E. M. Hacizadə


Təşkilati səhmləşmə və yeni struktur model



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə42/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   38   39   40   41   42   43   44   45   ...   125

 
 
87
5.6. Təşkilati səhmləşmə və yeni struktur model 
 
Səhmdar Cəmiyyət öz səhmləri müqabilində  məsuliyyəti nəzərdə tutan geniş  əməkdaşlıq 
formasıdır. Onun ilk təzahürü  İngiltərədə 400 il öncə düz 1600-cü ildə görünmüşdür. Böyük 
tarixi yol keçən səhmləşmə prosesi postsovet məkanında iqtisadi yeniləşmədə ən geniş yayılan 
və  əhəmiyyəti ilə seçilən struktur forması olmuşdur. Səhmlərin ölçüləri və sayı hesabında 
səhmdarların bərabərhüquqlu təşkilatı kimi SC-nin üstünlükləri aşağıdakılardan ibarətdir: 
  qiymətli kağızların SC-də sahibləri öz əmanətlərinə tam sahibdirlər; 
  əmanətçilər müəssisənin işində iştirak edərək müəyyən mükafatlara, təltiflərə köklənə 
bilərlər.  (Bu zaman müəssisənin idarə edilməsində aktiv iştirak o, qədər də  zəruri 
deyildir); 
  ayrı-ayrı fərdlər risk bölgüsü imkanlarına malikdirlər. 
Bununla belə, SC imkan verir ki, onun iştirakçılarının maraqları baxımından resursların 
daha səmərəli istifadə edilsin. SC dünya praktikasında bazar təsisatlı iri müəssisənin əsas təşkilat 
forması kimi çıxış edir. O, özəl mülkiyyətin birliyi əsasında iqtisadiyyatın təşkilində mühüm 
iqtisadi mexanizmdir. SC-nin əsas cəhətləri aşağıdakılardır: 
  aksioner kapitalın bərabər bölgüsü əsasında hərəkət; 
  cəmiyyətə ödənişlər  əsasında onun öhdəliklərinin iştirakçılar tərəfindən məhdud 
məsuliyyəti; 
  səhm buraxılışı ilə əlavə investisiyalar cəlb etmək imkanı; 
  əmək kollektivinin SC-nin səhmlərinin alınması ilə onun mülkiyyətçi olması imkanları; 
  özünün konturagentlərinin cəlb edilməsi ilə müştərək maraqları ifadə edən nəticələrlə 
bir SC digər SC-nin qiymətli kağızlarını almaqla qarşılıqlı marağı ifadə edən  şəbəkə 
yaradır; 
  hər şey seçilməyə məruz qalır. 
Təşkilatın səhmləşməsi, hətta onun sonrakı mərhələdə bu əsasda özəlləşdirilməsi səmərəli 
bazara adaptasiyada heç də sonuncu şərt deyildir. Bu istiqamətdə müasir idarəetmə sisteminin 
formalaşdırılması, təşkilati maliyyə istehsal restruktizasiyasının aparılması, qabaqcıl 
texnologiyalarda ifadə tapan milli daxili mülkiyyətçilərin–insayder və xarici investorların 
autsayderlərin cəlb edilməsi, mütərəqqi layihələrin tətbiqi, kapital axını və dövriyyəliyini təmin 
edən yeni qurumların, strukturların təsisatı da zəruridir. 
Keçid iqtisadiyyatında dövlət sektorunun sərhədləri daha çox hərəkətliliyi ilə seçilir. 
Qüvvətlənən korporatizasiya və özəlləşmə özünü maliyyələşdirən dövlət və özəl qarşılıqlı 
təşkilatlar formasında durur. QNQÇİB strukturu öncə bu formaya salına bilər. Fikrimizcə bu 
istiqamət aşağıdakı mərhələləri əhatə edəcəkdir: 
  ilkin mərhələ-SC çevrilməsi - tam dövləti əsasda (3-5 il); 
  yaxın orta müddət-qismən özəlləşdirmə (5-7 il); 
  orta və uzun müddət-tam özəlləşdirmə (10-15 ildən sonra). 
İri təşkilatın səmərəli fəaliyyəti müasir şəraitdə mülkiyyətçi instinktində deyil, idarəetmə 
peşəkarlığından asılıdır. Keçid ölkələrinin təcrübəsi göstərir ki, səhmləşən müəssisədə dövlət 25-
30% səhm paketini saxlamaqla cəmiyyətin idarəedilməsində mümkün imkanlarını saxlamış olur. 
Əlbəttə ki, dövlət iqtisadi təhlükəsizliyi təmin edən həlledici amil kimi, müəyyən strateji 
əhəmiyyətli sahələri tam yüzfaizli nəzarətində də saxlaya bilər. 
QNQÇİB-də ilkin olaraq yeni yaranmış struktur fikrimizcə bazar sektorlu olmaqla 5 
sütunlu formanı əhatə etməlidir. Aşağıdakı sxemdə QNQÇİB-nin səhmdar cəmiyyətə çevriləcəyi 
təqdir prioretet strukturların qruplaşması verilmişdir: 
 
 
 
 
 


 
 
88
Sxem 3 
Quruda neftqazçıxarma kompleksində korporativ 
səhmdar struktur variantı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Quruda neftqazçıxarma kompleksində iqtisadi islahatların geniş miqyaslı aparılmasında 
investision məhdudiyyətdən çox konservativ və solçu təmayüllü kontingentin təsir amili daha 
nüffuzedici gücə malikdir. Hadisələrə bele yanaşma özlüyündə təkcə islahat prosesini deyil, həm 
də yeni münasibətlərin, səhmdar  əməkdaşlığın genişlənməsi və  tətbiqini ləngidir. Bizim 
fikrimizcə QNQÇİB-də struktur islahatlarının dərinləşməsi və restruktizasiya prinsipinin 
genişləndirilməsini məhdudlaşdıran subyektiv faktorları aşağıdakı kimi təsnifləşdirmək olar. 
  quruda yataqlar tükənmişdir. ƏİF-lər və texnologiya mənəvi və fiziki aşınmışdır; 
  nəhəng yataqların aşkarlanması imkanları məhduddur; 
  sahənin bazarda dominantlılığı sona yetmişdir; 
  investisiyon tələb risklidir
  xarici kapitallı müştərək müəsisələrdə işin qurulması reallaşmışdır. 
Nəzərə çəkilən faktorlar formalaşan konyuktur vəziyyət üçün kompaniya xüsuslu görünür. 
Perspektiv və qalıq ehtiyatlarına istinad edərək problemin geniş elmi təhlili sadalananlara inkar 
qamçısı vurur. Qurmaq fiziki və  mənəvi baxımdan bütün parametrlərdə dağıdmağı üstələyir. 
Sökmək asan, yaratmaq çətin, tənqid ucuz, düşünülüb  əsaslandırılmış  əməli iş mürəkkəb. Bir 
daha fikrimizcə  hədəf QNQÇİB-də strateji yönümlü islahatlar təşəkkül tapmalı, kompleksdə 
bazar orentasiyalı yeni struktur formalaşmalıdır. 
Aşağıda Quruda Neftqazçıxarma  İstehsalat Birliyini səhmdar cəmiyyətə çevrilməsi 
senarisində struktur düzümünün işlənmiş mümkün variantlarından biri təqdim olunur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Газма вя 
эеолоъи 
кяшфиййат 
Хидмят Сащяляри
-няглиййат вя 
хцсуси техника; 
-тяжщизат; 
-рабитя; 
-техники тяминат; 
-лай вериминин 
 артырылмасы; 
-комплектляшдирмя.
 
Малиййя, 
Маркетинд, 
сатыш 
Елм вя
информасийа 
структуру
Нефтгаз- 
чыхарма
 
-НГЧИ 
-ММ 
-Ижаря; 
конессийа 
тяшкилатлары. 
Азяринефт СЖ


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə