E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə39/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   35   36   37   38   39   40   41   42   ...   125

 
 
81
müstəvidən müasir texniki bazaya malik çevik bir sahəyə keçid etmişdir. Müasir mərhələdə 
qazma dəniz  şelfini aşaraq okeanın dərinləşən qatlarına doğru irəliləməkdədir. Açıq dənizdə 
qazma işləri isə zona mürəkkəbliyi ilə  fərqlənərək hidrotexniki və üzən qazma qurğularına 
müvafiq profilli gəmilərə, müasir texnoloji yaranışlara ehtiyac və  tələbat  əsasında formalaşır. 
Dərin qazma innovasiya ilə yanaşı, həm də mühəndis səriştəsi, ixtisaslı  işçi  əməyi, qiymətli 
kimyəvi reogentlər, yeni keyfiyyətli yuyucu məhsullar tələb edir. 
Hazırda respublikamızda 5-6 min dərinlikli quyuların qazılması adi reallığa çevrilmiş
qazma prosesi daha dərin qatlara qədəm qoymuşdur. Məlum olduğu kimi, sovet 
texnologiyalarına  əsaslanan üzən qazma qurğuları belə  dərinlikləri fəth edə bilməmişdir. 
Respublikamıza yön alan, müasir texnologiyalarda ifadə tapan investisiyalar dənizdəki qazma 
qurğularının mütərəqqi standartlara cavab verən modifikasiyasını  təmin etmişdir.  Şelf adı ilə 
kodlaşdırılan köhnə qazma qurğuları yeni adlanışda və  tərtibatda «Dədə Qorqud», «İstiqlal», 
«Qurtuluş» kimi modern dərin qazma qurğularına çevrilmişlər. Daha çevik və imkanlı «İstiqlal» 
qazma qurğusu 200 milyon ABŞ dolları  və 1200 mütəxəssis  əməyi hesabına bərpa edilərək, 
dənizin 700 metrliyində, 7600 metr dərinlikdə quyu qazılmasını reallaşdırır. 
 
Müasir dəniz qazma qurğularının nomenklatur təsnifatı genişdir. Buraya daha 
mütərəqqi və intişar tapmış standartlı  
FPS üzən istismar sistemi; 
FPSS 
yarım daldırılmış istismar sistemi; 
TLP dartılan dayaqlı platforma. 
FPSO neft 
hasilatı, saxlama və  məhsuldarlığı yüksəltmə qurğusu və 
digərləri də daxildir. 
 
Şübhəsiz ki, Xəzərin yeni zəngin karbohidrogen yataqları respublikanın neft-qaz 
sənayesinə, o cümlədən, qazma prosesinin inkişafına mütərəqqi dəyişikliklər gətirir. Qazma 
texnologiyasının, qurğuların modernləşdirilməsinə qoyulan sərmayələr dənizin perspektivli 
yataqlarında tətbiqini nəzərdə tutur. Xüsusi marginallığı ilə fərqlənən köhnə istismar sahələrində 
isə qazma texnologiyası  əvvəlki standartlarda qalmaqda davam edir. Bu da heç şübhəsiz ki, 
ümumi qazma prosesi üçün vəsait çatışmamazlığı ilə yanaşı, həm də texnoloji çətinliklər törədir. 
Qazma dövriyyəsini  əks etdirən iqtisadi göstəricilərin təhlili göstərir ki, köhnə  dəniz və quru 
yataqlarında qazma prosesi son dərəcə depressiv meyllidir. Əvvəlki onilliklərə nisbətən 
qazmanın texniki-iqtisadi göstəriciləri 10 dəfələrlə aşağı düşmüşdür. 
Aşağıdakı cəvəllərdə son on il ərzində QNQÇİB-də qazmanı xarakterizə edən göstəricilər 
verilib. 
Cədvəl 11 
1991-2001-ci illərdə qruda neftqazçıxarma sənayesinin  
qazma üzrə iqtisadi göstəriciləri 
 
İllər 
Ümumi 
qazma 
(min metrlə) 
Özündən 
əvvəlki ilə 
nisbətən 
%-lə (+ -) 
İstismar 
qazması 
(min metrlə) 
Özündən 
əvvəlki ilə 
nisbətən 
%-lə (+ -) 
Kəşfiyyat 
qazması 
(min metrlə) 
Özündən 
əvvəlki ilə 
nisbətən 
%-lə (+ -) 
1991 
237306 -18,5 215036  -11,9  22270  -52,8 
1992 
254778 +7,4 234937  +9,6  19841 -10,9 
1993 
225278 -11,6 215804  -8,3  9474  -52,3 
1994 
116739 -48,2 113940  -47,3  2799  -70,5 
1995 
38886 -66,7 38218  -66,5  668  -76,1 
1996 
52811 +35,8 50432  +32,6  2379 +356,1 
1997 
69041 +30,7 65565  +30,0  3476 +46,1 
1998 
52445 -24,0 50296  -23,3  2149 -38,2 
1999 
23589 -55,0 23119  -54  470  -78,1 
2000 
40231 +70,5 38594  +66,9  1637 +348,3 


 
 
82
2001 
30200 -25,0 28336  -26,6  1864 +13,9 
Cəmi 
(10 
il ərzində)
 
1141304 
enmə 
7,9 dəfə 
1074277 
enmə 
7,6 dəfə 
67027 
enmə 
11,9 dəfə 
 
Cədvəl 12 
1991-2001-ci illərdə tikintisi başa çatan quyuların dinamikası 
 
İllər 
Cəmi tikilən  
quyular 
O cümlədən, 
istismar quyuları 
Kəşfiyyat 
quyuları 
1991 
112 105  7 
1992 
126 117  9 
1993 
112 106  6 
1994 
64 63  1 
1995 
25 25  - 
1996 
33 31  2 
1997 
42 40  2 
1998 
33 33  - 
1999 
22 22  - 
2000 
25 24  1 
2001 
32 31  1 
Cəmi 
(10 il ərzində) 
626 597  29 
 
Qazma prosesinin yuxarıdakı  Cədvələrdə  əks olunan reqressiyası göstərir ki, son 10 il 
ərzidə ümümi qazma həcmi 7,9 dəfə azalmaya məruz qalmışdır. Kəşfiyyat qazmasında bu 
göstərici daha acınacaqlı mənzərədən nişan verir. Artıq neçə ildir ki, kəşfiyyat qazması ildə bir 
qazılan quyunun timsalında xarakterizə olunur. 1995-2001-ci illər  ərzində qazmanın 
kommulyativ həcmi stabil qazma illəri olan 1970-1980-ci illərlə  hər bir il üzrə ayrılıqda 
müqayisədə yenə də kiçik ölçülü göstəricidir. 1991-2001-ci illərdə kəşfiyyat qazmasının ümümi 
həcmi təkcə 1980-ci ildəki müvafiq göstəricidən iki dəfə kiçikdir. 
Cədvəllərdə diqqətə  çəkilən göstəricilər açıq-aşkar quru sahələrində qazmanın tənəzzülə 
uğradığını  işıqlandırır. Qeyd olunduğu kimi, qazmasız heç bir istehsal artımına nail olmaq 
mümkün deyildir. Yatağın elmi istismar qurluşuna görə, mütammadi olaraq geoloqların təyin 
etdiyi bucaqlarda müvafiq quyular qazılmalıdır. Qazma işlərinin sürətli inkişafı  qədər neft 
hasilatından gözlənilməz gəlirləri stimullaşdıran digər mənbə tapmaq çətindir. Bu gerçəkliklər 
fonunda qazma işinin əhəmiyyətinə rəğmən bir tezis formaldırmağa cəhd edək. «Qazma prosesi 
aparılmayan yataqdan hasilat artımı gözlənilməz». 
QNQÇİB-də qazmanın gedişi üzrə plan tapşırıqlarının yerinə yetirilməsi 2001-ci ildə  də 
müsbət xüsüslu olmamışdır. Nəzərdə tutulan 84200 metr qazma planı 35,8% yerinə yetirilmişdir. 
İstismar və  kəşfiyyat üzrə qazma planı müvafiq olaraq 36,7% və 26,6% həcmində 
tamamlanmışdır. Qİİ-ləri arasında yalnız Qalmaz DQE istismar qazması üzrə verilən tapşırığı 
yerinə yetirməyə müvəffəq olmuşdur. 2001-ci ildə QNQÇİB-də qazma sürəti nəzərdə tutulmuş 
526 m/dəzgah ay əvəzinə 177 m/dəzgah ay olmuşdur. Ümumilikdə son 10 il ərzində olduğu 
kimi, 2001-ci ildə  də kompleksdə qazma prosesini səciyyələndirən bütün digər texniki-iqtisadi 
göstəricilər məlum səbəblər üzündə qeyri-qənaətbəxş olmuşdur. 
Artan quyu sayı neft-qaz sənayesinin dövrü inkişafını tamamlamasa da onun miqyaslılığı 
xoş bir təəssüratı  səciyyələndirir. Tikintisi başa çatan quyular isə öz növbəsində ahəngdar
normal yüksəlişi şərtləndirir. Beynəlxalq miqyasda statistikaya görə, II cahan savaşından sonra 
qazılan quyuların 65%-nin tikintisi başa çatmışdır. Bu göstərici 1960-cı illərdə 57%-ə ensə də, 
1970-ci illərdən başlayaraq yenidən yüksələrək 70%-i aşmışdır. Müəyyən sabitlikdən sonra 
1990-cı illərdə bu rəqəm neft qiymətlərinin sərt dəyişikliklərinə  rəğmən daha çox 77%-ə 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə