E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə32/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   28   29   30   31   32   33   34   35   ...   125

 
 
67
yeniləşməyə, səmərəliliyi artırmağa praktiki imkanları olmur. Belə  sərt vəziyyət bütün iqtisadi 
həlqəni-habelə uçot prosesini deformasiyaya uğradır, renovasiyanı imkansız edir, təşkilatlara 
tətbiq edilən fiksal təyinatlar, vergi sistemi isə onun iqtisadi gücünü zəiflədir. Büdcəyə ödəniləsi 
təxsisatların isə müəyyən hissəsi ilbəil keçici olaraq qalır. 
Neftə  və neft məhsullarına tətbiq edilən daxili qiymətlər də maliyyə sefarasının 
dayanaqlılığında əks olunur. Daxili qiymətlər dövlət sektoru müəssisələri üçün daha səmərəlidir 
və çox ehtimal ki, həm də  zəruridir. Onun bazar prinsipli iqtisadiyyata tam şəkildə  tətbiq 
edilməsi nə qədər effektli ola bilər? Burada vurğulanan bir cəhət yaddan çıxarılmamalıdır ki, neft 
diskont meylli əmtəədir. O, ödənişini gözləmədə  səbirli deyildir. İndi dünya neft bazarlarında 
BNB-də forvard, fyuçers əməliyyatlarının gündəlik reallığa çevrildiyi məqamda daxili bazarda 
onun sərt qiymətli satışı məqbul hesab edilə bilməz. Digər tərəfdən, opponentlər daxili iqtisadi 
reallığın dünya standartlarına qeyri-müvafiqliyinə  işarə etməklə enerjidaşıyıcıların respublika 
daxilində satış qiymətlərinin mülayim olduğunu  əsaslandıra bilərlər. Lakin mövcud bu təzadlı 
sabitliklə razılaşmaq olmur. Daxili bazardakı qiymətlər reallığı əks etdirmir. Müqayisə üçün heç 
bir təbii neft-qaz resursları olmayan qonşu Ermənistanda daxili qiymətlərdə müəyyən 
kiçikölçülülük buna misal ola bilər. 
Sovetlər İttifaqının dağılması ilə əlaqədar köhnə neft yataqlarında istismarı həyata keçirən 
istehsalat birliklərində, xüsusən də, qurudakı kompleksdə böhranlı  vəziyyət bütün guşələrə 
siyarət etdiyi kimi, normal strukturun pozulması, dağılması elmi interpretasiyada destruksiyası 
da baş vermişdir. Böhranlı  vəziyyət  İttifaqın bütün neft sənayesinin müxtəlif səviyyədə  əhatə 
etsə  də, bir çox periferik istehsalat qurumları ehtiyat potensialına və ucuz istehsal xərclərinə 
rəğmən öz mümkün səmərəliliyini qoruyub saxlamışdır. Məlumdur ki, XX əsrin 50-ci illərindən 
başlayaraq Azərbaycanın qurudakı neft yataqları yeni perspektivli yataqların istismara verilməsi 
müqabilində öz əvvəlki sanbalını  və  əhəmiyyətini itirmişdir. Analoji proses 1990-cı illərdə 
Xəzərin köhnə neft yataqlarını da əhatə etmişdir. Belə  vəziyyət Azərbaycan neftqazçıxarma 
sənayesini qütübləşlənmə, daha dəqiq isə böyük və kiçik, təzə  və köhnə, mərkəzi və  əyalət 
kateqoriyalı  təsnifata məruz qoymuşdur. Tanınmış Polşa statistiki Mixail Koleski iqtisadiyyatı 
mərkəzi və periferik sektora bölgüsü makroiqtisadiyyat konteksti ifadə etsə də, oxşar fərqlilik bu 
gün Azərbaycanın neft sektorunda mərkəzi və əyalət təsnifatında daha çox nəzərə çarpır. Məcazlı 
bənzətmədə indi offaşor zonada fəaliyyət göstərən beynəlxalq  əməliyyat  şirkətləri daha böyük 
maraqları ifadə etdiyi üçün «mərkəzi», köhnə istismar sahələri isə  «əyalət» iqtisadiyyatı 
statusuna mənsubluğunu diqqətə gətirir. Milli neft-qaz sektorunun bu ikili bölgülülüyünə rəğmən 
biz islahatlar prosesini mümkün əlverişli şərait və şərtlər toplumunda optimum həlli imkanlarını 
aramaqla həm də iqtisadiyyatda pauperizasiyanın cilovlanmasında neft amilindən səmərəli 
istifadəni təmin etməliyik. 
Real sektorda, o cümlədən, bizim tədqiqat obyektində praktiki transformasion nəticələri 
mümkün edən islahatlar sistemi hələ tam təşəkkül tapmamışdır. Epiqon-təlqidçi, kosmetik və 
simvolik bazar aksesuarları  əsaslı  dəyişikliklərə yol açmır. Bir sıra uyğun profilli iri istehsal, 
təchizat komplekslərində müəyyən özəlləşmə, səhmləşmə aparılsa da, onlar bazar tələblərinə 
uyğun səmərəli iqtisadi təşkilatlanmanı tam və dolğun aspektdə  təmin edə bilməmişlər. Bazar 
prinsiplərinə müvafiq olmayan izafi məşğulluq, bahalı sosial infrastruktur və inhisarçı statusu bu 
təşkilatların səmərəli fəaliyyətlərini məhdudlaşdıran amillərdəndir. Göründüyü kimi, dəyişkənlik 
tələbində daha çox ehtiyacı olan struktur koservasiyası keçid mərhələsini davamlı edir. 
 
1970-ci illər karbohidrogen erasının adamları üçün qeyzlənmiş  həyəcan, 
gərginlik və dayanaqlı  bədbinliklə müşayiət olundu. Ötən iki dünya müharibəsinin 
təcrübəsi belə bir nəticəni aydın etdi ki, demokratik institutların həyat qabiliyyətində 
iqtisadi artım nə  qədər böyük qüdrətə malikdir. 1973-cü ilə  qədər neft 
ixracatçılarının söylədikləri «Neft onların suverenitetini sıxışdırır», fikirini sonradan 
böyük industrial ölkələr də ifadə etdilər. 
 
Postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da iqtisadi islahatlar beynəlxalq maliyyə 


 
 
68
institutlarının məlum meyarları  əsasında aparılır. Xarici tələblər  əsasında aparılan, manevr 
məhdudluğu ilə müşayiət olunan islahatların səmərəliliyi mübahisəli məsələdir. Qeyd olunduğu 
kimi, oxşar təsərrüfat ukladlı ölkələrin təcrübəsi göstərir ki, bu formalı islahatlar sıçrayışlı, 
pozitiv iqtisadi dirçəlişi təmin etmək qabiliyyətində deyil. Belə ki, 1990-cı illərdə aparılan 
müvafiq yönümlü islahatlar Şərqi Avropa ölkələrində ÜDM-in 30%-i, MDB məkanında 60% 
enməsinə səbəb olmuşdur. Bütün gücünü neft-qaz resurslarına səfərbər edən, Azərbaycanda da 
analoji vəziyyət yaranmışdır. İndi ÜDM-nin adambaşına bölgüsünə görə, respublikamız keçmiş 
İttifaq ölkələri arasında son 2-3 yeri bölüşdürür. 
 
Azərbaycan iqtisadiyyatının  əvvəllər 93%-i mərkəz tərəfindən idarə olunurdusa
indi isə tam 100%-ini də özümüz idarə edirik. Respublikamızda dünya potensialının 
1%-dən çoxu cəm olunmuşdur. Biz dünya əhalisinin 0,145%-ni təşkil etsək də, təbii 
ehtiyatların bölgüsünda orta dünyəvi göstəricidən 10 dəfə çox yüksəkdəyik. Geostrateji 
mövqeyi ilə iki qitənin qovşağında yerləşərək hər iki mədəniyyətin daşıyıcısı olmasına 
baxmayaraq, Azərbaycana nisbi də olsa arxaik-ortodoksal Şərq ölkəsi kimi yanaşma 
təzahürləri hələ  də sezilir. Şühəsiz ki, belə meyl mütəşəkkil olmayan axıcı  daxili 
proseslərdən güc alır

 
Əlbəttə, bununla ölkədə aparılan islahatların nəticəliyinin heçə endirlməsinə işarət olunmur 
Ədalət naminə qeyd olunmalıdır ki, respublikada inflyasiyanın müəyyən cilovlanması, pul 
məzənnəsinin stabilliyi, büdcə  kəsirinin mülayimləşdirilməsi və digər makroiqtisadi sabitliyə 
gətirən ayrı-ayrı pozitiv əlamətlər, meyllər dəyərləndirilən cəhətlərdəndir. Bununla belə, 
beynəlxalq maliyyə institutlarının respublika iqtisadiyyatına münasibəti daha fərqli yanaşmada 
təzahür etmişdir.  Şirnikləndirici, «xamlama» mərhələsindən sonra milli iqtisadiyyatın  ənənəvi 
texnoloji mahiyyəti, iqtisadi strukturu ciddi nəzərə alınmadan üçüncü ölkələr üçün işlənmiş aşağı 
standartlı müvafiq iqtisadi mexanizmlərlə tətbiqi daha çox nəzərə çarpmışdır. İqtisadiyyatı qlobal 
təsir mexanizmləri ilə  nəzarətə alma, müdaxilə, milli intellektualların təjridinə  gətirmiş, daimi 
asılılıq mühiti formalaşdırılmışdır.  İnvestisiyaların 5-10%-i, bəzən bundan da iki dəfə artıq 
olmaqla xarici konsultantların sərəncamına verilir. Prosesə yerli mütəxəssislər cəlb edilmir. 
Əcaba uzun illər üç qitədə  əksər neft rayonlarında mühəndis təlimi vermiş, dünya neft-qaz 
elminin formalaşmasında fundamental xidmətləri olmuş respublika mütəxəssisləri müvafiq 
profilli layihələrin işlənməsində nə qədər səriştəsiz ola bilərlər? Digər tərəfdən qeyd olunmalıdır 
ki, bu ərəfədə yeni problemlər pul dövriyyəsindəki gərginlik, barter əyintiləri ilə müşayiət olunan 
təsərrüfatçılıq, qeyri-ödənclərin yüksək səviyyəsi, bürokratiya və korrupsiya, real sektorun 
depressiyası, tədiyyə balansının mükəmməlsizliyi, artan xarici borclar, investisiyaları yalnız bir 
sektorda yığımı  və sair neqativ iqtisadi halları da yaranıb genişlənmişdir.  Ənənəvi neft 
istehsalçısı olan ölkədə  ən sadə  təchizat komponentləri indi idxal olunur. Daxili bazar xarici 
istehsalçıların dərinləşən inhisarına düşmüşdür. 
İttifaqın dağılması bütünlükdə Azərbaycan iqtisadiyyatı, o cümlədən, onun ayrı-ayrı 
istehsal sferalarını keçmiş ümumi iqtisadi bazardan əvvəlki ölçülərdə istifadədən məhrum 
etmişdir.  İndi tam olmayan müəyyən qədər yeni əlaqələr  şəbəkəsi yaranmışdır. Biz indiki 
reallıqlar  əsasında yeni təsərrüfat  əlaqələrinin qurulmasına, digər mənada Sovetlər  İttifaqı 
dövründə olduğu kimi işgüzar şəbəkənin möhkəmləndirilməsində səylərimizi artırmalıyıq. 
İslahatların aparılmasında  əsas cəhətlərdən biri maliyyə dayanıqlığının  əldə edilməsi ilə 
bağlıdır. Səmərəli ödəniş sisteminin yaradılması, kreditorlarla, xüsusən də büdcə ilə 
hesablaşmalarının optimal sxem üzrə aparılması əsas konturagentlərlə operativ qarşılıqlı təmas, 
iqtisadi alətlərindən rasional istifadə maliyyə möhkəmliyini gücləndirən  şərtdir. Bu baxımdan 
maliyyə  və pul dövriyyəsində nizamlama istehsal sabitliyini təmin edəcək mühüm amil olaraq 
qalır. Düşünülmüş mükəmməl kredit siyasəti isə yaranmış borcların mütəmadi azaldılmasına, 
onun daha mülayim operativ tənzimlənməsinə şərait yaradacaqdır. 
Sərt maliyyə  və icra intizamı, istehsal xərclərinə  nəzarət strukturu sadələşdirən və 
məhsuldar edən restruktizasiya prosesinin aparılması islahat tədbirlərinin önündə gedir. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə