E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə27/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   23   24   25   26   27   28   29   30   ...   125

 
 
57
adlandırılması  vəziyyətin daha kəskin olduğuna dəlalət edir. «Transperensi İnterneyşnl» 
təşkilatının nəticələrinə görə, korrupsiyaya qurşanmış cəmiyyətdə ehtiyatların əsas hissəsi qeyri-
istehsal sahələrinə-polisin saxlanması, silahlı qüvvələr və digər nəzarət və güc orqanlarına 
yönəlir. Belə ki, elita özünün mövcud mövqeyini saxlamağa çalışır. Sosial-iqtisadi sahələrdə 
yönələ biləcək vəsaitlər təhlükəsizlik orqanlarının xeyrinə  təkrar bölünür. Öz növbəsində bu 
meyl demokratik institutların da süqutuna gətirib çıxarır bilər. Çünki belə  şəraitdə  əsas gəlir 
mənbəyi kimi investisiyalar deyil, korrupsiya çıxış edir. Kəskin əlverişsiz biznes mühiti işsizlik 
və qeyri-neft sektoruna az sərmayələr qoyulması biznes mühitində problemləri ağırlaşdırır. 
BMT-nin Azərbaycandakı qrupu «Azərbaycan Respublikası Ümumi Ölkə  Dəyərləndirilməsi»
11
 
adlı monitorinqdə qeyd edilir. Biznes müəssisələrinə  və investorlara tətbiq olunan bir çox 
qanunlar və  əsasnamələr ziddiyyətli və aydın deyil. Bizneslə  məşğul olanların qayğılarını bu 
siyasəti müəyyənləşdirənlərə bildirməsi üçün səmərəli mexanizmlər yoxdur. Korrupsiya 
hökumət orqanlarının, özəl müəssisələrin fəaliyyətinə diskresion müdaxilələri geniş yayılıb. 
Professional hökumət xidmətinin yaradılması, ictimai ödəmə məzənnələrinin təkmilləşdirilməsi, 
hüquqi, məhkəmə islahatları lazımdır. Çıxış yolu kimi korrupsiya ilə mübarizədə bir vasitə 
mülayim amnistiya strategiyası ola bilər. Bununla belə, dövlət məmurlarının seleksiyasının 
gücləndirilməsi də prioritet məsələ olaraq qalır. Maliyyə bosslarına, potensial oliqarxlara 
müəyyən  şərtlər daxilində amnistiya verməklə, geniş investisiya mənbəyi də  əldə etmək olar. 
Bolşeviklər də hakimiyyət başına keçdikdə bu üsula üstünlük versələr də, sonradan ona əməl 
etməmişlər. 
 
Korrupsionerə qarşı  əski Belçika ənənələrinə uyğun «tortla terror» və digər 
paralel milli məzənmət usullarının tətbiqi də ictimaiyyət tərəfindən sınanmalıdır. 
Tortalist tədbirə  rəğmən Fransız Noel Qodenlinin son illərdə dövriyyəyə  çıxardığı 
total tortatma sistemi geniş yayılmaqdadır. Burada xüsusi özəllik ondan ibarətdir ki, 
təcavüzə məruz qalan şikayət etmir. 
 
İqtisadi obyektin mərkəzində insan faktoru dayanır. Bilik, ixtisas, səriştə, təhsilə əsaslanan 
insan kapitalı  və ya iqtisadi interpretasiyada insanın gələcək  əmək gəlirlərinin çıxılmış  dəyəri 
yeni iqtisadi dəyişiklərin mühüm amilini təşkil edir. İqtisadiyyatda hər hansı yeniləşmə psixoloji 
faktoru nəzərə almadan mümkün deyildir. İnstitusional təbəllüdatlar təkcə təbii inkişaf axını ilə 
deyil, həm də  əhəmiyyətli dərəcədə subyektiv faktorun təsir çevrəsindən keçir. Keçid 
iqtisadiyyatında ilkin olan ən mühüm vəzifələrdən biri özəlləşmənin  ədalətliliyinin təminatı da 
insan faktorundan son dərəcə aslı olmuşdur. Özəlləşmə Azərbaycanda da əksər MDB məkanında 
olduğu kimi nöqsansız ötüşməmiş, çoxlu müəssisələr bu prosesdə səmərəli mülkiyyətçisini tapa 
bilməmişlər. Hazırda rəqabətli mühitin təmin olunmaması, iqtisadiyyatın qeyri-rəqabətli 
xüsusiyyəti adlamaması keçid dövrünü uzadan acı amillərdəndir. Orta və uzunmüddətli iqtisadi 
proqramların hazırlanması, büdcə  tərtibatına istinad edən illik iqtisadi modellər ölkə 
iqtisadiyyatının  ətalətli inkişaf ssenarinin tərəqqisinə meydan açır. Bütünlüklə ölkənin iqtisadi 
həyatında atılan səmərəli addımlar köhnə istismar sahələrinin də iqtisadi inkişafında  əks 
olunacaqdır. Fikrimizcə köhnə istehsal sahələrini  əhatə edən kompleksdə dövlət siyasəti 
aşağıdakı məqsədlərə orentasiya olunmalıdır; 
  hasilatın iqtisadi səmərəliliyinin kəmiyyət hasilat göstəricisindən üstün tutulması; 
  köhnə istismar sahələrinin xarici kapitalın nəzarətinə keçməsinə yol verməmək; 
  məşğulluq faktorundan çəkinməmə; 
  iqtisadi artımın yüksəldilməsində köhnə istismar sahələrinin yerinin və tutumunun 
qəti müəyyən edilməsi; 
  yataqlar üzrə rentabelliyin differensasiyası; 
  offoşor vergi sisteminin tətbiq edilməsi; 
  milli sahibkarların cəlb olunacağı səhmləşmə strategiyası; 
                                                 
11
 Turan İA - 03.05.2001. 


 
 
58
  sahənin daxili enerjitutumluluğunun səmərəli standartlara uyğunlaşdırılması; 
   ekoloji normativlərin kəskinləşdirilməsi; 
  sosial sferanın kompleksin iqtisadi aslılıq çevrəsindən qismən azad edilməsi. 
Neft sektoru ölkənin qeyri-şəffaf informasiya məkanıdır. Burada açıq statistik göstəricilər 
toplusu ilbəil ixtisara düşür. Sahə daha çox qapalı informasiya müstəvisinə keçir. İnformasiya 
qıtlığı investorlar üçün də problemə çevrilir. Sərmayə qoyuluşu üçün daha mühüm olan 
mühasibat uçotu və geoloji informasiyalar isə daha əlçatmazdır. Bu isə iqtisadi tərəqqini, 
investision və lisenzion prosesi xeyli məhdudlaşdırır. 
 
 
4.2. İslahat fəlsəfəsi və empirik gerçəkliklər 
 
Bəşər tarixinin təcrübəsi göstərir ki, o, şüurlu həyatın təşəkkülü vaxtından müxtəlif templər 
və daim dəyişikliklərlə  əhatə olunmuşdur. Varlığın, idrakın möhkəm ümumi fundamental 
prinsipi olmaq etibarilə müasir elmi dünyagörüşü obrazlı  şəkildə  hərəkət, dəyişmə, inkişaf 
gerçəkliyinə istinad edir. Fəlsəfi gerçəklikdən doğan elmi mülahizələrə görə, obyektin ölçü 
kateqoriyasını ifadə edən kəmiyyət və keyfiyyət parametrləri  əlaqə  və qarşılıqlı  təsirdən öncə 
nəzərə çarpmayan dəyişikliklərlə  tədricən öz nizamını pozur, sonradan daha dərin surətdə 
sıçrayışlarla-yeniyə transformasiya olunur. Bir cəhəti də vurğulamaq lazımdır ki, elmi son 
nailiyyətlərin nəticələrinə görə, obyektin ölçüləri heç də onun daxili işi deyildir. Bu ölçülər 
çoxsaylı xarici faktorlardan da aslıdır. Fraktal obyektlərin timsalında ölçü dəyişkənliyi 
mexanizmi daha aydın görünür. 
Bütün proseslərə qarşılıqlı əlaqə, inkar, əks meyl və ya cəhətlər, daxili ziddiyyətlər xasdır. 
Əksliklərin mübarizəsi inkişafa daxili impuls verərək ziddiyyətlərin artımını qaynaqlandırır ki, 
müəyyən mərhələdə proses köhnəliyin yox olması, yenisinin meydana gəlməsi ilə  nəticələnir. 
Əvvəlki mərhələlərdə bütün məzmunu özündə hifz edən, onları yüksək  əsas üzərində 
təkrarlayaraq irəliləyiş, yüksəliş səciyyəvi inkişaf inkarın inkarında xarakterizə olunur. Ümumi 
inkişafın mahiyyət və prinsiplərini təcəssüm etdirən kəmiyyət və keyfiyyət dəyişiklikləri, 
əksliklərin mübarizəsi və  vəhdəti, inkarı inkar və digər eynən xislətli qanun va kateqoriyalar 
yalnız fəlsəfi məhsul deyil, həm də cəmiyyətin irəliləyişini yırğalayan, istehsal münasibətlərinin 
yeniləşdirən ciddi praktiki realıqdır. 
Əhatə dairəsində, möhkəm asılılıq şəraitində olduğumuzla yanaşı, eyni zamanda yedəyində 
getdiyimiz təbii axında dəyişiklikləri dövriyyə etdirən obyektiv qanunlar, mənəvi və iqtisadi 
tələblər instinktində insanı daim tərəqqiyə kökləyir. Təbiət  ən ümumi əmək predmeti kimi 
məhsuldar qüvvələr vasitəsilə  cəmiyyət tərəfindən təsirlərə  məruz qalır. Bu təsir məhsuldar 
qüvvələrin səviyyəsindən, ictimai quruluşun xarakterindən, həm də insanların özlərinin 
intellektindən asılıdır. Çox vaxt dəyişməyə meylli olmayan bizim istəklərimizi fors-macor 
təzahürü yuyub aparır. Eynən səbəblərlə də möhkəm təməlli konservatizm də təbiətin, eləcə də 
cəmiyyətin bu obyektiv qanunauyğunluqlarından mühafizə olunmamışdır. Gec-tez labüd 
dəyişkənliklər mühafizəkarlığı amansız və gözlənilməz məğlubiyyətə düçar edir. 
Tədqiqatın islahatlar mərhələsinə belə  fəlsəfi rəng verilməsi səbəbsiz deyildir. Məlum 
faktdır ki, cəmiyyətin inkişaf qanunları, iqtisadi həyatı fəlsəfi aspektdə tədqiq və nisbi təsdiqini 
tapmış bir faktdır. İnsan sosiumunun indiki mərhələsində onun bu prizmadan təhlili  zənnimizcə 
daha ümumi olaraq obyektivliyə cavab verəcəkdir. Bu baxışlarda çıxış edərək biz daha dəqiq 
müəyyən etməliyik ki, hansı formalı  cəmiyyətdə yaşayır? Hansı qanunlar əhatəsində 
iqtisadiyyatımız nəfəs alır, gedəcəyimiz yol nədən ibarətdir, ideallar və ideya seçimimiz nə qədər 
ümumi və  məxsusi biçimdədir? Müxtəsər geniş diapozonda diaqnostikanı  təyin etməli və 
islahatlar strategiyanı müəyyənləşdirməliyik. 
İnsanların indiyədək təşkil etdikləri cəmiyyətlərin forma və  məzmunu müxtəlif baxış 
bucaqlarından qiymətləndirilərək tədqiq edilsə  də, çox kəskin mahiyyət fərqliliyinə  məruz 
qalmamışdır. Hər bir bütöv sosial sistem, müəyyən cəmiyyət tipi, məhsuldar qüvvələr və istehsal 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə