E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə37/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   33   34   35   36   37   38   39   40   ...   125

 
 
77
də istehsal komplekslərinin orta və kiçik həcmdə olaraq təşkilinə istinad edir. İndi real bazar 
ölkələrində bu təbii prinsipdən çıxış edərək nəhəng zavod və fabriklər tikintisinə  təşəbbüs 
olunmur. 
Keçid iqtisadiyyatını tamamlayan cəhətlərdən biri də iqtisadiyyatın lokomotivi olan yeni 
mobil sistemlərin formalaşması olacaqdır. Müəssisələrin inteqrasiyası müasir korporativ tipli 
strukturların yaranmasına xidmət edir. İqtisadi araşdırmada struktur nəzəriyyəsi önəmli yer tutur. 
Problemin tədqiqində Nobel mükafatı laureatları L.Kontoroviç, S.Kuznes, V.Lenontyev, 
J.Smiqler və T.Xovelmonun xidmətləri böyük olmuşdur. Təşkilati problemlərin həlli ilk növbədə 
ardıcıl struktur islahatlarında, quruluşun rasional dəyişikliklərində ehtiva olunur. Struktur 
islahatları müasir məqamda milli iqtisadiyyatımızın daha çox neft sektorunda vacib iqtisadi 
elementə çevrilir. Sahənin iqtisadiyyatdakı xüsusi mövqeyi burada islahatların daha erkən və 
əsaslı şəkildə aparılmasını şərtləndirir. 
 
İqtisadi modellər arasında MAK-KİNSİ «7S» modeli təşkilatın inkişafı  və 
strukturu baxımından əhəmiyyətlidir. Təşkilatın inkişafı və yenidən qurulması modeli 
kimi ingilis S hərfi ilə başlanan 7 söz faktor-strategiya, səriştə, ümumi dəyərlər, 
struktur, sistem, kadr və stildə əks olunur. Bu mühüm mahiyyət komponentləri bizim 
araşdırmalar və  təhlil üçün də mühümdür. Tədqiqatımızda bu keyfiyyət 
göstəricilərindən geniş istifadə olunmuşdur. 
 
Struktur islahatlarını nəzərdən keçirərkən inkişaf ssenarisinin qeyd olunan üç istiqamətdə 
reallaşması ilə qarşılaşma ehtimalı vardır: 
  köhnə strukturların dövlətin tam sərəncamında qalaraq qapalı fəaliyyəti; 
  özəl bazar formalı səhmləşmə sisteminə keçid; 
  şaquli inteqrasiya olunan strukturun formalaşması. 
İnkişaf imkanlarının ilk variantda diqqətə  çəkilən məhdudluğu və perspektivsizliyi 
haqqında mülahizələr tədqiqat işində  əksini tapmışdır. Digər variantların isə substansiyasında 
tam bazar prinsiplərinə cavab verən yeni tipli qurumların formalaşması prosesi durur. 
Konqlomerat istiqamətli  şaquli inteqrasiya olunan strukturun həyati fəaliyyəti öncə  səhmləşmə 
sisteminin formalaşmasından, onun dayanıqlığından, daha çox özəl xarakterli elastikliyindən 
asılı olacaqdır. Belə reallıqlar kontekstində ilkin olaraq alomerant strukturun yaradılması daha 
məqbul hesab olunur. Köhnə istismar sahələrini əhatə edən qurumların böyük xalq təsərrüfatı və 
sosial  əhəmiyyəti rəhbər tutularaq yeni strukturun formalaşması fikrimizcə  səhmdar  əsasda 
dövlət və özəl qurumların birgə  fəaliyyəti müqabilində yaradılmalıdır.  İlk öncə köhnə istismar 
sahələrində hasilatı  həyata keçirən qurumlara baxış  və yanaşma təyinatını tapmalıdır. Qapalı 
recimdə  işləyən bu kompleksin yalnız bir hasiledici təşkilat kimi, yoxsa rəqabət qabiliyyətli, 
restruktizasiya və diversifikasiyaya uğramış, çox məhsul assortimentli bir qurum kimi fəaliyyət 
qurmasına üstünlük veriləcəkdir. 
«Azneft»  İB-nin mərkəzi aparatının və NQÇİ-lərin idarə heyətinin strukturunda köhnə 
sistemdən miras qalan elementlər yetərincədir. Bir dolğunluq da vardır ki, keçid iqtisadiyyatının 
şəbəkəsi qarışıq və keçici olduğu kimi də öz strukturlarında heç bir iqtisadi sistemi tamlıqla ifadə 
etmir. Belə reallıq ayrı-ayrı  rəhbərləri, istehsal kapitanlarını elmi əsaslara söykənməyi 
idarəetmədə improvizasiyalara meydan açır. Korporativ maraqları ifadə edən mühafizəkar stili 
möhkəmləndirən qanuni cildini almayan çinovnik formalaşdırılmasını qaynaqlandırır. Bu 
mövcudat isə yeniləşməni inkar etməklə hakimiyyətin saxlanmasını, köhnə sistemin qorunması 
şərtliliyinə xidmət edir. İstehsalat birliyində keçmiş ittifaqın özəlliklərini nişan verən  şöbələrin 
fəaliyyət göstərməsi ilə yanaşı elələri də yaradılır və modifikasiya olunur ki, onların səmərəsi 
haqqında mülahizə yürütmək özü belə çətinlik törədir. Bazar kursunu bayraq edən məmləkətin 
ən strateji obyektlərinin fəaliyyəti bazar elementlər ilə,  ələlxüsus da rəqabəti genişləndirən 
təminatlardan kənar qala bilməz. Real bazar ölkələri də bazar elementləri müasir məqamda, hətta 
müdafiə  sənayesində, ordu quruculuğunda da sezilməkdədir. Dövlətin tam sərəncamında qalan 
kompleksdə idarəetmədə disparitetlərin geniş yer alması ikili standartlılıq-xarici sərmayədarlara 


 
 
78
geniş  səlahiyyət verməklə  ənənəvi idarələrin statuslarının məhdudlaşdırılması  nə  qədər milli 
mənafelərə, səmərəli inkişafa uyğun ola bilər? Bütün bunlar isə göstərir ki, institusional 
mühafizəkarlıq, dilentantizm yaşayır, strateji inkişaf konsentual xarakter daşımır və bazar 
tarazlığına nail olunmamışdır. 
Yüksəlişin təminatı ilə struktur dəyişikliklərində, müvafiq olan bazar təsisatlı struktur 
islahatlarından keçir. Möhkəm bazar rejiminə  çıxış daha dərin, elmi əsaslandırılmış islahatlar 
prosesinə təşəbbüs tələb edir. Bu gerçəklikləri ifadə edərək bizim fikrimizcə, neft-qaz sektorunda 
struktur islahatlarını konkret olaraq aşağıdakı formada təsnifləşdirmək olar: 
  bazar təsisatlarında formalaşan struktur vahidli neftqazçıxarma istehsal qurumlarının 
təşəkkülü; 
  qazma işlərini həyata keçirən vahid qazma işləri kompleksinin yaradılması; 
  ixtisaslaşmış xidmət sahələrinin mərkəzləşdirilmiş struktur bölmələri kimi əlahiddə 
fəaliyyətinin təyinatı; 
  inteqrasiyon proseslərə,  əlverişli investisiyon mühitə, istehsal manevrliliyinin 
artırılmasına təminat verən zəruri, qabaqcıl bazar seqmentli strukturun təşkili
  servis təşkilatlarının özəlləşdirilməsi; 
  yaradılan struktura uyğun çevik idarəetmə aparatının təşkili; 
  vergi və qanunvericilik şəbəkəsinin təkmilləşdirilməsi. 
 
 
5.3. İstehsalin geniş restruktirizasiyasi 
 
Müəssisənin restruktizasiyası iqtisadi səmərəni və bazar rəqabətinin yüksəldilməsi 
istiqamətində geniş dairəli tədbirlər sistemidir. Milli real sektorun aparıcı sahəsi 
neftqazçıxarmanın mahiyyətcə bazara dərin adaptasiyası da restruktizasiyada əksini tapır. Keçid 
iqtisadiyyatı restruktizasiyanı iki istiqamətdə-mikroiqtisadi səviyyədə  fərdi müəssisələr 
kontekstində və iqtisadiyyatın ümumi sisteminin dəyişikliklərinin nəticəsi formasında aparır. Hər 
iki istiqamət fundamental investisiyalar müqabilində reallığa çevrilir. Bununla belə, 
restruktizasiyanın çoxşaxəli metodları daha çox təşkilati və maliyyə elementlərini cəm edən 
qruplar üzrə ümumiləşir. 
Restruktizasiya prosesində bankların rolu da nəzərə alınmalıdı. Bir çox ölkələrin təcrübəsi 
bankların bu prosesdə o, qədər də  səmərəli çıxış etmədiyini göstərmişdir. Bununla belə, bazar 
iqtisadiyyatı nəzərdə tutulan geniş prosesdə bankların fəal müdaxiləsini çıxılmaz edir. Təşkilatın 
restruktizasiyası müəssisənin və onun bölmələrinin ölçülərinin rəqabətli bazar mühitinin 
tələblərinə müvafiq istiqamətdə uyğunlaşdıran kompleks tədbirləri, maliyyə restruktizasiyası isə 
müəssisə balansının təmizlənməsi, bazar tələblərinə müvafiq aktivlərin bölümünü əhatə edir. Bu 
baxımdan QNQÇİB-də geniş istehsal restruktizasiyası hər iki qrup elementlərini eyni zamanda 
nəzərə almalıdır. Komandalı sistemdən fərqli olaraq restruktizasiya sərt strukturları deyil, 
hərəkətli, elastikyönümlü kapitalın kombinasiyalı, çarpazlaşan qurumun düzülüşündə ifadə 
olunmalı, bazar kapitalı vasitəsilə təkrar bölgüyə və inkişafa məruz qalmalıdı. 
QNQÇİB-də  səmərəli fəaliyyəti ləngidən səbəblərdən biri də struktur zəifliyi və artan 
struktur böhranıdır. Təşkilatın yenidən qurulmasında yeni strukturun təşkilində müxtəlif 
variantlar nəzərdən keçirilə bilər. Müəssisələrin bazar iqtisadiyyatı tələblərinə adaptasiyası uzun 
və mürəkkəb məsələdir. Keçid iqtisadiyyatında məsələnin həlli də aşağıdakı əsas istiqamətlərdə 
nəzərdən keçirilir: 
  ənənəvi dövlət müəssisələrini idarəetmə və mülkiyyət funksiyalarının bölgüsü əsasında 
SC-lərə və digər bu kimi ictimai, korporativ təşkilatlara çevrilməsi (qısa müddətdə)
  müəssisələrin özəlləşdirilməsi (orta müddətdə)
  vətəndaşların kapitalı, qeyri-dövlət təşkilatlarının vəsaitləri  əsasında müəssisələrin 
təşkili (uzun müddətdə). 
QNQÇİB-də aparılacaq restruktizliyinin nəticəsi kimi Holdinq  tipli təşkilati strukturun 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə