81
müstəvidən müasir texniki bazaya malik çevik bir sahəyə keçid etmişdir.
Müasir mərhələdə
qazma dəniz şelfini aşaraq okeanın dərinləşən qatlarına doğru irəliləməkdədir. Açıq dənizdə
qazma işləri isə zona mürəkkəbliyi ilə fərqlənərək hidrotexniki və üzən qazma qurğularına
müvafiq profilli gəmilərə, müasir texnoloji yaranışlara ehtiyac və tələbat əsasında formalaşır.
Dərin qazma innovasiya ilə yanaşı, həm də mühəndis səriştəsi, ixtisaslı işçi əməyi, qiymətli
kimyəvi reogentlər, yeni keyfiyyətli yuyucu məhsullar tələb edir.
Hazırda respublikamızda 5-6 min dərinlikli quyuların qazılması adi reallığa
çevrilmiş,
qazma prosesi daha dərin qatlara qədəm qoymuşdur. Məlum olduğu kimi, sovet
texnologiyalarına əsaslanan üzən qazma qurğuları belə dərinlikləri fəth edə bilməmişdir.
Respublikamıza yön alan, müasir texnologiyalarda ifadə tapan investisiyalar dənizdəki qazma
qurğularının mütərəqqi standartlara cavab verən modifikasiyasını təmin etmişdir. Şelf adı ilə
kodlaşdırılan köhnə qazma qurğuları yeni adlanışda və tərtibatda «Dədə Qorqud», «İstiqlal»,
«Qurtuluş» kimi modern dərin qazma qurğularına çevrilmişlər. Daha çevik və imkanlı «İstiqlal»
qazma qurğusu 200 milyon ABŞ dolları və 1200 mütəxəssis əməyi hesabına bərpa edilərək,
dənizin 700 metrliyində, 7600 metr dərinlikdə quyu qazılmasını reallaşdırır.
Müasir dəniz qazma qurğularının nomenklatur təsnifatı genişdir. Buraya daha
mütərəqqi və intişar tapmış standartlı
FPS üzən istismar sistemi;
FPSS
yarım daldırılmış istismar sistemi;
TLP dartılan dayaqlı platforma.
FPSO neft
hasilatı, saxlama və məhsuldarlığı yüksəltmə qurğusu və
digərləri də daxildir.
Şübhəsiz ki, Xəzərin yeni zəngin karbohidrogen yataqları respublikanın neft-qaz
sənayesinə, o cümlədən, qazma prosesinin inkişafına mütərəqqi dəyişikliklər gətirir. Qazma
texnologiyasının, qurğuların modernləşdirilməsinə qoyulan sərmayələr dənizin perspektivli
yataqlarında tətbiqini nəzərdə tutur. Xüsusi marginallığı ilə fərqlənən
köhnə istismar sahələrində
isə qazma texnologiyası əvvəlki standartlarda qalmaqda davam edir. Bu da heç şübhəsiz ki,
ümumi qazma prosesi üçün vəsait çatışmamazlığı ilə yanaşı, həm də texnoloji çətinliklər törədir.
Qazma dövriyyəsini əks etdirən iqtisadi göstəricilərin təhlili göstərir ki, köhnə dəniz və quru
yataqlarında qazma prosesi son dərəcə depressiv meyllidir. Əvvəlki onilliklərə nisbətən
qazmanın texniki-iqtisadi göstəriciləri 10 dəfələrlə aşağı düşmüşdür.
Aşağıdakı cəvəllərdə son on il ərzində QNQÇİB-də qazmanı xarakterizə edən
göstəricilər
verilib.
Cədvəl 11
1991-2001-ci illərdə qruda neftqazçıxarma sənayesinin
qazma üzrə iqtisadi göstəriciləri
İllər
Ümumi
qazma
(min metrlə)
Özündən
əvvəlki ilə
nisbətən
%-lə (+ -)
İstismar
qazması
(min metrlə)
Özündən
əvvəlki ilə
nisbətən
%-lə (+ -)
Kəşfiyyat
qazması
(min metrlə)
Özündən
əvvəlki ilə
nisbətən
%-lə (+ -)
1991
237306 -18,5 215036 -11,9 22270 -52,8
1992
254778 +7,4 234937 +9,6 19841 -10,9
1993
225278 -11,6 215804 -8,3 9474 -52,3
1994
116739 -48,2 113940 -47,3 2799 -70,5
1995
38886 -66,7 38218 -66,5 668 -76,1
1996
52811 +35,8 50432 +32,6 2379 +356,1
1997
69041 +30,7 65565 +30,0 3476 +46,1
1998
52445 -24,0 50296 -23,3 2149 -38,2
1999
23589 -55,0 23119 -54 470 -78,1
2000
40231 +70,5 38594 +66,9 1637 +348,3
82
2001
30200 -25,0 28336 -26,6 1864 +13,9
Cəmi
(10
il ərzində)
1141304
enmə
7,9 dəfə
1074277
enmə
7,6 dəfə
67027
enmə
11,9 dəfə
Cədvəl 12
1991-2001-ci illərdə tikintisi başa çatan quyuların dinamikası
İllər
Cəmi tikilən
quyular
O cümlədən,
istismar quyuları
Kəşfiyyat
quyuları
1991
112 105 7
1992
126 117 9
1993
112 106 6
1994
64 63 1
1995
25 25 -
1996
33 31 2
1997
42 40 2
1998
33 33 -
1999
22 22 -
2000
25 24 1
2001
32 31 1
Cəmi
(10 il ərzində)
626 597 29
Qazma prosesinin yuxarıdakı Cədvələrdə əks olunan reqressiyası göstərir ki, son 10 il
ərzidə ümümi qazma həcmi 7,9 dəfə azalmaya məruz qalmışdır. Kəşfiyyat qazmasında bu
göstərici daha acınacaqlı mənzərədən nişan verir. Artıq
neçə ildir ki, kəşfiyyat qazması ildə bir
qazılan quyunun timsalında xarakterizə olunur. 1995-2001-ci illər ərzində qazmanın
kommulyativ həcmi stabil qazma illəri olan 1970-1980-ci illərlə hər bir il üzrə ayrılıqda
müqayisədə yenə də kiçik ölçülü göstəricidir. 1991-2001-ci illərdə kəşfiyyat qazmasının ümümi
həcmi təkcə 1980-ci ildəki müvafiq göstəricidən iki dəfə kiçikdir.
Cədvəllərdə diqqətə çəkilən göstəricilər açıq-aşkar quru sahələrində qazmanın tənəzzülə
uğradığını işıqlandırır. Qeyd olunduğu kimi, qazmasız heç bir istehsal artımına nail olmaq
mümkün deyildir. Yatağın elmi istismar qurluşuna görə, mütammadi olaraq geoloqların təyin
etdiyi bucaqlarda müvafiq quyular qazılmalıdır. Qazma işlərinin sürətli inkişafı qədər neft
hasilatından gözlənilməz gəlirləri stimullaşdıran digər mənbə tapmaq çətindir. Bu gerçəkliklər
fonunda qazma işinin əhəmiyyətinə rəğmən bir tezis formaldırmağa cəhd edək. «Qazma prosesi
aparılmayan yataqdan hasilat artımı gözlənilməz».
QNQÇİB-də qazmanın gedişi üzrə plan tapşırıqlarının yerinə yetirilməsi 2001-ci
ildə də
müsbət xüsüslu olmamışdır. Nəzərdə tutulan 84200 metr qazma planı 35,8% yerinə yetirilmişdir.
İstismar və kəşfiyyat üzrə qazma planı müvafiq olaraq 36,7% və 26,6% həcmində
tamamlanmışdır. Qİİ-ləri arasında yalnız Qalmaz DQE istismar qazması üzrə verilən tapşırığı
yerinə yetirməyə müvəffəq olmuşdur. 2001-ci ildə QNQÇİB-də qazma sürəti nəzərdə tutulmuş
526 m/dəzgah ay əvəzinə 177 m/dəzgah ay olmuşdur. Ümumilikdə son 10 il ərzində olduğu
kimi, 2001-ci ildə də kompleksdə qazma prosesini səciyyələndirən bütün digər texniki-iqtisadi
göstəricilər məlum səbəblər üzündə qeyri-qənaətbəxş olmuşdur.
Artan quyu sayı neft-qaz sənayesinin dövrü inkişafını tamamlamasa da onun miqyaslılığı
xoş bir təəssüratı səciyyələndirir. Tikintisi başa çatan quyular
isə öz növbəsində ahəngdar,
normal yüksəlişi şərtləndirir. Beynəlxalq miqyasda statistikaya görə, II cahan savaşından sonra
qazılan quyuların 65%-nin tikintisi başa çatmışdır. Bu göstərici 1960-cı illərdə 57%-ə ensə də,
1970-ci illərdən başlayaraq yenidən yüksələrək 70%-i aşmışdır. Müəyyən sabitlikdən sonra
1990-cı illərdə bu rəqəm neft qiymətlərinin sərt dəyişikliklərinə rəğmən daha çox 77%-ə