E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə33/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   29   30   31   32   33   34   35   36   ...   125

 
 
69
İslahatlar prosesi istehsalın restruktizasiyası ilə yanaşı onun mümkün diverfikasiyasını da 
əhatə etməlidir.  İslahatlar prosesində  özəlləşdirmə neftqazçıxarma mədənlərinin  lisenziya 
əsasında milli sahibkarlara verilməsi, tender üsulu ilə  konsessiya strategiyası  səmərəli xüsusda 
fərqlənər. Sahədə azad bazar prinsiplərinin bərqərar olunması  əlverişli investisiya mühitinin 
formalaşmasına yardımçı ola bilər. Tarixdən məlumdur ki, Azərbaycanda sənaye üsullu neft 
hasilatı  təşəkkül tapanda Bakıda neft istehsalında icbari əməkdən istifadə olunmasında iltizam 
sisteminin ləğv edilməsi, xarici kapital aktının genişləndirilməsində mühüm əhəmiyyəti 
olmuşdur. Sirr deyil ki, neftqazçıxarma sənaye xarakteri aldığı zamanlardan bu yeni 
kapitaltutumlu, məxsusi risk tələb edən mürəkkəb texnoloji işi ayrı-ayrı sahibkarlar tamlıqla 
məsuliyyəti öz üzərlərinə götürməkdən ehtiyatlanmışlar. XIX əsrdə genişlənən səhmləşmə ilkin 
neft sənayesinin həm ABŞ, həm Rusiya qütbündə  səhmdar  əsasda start götürmüşdür. Məhz 
səhmdar əməkdaşlıq neft sənayesinin inkişafında mühüm rol oynamışdır. Riski, əziyyəti nəticəni 
birgə yaşamaq, birgə bölüşmək səhmdar prinsiplərin leymotivini təşkil edir. Səhmdarlıq 
təşkilatın likvidliyinin mühüm indikatorudur. Köhnə neft yataqlarında yeni struktur, istehsal 
prosesi öz inkişafının ahəngdarlığını  zənnimizcə daha çox bu əsasdan qaynaqlandırmalıdır. 
Perspektivdə  həmcins təşkilatların, eyni profilli müəssisələrin digər iqtisadi mənfəətli formada 
birləşməsi və əhəmiyyətini hələ nümayiş etdirəcəkdir. 
Neftqazçıxarma sənayesində böhranlı vəziyyət çox sayda amillərin eyni zaman kəsiyində 
və  şəbəkədə  nəzərə alınmasını önə  çıxarır. Nəzəri  əsaslar, sınaq-eksperement və praktika  
gerçəkliklər islahatlar toplumunun proqramı  və  hərəkət planı üçün mühüm baza mənbəyidir. 
İqtisadi fəaliyyətdə milli mənafeləri, strateji prinsipləri ifadə etməyən baxışlar,  əks maraqların 
mübarizəsi islahatların ləngiməsində öz mənfi izini qoyur. Səmərli nöqtəyə  çıxış isə islahatlar 
strategiyasına daha sərt, praqmatik və konseptual yanaşmanı tələb edir. 
 
 
4.5. İslahatlarin strategiya və taktikasi 
 
İslahatları əsaslandıran meyarların, kompleksin potensialının genetik və perspektiv təhlili 
və mümkün şərhindən sonra nəzərdən keçirilən problemin həlli yolarının axtarış  və istiqamət 
variantları  tədqiqat predmetinə çevrilir. Quruda yerləşən köhnə istismar sahələrində bazar 
prinsiplərinə uyğun təsərrüfat münasibətlərinin qurulması, geniş islahat prosesinin 
aparılmasınının məqsədəuyğunluğu ilə yanaşı  təqdim olunan yeni iqtisadi modelin effektivliyi, 
onun netto nəticəliyi də  əsaslandırılmalı, təyin olunmuş resurslar kontekstində islahatlar hansı 
ölçülü rentabelli istehsala adekvatlığı müəyyən edilməlidir. 
Yeni islahat prosesinin hərəkət planı, tərtib etdiyimiz strateji aspektli model 3x3 formatlı 
matrisa nümunəsində nəzərdən keçirilir. İlkin təsnifat 3 mühüm şərti əhatə edir: 
1.
 
Qalıq ehtiyatlar, potensial imkanlar və istehsal gücü-ümumilikdə, bütün  resursların 
kommulyativ həcmi nə qədərdir? 
2.
 
Hansı ölçüdə, tempdə və müddət ərzində optimal hasilat davam etdiril bilər? 
3.
 
Layihələşən iş nə qədər rentabelli, səmərəli və bütün tərəfləri qane edəcək dayanaqlı və 
əhəmiyyətli olacaq? 
Obyekt haqqında möhkəm informasiya təminatına malik olduqdan sonra islahatların 
strategiyanın biznes planı hüquqi və mülkiyyət aspekti təhlilə  məruz qalır. Fikrimizcə, 
islahatların hüquqi-mülkiyyət formasının təsbiti aşağıdakı 3 əsas istiqamətdə  nəzərdən keçirilə 
bilər: 
1.
 
Xarici və qismən də daxili investorları cəlb etməklə, kontrakt əsaslı birgə fəaliyyət (ilk 
mərəhələdə dövlətin xüsusi payı olan müştərək mülkiyyət); 
2.
 
Mülkiyyət dəyişiklikləri edilmədən özünümaliyyələşdirmə, kommersiyalaşdırma (tam 
dövlət mülkiyyəti); 
3.
 
Tam özəl (korporativ). 
Burada istehsalın struktur quruluşunun aşağıdakı 3 forması nəzərdən keçirilə bilər: 


 
 
70
1. Şaquli inteqrasiya olunan istehsalat kompleksi
2. Neftqazçıxarma ilə məhdudlaşan kommersiya təşkilatı 
3. Holdinq təyinatlı struktur
Köhnə istismar sahələrində hasilatı  həyata keçirən istehsalat birlikləri spesifik olaraq 
hasiledici qurumlar kimi, neft iqtisadiyatının ilk dövriyyəsini  əhatə etməklə  əsaslı  dərəcədə 
dövlətin sərəncamında fəaliyyət göstərirlər. Bu statusun qalacağı  təqdirdə, həm daxili, həm də 
xarici investorlar layihələrin maliyyələşdirilməsində çeviklik göstərmədən daha çox öz 
kommersiya maraqlarına müvafiq iş stilinə üstünlük verəcəklər. Yəqinliklə deyə bilərik ki, bu 
istiqamət milli dövlət mənafelərini tamlıqla ifadə etməyəcəkdir. Buna yetərli elmi-empirik 
əsaslar var. Belə ki, quruda fəaliyyət  göstərən müştərək müəsisələrin təcrübəsi göstərir ki, 
onların nəzarətində olan istismar obyektlərində fundamental dəyişikliklər,  əsaslı istehsal artımı 
müşahidə olunmamışdır. 
Reabilitasiya prosesində  təqdim olunan ikinci istiqamət isə dövlətin öz imkanları  və 
strategiyasına rəğmən islahat tədbirlərini reallaşdırmaqdan ibarətdir. Açıq iqtisadiyyat qurmağa 
qərar verən dünyəvi bazar prinsipləri ilə  işləməyi mühüm hesab edən dövlətdə islahatlar 
prosesinin bu sərt yönümlü inkişafını da fikrimizcə  məqbul hesab etmək olmaz. Dövlət plan-
komandalı metodla resursların səmərəli bölgüsünü, sərt istehsal intizamını, hətta nisbi 
kommersiyalaşmanı  tətbiq etməklə hasilatda səmərəliliyə müvəqqəti nail ola bilər. Belə addım 
ardıcıl və mükəmməl nəzarət və büdcə intizamı ilə  şərtləndiyindən inteqrasiyon proseslər, 
hakimiyyət dəyişiklikləri, onu daim kövrəkləşdirəcəkdir. Digər tərəfdən isə bazar 
münasibətlərinin genişləndiyi bir şəraitdə dövlət bu sahələri öz sərəncamında yetərli müddətdə 
saxlaya bilməyəcəkdir.  İnkişaf prosesi, istehsal münasibətləri bazar konyukturası asılılığından 
qurtula bilməyəcək, onun təcrid edilmiş həyatı davamlı olmayacaqdır. 
İslahatlar prosesində digər yönümü çoxşaxəli istiqamətdə bazar prinsiplərinə istinad edən 
qarşılıqlı mülkiyyət münasibətlərinə əsaslanır. Bizim tədqiqatımız məhz bu strateji xətt üzərində 
ərsəyə yetməklə onun üstün cəhətlərini dəyərləndirir, təhlil və tədqiq edir. 
Keçid iqtisadiyyatında qərarlaşan ölkələrin mütləq  əksəriyyəti oxşar problemlərin həllini 
vurğulandığı kimi, səhmləşmə strategiyasını  tətbiq etməklə gerçəkləşdirmişlər. Səhmləşmənin 
geniş  təşəkkülü sənaye üsullu kapital münasibətlərindən  əvvəllərə gedir. Fermerlər, tacirlər və 
digər təsərrüfat sahibləri riski öncədən bölüşdürmək yolunda aşkarladıqları  ən səmərəli üsul 
birgə  əməkdaşlıq olmuşdur. Sonradan bu əməkdaşlıq səhmlərin buraxılışı ilə daha əhəmiyyətli 
çalar almış, elmi-texnoloji tərəqqini stimullaşdıran mühüm kateqoriyaya çevrilmişdir.  İndi 
dünyanın  ən zəngin sahibkarları, qüdrətli  şirkətlər belə  nə  qədər təkbaşına «bayraq ucaltmaq» 
imkanına malik olsalar da, onların anlamında cüzi risk tələb edən sərmayə qoyuluşunda birgə 
fəaliyyət daha məqbul sayılır. Səhmləşmədə digər bir keyfiyyət də ondan ibarətdir ki, təsərrüfat 
özəlləşdikcə insanların maraqlarının dəyişməsinə, istehsal həcminin genişlənməsinə  və 
yüksəlişinə baxmayaraq, heç bir fərd onun tam sahibkarlığına ciddi təşəbbüs etmir. Çünki 
kollektiv obrazlı məsuliyyət neqativ tüzahürlərin ən yaxşı qoruyucusu kimi çıxış edir. 
Bizim qənaətimiz belədir ki, köhnə istismar sahələrində islahatların daha geniş  şəbəkədə 
aparılmasında dominantlıq səhmdar  əməkdaşlığa verilməlidir. Dövlət burada ilkin mərəhələdə 
səhmlərin mütləq  əksəriyyətini öz əlində saxlamaqla, yaxın perspektivdə komplekslərdə 
islahatlar prosesinə mütləq nəzarəti həyata keçirə biləcəkdir. Fikrimizcə müəyyən edilmiş 
resursların hasilatının bir yüz illik ərəfədə davam edəcəyi təqdirdə-2015-2020-ci illərə  qədər 
dövlət səhmlərə nəzarət paketini öz əlində saxlaya bilər. Bu ona əsaslanır ki, böyük islahatlar 15-
20 il ərzində növbəti texnoloji yeniləşməyə, iqtisadi konteksdə yeni dalğalı  mərhələ fonunda 
ehtimal olunan iqtisadi amillərin təsirinə  məruz qalacaqdır. Məlum ki, hipotetik baxımdan 
yaranacaq reallıqlar yeni prioritetləri də önə  çıxaracaqdır. Məhz bu zaman kəsiyində dövlət 
özünün ilkin mümkün səmərəsini  əldə etməlidir. Təyin olunacaq vaxt kəsiyi bizim tədqiqatın 
nəticələrinin 15-20 il müddətində tətbiqinin aktual mərhələsini təşkil edir. Bu zaman kəsiyini də 
üç mərhələyə bölünməsi nəzərdə tutulan islahatlar prosesinin miqyaslılığı üçün əhəmiyyətli ola 
bilər: 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə