E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə36/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   32   33   34   35   36   37   38   39   ...   125

 
 
75
demokratikliyi səciyyələndirir. Mühüm operativ qərarların tez qəbulunda rəhbərliyin 
müstəqilliyi, səhmdarların məhdud məsuliyyət ilə  cəmiyyətlərinin öhdəliklərinə müştərək 
cavabdehliyi səhmdar təşkilata xas olan cəhətlərdəndir. Empirik tədqiqatlar və müşahidələr 
göstərir ki, irimiqyaslı  təşkilatların səmərəli fəaliyyəti struktur mükəmməlliyindən, mütəşəkkil 
təşkilatçılıqdan xeyli asılıdır. Ən uğurlu biznes forması belə özünün mütləq müsbət keyfiyyəti ilə 
yanaşı  mənfi çalarlardan da azad deyildir. Lakin bazar quruluşlu təşkilatlarda struktur 
mütəşəkkilliyi istehsal münasibətlərinə daha çox uyğunluğu ilə  fərqlənir. Miqyaslı  təşkilatın 
resurs bazası yetərli olduqda buradakı səmərəliliyi artırmaq üçün maliyyə qaynağının, potensial 
investorun cəlb edilməsi xüsusi reklamlar tələb etmir. Məlumdur ki, mütərəqqi texnoloji 
yeniliklərin daşıyıcıları nisbətən böyük təşkilatlardır. Bu baxımdan belə təşkilatlarda səmərəliliyi 
artırmaq üçün mütərəqqi texnologiyalara əsaslanan investisiyaların cəlb edilməsi problematik 
deyildir. 
Milli neft-qaz kompleksinin köhnə yataqları  əhatə edən strukturu planlı  təsərrüfat 
sistemindən miras qalmışdır. Yeni iqtisadi sistemə keçidin 10 ili ötsə də burada əsaslı struktur 
dəyişiklikləri aparılmışdır. Təsərrüfat subyektlərinin məzmunu, quruluşu, istehsalat birliklərində 
mərkəzi aparatın forması, ittifaqda mövcud olmuş strukturdan o qədər də, köklü fərqlərə malik 
deyildir. Bazar təcrübəsi göstərir ki, böyük və kiçikliyindən asılı olmayaraq neft-qaz hasilatını 
təmin edən heç bir müasir şirkətdə müvafiq qurumlar mövcud deyildir. 
Biz köhnə istismar sahələrində restruktizasiya, struktur islahatları  təhlil etmədə burada 
mövcud olan birliklərin keçid zamanında rəsmi statuslarına, onların nizamnamə hüquqlarına 
nəzər yetirməyimizə ehtiyac vardır. Qeyd etdiyimiz kimi, Sovetlər  İttifaqının zamanı vahid 
qurum halında  formalaşan bu komplekslərdə tarixi gerçəkliklərə müvafiq müntəzəm struktur 
islahatları aparılmışdır. Şübhəsiz ki, belə islahatlar rəsmi nizamnamə dəyişiklikləri ilə müşayiət 
olunmuşdur. «Azneft» İB-də yeni istehsal artımını  təmin etmək üçün 1980-ci illərin sonunda 
özünümaliyyələşdirmə  və tam təsərrüfat hesabına  keçidə  qərar verilmiş  və beləliklə  də
islahatlara müvafiq olaraq 1988-ci ildə burada yeni nizamnamə  təsdiq edilmişdir. Təsərrüfat 
hesabı prinsipləri ilə özünüidarəetməyə əsaslanan, 34 struktur bölməni əhatə edən təşkilat neft-
qaz hasilatı ilə yanaşı, həm də onun yenidən istehsalı, kəşfiyyat-axtarış işləri, ayrı-ayrı maşın və 
avadanlıq növləri, xalq təsərrüfatı istehlakı malları istehsalı və əhaliyə pullu xidmətlər daxildir. 
Mərkəzi demokratizmə  əsaslanan idarəetmə sistemi müstəqil özəlliklərlə baş direktoru seçki 
əsasında beşillik müddətdə rəhbərliyə gətirir. Əlbəttə rəhbərliyin məsuliyyət sferasının genişliyi, 
öhdəliklər, hüquq və səlahiyyətlər nizamnamə əsasları, onun işdən azad olunmasını o, qədər də 
problemli etmir. 
Müstəqilliyə qovuşduqdan sonra «Azneft» İB kimi dənizdəki müvafiq qurumun da ölkə 
qanunlarına uyğunlaşdırılması üzrə  tədbirlər görülmüşdür. Öncə bu qurumlar vahid struktur 
halında birləşsələr də, 1994-cü ildən ayrılaraq ayrıca istehsal birlikləri kimi fəaliyyətə 
başlamışlar. Yeni təşkil edilən  İB-lər Sovetlər  İttifaqında mövcud olmuş adlanışları itirmiş, 
müvafiq olaraq quru və  dəniz istehsalat komplekslərinə çevrilmişlər. YEN-in yaradılması ilə 
əlaqədar daxili strukturların yeni amalqamasiyası prosesi aparılır, neftayırma və neftqazçıxarma 
birliklərinin qovuşdurulması strateji xətti kimi nəzərdən keçirilir. Daha çox QNQÇİB-nin qeyri-
rentabelli fəaliyyəti üzərində qurulan debatlar onun iflas təşkilat kimi, dramatik konteksdə «olum 
və ölüm» məsələsini həllinə yönəlmişdir. Bizim üçün doğma olan bu təşkilatın 1990-cı illərin 
əvvələrində olduğu kimi, yenidən başqa bir təşkilatın içində «əridilməsi» və ya mobil olmayan 
çox kiçik hissələrə parçalanması yolverilməzdir. Azərbaycan neftinin beşiyi «Azneft» 
təşkilatının hələ ən azı bir əsr yaşamağa tam maddi və mənəvi haqqı vardır. Birləşən təşkilatların 
yeni aktivlərinin  əvvəlkindən yüksək olacağı  təqdirdə bu birləşmələrin sineqerik effekti yaxşı 
nəticəliyi ilə  fərqlənəcəyi belə sual altındadır. Hər bir birləşmənin iqtisadi, elmi məntiqlə 
əsaslanan fundamenti olmalıdır. 
Ötən  əsrin 90-cı illərində neftin dünya bazarındakı qiymət böhranı bir çox ənənəvi lider 
neft kompaniyalarının birləşməsinə  səbəb oldu. Müvafiq birləşmələrə son dərəcə düşünülüb, 
proqramlaşdırılmış strategiya və taktika hakim kəsildi. Digər tərəfdən bu birləşmələri də təkcə 


 
 
76
qiymət fəsadları ilə bağlamaq düzgün olmazdı. Göründüyü kimi, neftin qiyməti tezliklə yenidən 
artaraq məjrasından çıxdı. Bu isə  əks proseslərlə kampaniyaların ayrılmaları ilə müşayiət 
olunmadı. Yüksək xərc tələbli yeni ərazilərin mənimsənilməsində aparıcı mövqedə  çıxış edən 
nəhəng neft TMK-larının birləşməsində qeyd olunduğu kimi, daha uzunmüddətli elmi-iqtisadi 
əsaslandırılmış strateji planlar durur. Təcrübi reallıq belədir ki, tarixən hər bir birləşmədə strateji 
məntiqli kommersiya əsasları olmuşdur. Bununla belə, müvafiq birləşmələrlə yanaşı  şirkətlər 
alyansı da inkişaf dövrünü yaşamışdır.  
 
Şirkətlər alyansı üç tarixi mərhələni  əhatə edir: 
o
 köhnə ittifaqlar-tarixi ənənəyə əsaslanır. 
o
 ikinci dalğalı alyanslar-daha mütəşəkkil biznesə 
və idarəetmə 
mexanizmlərinə əsaslanır. 
o
 şəbəkəli alyanslar-partnyorların sayı,  ərazi müxtəlifliyi texnoloji həlqənin 
mürəkkəbliyi ilə fərqlənir və daha mükəmməl menecer hazırlığı tələb edir.  
Hər üç alyans növü zəmanəmizdə paralel inkişaf tapsa da daha çox strateji 
alyanslar adlanan ikinci və üçüncü növ alyanslar mütərəqqi hesab edilir. 
 
QNQÇİB-də 28.01.94-cü ildə ARDNŞ-nin  əmri  əsasında 10.02.94 tarixində yeni 
nizamnamə qəbul edilmişdir. ARDNŞ nizamnaməsi isə bu qeydiyyatdan xeyli sonra 1994-cü ilin 
5 aprelində qəbul etmişdir. «Azneft» İB-nin mövcud olmuş nizamnaməsində səmərəlilik xüsusi 
olaraq istiqamətləndirilmənin daha çox, fəaliyyətin minimal xərclər hesabına təmin olunması 
üstün götürülmüşdür. Bir cəhəti də vurğulanmalıdır ki, nizamnaməsinə görə QNQÇİB-də özünün 
inkişafını uzunmüdətli proqnozları rəhbər tutaraq planlaşdırır. Digər məqam isə ondan ibarətdir 
ki, yeni nizamnamə nisbəti geniş yazılmış  və  səmərəlilik məsuliyyətləri ilə xeyli 
zənginləşdirilmişdir. ARDNŞ-nin prezidenti tərəfindən təyinat alan baş direktor nizamnamədə 
qəti qeyd olunduğu kimi, tək idarəçilik prinsipi əsasında işin düzgün təşkili üçün ARDNŞ-nin və 
əmək kollektivinin qarşısında məsuliyyət daşıyır. Şərh olunan bu nizamnamə fraqmentləri hüquq 
və vəzifələrin qanuni təsbitini işıqlandırır. Lakin onun keyfiyyətli və hüquqi standartlı tərtibatı 
isə başqa bir mövzunun söhbətidir. Nizamnamədəkindən fərqli olaraq İB-də idarəetmədə köhnə 
meyarlara əsaslanan plan təsərrüfat ovqatlı forma mövcuddur. Uzun müddət rotasiya olunmayan 
idarəetmə aparatı özünün sistemaltı  məmur lobbisini və mühafizəkar direktorlar korpusunu 
yaratmışdır. Belə  vəziyyət isə özü-özluyündə idarəetməni və struktur islahatlarının 
təkmilləşməsini o qədər də sürətli etmir. Xüsusi bir cəhəti isə onunla izah edilir ki, demokratik 
azad bazar prinsiplərini təcəssüm etdirən bazar strukturlu mexanizmlər nizamnamədə  təsdiqini 
almamış və bu keyfiyyət özü də bazar islahatlarının aparılmasında maraqları gödəltmişdir. 
 
 
5.2. Köhnə istismar sahələrində struktur islahatlarınn aparılmasının zəruriliyi 
 
Tarixin möhtəşəm istehsal planları epoxası sona çatmışdır. Keçid iqtisadiyyatının Polşa 
bənzərli MDB variantı özünün radikal müqəddəm- «şok terapiyası» mərhələsini də arxada 
qoymuşdur.  Şərqi Avropanın postsosialist sistemi ölkələri artıq keçid dövrünü tamamlayaraq 
Avropa  Şurası, NATO və digər beynəlxalq strukturlara inteqrasiya olunmuş, daha çeviklər isə 
Avropa Birliyinin qapıları astanasında qərar tutmuşlar. Bu ölkələr fərqli islahat strategiyası qəbul 
etmiş və uğurla liderliyi ələ almışlar. 
Sovet çoxkollektivlilik ənənələri  əsasında formalaşan respublikanın sənaye kompleksləri 
özünün miqyaslılığı ilə  fərqlənmişlər. Böyük ölkədə  hər hansı bir istehsal qurumu üçün 500-
1000 nəfərlik işçi heyəti orta standart kimi qəbul edilmişdir. İndi bazar prinsiplərinə keçiddə belə 
çoxşaxəlilik mürəkkəb komplekslərin birbaşa özəl  əllərə verilməsini xeyli çətinliklərə  məruz 
qoyur. Mürəkkəblik müsbət aspektdə «parçala, hökm sür» prinsipini də  bəzən uğursuz edir. 
Bununla belə, oxşar istehsal sahələrini parçalayıb müstəqil rəqabət konturlu təşkilatlara 
çevrilməsi imkanları da hələ ki, tükənməmişdir. Postindustrial cəmiyyətin məziyyətlərindən biri 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə