E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə43/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   39   40   41   42   43   44   45   46   ...   125

 
 
89
«Azərneft» 
qapalı tipli 
səhmdar  
Sxem 4 
Quruda Neftqazçıxarma İstehsalat Birliyinin 
səhmdar cəmiyyətə çevrilməsi ssenarisində struktur variantı 
 
 
 
 
 
 
 
 
 
 
    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qeyd: 1.Qazma-kəşfiyyat idarələrinin sonrakı inkişaf və konyuktur meyllərə istinadən 
özəlləşməsi nəzərdən keçirilə bilər. 
2.Operativ təchizat və texniki təminat departamenti-mərkəzi texniki təminat, operativ 
yardım və digər cari-problemlərin həllinə səfərbərlik üçün nəzərdə tutulur. 
3.Rabitə idarəsinin bazasında rabitə xidməti ilə yanaşı, elektron vasitəli mühüm 
informasiya mərkəzinin yaradılması da nəzərdə tutulur. 
 
Respublika prezidentinin YEK-in müəssisələrinin özəlləşdirilməsi haqqında 22.03.2001-ci 
il tarixli sərəncamı QNQÇİB-də özəlləşmə ilə  əlaqədar struktur dəyişikliyini labüd etmişdir. 
Arada müəyyən zaman boşluğu yaransa da bu strateji xətt nəhayət ki, həllini tapmışdır. Müəllifin 
1998-ci ildə nəşr olunan «Azərbaycanın quruda neftqazçıxarma kompleksində iqtisadi islahatlar 
və  səmərəlilik problemləri» adlı monoqrafiyasında QNQÇİB-də özəlləşdirmənini labüdlüyü 
əsaslandırılmış  və özəlləşdirməyə  çıxarılacaq müəssisələrin konkret siyahısı da təqdim 
edilmişdir. Mövcud sərəncamla siyahı arasında cüzi fərqlər vardır. Belə ki, müəllif mənzil-
kommunal kontorunun, hərbiləşdirilmiş mühafizə idarəsinin, Dalma Qurğularının Təmiri və 
Kirayəsi üzrə Eksperimental Müəssisənin, texnoloji və xüsusi texnika parkından başqa nəqliyyat 
sexlərinin, sonrakı  mərhələdə Qazma İşləri  İdarələrinin də özəlləşdirilməsinin nəzərdən 
keçirilməsi, boru təmiri bazalarının isə ərazi bölgüsü üzrə NQÇİ-lərin tərkibinə verilməsi tövsiyə 
edilmişdir. Keçən bir neçə il ərzində reallıqlar yeniləşmiş, konruktur vəziyyət dəyişmişdir. Buna 
görə də, bütün təhlilin yekunu kimi biz QNQÇİB-nin səmərəli fəaliyyətində ilk variant olmaqla, 
səhmdar cəmiyyət formalı konsern tipinə üstünlük veririk. Bu strategiyanın  əhəmiyyəti artıq 
vurğulanmışdır. 
Neftqazçıxarma idarələri 
(formalaşmış ərazi və 
ənənəvi bölgüdə) 
Layveriminin 
artırılması TSC 
Xarici kapitallı 
neftqazçıxarma 
məssisələri
Texnoloji xidmət və 
xüsusi texnika TSC 
Qazma-kəşfiyyat 
TSC 
Elmi-tədqiqat 
mərkəzi TSC 
Fontana qarşı dağ-
mədən xilas etmə 
TSC
Rabitə və informasiya 
departamenti TSC 
Operativ təchizat və 
texniki təminat 
departamenti 


 
 
90
VI FƏSİL 
İDARƏETMƏNİN TƏKMİLLƏŞMƏSİ VƏ MÜTƏRƏQQİ  
MENECMENT TEXNOLOGİYALARININ TƏTBİQ  
PROBLEMLƏRİ 
 
6.1. İstehsalin idarə olunmasi: nəzəri çərçivələr və metodoloji analiz 
 
İdarəetmə prosesi möhkəm bilik, səriştə, xüsusi təcrübə və bacarıq tələb edən mürəkkəb bir 
prosesdir. Bu mürəkkəblik və çətinlik miqyas artımında daha çox analitik təfəkkür və gərginlik 
tələb edir. Böyük istehsal komplekslərinin meydana gəlməsi yeni idarəetmə prinsiplərinin 
formalaşmasını  şərtləndirmiş, elmi-texniki imkanlar, mükəmməl informatik təminat onu daha 
uzaq məsafədən yerinə yetirilməsinə  şərait yaratmışdır. Mikroprosessorlarla, internet-
texnologiyalarla  əhatə olunuduğumuz çağdaş zamanda məsafədən nəzarət və idarəetmə nisbi 
sadə  və  təminatlı olmuşdur. Sənaye istehsalının yaranması idarəetmə prosesinə ciddi stimul 
verərək, ayrıca bir elmin təşəkkülünə gətirmişdir.  
A.Smitdən başlamış  ən yeni iqtisadi məktəb nəzəriyyəçiləri idarəetmə prosesinə xüsusi 
əhəmiyyət vermiş, onu iqtisadi texnologiyaları reallaşdıran sistem kimi qiymətləndirmişlər. 
Bununla belə, idarəetmə empirik əsasda ayrı-ayrı sahibkarların biznes işində özünün 
çoxşaxəliyini də göstərmişdir. Yeni maşınlı, mexaniki sistemlər istehsal tsiklinin bütün 
mərhələsində əhəmiyyətli idarəetmə mexanizmlərinin tətbiqini qaynaqlandırmışdır. 
 
ABŞ mühəndisi Frank Qilbert əmək və idarəetmə elmində, xüsusən də, əməyin 
fiziolojı  və psixoloji təşkili sayəsində geniş  nəzəri və eksperimental iş görmüşdür. 
Onun hesablaşmalarına görə, insanlar əmək prosesində çox kiçik mikrohərəkətlər 
edirlər. Belə mikrohərəkətləri alim 17 sayda təyin edərək onu öz familinin əksinə 
olaraq «Trebliq» adlandırmış, bununla da əməyin mikroelementlər üzrə 
normallaşdırılmasının  əsasını qoymuşdur. F.Qilbert, F.Teylor kimi əməyin 
xronometracını  tətbiq etmiş, onun xüsusi kinoçəkilişli kamera ilə müşahidəsinin 
monitorinqini aparmışdır. 
 
Yüz il öncə məşhur ABŞ mühəndisi Federik Teylor (1856-1915) istehsal əməliyyatlarının 
normallaşdırılması sahəsində  dəqiq monitorinq sistemi yaratmaqla, əməyin təşkili və istehsalın 
idarə edilməsi sahəsində mühüm inqilabi dəyişiklik etmişdir. Teylorun sınaqları, müşahidələri 
onun adı ilə bağlı  nəzəriyyəni formalaşdırmışdır. Kapitalist istehsal üsuluna nifrət timsalında 
ideologiyalarını quran kommunistlər Teylorun idarəetmə prinsiplərindən faydalanaraq, çox geniş 
aspektdə, anonim olaraq ondan yararlanmışlar. Bununla belə, teylorizm klassikliyini saxlamaqla 
bərabər, bazar ölkələrində inkişafını tapmış, məhsuldar qüvvələrin, elmi-texniki tərəqqinin 
nailiyyətləri ilə təkamül etmişdir. F.Teylor tarixdə həm də elmi menecmentin atası kimi də daxil 
olmuşdur. 
Bir neçə onillik nəhəng metallurci kombinatın rəhbəri işləmiş fransalı dağ mühəndisi Anri 
Fayol (1861-1925) müəssisənin təşkili və idarəetmə sahəsində əldə etdiyi təcrübəsini «Ümumi və 
sənaye idarəetməsi» kitabında  əks etdirmişdir. A.Fayola görə, idarəetmə  5 qaydanı-əvvəlcədən 
görmək, təşkil etmək, sərəncam vermək, razılaşdırmaq və  nəzarət etməkdə  ifadə tapır. Fayol 
nəzəriyyəsi teylorizmlə müqayisədə oricinallığı ilə yanaşı, fərqli xüsusiyyətlərə  də malik 
olmuşdur. Mühüm fərqlilik isə onun təklif etdiyi təşkilatın daha çox ierarxik və azfunksionallığı 
ilə bağlıdı. İnsan faktoruna, onun davranışına, bacarığına, psixologiyasına və sosioloji aspektlərə 
daha çox istinad etmək faylorizmi ayıran cəhətlərdəndir. Faylorun fikrincə, hər hansı iri 
müəssisədə müxtəlif funksiya və qaydalar texniki, kommersiya, maliyyə, təhlükəsizlik təminatı, 
mühasibat, müdiriyyət təsnifatlı  6 kateqoriyada ehtiva olunur. Bütün bu mühüm kateqoriyalar 
müvafiq funksiyaları yerinə yetirən  şəxslərin bacarıqlarına uyğun olmalıdır. Belə bölgü ilə 
A.Fayol idarəetmənin səmərəli aparılmasını elmi əsaslandırmışdır. Bütün bu əlamətlərlə yanaşı 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə