E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə31/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   27   28   29   30   31   32   33   34   ...   125

 
 
65
maliyyə  tələblərinə müvafiq informasiyaların işlənməsi, təşkilatçılıq, idarəetmə  səriştəsi ilə 
fərqlənməlidir. 
Keçid iqtisadiyyatı ölkələrində neft-qaz sənayesində islahatlar müxtəlif variantda nəzərdən 
keçirilir. Burada radikal özəlləşdirmədən daha epizodik və kosmetik dəyişkənliklərə  qədər 
vəziyyət nəzərə alınır. Keçid iqtisadiyyatında iri təşkilatın səmərəliliyi mövcud ənənəvi 
istiqamətlə deyil, idarəetmə peşəkarlığı, menecmentin səviyyəsi və nəzarət bacarığı ilə ölçülür. 
Tarixdən məlumdur ki, insanların yüksələn tələbləri, əldə olunmuş təcrübə və nailiyyətlər 
ümumi vəhdətdə istehsalın kütləviliyini artırmasına zəmin olmuşdur. Toplanan biliklər fiziokrat 
və merkantalist nəzəriyyəçilərin fəaliyyətinin ilk elmi əsaslı şərhinə yol açmışdır. Bu baxımdan 
Marksın cəmiyyət tarixinin iqtisadi şərhi Qərb elmi təfəkkürünü zənginləşdirən 
məqamlarındandır. Onun fikrincə məhz iqtisadi maraqlar hər şeyin əsasında dayanaraq mövcud 
dəyərləri təyin etmişlər. 
 
İnkişaf tapan iqtisad elmi bütün mərhələlərdə son məqsədini insanların həyat 
şəraitinin yaxşılaşdırılmasına səfərbər edərək iqtisadi qanunları, problemlərin təhlil və 
tədqiqi  əsasında öz predmetini formalaşdırır. Forma və  məzmun müxtəlifliyinə 
baxmayaraq, insan cəmiyyəti inkişafın bütün mərhələlərində fundamental iqtisadi 
problemin həlli ilə qarşılaşmaqdadı. Hansı əmtəələri, necə və kim üçün istehsal etmək? 
İqtisadiyyatın heç bir sferası bütün dövrlər üçün bu mühüm üç-hansı, nə  qədər, kim 
üçün olan strateji həlldən yan keçə bilməz. 
 
Apardığımız tədqiqat işi də bu məntiqə  əsaslanaraq öz axtarış  və  təhlil sektorunu 
təşkilatlandırır. Bizim üçün ilk-hansıdır sualının konkret cavabı  dəyişməz olan neft və qaz 
resurslarıdır. Bununla belə, necə və kim üçün də suallar da cavablıdır. Lakin bu üç həlldə fərq 
hansının  dəyişməz,  necə  və  nə cürün  dəyişkən olmasındadır. Məqsədimiz də  məhz necəni 
səmərəli rakusda dəyişdirmək, kim üçünün isə  ənənəvi dövrün meydanını genişləndirməkdir. 
Allahın bəxş etdiyi zəngin sərvətlərdən böyük asudəlik yaradacaq qədər dolğun, səmərəli 
bəhrələnmə bizim istək və bacarığımızda əks olunacaqdır. Məsuliyyətli, məqsədyönlü, səmərəli 
istifadədə aylı gecədən kam almaq qədər yaşayışımızı rövnəq edəcəkdir.  
İqtisadi problemlərin həlli müxtəlif institusional strukturların təyin və  tənzimləyici 
mexanizmləri vasitəsilə reallaşır. Bu baxımdan ölkələrin industrial inkişafı iki cəhət xüsusunda-
istehsal vasitələri üzərində mülkiyyət   iqtisadi fəaliyyətin idarəedilməsi koordinsiyası üzrə 
müəyyənləşir. Sir deyil ki, insanların yüksək tələbləri müqabilində iqtisadi resurslar məhduddur. 
İslahat prosesinin dərinləşməsi və genişlənməsi dövlətin apardığı iqtisadi siyasətin bir 
hissəsini təşkil edir. Bir tərəfdən islahatlara əhəmiyyət vermə, digər tərəfdən isə onun gedişini 
məhdudlaşdıran  şərtləri təcrid etməmək ləyaqətli nəticəni almağa imkan vermir. Bu monist 
xarakterli olmayan yanaşma öz-özlüyündə islahat prosesinin tam sürətli gedişinə mane olur. Belə 
vəziyyət islahatlar prosesini ehtimal olunan maliyyə proporsialarının artımına, yaxud da, o qədər 
milli mənafelərdə uzlaşmayan ayrı-ayrı kiçik xarici investorlara bağlayır. Bu baxımdan möhkəm 
seçim və  şərt kimi köhnə yataqların reabilitasiyasında xarici investisiya ilə daxili potensial 
imkanlarının mövqe və bölgüsü qətiyyətlə müəyyən olunmalıdır. Fikrimizcə, daxili islahat 
tədbirləri real maliyyə dövriyyəsində böhranı tam dəf etmədə mütəşəkkil ola bilər. Sovet 
tarixinin 70 ili ərzində heç bir xarici investora oriyentasiya etmədən köhnə istismar sahələri pis-
yaxşı özü maliyyələşdirmiş, ittifaq büdcəsini də yetərli təmin etmişdir. Sovet recimindəki neft 
sənayesinin müqayisəli üstünlüyünə edilən aksent həm də onunla izah edilir ki, yeni situasiyada 
biz  əvvəlki dövrlərə nisbətdə üstünlük və artım  əldə edə bilməmişik.  İndi Xəzərdə böyük neft 
effekti fonunda öz nizamı ilə addımlayan köhnə neft sektoruna genişmiqyaslı investisiyaların 
cəlb edilməsi nəzəri baxımdan və eyni zamanda praktiki dəyərlənmədə münasib görünmür. 
Bununla belə, dövlət optium mümkün əlverişli  şətlərlə köhnə yataqlarda islahatların daxili 
imkanlar və nisbi xarici investisiyalar hesabına irəliləyişinin kompleks həllini tapmalıdır. 
 
 


 
 
66
4.4.  İlkin istismar sahələrində iqtisadi islahatların təkmilləşməsinin prioritet 
istiqamətləri 
 
Tarixdə ilk dəfə olaraq Azərbaycan köhnə istismar sahələrində 1999-cu ildə 9 milyon 
tondan aşağı 8,992 milyon ton neft hasil etdi. Bu enmə 22 dənizdə  və 28 quruda istismar və 
subasma quyularının tikintisinin başa çatmasına baxmayaraq baş vermişdir. 2002-ci ilin plan 
tapşırıqlarının kiçilən həcmi isə stabillik limitinin də artıq tükəndiyinə nişan verir. Yaranmış 
vəziyyət ona dəlalət edir ki, köhnə istismar sahələrində hasilat yenidən enməyə istiqamət 
götürmüşdür. Təkcə bu faktla tədqiqat obyekti seçilən problemin aktuallığını və universallığını 
təsbit olunmur, onun böhranlı vəziyyətinin müxtəlif təzahür formalarında təsdiqini verən zəngin 
fakt və material toplumları da bunu əsaslandırır. 
Neft sənayesinin ilkin istismar sahələrində hazırda hasilatı  təmin edən komplekslərdə  və 
xüsusən də quruda yerləşən  İB-də başlanan islahatların bir daha təkmilləşdirilməsi və 
dərinləşməsi mərhələsinə başlama situasiyası yetişmiş, strukturun modernizasiyasını, biznesin 
mütərəqqi standartları  əsasında yeni idarəetmə prinsiplərini bərqərar etmək, beynəlxalq uçot 
standartlarına keçməklə təşkilatın investisiya cəlbediciliyini artırmaq, sosial strukturda islahatlar 
aparmaq, xüsusi sosial fond təşkil etmək, mənzil-kommunal xidmət təşkilatlarını özəlləşdirmək 
və ya bələdiyyə mülkiyyətinə vermək gərəkliyi yaranmışdır.  Əməyin mühafizəsinin, 
təhlükəsizlik tədbirlərinin ekoloji intizamının gücləndirilməsi də obyektiv zərurətə çevrilmişdir. 
Köhnə istismar sahələrində islahatların aparılmasında resurs məhdudluğu investisiya 
qıtlığında daha çox özünü göstərir. Məhz məhdud maliyyə imkanları islahatların genişmiqyaslı 
aparılmasına maneəçilik törədir. Digər tərəfdən, qeyri-bazar strukturlu ənənəvi texnoloji istehsal 
tsikli də maliyyə çevikliyinin əldə edilməsində əngəllər yaradır. Hasil edilən neft mütləq qaydada 
hər ay planda nəzərdə tutulan orta miqdarda, dövlətin müəyyən etdiyi qiymətlər və satış şərtləri 
şəbəkəsində istehlakçısına çatdırılır. Respublikada formalaşmış neft industriyasının strukturu 
belədir ki, hasil edilən neft kəmərlər vasitəsilə öz axınında MNKİB-yinə çatdırılır. Həmin 
istehsalat birliyi neft dövriyyəsində sonrakı istehlakçıya neftin ötrülməsində aralıq təşkilat rolunu 
oynayır. MNKİB-də qəbul etdilən neft çeşidlənərək emal zavodlarına, yaxud da satış üçün digər 
alıcılara və əsasən də xarici bazarlara çıxarılır. Hasil edilən qazın isə yarıya qədəri öz profilində 
alternativi olmayan qaz emalı zavoduna, digər hissəsi isə «Azəriqaznəql» təşkilatı vasitəsi ilə 
istehlakçılara yönəldilir. Fakt ondan ibarətdir ki, köhnə istismar sahələrində hasil edən xam neft 
və təbii qaz istehsalçıların iradəsindən asılı olmadan bu ənənəvi inhisarçı təşkilatlardan keçməli 
olur. Texnoloji dövriyyənin təqdimatının geniş  şərhi istehsal strukturunun maliyyə sistemini 
formalaşdırması üçün əsas yaratdığı ilə izah olunur. Bu baxımdan hasilat çevrəsində pul 
dövriyyəsinin ödəniş təminatı da həmin təşkilatların üzərinə düşür. 
Neftin təsərrüfat tsklində sonrakı  mərhələ  də mövcuddur. Emal zavodları istehsal etdiyi 
çeşidli məhsulları neft üzrə  əsasən «Azərnefttəchizat»  İB-yə qaz üzrə isə «Azəriqaz» QSC və 
Maye Qaz İstehsalat Birliyinə daha böyük həcmdə isə  «Azərenerji» SC-nin enerji istehsal edən 
təşkilatlarına verirlər. Bütün bu silsilədə mövcud ödənişlər maliyyə konteksində bazar 
iqtisadiyatının tələbləri ciddi nəzərə alınmadan müəyyən destruktiv sistemdə  cərayan edir. 
Beləliklə, bu kaskad şəbəkədə olan təşkilatların dövriyyə vəsaitlərindən qismən məhrum olması 
onların hər birində maliyyə problemini kəskinləşdirir. Son məhsulun əksər hissəsini əhali, fərdi 
istehsalçılar və xarici alıcılar mənimsəyirlər.  İstehlakçıların aşağı ödənişqabiliyyətliliyi 
bütövlükdə ümumi maliyyə şəbəkəsinə sarsıdıcı zərbə vurur. Bu da öz növbəsində daha böyük 
ağırlığı neft hasilatçılarına endirir. Beləliklə, yüksək tələbin olmasına baxmayaraq, hasil olunmuş 
neft və qaz əmtəə kimi öz dəyərini ödənilməsini vaxtında təmin etmir. 
Köhnə istismar sahələrində hasilatı  həyata keçirən istehsalat birliklərinin fəaliyyətləri 
planlı iqtisadiyyata müvafiq olaraq dövlətin tam və müstəsna sərəncamında olduğundan onlar öz 
məhsullarının xarici bazarlara çıxarmaq imkanlarından məhrumdurlar. Belə olan təqdirdə aydın 
olur ki, dövlət apardığı  sərt iqtisadi siyasəti ilə müvafiq təşkilatların manevrliliyini, iqtisadi 
çevikliyini məhdudlaşdırmış olur. Özünün heç bir maliyyə resursu qalmayan birliklərin 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə