E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə35/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   31   32   33   34   35   36   37   38   ...   125

 
 
73
II Normativ-hüquqi baza 
   
real bazar prinsiplərinə müvafiq hüquqi bazanın təkmilləşdirilməsi və 
möhkəmləndirilməsi; 
   dəyişkənliyə, manevrliyə, davamlı inkişafa qarantlar verən müvafiq status və 
səlahiyyətlərin əldə edilməsi və təminatı. 
III Normativlərin təyinatı 
   iqtisadi-texniki və insani resursların qiymətləndirilməsi və yerləşdirilməsi; 
   istehsal gücünün müəyyən edilməsi; 
   yaxın və uzunmüddətli perspektiv üçün hasilat tempinin təyinatı; 
   istehsal  faktorlarının, maya dəyəri komponentlərinin, müvafiq məsrəf 
elementlərinin proporsiyalarının, norma və normativlərinin standartlaşdırılması; 
   ayrı-ayrı yataqlar üzrə neft və qazın istehsal xərclərinin optimal elastik diapazonda 
təyinatı və diferensasiyası 
IV Texnoloji modernizasiya 
   texnoloji yeniləşmə, çevik amortizasiya siyasətinin aparılması; 
   qazma strategiyasının müəyyənləşdirilməsi; 
   neft 
istehsalını böyük dövriyyədə  təmin edən yeni infrastrukturun 
formalaşdırılması; 
   istehsal prosesinin innovasiyon nailiyyətlər konteksində rekonstruksiyası; 
V Menenjment strategiyası  
   struktur islahatları;  
   yeni idarəetmə şəbəkəsinin formalaşdırılması; 
   əməyin rasional təşkili, personalının vəzifə 
və öhdəliklərinin qəti 
müəyyənləşdirilməsi, intizam sisteminin möhkəmləndirilməsi və erqonomik 
təminat; 
   istehsalın prosesinin monitorinqi, daxili audit və çevik nəzarət sisteminin təşkili. 
VI Maliyyə dayanaqlılığı 
   investisiya strategiyasının işlənməsi; 
   xarici bazarlara birbaşa çıxışın lisenziyalaşdırılması; 
   ödənişqabiliyyətinin artırılması 
və möhkəmləndirilməsi, hesablaşmalarda 
akkreditiv sisteminə keçid; 
   ödəməmələri tərid edən mexanizmlərin işlənməsi, vaxtı keçmiş borcların 
restruktizasiyası; 
   vergi tətilləri və vergi imtiyazlarının əldə edilməsi; 
   səmərəli uçot siyasəti
 
 fondyaratma sisteminə keçid, yığım, istehlak və ehtiyat fondların təşkili.
 
VII İnteqrasiya və sosial səmərəlilik 
   səhmdar əməkdaşlığın tətbiqi və genişləndirilməsi; 
   biznesin inkişafı və kommersiyalaşma; 
   marginal strukturlarda  milli sahibkarların cəlb edilməsi ilə pilot müəssisələrinin 
təşkili, lisenziya-konsessiya sisteminin tətbiqi, 
   səmərəli servis xidmətinin təşkili; 
   sosial təminatların yüksəldilməsi
   ekoloji intizamın və təhlükəsizliyin möhkəmləndirilməsi. 
Qlobal axın, inteqrasiyon proseslər, insan cəmiyyətinin tərəqqisi, empirik nailiyyətlər 
dəyişikliklərin avanqardında gedərək islahatların səhv düzümünü daim korrektə edəcək və 
təkmilləşməyə  məruz qoyacaqdır. Bazar iqtisadiyyatı öz möhtəşəm tələbini  ən ucqar istehsal 
münasibətlərinə yetirəcəkdir.  İslahatların sürəti dəyişdirici axını, keçid zamanın ömür 
gödəkliyini təmin edəcəyi istinasız reallıqdır. Amalların gerçəkləşməsi səy və iradəmizin islahat 
meylinə köklənməsindən keçir. 


 
 
74
V FƏSİL 
SAHƏDƏ STRUKTUR İSLAHATLARI VƏ İDARƏETMƏNİN 
TƏKMİLLƏŞMƏSİ PROBLEMLƏRİ 
 
5.1. Tarixi ekskurs: quruda neftqazçixarma kompleksinin müasir 
strukturunun təşəkkül səlnaməsi 
 
İnkişaf tarixində çox nəsil dəyişikliklərinə  uğramış quruda neftqazçıxarma kompleksini 
təcəssüm etdirən təşkilatın özünün də  təbəllüdatlara olduqca böyük ehtiyacı vardır. Bir cəhəti 
qeyd etməliyik ki, təkcə Sovetlər  İttifaqı zamanı quruda hasiledici kompleks uzun müddət 
«Azneft» adı ilə yaddaşlara hopmuş  nəhəng istehsal qurumu kimi, çoxlu struktur islahatlarına 
məruz qalmışdır. Azneftkombinat, Azərneftkomitə, Azneft, adları ilə müxtəlif dövrlərdə  həm 
yerli və  həm də  mərkəzi icra orqanlarına-SSRİ  Ağır Sənaye Nazirliyi, SSRİ Neft Sənayesi 
Nazirliyi, SSRİ Ali Xalq Təsərrüfat  Şurası, Azərbaycan Xalq Komissarlar Soveti, Azərbaycan 
Xalq Təsərrüfatı  Şurası, Azərbaycan Neft Sənayesi Nazirliyi və sair bu kimi tabeçilik 
məqamlarında çoxsaylı struktur formalarda çıxış etmişdir. İndi böyük kapital və torpaqtutumlu 
kompleksin bazar prinsipləri əsasında optimal strukturunun müəyyən edilməsi məqamı yetişmiş 
və bu proses bəlkə bir qədər də gecikmişdir. 
Uzun illər özünün ayrıca emal zavodlarına, magistral nəqletmə sistemlərinə malik olan 
müvafiq istehsal kompleksinin yeni əsasda təşkilatlanması, konsolidasiyası olduqca vacibdir. 
Neftlə bağlı amallarının fərqinə baxmayaraq islahat prosesinə yönələn baxış bucaqlarının bir 
məxrəc altında birləşməsi bütün zaman hədlərini aşmışdır. Hadisələrin statistik və dinamik 
inkişafından çıxış edərək kvazi-mini profilaktik tədbirlərdən ayırmaqla, daha ölçülü-biçimli, 
unifikasiya edilmiş, milli mənafelərə uyğun gələn sistemli, geniş islahatlar prosesinin 
aparılmasına səfərbər olunmalıyıq. 
Struktur dəyişiklikləri məşğulluğun da strukturunda analoji meyli stimullaşdırır.  İstənilən 
struktur islahatları  iş yerlərinin də düzümünə yeni ştrixlər gətirir. Radikal dəyişikliklər isə çox 
vaxt struktur böhranı ilə nəticələnir, deqradasiya proseslərinə yol açır. Lakin düşünülmüş, elmi 
əsaslandırılmış struktur transformasiyası effektli təşkilatlanmanı formalaşdırır. Fikrimizcə yeni 
yaradılacaq qurumun strukturu aşağıdakı tələblərin reallaşmasını təmin etməlidir: 
  elmi-texniki siyasətinin  əsas istiqamətlərini, strateji inkişafı  təmin edən prioritet 
vəzifələri; 
  iqtisadi artımın və istehsal səmərəliliyinin yeni texnologiyalar əsasında yüksəlişini; 
  istehsalın yeni sektorlarının inkişaf etdirilməsini
  idarəetmə sisteminin təkmilləşdirilməsini; 
  maliyyə dayanaqlığının möhkəmləndirilməsini. 
Struktur islahatlarının geniş miqyaslı aparılmasına bir çox hadisələr öz təsirini göstərir. 
Bazarın avtonom fəaliyyətini təşkil edə bilməməyimiz, təsərrüfat subyektlərini nisbi qiymətlər və 
mənfəətin maksimallaşmasından doğan qərarlarla idarə edilməsi transformasiya imkanlarımıza 
təsir etmişdir. Nə qədər ki, bazar iqtisadiyyatı tam gücü ilə cəmiyyətimizdə öz möhkəm yerini 
tapmamışdır, keçid dövrü yaşayacaq və bütün mənfi proseslər bizə postkeçid iqtisadiyyatına 
girişimizə qarşı əngələ çevriləcəkdir. 
Neftqazçıxarma sənayesində istehsalın səmərəli təşkilində struktur islahatlarına rəğmən 
hasilatın rentabelliyi, 1 ton neftin hansı ölçülü istehsal faktorlarına müqabilliyi də  təyin 
edilməlidir.  İstehsal xərclərinin rasionallığı müvəffəq  əmək bölgüsündən də asılılığı diqqətdən 
yayınmamalıdır. Təcrübədən məlumdur ki, irimiqyaslı istehsal komplekslərində  səmərəliliyin 
artırılması faktorlarının şəbəkəsi olduqca genişdir. Bu baxımdan maliyyə resurslarının yetərliliyi 
möhkəm intizamlı idarəetmə    və  nəzarətin vəhdətində onu daha da mütəşəkkil edir. Dayanaqlı 
təşkilatlanma strukturu qeyd etdiyimiz kimi möhkəm əsasda səhmdar əməkdaşlığa istinad edir. 
Özünün üstün cəhətləri ilə  fərqli xüsusiyyətə malik səhmdar sistemin leytmotivini onun 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə