E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə34/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   30   31   32   33   34   35   36   37   ...   125

 
 
71
İlk mərhələdə köhnə  təsərrüfat üsulunun tam demontacı  və yeni struktura 
transformasiyanın reallaşması-2002-2010-cu illər; 
İkinci mərhələdə  səhmləşmənin, bazar prinsiplərinin  əsaslı  bərqərar olması ilə keçid 
iqtisadiyyatının əks etdirən əlamətlərin tam təcridi-2010-2015-ci illər; 
Üçüncü dövlətin  əsas nəzarət paketinin digər səhmdarlara verilməsilə yeni islahat 
mərhələsinə hazırlıq-2015-2020-ci illər. 
İslahatların strategiya və taktikasının müəyyən edilməsində strateji planda nəyi və  nələri 
həll etməliyik; operativ və taktiki addımlar nədən ibarət olacaqdır; mənfi və müsbət cəhətlərin 
saldosu nə qədərdir, kimi suallarla qarşılaşma vardır. Strateji istiqamət səmərəlilik, rentabellik və 
mümkün istehsal və iqtisadi artım vəhdətində  nəzərə alınmalıdır. Biz tədqiqatımızda nisbətən 
çox olaraq quruda neftqazçıxarma kompleksində mövcud vəziyyəti əks etdirən materiallar yığımı 
şəraitində burdakı durumu səciyyələndirən cəhətləri canlandırmışıq. Bununla belə, çox zaman 
önə  çəkilməyən istehsal strukturu, idarəetmə reciminin mahiyyətini də açıqlamağa təşəbbüs 
edəcəyik. 
Keçmiş planlı iqtisadiyyatda olduğu kimi, hasilat tapşırıqları digər göstəricilərin bazasını 
təşkil edir. Respublika İİN, YEN, ARDNŞ, QNQÇİB-nin təqdim və israr etdiyi göstəricilər 
əsasında son illər ərzində formalaşmış, sabitləşmiş mümkün daxili qiymətlər, büdcə tələblərində 
əks olunaraq neft iqtisadiyyatının sonrakı sektorları-nəql, emal təchizat və satışda müvafiq sıxıcı 
rentabelliliyə uyğun maya dəyəri parametrlərinin təyinatına zəmin olur. Digər iqtisadi ünsürlər 
isə fiskal və maliyyə-kredit siyasətinin elementləri üzrə müəyyənləşir. Neft sektorunda mövcud 
«status-kvo»nu saxlamağa cəhd edən «komandir və komanditlər»in müəyyənləşdirdiyi bir 
həqiqət də vardır ki, əlaqələndirici mərkəzi icra orqanlarında onların «mətbəxin»in sirrinə vaqif 
olanlar yox həddədir. Müəyyən proteksiya əsasında təyinat almış təsərrüfat rəhbərləri, funksional 
dövriyyənin mühüm «dispetçerləri» öz postlarında qalmanı yalnız kəmiyyət kateqoriyasına 
əsaslanan plan tapşırıqlarının davamlı yerinə yetirilməsi ilə mühafizə edirlər. Belə  şəraitdə 
əməyin motivasiyası deqradasiyaya uğrayır, təşəbbüskarlıq, təşkilatçılıq, qənaətçilik 
əhəmiyyətini itirir. Diqqətə gətirilən fəaliyyət əsasən aşağıdakı istiqamətlərlə şərtlənir: 
  loyallıq; 
  plan tapşırıqlarının və büdcə öhdəliklərinin mütləq yerinə yetirilməsi
  təsərrüfat sabitliyi və kollektiv həmrəylik. 
Şübhəsiz ki, belə  şərait mühafizəkarlıq meyllərini gücləndirir, təşəbbüs imkanlarını 
gödəldir, kadr professionalizminə ciddi təsir edir və bütün mütərəqqi dəyişikliklərin qarşısını 
alır. Növbəti mərhələlərdə də postlarını qorumaq məqsədilə ehtiyat üsul kimi əsas aparıcı heyət 
rəhbərləri artıq dəbə düşmüş elmi rütbə əldə etməyə meyl edirlər. Bu axında həqiqi istedadların 
elmi fanatizi də istisna olunmur. Sovetlər  İttifaqında da oxşar təzahürlər olmuşdur. Lakin fərq 
ondan ibarət idi ki, əksər hallarda elmi rütbə vəzifə ierarxiyasının yüksək postuna yiyələnməzdən 
əvvəl və ya çox nadir məqamlarda yüksək entuziazmla fəth edilirdi. 
Plan ovqatlı, inzibatçı stilistikalı köhnə rəhbərlik hər cəhtlə mövqeyini möhkəmləndirməyə 
səfərbərdir. Bu isə ona əsas verir ki, islahatların daxildən güc alması imkanları olduqca 
kiçilmişdir. Müvafiq qurumlardan kənarda isə xarici təsirlər o qədər də ciddi deyildir. Hər hansı 
islahat tədbiri və normativlərin dəyişilməsi isə büdcə təxsisatlarının yenidən baxılmasına gətirir. 
Bu isə çox ciddi məsuliyyət tələb edən mürəkkəb işdir. Göründüyü kimi indiki reallıqlar istehsal 
artımını maraqlı etməyən, konservatizmi yaşadan elementlərlə  zəngindir. Təcrübi məlum 
reallıqlara istinadən tərəqqinin cilovlanmayan mübarizəsində mühafizəkarlıq, ehkamçı təzahürlər 
obyektiv qanunların məntiqinə müvafiq sarsılacaq, inkişaf yeni pilləyə yüksələcəkdir.  
 
İtalyan filosofu C.Vikonun və görkəmli rus iqtisadçı alimi N.D.Kondratyevin 
uzun dalğalar nəzəriyyəsinə, bu kimi inkişaf haqqında təlimlərə, inkarı inkar 
qanununun mahiyyətinə vardıqda, yeni mərhələnin labüdlüyünün özü inkarsız olur. 
İnkişafın mahiyyətinə  əsaslansaq, bir tsikldə başlanğıj nöqtə tezis-birinci inkar, 
antitezis-ikinci inkar, sinte- üçüncü inkar kimi qəbul edilirsə, yəqinlik belə bir nəticə 
verir ki, köhnə istismar sahələrində hasilatı  həyata keçirən komplekslərində inkişaf 


 
 
72
antitezislə sintez aralığındadır. Məqsəd isə bu dövriyyəni məqbul çevrədə 
qapatmaqdan ibarətdir.  
 
Biz son 10 il ərzində neftqazçıxarmada görülən islahat işlərinin reklamasiya etmək 
fikrindən uzağıq. Lakin qətiyyətlə demək olar ki, bu islahat tədbirləri elmi məntiqə əsaslanmadan 
fundamental, sistemli olmamış, müəyyən məqamlarda anturac, şirma xüsusiyyətini büruzə 
vermişdir. Bu baxış ona əsaslanır ki, atılan addımlar, görülən tədbirlər köklü dəyişikliklərə 
gətirməmişdir. Hər hansı bir dəyişiklik «iş yerlərini və  işçiləri ixtisar etmədən» aparılmalıdır 
devizinə  əsaslanmışdır. Sabit işçi kütləsinin saxlanmasına yönələn bu istiqamət isə müəyyən 
sahələrdə «ölü canlar»ı stimullaşdırmışdır. Bazarın prinsipləri işçi kütləsinin istehsalın 
proporsiyalarına sərt mütənasiblikləri şərtləndirir. İstehsalat birliyində izafi işçi sayı tələblərdən 
4-5 dəfə yüksəkdir.  İşçi sayını mülayimləşdirmək hesabına məvaciblərin 5-6 dəfə yüksəltmək 
mümkündür.  İlkin islahat mərhələsi üçün kompleksdə orta əmək haqqını 1,5-2 milyon manata 
qədər yüksəltmək ehtimalı böyükdür. 2001-ci il respublika prezidentinin sərəncamlarına görə, 
neft sektorunda bir çox xidmət-servis təşkilatlarında özəlləşmə reallığa çevrilmişdir. 
Neftqazçıxarmada ixtisarlar MM-nin təsisatında da gizli və açıq müşahidə olunmuşdur. Belə 
təzahürlər daha qabarıq «Muradxan»lı  mədənlərini istismar edən «Remko» şirkətinin apardığı 
islahatlarda özünü göstərir. «Ballastdan» qurtulmaq üçün işçilərə müəyyən miqdarda əlavə 
müavinətlər verməklə, şirkət onların işdən getməsinə nail olmuşdur. İxtisassız işçilər ilk növbədə 
belə  təkliflərə razılığını vermişlər. Lakin sonda istehsalat uğursuzluğu ilə üzləşən yeni təsisat, 
ləğvinə  qərar vermişdir.  Əlbəttə, bu üsul təqdir edilmir. Fikrimizcə ixtisar aparmanın özünün 
iqtisadi  əsası  və sosial təminatı olmalıdır. Məlumdur ki, bazar müstəvisinə keçidin ötən 10 ili 
ərzində köhnə istismar komplekslərində «seleksiya» və «təbii seçmə» ilə işçi sayını kifayət qədər 
azaltmaq imkanları olmuşdur.  
Fontan üsullu istismarın bitdiyi mexaniki istismarın sərtləşdiyi indiki məqamda işçi 
qüvvəsinin səyləri daha yüksək qiymətləndirilməlidir. Burada ixtisaslı işçinin daha çox səmərə 
gətirən kadrın məvacibinin artırılması da mühüm şərtdir. Əlbəttə, işçi sayının azalması, müəyyən 
intensivliyin saxlanılmasına çağırış edir. Belə  vəziyyət isə  səmərəliliyin artırılması ilə 
kompensasiya edilməlidir. Məlum həqiqətdir ki, intensivlik səviyyəsindən asılı olaraq iqtisadi 
səmərə  xərclərlə  məhsul arasındakı  fərqdə  təyinatını tapır.  İslahatlar prosesində bu iqtisadi 
gerçəklik də  nəzərdə qaçırılmamalıdır. Burada böyük fransız iqtisadçısı C.B.Seyin «təklif özü 
tələb doğurur» qanunu diqqəti cəlb edir. Bu qanuna əsaslanaraq qətiyyətlə qalıq neftini 
çıxarmağa səfərbər olmalıyıq. Neft təklifi isə hələ ki, həmişə tələblidir. 
İslahat prosesi müxtəlif ekzogen və endogen təsirlərdən təjrid olunmamışdır. Məhz buna 
görə də, islahat proqramı müxtəlif mühafizə indikatorları ilə təjhiz edilməlidir. Neft prosesinin 
hər üç mühüm sferasına-işləmə, istismar və neftin hazırlanmasına deformasiya sirayət etmişdir. 
İstehsal xərcləri aspektində hər üç sfera xərc tutumunda ciddi fərq dəyişkənliklərinə uğramışdır. 
Yataqların işləmə sistemi buradakı quyu düzümü, onların miqdar sayı  və digər standartlar 
mənəvi eroziyaya uğramışdır. Bütün bunların isə qeyd olunduğu kimi, yalnız geniş islahat işləri 
ilə həllini tapmaq mümkündür.  
Apardığımız təhlil işini yekunlaşdıraraq quruda neftqazçıxarma kompleksində reabilitasiya 
prosesinin aparılmasını, istehsal artımını  və  səmərəliliyini, təminatını, konkret olaraq bir neçə 
müddəada qruplaşdırmaq mümkündür. Eyniyyət və  fərq ayrılığına baxmayaraq, bu təsnifat 
olduqca ümumidir. Fikrimizcə, quruda neftqazçıxarma kompleksində islahatların yeni 
mərhələsində reabilitasiya prosesinin aparılmasını, istehsal artımını  və  səmərəliliyin təminatını 
konkret olaraq aşağıdakı strateji prioritetləri əhatə etməlidir. 
I İnformasiyon təminat 
   ehtiyatların bir daha dəqiqləşməsi; 
   bütün vəsaitlərin, əmlakın, bitməmiş istehsalın, borcların və digər aktivlərin geniş 
inventarizasiyası; 
   beynəlxalq bazardakı meylləri, dünya neft industriyası, aparıcı  şirkətlərinin 
təcrübəsi, durumu və ümumi inkişaf ssenarisinin öyrənilməsi. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə