİB-də 10 il öncə başlanan indi daha sürətlə  tədqiqini tapan müəssisələrin 
istehsal proseslərinin avtomatlaşdırılması konsepsiyası hazırlanmışdır. QNQÇİB-də də idarəetmə 
sahəsində müəyyən  əməli işlər davam edir. Lakin təşkilatın maliyyə  və iqtisadi manevrliyinin 
zəifliyi idarəetmə sisteminin mükəmməliyini artıran silsilə  tədbirlərin və islahatların geniş 
miqyasda aparılmasında ləngidici təsirini göstərir. 
 
 
6.3. İqtisadi tədbirlərin və metodların genişləndirilməsi 
 
Köhnə istismar sahələrindəki hasilat dinamikasına nəzər yetirdikdə, dənizdə böyük istismar 
başlanana qədər quruda artan templər, hərtərəfli yüksəliş müşahidə olunduğu diqqəti cəlb edir. 
Dənizdə isə sürətli inkişaf 1950-1970-ci illəri  əhatə etmişdir. Hər iki İB-də hasilat həcminin 
yüksəlişi onların  şəbəkə miqyasını xeyli genişləndirmişdir.  İndi isə bu komplekslərin daha da 
genişlənməsini  şərtləndirən amillər tükənmişdir.  İstehsalın genişlənməsi iqtisadi təlimin nəzəri 
və praktiki əsaslarına görə,  miqyas  effekti ilə müşayiət olunur. Miqyaslılıq özü isə müsbət və 
mənfi çalarlara malikdir. Genişlənən  istehsal yeni prosesləri, müxtəlif amilləri hərəkətə gətirərək 
istehsal xərclərinin azalmasına təkan verir, əməyin ixtisaslaşmasını artırır, bu da öz növbəsində 
iş vaxtı itkilərini minimumlaşdırır. 
Son illərdə köhnə istismar sahələrində problematik cəhətlərdən biri də vaxt itkisinin, 
boşdayanmaların artması ilə bağlıdır.  Ənənəvi olaraq ötmüş müddətin yekunları, növbəti ilin 
vəzifələri əks etdirən müvafiq əmrlərdə mal material təminatı, maliyyə qıtlığına əsaslanaraq vaxt 
itkilərinin, boşdayanmaların səbəbi də önə çəkilir. Vaxt itkisi və boşdayanmaları maddi təminatla 
əlaqələndirmək doğru görünsə  də, müvafiq təminatın özünün zəifliyi, onu doğuran səbəblər 
təhlilə  məruz qalmır.  İstehsal faktorlarının, resursların qeyri-məqbul bölgüsü, idarəçilikdə 
mövcud nöqsanlar, digər obyektiv amillər maddi  təminatın pisləşməsini qaynaqlandırır. Bizim 
qeyd etdiyimiz miqyas effekti də burada öz əhəmiyyətini büruzə verir. Kapitaldan qeyri-rasional 
istifadə, vəzifə  və öhdəliklərin qəti müəyyən olunmaması  təchizatın, təminatın konyuktur 
perspektivə bağlanması burada əksini tapır.  İstehsal potensialı ilə  həcmi arasında uyğunsuzluq 
müəyyən sahələrdə maşın və avadanlıqlardan tam gücü ilə istifadə etməyə imkanlar yaratmır. 
Böyük təşkilatın  əlavə-ikinci dərəcəli məhsul buraxmaq imkanı da vardır. Bu aspektdə 
köhnə istismar sahələrində hasilatı  həyata keçirən komplekslərin potensialı yetərlidir. Sovetlər 
İttifaqının dağılması  ərəfəsində enməyə  məruz qalan istehsalı  əlavə daxili imkanlar hesabına 
stimullaşdırmaq üçün «əhaliyə pullu xidmət» subsektorunun genişlənməsinə  qərar verdilər. 
Özünü maliyyələşdirmə tam təsərrüfat sistemində bu addım  əhəmiyyətini göstərməyə başladı. 
Lakin zəifləyən nəzarət, tənzimləyici mexanizmlərin olmaması belə yaranışdan səmərəli istifadə 
etməni yüksəldə bilməzdi. Bu işin təşkilində çoxlu qüsurlar meydana çıxdı. Texnoloji nəqliyyat 
idarələrində avtobuslara pullu xidmət üçün plan tətbiq edərək qəbzlər paylandı. Avtotəmir 
postlarında çilingərlərə tapşırıqlar, öhdəliklər verildi və digər pullu xidmət sahələri yaradıldı. 
Yeni sistem qeyri-mükəmməl olduğundan işlək davamlılığı təmin edə bilmədi. Müəyyən işbazlar 
isə bu gerçəklikdən faydalanmağa üz tutdular. İndi istehsalat birliyində pullu xidmətlər ölçü 
şəbəkəsini itirsə  də, müəyyən miqdarda qalmaqda davam edir. Bununla belə, prosesin 
güclənməsi, ondan səmərəli istifadə potensialını artırmaq zərurəti, mümkün avtonom iş 
yerlərində əhaliyə pullu xidmət göstərərək ixtisar olunan işçi sayını, məşğulluq problemini həll 
etmək imkanları vardır. Belə sahələri öncə icarə əsasda ayrı-ayrı kollektiv üzvlərinə verməklə bu 
obyektlərdən aktiv istifadəyə nail olmaq və mülayim sosial əsaslarla izafi işçi kütləsindən 
qurtulmaq mümkündür. Digər tərəfdən, daxili səmərəsini itirmiş maşın və avadanlıqların, 
nəqliyyat vasitələrinin lizinq əsasda kirayəsinin təşkilindən faydalanmaq olar. Bütün bunları 
təzyiq planlı hökmlə reallaşdırılması səmərəli deyildir. Konyuktur təzahür harada bunu mümkün 
edirsə, orada da təhlil və hesablamalara əsaslanaraq qərar vermək olar. Belə strategiya passiv 
hərəkətli və  hərəkətsiz  əmlakdan səmərəli istifadəni təmin etməyə, istehsal xərclərinin 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə