JOURNAL OF QAFQAZ UNIVERSITY- PHILOLOGY AND PEDAGOGY
2015. Volume 3, Number 1
Pages 39-52
39
UOT: 82-3
“DANTENİN YUBİLEYİ”; XARAKTER, TƏSVİR
VƏ TƏHKİYƏDƏ OBYEKTİVLİK, İNSAN TALEYİ
Ülvi BABAYEV
Qafqaz Universiteti
Bakı / AZƏRBAYCAN
ubabayev@qu.edu.az
XÜLASƏ
Bu məqalədə Çağdaş Azərbaycan yazıçısı Anarın “Dantenin yubileyi” povestinin bədii məziyyətlərindən bəhs
edilir. Əvvəla, Azərbaycan poeziyasının tanınmış siması Qabilin “Səhv düşəndə yerimiz” şeirindən bir parça verilir
və bu şeirin “Dantenin yubileyi” əsəri ilə əlaqəsi müəyyənləşdirilir. Daha sonra povest həm sənət baxımından, həm
də Anarın sənət və həyat həqiqətlərini ədəbiyyatda ifadə etmə bacarığı əsərdən verilən parçalarla təhlil edilir.
Məqalədə əsərin baş qəhrəmanı Kəbirliniskinin xarakterinin xüsusiyyətləri də tədqiqat mövzusudur. Kəbirlinsikinin
hansı keyfiyyətlərə xas xarakterinin olması povestin digər personajları ilə analoji təhlil zamanı müşahidə olunur.
“Dantenin yubileyi” povestinin bədii-estetik dəyəri, təsvir və təhkiyədə obyektivliyin qorunması kimi önəmli sənət
ünsürləri də məqalənin əsas tədqiqat ünsürlərindəndir. Bütün bunlarla bərabər, yazarın nəsr əsərində dramaturji
özəllikləri çox məharətlə yansıtması və insan taleyinə humanist baxışı məqalənin nəticəsində qeyd olunmuşdur.
Məqalə povestin qəhrəmanı Kəbirliniskinin uğursuz iş həyatının mənfi təsiri ilə ailə həyatının insani faciəyə çevril-
məsi və bu kimi halların ədəbiyyatda inikasının tədqiqatı ilə yekunlaşır.
Açar sözlər: Dantenin yubileyi, xarakter, ədəbi, estetik, təsvir, sənət, həyat.
“DANTE’NİN JÜBİLESİ”; KARAKTER, TASVİR VE ANLATIMDA OBJEKTİFLİK, İNSAN HAYATI
ÖZET
Bu makalede çağdaş Azerbaycan yazarı Anar’ın “Dante’nin Jübilesi” uzun hikayesinin edebi özellikleri anla-
tılmıştır. Öncelikle Azerbaycan şiirinin ünlü siması Gabil’in “Sehv Düşende Yerimiz” şiirinden bir parça verilmiş
ve bu şiirin “Dante’nin Jübilesi” eseri ile ilişkisi belirlenerek Anar’ın hangi konuyu işlediği açıklığa kavuşturul-
muştur. Daha sonra uzun hikayenin sanat bakımından değerlendirilmesi yapılmış ve Anar’ın sanat ve hayat ger-
çeklerini edebiyatta nasıl ifade etmesi örnek parçalarla belirlenmiştir. Makalede eserin ana kahramanı olan Feyzulla
Kebirlinski tipi tartışma konusudur. Kebirlinski’nin karakter özellikleri diğer karakterlerle karşılaştırarak tespit edil-
miştir. “Dante’nin Jübilesi” uzun hikayesinin edebi estetik özellikleri, tasvir ve anlatımdaki objektiflik gibi sanat
unsurları da makalenin araştırma alanına girmektedir. Bunların yanı sıra yazarın bir nesir eserinde drama özellik-
lerini de çok ustalıkla kullanması ve insan hayatına ümanist bakışı araştırmanın sonuçlarındandır. Eserin kahra-
manı Kebirlinski’nin başarısız iş hayatının aile hayatına yansıması ve insani faciaya dönüşmesinin edebiyatta usta-
lıkla ifadesi de bilimsel bir kanaat olarak bu sonuca eklenmiştir.
Anahtar kelimeler: “Dante’nin Jübilesi”, karakter, edebi, estetik, tasvir, anlatım, sanat, hayat.
"DANTE’S JUBILEE";
CHARACTER, OBJECTIVITY OF DESCRIPTION AND NARRATION, HUMAN FATE
ABSTACT
This article describes literary features of the novel named "Dante’s Jubilee" by contemporary Azeri author
Anar. Firstly, some lines from the poem “Səhv Düşəndə Yerimiz” (“When we’re out of the place”) by Azerbaijan’s
renowned poet Gabil are given. Then, the relation between this poem and "Dante’s Jubilee" is specified and the
subject of Anar’s work is clarified. Next, novel is evaluated in general as an art, and the ways Anar expresses the
realities of the art and life in literature are identified using examples. In the article, the type of the main character
Feyzulla Kebirlinski is being discussed. Characteristics of Kebirlinski are identified by comparing this character
with other characters. Literary esthetic features and art elements, such as objectivity of depiction and expression
of the novel are also within the research area of this article. Besides all these, among the results of this research we
also see the author’s masterly use of drama features in prose, and his humanistic view of life. Masterful literary
expression of reflection of main character Kebirlinski’s failure in his job on his personal life which turns into human
tragedy is also added to the results as a scientific opinion.
Keywords: "Dante‘s Jubilee", character, literary, esthetic, depiction, expression, art, life.
Giriş
Həyatı: Rzayеv Anar 1938-ci il martın 14-
də Bakı şəhərində anadan olmuşdur. 1955-
1960-cı illərdə Azərbaycan Dövlət Univеrsi-
tеtinin Filologiya fakültəsini bitirmişdir. 1964-
cü ildən Azərbaycan Yazıçılar Birliyinin üz-
Ülvi Babayev
40
vüdür. 1961-1967-ci illərdə Azərbaycan Döv-
lət Tеlеviziya və Radio Vеrilişləri Komitəsin-
də rеdaktor işləmişdir. Daha sonra Mosk-
vada Ali ssеnari və rеjissor kurslarını bitir-
mişdir. 1968-1987-ci illərdə «Qobustan» in-
cəsənət toplusunun baş rеdaktoru vəzifəsin-
də işləmişdir. 1987-1991-ci illərdə Azərbay-
can Yazıçılar İttifaqının birinci katibi olmuş
dur. 1991-ci ildə Azərbaycan Yazıçılar Birli-
yinin sədri sеçilmişdir. 1993-cü ildə Azərbay-
can-Türkiyə Dostluq Cəmiyyətinin sədri
sеçilmişdir. 1993-cü ildə Türkiyə İstanbul
şəhəri Mеmar Sinan Univеrsitеtində Azər-
baycan ədəbiyyatı tarixindən mühazirələr
oxumuşdur. 1994-cü ildə Azərbaycan Rеs-
publikası Milli Məclisinin dеputatı sеçilmiş
dir. Xalq yazıçısı adına layiq görülmüş, “Şə-
rəf nişanı”, “İstiqlal” ordеnləri ilə təltif olun-
muşdur. Hal-hazırda Azərbaycan Yazıçılar
Birliyinin sədridir. Dəyərli hekayələr və ro-
manlar müəllifidir və eyni zamanda on doq-
quz bədii və sənədli filmin ssenaristidir... [9,
səh, 8]
Sənətkarlığı: Anar ədəbiyyata “Keçən ilin
son gecəsi”, “Bayram həsrətində” hekayələri
ilə gəlib. Elə ilk hekayələrində həyata hüma-
nist baxış, romantik məna çalarları və bir o
qədər də real təsvirlər, təhkiyədə axıcılıq,
ciddi yazıçı müşahidəsi kimi keyfiyyətlər öz
əksini tapmağa başladı. “Taksi və vaxt”, “Gür-
cü familyası” kimi hekayələrində ekzisten-
sializmə xas ünsürlər poetik-fəlsəfi dəyər
qazandı. Zaman amilinə etiraz, həyatda ola-
ola ünsiyyətsizlik (mənəvi), arzular xilafına
cərəyan edən acı həyat gerçəklikləri Anarın
hekayələrində rəngarəng məna çalarları qa-
zandı. Yazıçı ədəbi-fəlsəfi dəyərləri gündə-
lik həyatımızın tərkib hissəsi yönündən yaz-
dı. Anar nəsrində hər bir fəlsəfi fikir xarak-
terlərin həyatında əks olundu. Bu cür özəllik
isə, hər hansı fikrin həyatdan alınan canlı
örnəklərlə, insan həyatı ilə daha dolğun ifa-
də edilməsi idi. Anarın hekayələrinin bir
özəlliyi də, Sovetlər dövründəki basqıya eti-
raz idi. Özü də, bu etiraz həm sənətə qarşı
olan basqılara, həm də özgürlüyümüzü, mil-
li-mənəvi dəyərlərimizi əlimizdən alan des-
pot rejimə qarş idi. Ədəbiyyatımızda sovet
rejiminə qarşı ilkin və tutarlı etirazlardan
biri də Anarın “Ağ liman” povestidir. Sənət-
karın bir-birindən dəyərli əsərləri içərisində
“Asılqanda işləyən qadının söhbəti”, “Yaxşı
padşahın nağılı”, “Gürcü familyası”, “Macal”
Azərbaycan nəsr tarixində böyük əhəmiy-
yətə malikdir. Anarın ilk hekayələrində milli-
mənəvi dəyərlərin təcəssümü, insan həya-
tından fərqli məqamlara baxış, dramatik
gərginlik, ekzistensial etiraz, sentimental ab-
hava və digər bədii mətnə aid dəyərlər ini-
kas olunurdu. Hekayələrin dili isə, olduqca
koloritli, sadə və anlaşıqlıdır... [3, səh,7]
“Dantenin yubileyi” povesti
“Muğan həsrət yağışa,
Buludlar xəsis,
Yağış tökür Talışa
hey-hey gərəksiz,
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.” [3, səh. 88]
- Böyük ağrı, hiss-həyəcanla söylənilmiş bu
misralar Anarın “Dantenin yubileyi“ poves-
tinin ana xəttini təşkil edir.–desək yanılma-
rıq. Əgər sevimli şairimiz Qabil ümumi, bə-
şəri anlamda “səhv düşmələri“ qınaq obyek-
tinə çəkirdisə, Anar nəsrində bu problem
müəyyən mənada konkretləşir, fərdi məz-
mun kəsb edir. Ancaq eyni zamanda bədii
nəsrə xas olan ümumiləşmə çalarları da ol-
duqca dolğun əks olunur. Özü də bu ümu-
miləşmə povestin məna qatında gizlənir. Oxu-
cu əsərin qəhrəmanı Feyzulla Kəbirlinskinin
taleyi zəminində “yeri səhv düşənlərin” fa-
ciəsini ümumi və fərdi cizgilər əsasında iz-
ləyir. Bu baxımdan povestdə dinamikliyə,
canlılığa şahid oluruq. Anar hadisələri canlı
dialoqla əks etdirir. Bu keyfiyyət də xarakter
açımına səbəb olur. Yəni, hadisələr adi təh-
kiyə yolu ilə nəql edilmir. Hər bir obraz yaxşı
və pis cəhətləri ilə təqdim olunur. Daha doğ-
rusu, özləri öz davranışları, hərəkətləri və
danışıqları ilə necə insan olduqlarını olduq-
ca təbii əda ilə sərgiləyirlər. Bəli, artıq əsərdə