Microsoft Word Filologiya Volume3 Number1 2015 1


“Dantenin yubileyi”; xarakter, təsvir və təhkiyədə obyektivlik, insan taleyi



Yüklə 184,48 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix05.10.2017
ölçüsü184,48 Kb.
#3299
1   2   3   4   5

“Dantenin yubileyi”; xarakter, təsvir və təhkiyədə obyektivlik, insan taleyi  

41 

müəllif məlumatına ehtiyac qalmır. Başda 

hekayətin qəhrəmanı  Kəbirlinski olmaqla 

hər bir obraz öz daxili aləmini ifşa edir və 

bu baxımdan povest daha çox dramaturji 

keyfiyyətlərlə öz poetik ifadəsini tapır. Sənət-

kar Kəbirlinskinin düşdüyü durumları sati-

rik məzmunda rəsm edir. Daha doğrusu, 

Kəbirlinski öz təbii ədası ilə yazarı buna məc-

bur edir. Lakin bu satiranın pərdə arxasın-

da dərin rəğbət hissi gizlənir. Kəbirlinskinin 

acınacaqlı taleyi yazarı o qədər narahat edir 

ki, onun düşdüyü hər bir gülünc hadisəni 

vəsf etmək məcburiyyətində qalır. Misal üçün 

əsərin əvvəlindəki bir səhnəyə nəzər yetirək. 

“Rejissor kibrit çəkdi, arxaya çevrilmədən ge-

risində dayanmış aktyora: 

-  


Əlikram, replika, - dedi. 

Arxada dayanmış aktyor Feyzullaya müra-

ciətlə: 

-  


Bəs hanı? - Deyə soruşdu. 

Feyzulla: 

-  

Bu gecə bu qoca bu ocaq - dedi. 



Rejissor: 

-  


Tfu, sənin... – deyə sözünü yarımçıq kə-

sib becid bir yerişlə  səhnədən düşdü...” 

[1, səh,160] 

Bu səhnədə psixoloji bir məqam var. Axı Fey-

zulla Kəbirlinski sənətə heç bir qərar vermə-

dən, heç bir bacarıq, istedad göstərmədən 

gəlib. Və yazar da onun üçcə kəlməni normal 

intonasiya ilə deyə bilməməsini göstərməklə 

bu məqama işarə edir. “Bu gecə bu qoca bu 

ocaq” [1, səh,160] – necə də Feyzullanın sə-

nətə gəlişi kimi tez-tələsik ifadə olunur. Fey-

zullanın hər bir hərəkəti onun necə insan ol 

duğunu göstərir. Anar bu əsəri ilə Mirzə Cə-

lilin estetik idealına yaxınlaşır. Çünki Mirzə 

Cəlilin hekayələrində  hər hansı yazıçı-təh-

kiyəçi şərhinə ehtiyac qalmır. Mirzə Cəlilin 

sənət idealında oturub qalın romanlar yaz-

maq anlayışı da olmayıb. O, həyatdan aldı-

ğı acı  səhnələri bədii təcəssümə çevirirdi. 

Həyat həqiqətləri Cəlil Məmmədquluzadə 

nəsrində onun əsas daşıyıcısı olan obrazların 

həyatında  əks olunurdu

.  İnsanın kəsirləri;

 

“mənəvi” naqisliyi “göz yaşı içində gülüş” 



ilə təqdim olunurdu. Və bu baxımdan “Dan-

tenin yubileyi” povestində satirik ab-hava, 

xəfif yumor təsvir olunan həyatın özündən 

doğur, həyatla səsləşməyən məqamlara rast 

gəlinmir. Bu cür durumlar isə Anarı  sələfi 

Mirzə  Cəlil kimi “göz yaşı içində gülüş”ü

 

canlandırmağa vadar edir. Bütün bu sada-



ladığımız xüsusiyyətlər Kəbirlinskinin həyatı 

ilə işıqlanır. Özü də Kəbirlinski obrazı nə qə-

dər zəif xarakterli insan kimi görünsə  də, 

bu obraz bir o qədər daxili aləmi, ziddiyyətli 

davranışları ilə mübahisə doğurur. Qəhrə-

manın həyatındakı mürəkkəb, ziddiyyətli 

müzakirə mövzusu olan cəhətlərin zaman-

məkan amili ilə üzvi şəkildə bağlılığı var.  

Kəbrlinski Nemət obrazı kimi (“Ağ liman”) 

ədəbiyyat aləmində iqlim dəyişiminə səbəb 

olub. Çünki Anarı küncdə-bucaqda qalan, 

heç bir istedadı olmayan, xırda bir insanın 

taleyi maraqlandırır. Və belə “miskin, yazıq” 

bir insanın taleyi böyük sənət örnəyinə çev-

rilir. Kəbirlinski “xaraktersizliyi”n böyük 

xarakteri kimi canlandırılır. Çünki onun et-

diyi hər bir qüsurlu hərəkət, ondakı hər dür-

lü naqislik, təbiidir, bir növ təhtəlşüurun dik-

təsidir. Tənqidçi, ədəbiyyatşünas Yaşar Qa-

rayev Kəbirlinskinin həyatını belə mənalan-

dırır: 

“Kəbirlinskinin “tramvay və konduktor ye-



niyetməliyi” ilə ahıllığındakı metro səyahəti 

barədə detallarda zamanın hərəkətinə (və ob-

razın öz daxilindəki zamansızlığa) təzadlı 

işarələr var. Axı, hətta Dante

 

özü də bu bədii 



sistemdə təsadüfi təfərrüat deyil.

 

Kəbirlinski 



ömür boyu məhz bədii mükəmməlliyə - Dan-

teyə gəlib çata bilmir. (“Altıncı mərtəbə” bu-

rada Dantedir) Povestdən yayılan bədii ov-

qatda Həcərin mərhəməti, Siyavuşun isteh-

zası, Anarın ittihamı ilə yanaşı Dantenin tə-

əssüfü də var”. [5, səh,151] 

Kəbirlinski obrazından söhbət düşmüşkən 

yaxşı olardı ki, söhbətimizi qəhrəmanın di-

gər obrazlarla münasibəti zəminində davam 

etdirək. O zaman bütövlükdə “Dantenin yu-




Ülvi Babayev  

42 

bileyi” povesti haqqında müəyyən, konkret 

qənaətə gəlmiş olarıq. Obrazlararası analoji 

təhlillər aparmaq üçün, əvvəla, Kəbirlinski 

– rejissor Siyavuş  əlaqəsini  şərh etməliyik. 

Rejissor Siyavuş gənc, sənətdə özünü sübut 

etmək ehtirası ilə çalışan “incəsənət” adamı-

dır. O, daim hərəkətdədir, fəaldır. Qarşısın-

dakı aktyordan böyük sənət tələb edir və 

onun bu arzuları  Kəbirlinskini daha yaxşı 

tanıdır. Bunun üçün hər hansı süni təsvirə, 

hər hansı simvolikaya ehtiyac qalmır. Hadi-

sələrin açılması, konkret məcra alması üçün 

müəllifin süni situasiya yaratmasına da gə-

rək qalmır. Çünki Siyavuşun istəyi ilə Kəbir-

linskinin “aktyorluq” ədası toqquşur. Onlar 

arasındakı canlı dialoq, psixologizmə əsasla-

nan təsvir-təhkiyə quruluşu, bədiiliyin  ən 

böyük əlaməti olan sadə, anlaşıqlı dil, təsvir 

olunan səhnələrin yetərliliyi, yığcam qane-

edici təfərrüatı artıq Kəbirlinskinin xarakteri 

haqqında kifayət qədər məlumat verir: 

”Feyzulla: 

-  Əsəbiləşmə, başına dönüm, əsəbiləşmə, - 

deyə rejissora yalvardı, - bir hovur səbir elə, 

bu saaat deyəcəyəm. Bilmirəm, mənə nə olub 

bu gün, karıxmışam.  

Rejissor rəssama tərəf dönüb yavaş səslə: 

-  

Guya ayrı günlər dağı dağ üstünə qoyur, 



- dedi. 

Feyzulla: 

-  

Olar ? – dedi. 



Rejissor cavab vermədi, yüngülcə başını tər-

pətdi”. [1, səh,160] 

Feyzullanın vəziyyəti “Dəyirman öz işində-

dir, çax-çax baş ağrıdır” məsəli ilə üst-üstə 

düşür. Ancaq Feyzulla Kəbirlinskinin mə-

suliyyətsizliyi, bacarıqsızlığı bizlərdə ona 

qarşı ikrah hissi oyatmır. Bu cür hallar an-

caq və ancaq acıma duyğusunu körükləyir. 

Çünki o, bəzi dələduz, fırıldaqçı insanlar ki-

mi öz bacarıqsızlığını müəyyən yollarla ört-

basdır etmir, özünü necə var, elə də aparır. 

Hətta onun düşdüyü gülünc vəziyyətlər oxu-

cuya kədər, üzüntü hissi aşılayır. Bütövlük-

də mətnin özü yazarın narahatlığını, kəskin 

ittihamını irəli sürsə də, Kəbirlinskinin düş-

düyü vəziyyətlər Anarda rəğbət hissini də 

oyatdığını izləyə bilirik. Axı Siyavuş və Kə-

birlinski obrazını fərqləndirəsi olsaq, görərik 

ki, sənətdən, mədəniyyətdən dəm vuran re-

jissor fərsiz Kəbirlinskidən mənən nə qədər 

geridə qalıb. Çünki Siyavuş dikbaş, lovğa 

insandır. Kəbirlinski isə sadədir, safdır. Özün-

dən kiçik insana belə hörmət qoyur. Siyavu-

şun nalayiq hərəkətləri bəzən qəsdi xarak-

ter daşıyır. (Necə ki, Kəbirlinskinin oğlu El-

darı  tələbə yoldaşları arasında pisikdirir. 

Kəbirlinski haqqında olmazın sözün deyir 

və s.) Kəbirlinskinin hərəkətləri, bacarıqsız-

lığı qeyri-şüuridir, yəni  əvvəlcədən düşü-

nülmüş davranış deyil, təbiidir, təhtəlşüur-

dan gələn bir saflıqdır. Özü də bu iki obraz 

haqqında qənaətlər müəllif təhkiyəsinə əsas-

lanmır. Hər iki obrazın xarakteri, heysiyyə-

ti, onlarla münasibətdə olduqca, danışdıq-

ca açılır.  İncəsənət işçisi olan Siyavuş etik 

davranış qaydalarından, nəzakətdən, incə-

likdən uzaq bir insan kimi nəzərə çarpır. Kə-

birlinski isə onu təhqir edənləri, ələ salanları 

belə sakitləşdirməyə çalışır, istəmir kiminsə 

qəlbinə toxunsun, kiməsə acı bir söz desin. 

Anar bu iki obrazın bütün ziddiyyətli yön-

lərini göstərməyi zərgər dəqiqliyi ilə baca-

rır. Siyavuşun “ziyalı” intellekti ilə onun 

şəxsi, insani yönləri paralel şəkildə yansıdı-

lır. O bir rejissor kimi vəzifəsinin öhdəsindən 

gəlsə də, bir insan kimi “insanlıq” vəzifəsini 

layiqi ilə yerinə yetirə bilmir. Atası yaşında 

Kəbirlinskinin ünvanına demədiyi söz 

qalmır. Əlbəttə, səhnədə məşq zamanı Kəbir-

linskinin günahı danılmazdır. Ancaq Siya-

vuş təkcə səhnədəki təhqirləri ilə kifayətlən-

mir. Hətta Kəbirlinskinin oğlu Eldarı tələbə 

yoldaşları arasında pərt edir: 

- “Küreyi-ərzə  hələ  Kəbirliskidən bezdarnı 

adam gəlməyib”. [1,səh, 175] Povestdə insan 

həyatının yeknəsəqliyi, rəngarəngliyi ol-

duqca dolğun, məzmunlu anlam ifadə edir. 

Hər hansı obraz haqqında qəti fikir söyləmək 

çətindir. Çünki əsər həyat həqiqətləri ilə üz-

vi şəkildə bağlıdır. Kəbirlinski rejissor Siya-




Yüklə 184,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə