E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə29/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   25   26   27   28   29   30   31   32   ...   125

 
 
61
istifadə də fərqlənir. İslahat prosesinin empirik reallıqları təşkilatlanmada sınanmış metodlardan 
istifadə etməni qarşıya qoyur. Burada daha çox hadisələrin hissəvi və tamlı formada 
öyrənilməsini nəzərdə tutan analiz və sintez metodu fərqli mövqeydə dayanır. Analiz və sintezin 
uzlaşması sistemli kompleks yanaşmanın təsərrüfat həyatına münasibətini əks etdirir. 
XIX əsrdə iqtisadiyyat tutqun elm sayılırdı. İqtisadiyyat çox vaxt elə siyasi iqtisad adlanır. 
 
İqtisadiyyatın elmi məzmun alması prosesi Avropa müstəvisində orta əsrlərdən 
start götürür. İngilis Ulyam Petti (1623-1687) siyasi statistikanın yaradıcısı 
iqtisadiyyatın Kolombu adlanır.  İlkin kapital yığımının qanunauyğunluqlarını 
öyrənən iqtisadi təlim- italyanca sətri mənası tacir anlamını verən merkantalizm 
iqtisadi münasibətlərin dövlət tənzimlənməsi tərəfgirliyindən çıxış edir. 
Məhdudiyyətlərlə müşayiət olunan merkantalizmə Fransada daha çox riayət 
olunmuşdur.  İqtisadi nəzəriyyənin genolojı  şəcərəsi öz kökünü digər istiqamətdə 
Fransua Kene (1694-1774) simasında fiziokratlar adlanan fransız iqtisadçılarının 
yeni iqtisadi məktəbin yaranması ilə tapır. F.Kene ilk makroiqtisadi modelin 
yaradıcısı kimi, fiziokratlar və merkantalistlərdən fərqli olaraq özünü iqtisadçı 
adlandıran ilk alim olaraq iqtisadi tədqiqatı  tədavül sferasından istehsala gətirərək 
kapitalist istehsal sisteminin elmi təhlilinin  əsasını yaratmışdır. Hər iki mərhələdən 
bəhrələnən  şotland Adam Smit (1723-1790) iqtisad elmində inqilab edərək, klassik 
siyasi iqtisadın təməlini qoymuşdur. David Rikardo (1772-1823), Tomas Maltusun 
(1766-1834) simasında şəcərə sağ və sol qollara ayrılmışdır. Rikardo təlimi sonradan 
həm marksist, həm də neoklassik nəzəriyyənin təməlində dayanmışdır. Maltusdan isə 
Kenenin nəzəriyyəsi qidalanmışdır. Bu şəcərə yenidən müasir iqtisadi nəzəriyyə 
sosialist iqtisadiyyatı və keçid iqtisadiyyatı əlaqəsində yaxınlıq əldə etmişdir. 
 
İqtisadi göstəricilərin tədqiqat obyektinin quruluşunu ifadə edən modelləşmənin praktiki 
vəzifəsi iqtisadi situasiyanın proqnoz və analizini, gerçəkləşmə planını ilə bağlıdır. Modelləşmə 
iqtisadi islahat proqramının hazırlanmasının təməlini təşkil edir. Bu baxımdan modelləşmə  və 
iqtisadi  model anlamının nəzəri və  təcrübi formalarının mənimsənilməsi islahat prosesində 
əhəmiyyət kəsb edən məsələlərdəndir. Model, nümunə, qeyri-real analoq predmetin, prosesin və 
hadisənin görnüşününü əks etdirərək nəzəri-tədqiqi və tətbiqi kateqoriyalara bölünür. Modellərin 
bölüşdürücü, adaptiv, immitasiyon, makroekonomik, mikroiqtisadi, matrissa, riyazi və qrafik 
formaları mövcuddur. Statitistik vəziyyəti xarakterizə edənlər statistik, inkişafı tərənnüm edənlər 
dinamik, bir və ya bir neçə riyazi ifadə ilə iqtisadi prosesi və hadisəni ifadə edənlər riyazi-
iqtisadi modellər adlanır.  İqtisadiyyatda düzbucaqlı formada rəqəmli Cədvəl və riyazi vektor, 
sütunlu matrissa, real dünyanı  dəyişən, təşkilatı situasiyaların qarşılılıqlı rabitəsinin riyazi 
görünüşünü verən imitasiyon modellərdən daha çox istifadə olunur. İri və orta həcmli 
müəssisənin fəaliyyətinin imitasiya və analizi üçün sahələr arası balansın karkası, təsərrüfat 
hesabı, iqtisadi-statistik modellərin tətbiqi daha geniş yayılmışdır. Quruda yerləşən 
neftqazçıxarma kompleksi iri təsərrüfat kateqoriyasına daxil olduğundan burada aparılan 
islahatlar prosesində yuxarıda nəzərdən keçirilən iqtisadi modellərin hər birindən istifadə etmə 
imkanlarının meydanı genişdir. Bizim tədqiqat obyektində də bu modellərin müəyyən hissəsini 
tətbiqi ifadəsini tapmışdır. 
İqtisadi təhlil obyekti sosial-siyasi «konteksti» və iqtisadi «teksti» vəhdətində hərəkətlilik 
əldə edir. Bazar açıq və çoxölçülü mühitə çevrilir. Bütün bunlar elm qarşısında bazar, dövlət və 
fərdin qarşılıqlı münasibətinin yenidən dərkini  şərtləndirir. Sistemli təkamül nəzəriyyəsi kimi 
sinergetika riyazi çevrədə mükəmməllik  əldə etmişdir.  İqtisadiyyatda elə onun tətbiqi qeyd 
olunduğu kimi klassik və institusional nəzəriyyələrin nailiyyətlərini birləşdirən əlavə metodoloji 
axtarışlar tələb edir. 
Yeniləşmə, islahat tədbirlərinə praqmatik yanaşma ilə yanaşı  tədqiqatda institusional 
transformasiya onun zəruriliyi və əhəmiyyəti də təhlil edilir. 
 


 
 
62
Amerikan köklü və  mənşəli institusionalizm son illərdə Rusiya iqtisad elmində 
dərin yer almışdır. Rusiyalı alimlər hazırda bu sahədə xeyli qabağa getmişlər. 
İnstitusionalizmə müasir mərhələdə postsosialist transformasiyasının nəzəri mənbəyi 
kimi də baxılır. O, iqtisadi təfəkkür və düşüncəni istiqamətləndirir. Burada iqtisadi 
qərarların qəbulunda-institutlar, dövlət, qanunçuluq, ictimai təşkilatlar, strukturlar, 
ənənə  və sair iqtisadi, qeyri-iqtisadi xarakterli təsisatlar mühüm rol oynayaraq, 
iqtisadi münasibətlər  şəbəkəsində  əhəmiyyətini nümayiş etdirir. İqtisadi 
münasibətlərin subyektlərini,  şəxsi maraqlarını öyrənməyə etiraz edən 
institusionalizm ictimai motivlərə, insanların davranışlarına üz tutur və bazarın 
avtomatik tənzimlənməsi konsepsiyasını  tənqid edir. Keçid iqtisadiyyatında 
institusionalizm özəlləşdirmədə, sahibkarlıqda, maliyyə  sənaye qruplarının 
yaradılmasında və biznesin digər sahələrində istifadə edilir. 
 
Polşa «şok terapiyasının» müəllifi L.Balseroviç postsosialist keçidini institusional 
dinamikanın xüsusi hadisəsi hesab edir. İqtisadi gerçəkliklərə institusional yanaşma böyük 
faktiki materialın tədqiqinə, o cümlədən, mülkiyyət dəyişiklikləri ilə yanaşı, yeni strukturların 
yaradılması, mikrosəviyyədə professional və sosial qrupların hərəkət və motivlərini təhlil etməyə 
imkan verir. Rusiyalı alim V.A.Kryukov özünün «Neft-qaz sektorunun institusional strukturu: 
transformasiyanın problem və istiqamətləri»
12
  əsərində qeyd edir ki, neft-qaz sektorunda 
institusional strukturların dinamikası iqtisadi institutların aşkarladığı meyllərə  və 
qanunauyğunluqlara cavab verir. Yeni institusional gerçəkliklər istehsal xərclərinə  təsir edərək 
daha az məsrəfli təsərrüfat  əlaqələri yaradır. Uzun tarixi yol keçərək, institusionalizm müasir 
mərhələdə  ənənəvi müxtəlifliyi ilə texnoloji baza əsasında yanaşmada daha çox texnoloji 
determinizmlə fərqlənən neoinstitusionalizm intişar tapır. 
İqtisad elmi yeni epoxial mərhələnin, iqtisadi sinergetikanın astanasındadır. XX əsrin 
sonlarında elmdə formalaşan postqeyri-klassik paradiqma mürəkkəb sistemlərin özünütəşkil 
nəzəriyyəsi-sinergetikaya ictimai elmlərin artan marağı müşahidə olunmuşdur. Özütəşkil 
prinsiplərinə  əsaslanan mürəkkəb açıq sistemlərin təkamül nəzəriyyəsi sinergetikada ehtiva 
olunur. Qeyri-xətti elm sinergetika analizi deyil, sintezi ehtivə edir. İndi iqtisadiyyatda məhdud 
resursların optimal bölgüsünü ifadə edən klassik xətti yanaşma mühiti kimi baxışın özü də 
məhdudlaşmış, çağdaş zamanda neoklassik və institusional yanaşmanın imkanları tükənmişdir. 
Müasir dunyada iqtisadi siyasətlə praktikanı birləşdirən təhlil metodologiyasının dəyişkənliyini 
tələb edən yeni körpü kimi sinergetika çıxış edir. Səbəb-nəticə  əlaqəli xətti modeli qeyri-xətti 
yanaşmalar əvəzləyir. Burada iqtisadiyyat özünü təşkil prinsiplərinə əsaslanan təkamül sistemli 
vəziyyətdə dayanan mürəkkəb struktur sahələr və avtonom sektorlu şəbəkə kimi qəbul edilir. 
Obyektiv kortəbii primatı subyektiv primat, istehsal,  real kapital primatını maliyyə kapitalı 
əvəzləyir. 
 
XX əsrin sonlarında elmdə qeyyri-səlis çoxluqlar nəzəriyyəsi yer aldı. Yeni elmi 
metodologiyanın arxitektorları  sırasında baş memar kimi Azərbaycan  əsilli məhşur 
alim Lütvi-Zadə dayandı. Qeyri-klassik və qeyri-səlis elmi metodologiyanın  ən 
mühüm xüsusiyyəti, mürəkkəb sistemlərdə müşahidəedici subyektin önə çəkilməsi və 
vəhdətdə çatması amilidir. Qeyri-səlis çoxluqlar nəzəriyyəsinə görə, cəmiyyət, 
subyektlər, hadisələr, münasibətlər, qarşılıqlı  təsirlər və prinsiplər çoxluğu ilə 
səciyyələnən bir çoxluqdur. Qeyri-səlis səlis və dəqiq düsturu müəyyən edir. 
 
İslahatlar prosesində simmetrizm və xaotizm prinsip və reallıqları da nəzərə alınmalıdır. 
Hərəkətin qaydalılığı və ya qaydasızlığı digər anlamda xaotikliyinin dərəcəsi spektr düzümünün 
bərabər ölçülülüyü ilə mühakimə oluna bilər. Bu xarakteristika tipoloji entropiyanın  əsasında 
                                                 
12
  Крюков  В.А. «Институциональная  структуры  нефти-газ  добивающего  сектора:  проблемы  и 
направлении трансформации». Вопросы экономики. 2001. №3. səh. 98 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə