E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə28/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   24   25   26   27   28   29   30   31   ...   125

 
 
59
münasibətləri vəhdətində müvafiq istehsal üsulu əsasında, spesifik qanunlar şəbəkəsində 
fəaliyyət göstərərək inkişaf tapır. Məlumdur ki, cəmiyyətin iqtisadi strukturunu təşkilatlandıran 
istehsal münasibətləri ümumi toplumda bazisdən, bu əsasda meydana gələn ictimai ideyalar və 
münasibətlər isə üstqurumda ərsəyə yetir. Həqiqət ondan ibarətdir ki, cəmiyyətin iqtisadi 
bazisinə, orada hökm sürən siyasi, dini, fəlsəfi baxışlar müvafiqdir. Bununla belə, həmişə  fəal 
qüvvə olan bazis üstqurumuna rəğmən nisbi müstəqilliyə malikdir. Bunlara rəğmən qarşıya 
sullar çıxır. Bəs bizim cəmiyyət hansı  üstqurum və bazis harmoniyasını  və ona müvafiq 
ekvivalentliyi əks etdirir. Fikrimizcə məhz bu, sual doğuran təyinat, islahat tendensiyasının ölçü 
və istiqamətində həlledici mahiyyət daşıyır. 
Müasir Qərb iqtisadi təfəkkürü iqtisad nəzəriyyəsinin genolojı  şəcərəsində keçid 
iqtisadiyyatı  mərhələsinin mövcudluğuna yer verir. Kapitalizmdən kapitalizmə keçid üçün ən 
böyük və müdhiş yol qət edən sosialist düşərgəsi dövlətləri və avanqard Sovetlər İttifaqını təmsil 
etmiş ölkələr məhz bu keçici mərhələyə müvafiq bazis və üstqurumu formalaşdırırlar. Bir çox 
postsovet ölkələri bu əks keçiddən iqtisadiyyatlarının qurtulduqlarını  və real, azad bazar 
sisteminə qovuşduqlarının təsdiqini almışlar. Hətta nəhəng Rusiya da özünün keçid 
iqtisadiyyatının tamamlayıcı mərhələdə olduğunu diqqətə gətirir. Bununla belə, şübhə üçün yer 
yoxdur ki, bazis və üstqurumu harmonik olmayan bir cəmiyyətdən qurtulmaq üçün bizim 
respublika da bütün mümkün resurslara malikdir. 
Keçid mərhələləri prinsipcə  həmişə özünü neqativ özəlliklərdə büruzə verir. Qeyri-
müəyyənlik, müəyyən antoqonizm, ziddiyyətli təzahürlər, istehsal hərj-mərjliyi törədərək bir növ 
«mutant iqtisadiyyat» təəssüratı yaradır. İqtisadi qanunların kortəbii fəaliyyəti şəraitində inkişaf 
edən ictimai təsərrüfatın belə plansızlığı, nizamsızlığa, ictimai əmək bölgüsünün 
proporsionallığına pozucu təsir edir. Tələb və təklif arasında uyğunsuzluq yaranaraq dərinləşir. 
Belə gerçəkliklər orbitində olan dövlətin, millətin, ictimaiyyətin halı məmnunluq doğurmur. Bu 
mərhələdə isə yeni cəmiyyət qurucuları, fəallar və liderlər daha çox məsuliyyət daşıyırlar. Keçid 
iqtisadiyyatı yaşantılarını keçirənlərin ümumi oxşarlığı kontekstində onlara çoxlu və ayrı-ayrı 
əlahiddə  çalarlar  da  məxsusdur. Bu nöqteyi-nəzərdən Azərbaycanda müxtəliflik çeşidində bir 
qədər fərqli enerji və yükə malikdir. İqtisadiyyatımızda, o cümlədən, neft sənayesində, onun 
daha ujqarında köhnə neft sektorunda aparılan islahat tədbirləri bizim tədqiqatda bu gerçəkliklər 
fonunda təhlilə məruz qalır. İstəyimizdən asılı olmayaraq formalaşan çağdaş reallıqlar bizi təqib 
edir. Proses özünə praqmatik yanaşmanı, qəti iqtisadi tədbirlərin görülməsini  şərtləndirir. 
Bununla belə, islahatlarla əlaqədar yeni mütərəqqi sistemin yaradılması prosesində əks nəticəlik 
ünsürlərinin də olacağı  və müəyyən mərhələdə müvəffəqiyyətsizliyə  uğrama da qaçılmazdır. 
Belə ki, köhnə strukturların demontacı ilə yeni yaranışların bir anda bərqərarlaşması qətiyyətlə 
üst-üstə düşmür. Mürəkkəblik vəziyyətdən çıxış həm də müəyyən zaman tələbində bulunur. 
Fəlsəfi təlimlər müxtəlif olsa da təfəkkürün varlığa, mənəvinin maddiyə münasibətində bir 
nöqtədə  təmasları var. Fəlsəfi kamillikdən doğan bir həqiqət də vardır ki, dünyada mütləq 
mənada təjrid olunmuş hadisələr yoxdur. Səbəbiyyət və funksional əlaqə qanunlarına görə, 
onların hər biri hər hansı digər hadisələrlə bağlıdır. Bu baxımdan hadisələrin mürəkkəb 
münasibətlər sistemi kimi səbəb və  nəticə  cəhəti-determinizmi və  əksinə indeterminizmi də 
nəzərdən qaçırılmamalıdır. Bizim təhlildə  də hadisələrin bu yönümdən daxili əlaqəsini açmaq 
vəzifəsi durur. Bu baxımdan biz qurudakı köhnə istismar sahələrini əhatə edən kompleksdə geniş 
islahat tədbirlərinin aparılmasının lüzumluluğunu və mahiyyətini, nəticəliyini, ümumiyyətlə
iqtisadi baxımdan belə  tədbirlərin aparılmasının zərurətini araşdırıb, təhlil etmək  əzmindəyik. 
Həmçinin biliyin, təcrübə, müşahidə  və eksperiment verdiyi məlumatlarla tutuşduraraq 
verifikasiya prinsipinə istinadən islahatların dərinləşməsinin elmi-iqtisadi, nəzəri və hüquqi 
bazasının konturlarını müəyyən etmək bizim tədqiqat məqsədlərimizdə ifadə olunur. Müasir 
dialektika reallığın tədqiqinin elmi metodu kimi analiz və sintezin vəhdətində çıxış edir. Yalnız 
analiz və sintezin vəhdəti hadisələrin elmi-tədqiqinin hərtərəfli dialektik rabitədə  təmin edir. 
Beləliklə, geniş planda analiz predmetlərin və ətraf mühitin bütöv hissələrə bölünməsini, onun 
müxtəlif rabitəlik və qarşılıqlı əlaqəlik əsasında dərkinin tədqiqi vasitəsi kimi başa düşülür. Real 


 
 
60
həyatın bütün qanunlarını əks etdirməyə mücərrəd səciyyəsi ilə fərqlənən iqtisadi nəzəriyyə və 
prinsiplər iqtisad elminin təsviri və empirik xüsusiyyəti məhz bu, gerçəkliklərdən çıxış edərək 
faktları sistemləşdirməklə onun düzgün elmi şərhini vermək və ümumiləşdirmədə ifadəsini tapır. 
İslahatlar prosesində marjinal yanaşma da əhəmiyyətini nümayiş etdirir. Marcinal yanaşma 
özü marcinal təhlilə sövq edir. Marjinallıq izafi əhəmiyyətlə izafi xərcləri tutuşdurmaqda  əks 
olunur və atılacaq addımın çəkiləcək xərclərə nisbətində üstünlüyün müəyyən edilməsini 
ifadələndirir. Marjinal baxımdan götürülən hər hansı bir iş məsrəflər müqabilində əhəmiyyətini 
itirirsə, bu digər alternativ mənafelərin qurban verilməsini əks etdirir. Apardığımız təhlil işində 
hadisələrə yanaşmada xronologiyaya əsaslanan tarixi metodla yanaşı, ondan üstün olan strukturu 
öyrənməklə  həm də tarixi gerçəklikləri də  nəzərdən keçirən məntiqi metoddan da istifadə 
edilmişdir. 
İslahatlar prosesində total iqtisadiyyat qalıqlarından qurtulmaq bazar prinsiplərinə 
adaptasiya olunmaq, müasir mərhələdə iqtisadi artımı təmin edən, alternativ seçimi olmayan bir 
gerçəklikdir. Səmərəlilik ehtiyac və tələblərini təmin edən ictimaiyyətin resurslardan daha yaxşı 
istifadəsini bildirir. Daha dəqiq desək, iqtisadiyyat o vaxt səmərəli işləyir ki, bir insanın iqtisadi 
vəziyyətini yaxşılaşdırmaq üçün digərinki pisləşdirilmir. A.Smitin apardığı  tədqiqatlarda bazar 
səmərəliliyinin unikal xüsusiyyəti aşkarlamışdır. Alimin qənaəti belədir ki, cəmiyyətin iqtisadi 
faydalılığı ümumilikdə ayrı-ayrı  şəxslərin xudbin hərəkətlərinin nəticəsidir. Bu nəticə indi də, 
aktuallığını saxlayır. 
İqtisadi qanunauyğunluqlar digər anlamda latınca  əsas, başlanğıc mənası ifadələndirən 
prinsiplər, hipotetik teorem, nəzəri konseptual modeli ifadə edərək iqtisadi qanunauyğunluğu 
ümumiləşdirir. Fərziyyələr təsdiq olunanda teorematik məzmun alır. Qanunlar və prinsiplər 
iqtisadi nəzəriyyələri qaynaqlandıran nəzəri konsepsiyaları, doktrinaları formalaşdırır. Bununla 
belə, konsepsiyalar fərziyyə  və  nəzəriyyə arasında orta mövqedə  çıxış edir. Nəzəriyyənin 
əsasında iqtisadi sxemlər və modellər yetkinləşir. Nəzəriyyə və konsepsiyadan fərqli olaraq isə 
doktrina əvvəlcə qoyulmuş prinsiplərdən real hadisə, proses və faktorlardan irəli gəlir. 
 
İqtisadi hadisələrə hissi qavrayış fenomen, ağılla dərk edilən hadisələr noumen 
adlanır. Fenomen elə qeyri-adi hadisədir. Noumenlər iki yerə bölünür: qanunlar və 
sair. Fontomlar-əlamətlər. Fontomlara illuziya, mistika, fiksiya aid edilir. Pul 
münasibətləri fenomen, konkret siması olmayan qanunlar, trend, meyllər və sair 
noumenləri ifadə edir. 
İqtisadi məntiqi araşdırmaq üçün müxtəlif yanaşmalardan istifadə edilir. Bunlar arasında 
statistik analizin tətbiqi ilə yanaşma daha yenidir. İqtisadçılar buna uyğun olan ekonometriya 
adlanan müvafiq xüsusiləşdirilmiş metodika işlənib hazırlamışlar. Ekonometriya iqtisadi 
problemlərə statistik yanaşmanı  həll edir. İqtisadi münasibətlərin son dərəcə mürəkkəbliyinə 
rəğmən hadisələrin dəqiq təyinatında müəyyən istisnalara yol verilməsi də mümkündür. İqtisadi 
düşüncələrdə aşağıdakı istisnalara yol verilməsi ehtimalı vardır: 
  bundan sonrakı bunun nəticəsidir-səbəb və nəticə sindromu; 
  müəyyən vəziyyətlərin sabitliyi və dəyişilməzliyi; 
  ayrı-ayrı elementlərin xüsusiyyətlərinin ümumiliyə şamil edilməsi səhv yekundur. 
Bütün nəzəri əsaslar kimi, iqtisadi nəzəriyyə də həyatımızın bütün təəssüratını və varlığını 
ifadə etmək məqamını  aşmamışdır. Bu həqiqət isə öz növbəsində bizim real həyat 
təsərrüfatımızın təqdimatında güman və ehtimalların mövcudluğu təəssüratını daha da 
sadələşdirir. Belə gümanlar daha çox «digər bərabər  şərtlər» və ya «şərait və  şətrlər» (ceteris 
paribis) məqamında ifadə olunur. Bu da özünün törəmə sistemlərinin uzun və  qısamüddətli 
dövrlərini  əks etdirir. İqtisadi nəzəriyyə pozitiv və normativ olmaqla abstraksiya, analiz və 
sintez, sistemli yanaşma elmi metodlarını özündə ehtiva edir. Abstraksiya idrak prosesini xarici 
təsirlərdən yayındırmaq məqsədini göstərir. Pozitiv iqtisadi nəzəriyyə iqtisadiyyatın faktlarını 
nəzərdən keçirir, normativ iqtisadi nəzəriyyə isə ədalətin etik ehkamları və ədalət normalarından 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə