E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə45/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   41   42   43   44   45   46   47   48   ...   125

 
 
93
böyüklü rəhbərlərin istehsal kapitanları kimi, səriştəsi, xarakterik psixoloji cəhətləri  əməyin 
səmərəli təşkili və gedişində özünü göstərir. Bu baxımdan kadr hazırlığında, menecer 
seleksiyasında nəzəri və praktiki müstəvidə artıq elmi məzmun almış  rəhbər xarakterlərinin 
tipologiyasına diqqət yetirməyin də aktuallığı artır: 
Transsaksiyon rəhbərlər:-şçilərə tapşırıqları izah etmək, mükafatlandırma, sosial tələbləri 
ödəmək qayğısı transsaksiyon rəhbərə xas olan xüsusiyyətlərdəndir. Əməksevərlik, təmkinlilik, 
açıqdüşüncəli səmərəli fəaliyyətlə iftixaretmə, qaydalara, normativlərə nöqsansız riayət, təşkilat 
qarşısında borcu fədakarlıqla yerinə yetirmək transsaksiyon rəhbərin xarakter arsenalını  təşkil 
edən elementlərdəndir. 
Xraizmatik liderlər:-imkanları transsaksiyon rəhbərlərdən üstün olan bu tip liderlər işçiləri 
adi səviyyədən çox daha intensiv əməklə yüksəltmək bacarığına malikdirlər. Xraizmatik 
liderliyin mənbəyini əsas üç prinsip təşkil edir ki, bunlar da aşağıdakılardır: 
  işçilərə gələcək görünüşün dəqiq bölgüsünü vermək; 
  kollektivin müdafiə etdiyi korporotiv dəyərlər yaratmaq; 
  işçilərlə qarşılıqlı etibarı təlim etmək. 
Tereza ana, Martin Lüter Kinqlə yanaşı Adolf Hitler də xraizmatik liderlər kateqoriyasına 
aid edilir. Xraizmatik liderlik sovet cəmiyyətində  də, xüsusən təsərrüfat rəhbərlərinin partiya 
funksionerlərinin simasında da intişar tapmışdır. 
Transformasiya olunan liderlər:-menecerlər və  təşkilat rəhbərləri istehsal funksiyalarını 
yerinə yetirməklə məşğul olsalar da, bəzən bu iki işin bir əldə cəmlənməsinə zərurətlər yaradır. 
Bu tələbləri transformasiya olunan liderlər yerinə yetirirlər. Bir növ xraizmatik liderləri 
xatırlasalar da əsasən strateji dəyişikliklər zamanı rəhbərliyə cəlb edilirlər. 
İnteraktiv lider:-konsensus  şəraitində  işləməyə meylli olan interaktiv rəhbərlər  əsasən 
qadınları əhatə edir. 
Servis rəhbərlər: -ideya məqsədləri ilə yanaşı, daha çox öz işçilərinin tələblərini ödəməyə 
sərf etməklə fərqlənirlər. 
İdarəetmədə sahəvi-peşəkar və obyektlər üzrə struktur-mühit funksiyalarını fərqləndirirlər. 
Peşəkar-sahəvi funksiya əməyin professional bölgüsü əsasında personalın fəaliyyətinin 
idarəetmə sistemi kimi plan-iqtisad, uçot-statistik, kommersiya, mühəndis-texnoloji, analitik 
hesablama, operativ istehsal, kadr və sairi ehtiva edir. Struktur-mühit funksiyasına isə rəhbər və 
mütəxəssislərin qruplar üzrə öhdəliklərinin bölgüsü daxildir. Müəssisə  və  təşkilatlarda, adətən, 
hər iki sistem tətbiq edilir. 
Genişlənən təsərrüfatlarda rəhbərlə yanaşı müavin institutları da tətbiq edilir. Adətən, 
müavinlər istehsal, maliyyə-kommersiya, mühəndis-texniki kadr və personal məişəti üzrə 
yaradılır. Neft-qaz sənayesində də formalaşmış vəzifə bölgüsünə görə, müavinlər ümumi sahəvi 
istiqamətlərə  tənzim və  nəzarəti həyata keçirirlər.  İstehsal üzrə müavin  əsas istehsal sexlərinə, 
plan, istehsal, dispetçer və  nəqliyyat  şöbələrinə  rəhbərlik edir. Kommersiya maliyyə  məsələləri 
üzrə müavin plan, marketinq, satış, maddi-texniki təminat, maliyyə, mühasibat, əmək haqqına, 
mühəndis, texniki məsələlər üzrə müavin texniki nəzarət, layihə-konstruksiya, texnoloji nəzarət, 
energetika, mexanika şöbələrinə nəzarət edir. 
 
Böyük Xəzər neftini ilk hasilat işini həyata keçirən ABƏŞ-in idarəetmə strukturu 
departamentləşmiş menecer sistemi formasında qurulmuşdur. Burada baş 
operatordan tutmuş son kiçik pilləyə  qədər konsorsium forumunun iradəsini 
gerçəkləşdirən hər bir təsərrüfat sahəsi iqtisadi-texnoloji aspektdə menjer nəzarətinə 
alınmışdır. Lakin bu strukturun da son dərəcə mükəmməlliyi mübahisəlidir. 
Korporativ maraqlar çox pilləli və bəzən də qabaqcadan bürokratik baryerlər qoyan 
mürəkkəb bir idarəetmə sistemini formalaşdırmışdır. Çox istiqamətli bölgüyə 
əsaslanan vitse-prezident institutu kurasiya prosesini tənzimləməsinə xidmət etsə  də 
konsensuslu optimal qərar verməni bir qədər qeyri-mülayim edir. 
 
 


 
 
94
Təşkilatın rəhbəri həmişə konservativ namizədləri, fəhlə liderləri isə əmək haqqını artıran 
yardımlar, məşğulluğu saxlayan rəisləri dəstəkləyir. Rəhbərin iş qayəsini nihilist, obyektiv 
qanunlarla hesablaşmayan utlitar meyllərdən uzaqolma təşkil edir. Vəzifə icraatında, kadr 
yerləşməsində və yetişdirilməsində rotosiya prinsipini rəhbər tutulmalı milli psixologiyada kök 
salmış nepotizm rudumenti təcrid olunmalıdır. 
İdarəetmənin nəzəri və praktiki prinsiplərinin çevrəsi daha genişdir. Neft-qaz sənayesinin 
də  məxsusi istehsalı  əsasən bu prinsiplər üzərində qurulur. Bununla belə, ümumi cəhətlərlə 
yanaşı spesifik sənaye xüsuslu aspektlərdə nef-qaz sənayesinə hakimdir. Belə yaranışlar neft-qaz 
sektorunda, eləcə  də milli neftqazçıxarma kompleksində  həm klassik və  həm də proqressiv 
formada təzahür edir. Bununla belə, genişlənən  və dərinləşən bazar iqtisadiyyatı yeni mütərəqqi 
idarəetmə prinsiplərinin tətbiqini gündəmə gətirir. 
 
 
6.2. Kompleksin idarə edilməsinin təkmilləşdirilməsi 
 
Bazar tələblərini  əxz etmədən, toplanan təcrübədən bəhrələnmədən müvəffəq idarəetmə 
şəbəkəsi yaratmaq mümkün deyildir. İndi neft sənayesində idarəetmə mühafizəkarlığının 
saxladığı  məqamda onun yeni prinsip və metodlarla zənginləşdirmək sevdası da sürət alır. 
Təqdirəlayiq haldır ki, neft-qaz sənayesində idarəetmə sisteminin yaxşılaşdırılmasının tədqiqi elə 
bu strukturlarda fəaliyyət göstərən rəhbər və mütəxəssislərin tədqiqatlarında daha çox əksini 
tapır. 
Həyatın metomorfozları bizim səyləri, düşüncə  və potensialımızı daim təkmilləşməyə 
kökləyir. İstehsalın artımı da bu keyfiyyətlərlə səciyyələnərək mütəmadi yeniləşmədə əks olunur. 
Yeni formanın davamlılığı müəyyən ideyalar sisteminin, müvafiq daxili ideologiyanın iqtisadi 
münasibətlərlə harmonik təmasda, rəvan inkişafında ifadəsini tapır. Dünya neft biznesinin Şərq 
qütbündə nə qədər avtoritorizm olsa da, sahəvi idarəetmə sistemi valyuntarist meyllərdən kənar, 
mütərəqqi standartlar üzərində bərqərar olmuşdur. İdeoloji sistemin güclü olmasına baxmayaraq, 
inteqrasiyon əlaqələr qlobal üstünlükləri müdafiə edir. 
İdarəetmə sisteminin təkmilləşməsi onun bazar quruluşu tərtibatında institusional 
formaların tətbiqini labüd edir. Empirik institusional tədqiqatlar idarəetməni keyfiyyət 
dəyişikliklərinə uğradaraq onun yeni yaranışlarla zənginləşməsi prosesində mühüm rol oynayır. 
Bazar mühitində iqtisadiyyatda, o cümlədən, neft sənayesində qarşıya çıxan yeni məsələlərin 
həlli səmərəli idarəetmə sisteminin əsasında formalaşır. Neftqazçıxarma sənayesində 
idarəetmənin bazar prinsiplərinə keçidi istehsal münasibətlərində dərin kök salmış plan-komanda 
sisteminin, inzibati amirlik metodlarının iqtisadi yanaşma ilə  əvəzlənməsini, ictimai psixoloji 
mühitin, sosial durumun yaxşılaşmasını diktə edir. Səmərəli idarəetmə elmi-texniki 
nailiyyətlərdən dolğun və müstəqil istifadənin sinxron asılılığında keyfiyyət dəyişikliklərinə 
uğrayır. 
Mükəmməl idarəetmə sisteminin təşkili kadr seçimi, onların ixtisasının artırılması, 
attestassiyası, digər səriştə  və bacarığı, peşəkarlıq və  məsuliyyəti təmin edən kateqoriyalarla 
təjhiz olunmasından faydalanır. Həqiqi professional prosesi hiss edir. Düşüncəni üstələyən 
bacarıq və  vərdişlərə mütəmadi yiyələnir. Edilən nöqsanlar nəticəsində peşəkar daha da 
peşəkarlaşır, diletant isə bir qədər ehtiyatlı olur. Reallıq belədir ki, dərin bilik olmadan heç bir 
işdə böyük müvəffəqiyyətə ümid etmək olmaz. İqtisad diletantları kimi seçilə bir sıra təsərrüfat 
rəhbərləri bu baxımdan «bazar» treninqindən keçərək attestassiya olunmalıdır. Vəzifəlilərin 
hüquq, cavabdehlik məsuliyyəti ilə  təlimatlandırılması-personifikasiyası inkişafa uyğun olaraq 
yeniləşməlidir. 
İslahatların idarəetmə manifesti real bazar ölkələrinin inkişaf təcrübəsinin Azərbaycan 
gerçəklikləri sintezində innovasiyon dəyərlərdən dolğun istifadədə  əksini tapmalıdır.  İndustrial 
sistemlərin sınanmış müvəffəq idarəetmə  şəbəkəsinin keyfiyyətindən, səmərəli idarəetməni 
təmin edən optimal miqyaslar biznesindən bəhrələnərək islahatlar prosesinin bu mühüm 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə