E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə40/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   36   37   38   39   40   41   42   43   ...   125

 
 
83
qalxmışdır. Bu dinamikanı təhlilçilər yetərli dərəcədə neftin qiyməti ilə bağlayırlar. Qeyd olunur 
ki,  əgər sənaye daha yaxşı texnologiyaları yaratmaq və bilikləri müntəzəm təkmilləşdirmək 
iqtidarından çıxarsa, tikintisi başa çatan quyuların da sayı azalmaya meyl edər. Bu göstəricilər 
göstərir ki, hər hansı qazma layihəsi tam sona çatmaq imkanında olmur. Digər tərəfdən, hər 
qazılan quyuda tapılan neft-qaz heç də onun istismar quyusuna çevriləcəyini  əsaslandırmır. 
Burada təyinedici faktor iqtisadidir. Əgər qazılan quyunun neft-qaz verməsi kommersiya 
baxımından səmərəliliyinin təsdiqini alarsa, onun istismarı da reallaşacaqdır.  Əks halda belə 
quyunu uğursuz adlandıracaqlar. Üçölçülü seysmik göstəricilərin təhlilinin üfiqi və maili 
qazmaya uzlaşdırılması ümumi qazma riskinin mülayimləşdirilməsinə yardım edir. Bu isə öz 
növbəsində xeyli dərəcədə axtarış-kəşfiyyat quyularının tikintisinin başa çatması faizini artırır. 
Praktiki olaraq bu göstərici 1990-cı illərdə 25%-dən 45%-ə yüksəlmişdir. 
Respublikamızda müstəqillik bərpa edildikdən sonra köhnə istismar sahələrində qazmada 
müvəffəqiyyətlər əldə olunmamış və o, hər il enməyə məruz qalmışdır. Şübhəsiz ki, bu azalma 
ittifaqın dağılması  ərəfəsindən kəskinləşmişdir. Bununla belə, yeni iqtisadi sistemə keçidin ilk 
illərində aparılan qeyri-adekvat texniki-iqtisadi siyasət də prosesə öz təsirini göstərmişdir. Neft-
qaz sərvətlərinin hasilatında kəşfiyyat qazmasının templəri daha sürətli enməyə məruz qalmışdır. 
Qazma işinin həcminin azalmasına rəğmən ixtisaslı qazmaçı kollektivlərini itirməmək məqsədi 
ilə onları geoloji məlumatlara uyğun olaraq köhnə və ləğv edilmiş quyular da sınaq işlərinə və 
eyni zamanda müəyyən istismar kəmərlərinə ehtiyacla əlaqədar istismara yararsız quyulardan 
boruların çıxarılmasına cəlb etmişlər.  
Qazmanın mövcud problemlərini yalnız maliyyə məsələləri ilə əlaqələndirmək səhv olardı. 
Bizim qənaətimizcə böhranlı  vəziyyətə münasibət və qayğı aspektində  dəyərləndirmək daha 
düzgündür. Bir tərəfdən vəsait çatışmamazlığı  və ya lay təzyiqini artırmaq xüsusiyyətli 
strategiya, digər tərəfdən isə ikinci dərəcəli sahələrə daha çox xərclərin yönəldilməsi, məsrəflərin 
qeyri-qənaətbəxş bölgüsü daha çox qazmaya təsir edir. Belə ki, təkcə sosial tikintidə hər il artan 
maliyyə vəsaitlərini qazma işinə tətbiq etmək daha çox faydalılıq gətirərdi. Bunun şərhi çox sadə 
və aydındır. Qazmaya məsrəf edilən vəsait hasilat artımına təsir edərək mənfəəti yüksəltmiş olar. 
Bu da öz növbəsində  təkrar investisiya şəklində sosial sahəni və tikintini daha geniş  həcmdə 
stimullaşdırır. 
Qazma prosesi bir çox texniki-iqtisadi göstəricilər və amillər-iqlim şəraiti, dərinlik miqyası, 
suxurların bərkliyi, istehsal fondlarından, işçi qüvvəsindən rasional istifadə  və digər spesifik 
şərtlərlə xarakterizə olunur. Müasir qazmanı  dərin qatlara nüfuz edən texniki-texnoloji üstün 
təchizatlı, ritmik recimli sistemlər formalaşdırır. Artan quyu dərinliyi əmək tutumunun normativ 
həddini, qeyri-məhsuldar vaxt sərfini, eyni zamanda əks istiqamətdə kommersiya sürətinin 
templərində azalma meyllərini yüksəldir və fondverimi göstəricisinə  əhəmiyyətli təsir edir. 
Dərinlik bu amillərə istinadən, yüksək kapitaltutumu hesabına qət edilir. Qazma prosesi 
neftqazçıxarma sənayesinin əsas tərkib hissəsi kimi istehsalın səmərəliliyinin yüksəldilməsində 
həlledici mövqe tutur. Kapital və  əmək tutumu ilə  fərqlənən qazma prosesi istehsalın bütün 
tərəfləri ilə qanunauyğun tərzdə, sıx kompleks qarşılıqlı əlaqəlilik münasibətlərində ərsəyə yetir. 
Bu spesifik cəhətlərin obyektiv qiymətləndirilməsi metodoloji toplumda tədqiqini və  tətbiqini 
tapmalıdır. Nəzərə alınmalıdır ki, köhnə istismar sahələrində qazma prosesinin səmərəli təşkili 
iqtisadi artımın təminatında çox mühüm yer tutur. 
 
 
5.5. Qazma sektorunun modernizasiya problemi 
 
Neftqazçıxarmanın inkişafında mühüm proseslərə  təsiredici aspektlərindən, çətin və 
mürəkkəb istiqamətlərindən biri qazma işlərinin ahəngdar aparılması, buraya əsaslı  vəsait 
qoyuluşunun artırılması ilə bağlıdır. Qazma işlərinin dinamikası ilə neft-qaz istehsalı arasında 
simbioz birlik də bu məntiqdən irəli gəlir. Qazma işlərinin keyfiyyətini, sürət tempinin 
yüksəldilməsi, müvafiq potensialdan səmərəli istifadə bu gün də  həllini gözləyən prioritet 


 
 
84
sahələrdəndir. Məsələnin həlli, həm də neft sənayesinin ümdə problemləri ilə  sıx təmasda, 
qarşılıqlı əlaqədə, çözülməlidi. 
QNQÇİB-də vurğulandığı kimi qazma prosesi son dərəcə  səngimişdir. Vəsait 
çatışmamazlığı, texnoloji gerilik hasilatın stabil saxlanılmasında qazma işi ilə deyl, digər texniki-
profilaktik tədbirlərlə aparılmadadır. Lakin başlıca tədbirdən kənar nə  qədər ikinci və üçüncü 
dərəcəli tədbirlərə  əl atılsa da səmərə miqyası qazmanın məhsuldarlığı  qədər olmayacaqdır. 
Hasilat artımı neft istismar edən dünyanın 95 neft ölkəsində də eyni məntiqlə əldə edilir. 
Aşağıdakı Cədvəldə 1996-2001-ci illərdə quruda neftqazçıxarma kompleksində qazmadan 
istismara verilən quyu sayı və onlardan alınan neft hasilatı verilmişdir. 
Cədvəl 13 
1996-2001-ci illərdə QNQÇİB-yə qazmadan istismara verilən  
quyu sayı və onlardan alınan neftin kəmiyyət miqdarı 
 
Plan 
Fakt 
İllər 
Quyu sayı 
Hasil edilən neft
 (ton) 
Quyu sayı 
Hasil edilən neft
 (ton) 
1996 
66 49534 36 10637 
1997 
61 62265 43 24894 
1998 
65 63945 37 20277 
1999 
54 52498 30 12872 
2000 
41 26250 31 10266 
2001 
45 33420 33 29872 
 
Cədvələ istinadən müqayisə üçün qeyd etməliyik ki, azalan quyu sayı  və ondan alınan 
hasilat payı əvvəlki 10 ilə nisbətdə 5-6 və bəzən də 7-8 dəfə  geri qalır. Bununla belə, qazanın 
neftin hasilat miqdarına təsir gücü aşkar görünür. 
Faktiki materialların təhlili göstərir ki, istehsal fondlarının digər elementlərinin fiziki 
aşınma səviyyəsi, mənəvi köhnəliliyi yüksək hədlidir. Böyük fondtutumlu sahədə ƏİF-lərin aktiv 
hissəsi belə konservasiya vəziyyətindədir. Maliyyə-təchizat, texnoloji problemlər, qazma 
strategiyasının qəti müəyyən edilməməsi neftqazçıxarma müəssisələrində qazmaya olan marağı 
səngimişdir. Xüsusən qeyd olunduğu kimi, quru sahələrində qazma hesabına artım əvəzinə daha 
çox köhnə quyuların bərpasına meyl güclənir. 
Hasilatın azalması qazmada əksini tapdığından onlar arasındakı enmə tempinin fərqi də 
müxtəlif olmuşdur. Köhnə  dəniz yataqlarında sabitliyin xeyli müddət davamlılığı buradakı 
qazma prosesində azalan templərin quru sahələrindəki enmə prosesinə nisbətdə üstün etmişdir. 
İndi komulyativ toplumda dəniz və quruda 125 qazma qurğusundan 80-i fəaliyyət göstərir ki, bu 
da yüksək göstərici deyildir. Dəniz istismar sahələrində quruya nisbətdə qazma templəri enməyə 
daha az məruz qalsa da, ötən mərhələlərlə müqayisədə onu optimal dəyərləndirmək olmaz. Belə 
ki, 1990-cı ildə burada qazma 224 min metrdən azalaraq 1996-cı ildə 65 min metrə enmişdir. 
Kəşfiyyat qazmasında isə müvafiq olaraq dəyişkənlik 41 mindən 39 minə meyl etmişdir. 
Tikintisi başa çatan quyu həcmi ilə nəzərdən keçirilən müddət ərzində 2 dəfə azalmışdır. Qazma 
prosesinin, avadanlıq və qurğularının saxlanılmasında, istismarında müəyyən təsərrüfatsızlığın 
aradan qaldırılması dövlət mənafelərini, ciddi mülkiyyətçiliyi ifadə edən möhkəm nəzarət 
təminatlı geniş inventarizasiya prosesinin aparılmasını  zəruri edir. Məhz belə strateji yanaşma 
potensial imkanların natural və  dəyər ölçüsündə  dəqiq və  aşkar texniki-iqtisadi gücünü 
müəyyənləşdirməyə zəmin olar. 
Köhnə  dəniz yataqlarının istismarına cəlb edilmiş Qazma İşləri  İdarələrinin NQÇİ-lərə 
müvafiqliyi də quru sahələrinə nisbətdə özünü qoruyub saxlamışdır. Son on il ərzində QNQÇİB-
də bir neçə Qİİ və ya bu profilli idarə ləğv edilmişdir. İndi burada fəaliyyət göstərən 7 müvafiq 
təşkilatın səmərəli fəaliyyətini əks etdirən heç bir texniki-iqtisadi göstərici haqqında pozitiv fikir 
yürüdülə bilməz. Son 3-4 il ərzində hər il orta hesabla 0,14 milyon ton sənaye əhəmiyyətli neft 
ehtiyatını nəzərdə tutan axtarış kəşfiyyat işləri üzrə qazma planının 
1
/
3
 hissəsini yerinə yetirmək 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə