E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə48/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   44   45   46   47   48   49   50   51   ...   125

 
 
99
azalmasına yardımçı olar. Potensialın istehsal həcminə uyğunlaşdırılmasına nail olma istehsalın 
texniki təminatının yüksəlməsini artırar. 
İstehsal miqyasının genişlənməsinin müsbət cəhətləri ilə yanaşı onun mənfi çalarlarına da 
diqqət zəruridir. Lakin öncə bir fərqi ayırd etmək ehtiyacı vardı. Bizim tədqiqat obyektimizi 
ifadə edən kompleks böyük yaşa malikdir. İndi burada təşkilatın nisbi genişlənməsi prosesi 
sistemsiz, xaotik formada baş verir. Qeyd edək ki, Sovetlər  İttifaqı zamanı  mərkəz köhnə 
istismar sahələrini  əhatə edən istehsal birliklərində ümumi işçi personalını  rəhbər işçilər, 
xidmətedici heyəti və onların saxlanmasına uyğun müvafiq xərcləri qəti minimum həcmində, 
xüsusi ayrılmış  təxsisatlar  əsasında formalaşdırmışdır.  İndiki məqamda istehsalın azalması 
müqabilində  rəhbər işçi heyətinin orta eşalonda artımı, onların xidmətedici maşın,  əlahiddə 
köməkçi və katibələrlə  təminatı ötən müddətlərə nisbətdə bir neçə  dəfə yüksəlmişdir. Belə 
dəyişiklikliyi müsbət hal, komfortun iş  şəraitinin yüksəlişi, müstəqilliyin bəhrəsi kimi də 
qiymətləndirmək olar. Lakin bu təmayül istehsal artımının,  əmək məhsuldarlığının və ya digər 
məqbul mənbələr hesabına səmərəlilik faktoruna istinad etməlidir. Orta səviyyəli rəhbər işçi 
əməyin təşkili və  şəraiti prinsiplərinə uyğun olmadan ayrıca otaqla təjhiz edilərək, tabeçi 
heyətindən, kollektivdən uzaq düşməsi idarəetmənin səmərəliyinə nöqsan gətirir. Təmaslar 
partnyorluğa deyil, yenə  də direktiv sərəncamçılığa  əsaslanır. Bu isə istər-istəməz kariyerist 
ovqatlı mühit yaradır. Müsabiqə, seçki və ya professionallıq bacarığı ilə deyil, proteksiya 
sahəsində  əldə edilmiş post sahiblərinin təkəbbür və lovğalığı  səmərəli iş birliyi qurmaqda 
səmərə verməyəcəkdir. Keçid iqtisadiyyatı kimi, öz postlarının da kövrək keçiciliyini bilənlər 
təşəbbüskarlıq,  əzmkarlıq nümayiş etdirməyəcəklər. Burada miqyas effektinin də  təsir aspekti 
vardır. Belə  vəziyyəti səmərəli nəzarət sisteminin qeyri-mütəşəkkilliyi,  əməliyyatların zəif 
koordinasiyası ilə  əsaslandırmaq da olar. Kiçik təşkilatlarda sadə  şəbəkə vahid rəhbərin 
simasında mükəmməl nəzarət və bölgünü həyata keçirməyə imkan verir. Fərqli olaraq böyük 
təşkilatlarda isə belə müvəffəq idarəetmənin təşkili gərgin səylər tələb edərək mərkəzlə istehsal 
prosesinin  əlaqələndirilməsində çoxlu problemləri ortaya çıxarır.  Bu  da  istər-istəməz çoxpilləli 
vəzifə bölgüsünə  gətirir. Səlahiyyətlərin iyerarxiya nərdivanında sistemli, səmərəli bölgüsünə 
müəyyən bürokratik maneələr yaradır. 
Azərbaycan neft sənayesində  həmişə yüksək səviyyəli kadrları ilə  fərqlənmişdir. Bununla 
belə, ittifaqın böyük neft arenasına kütləvi axın olmamışdır. Akademik A.X.Mirzəcanzadə 
«Azərbaycan neft konsepsiyasının etyüdləri»  əsərində
16
 SSRİ Neft Sənayesi Nazirliyinin 
təşkilində idarəetmə aparatına Azərbaycanlıların dəvətdən imtina etməsini, ermənilərin böyük 
həvəslə bu sistemdə  cəmləşməsini qeyd etmişdir. Böyük alim kadr məsələsinə ciddiliklə 
yanaşaraq hələ 1985-ci ildə qeyd edirdi: «Neft və qaz yataqlarının sualtı istismarı mürəkkəb və 
az öyrənilmiş olduğundan gələcəkdə onun geniş  tətbiqi  şübhəsiz qarşıya yeni problemlər 
qoyacaqdır. Bu problemləri həll etmək üçün ilk növbədə yüksək ixtisaslı kadrların hazırlanması, 
mürəkkəb texnoloji prosesləri yüksək səviyyədə idarəetməyə imkan verən avtomat sistemlərin 
yaradılması zəruridir».
17
 
Sovet recimi Azərbaycan mədənlərində  nəzarəti tam həyata keçirdikdən sonra sahədə 
iqtisadi işin təşkilinə  və onun yenidən qurulmasında səylərini artırdı. Milliləşdirilmənin ilk 
illərində  sərbəst təsərrüfat hesablı  mədən və qazma təşkilatlarının yaradılması, burada plan 
tapşırıqları və hesablamalarının tətbiqi texniki normallaşdırmanın tətbiqi reallaşdı. Geologiya və 
iqtisad elminin inkişafı planlaşdırmada geniş diversifikasiya ilə  nəticələndi. 1930-cu illərin 
sonunda neft-qaz sənayesi mümkün iqtisadi göstəricilərlə  təminatını tapdı. Beşillik planlar 
əsasında qərarlaşan neft sənayesi artıq 1950-ci illərdən əsaslandırılmış göstəricilər sistemi plan, 
forma və göstəriciləri metodikası ilə tam təjhiz edildi. Texniki iqtisadi planlaşdırma 
«texsənayemaliyyə» adlanan sənəd  əsasında müvafiq istehsal planlarına uyğun bütün istehsal 
ritmini əhatə edən məzmununu aldı. 1965-ci ildən başlanan yeni iqtisadi siyasət neft sənayesində 
                                                 
16
  А.Х.Мирзаджанзаде.,  Ч.А.Султанов  «Этюды  нефтяной  консепсии  Азербайджана».  Баку: 1994. 
səh. 6. 
17
 АA.X.Mirzəcanzadə., F.Ə.Şıxəliyev «İxtisasa giriş». Bakı. «Maarif». 1985. səh.115.
 


 
 
100
də  təsərrüfat islahatları ilə xarakterik oldu. 1976-1985-ci illərdə neft sənayesinin inkişaf 
şərtlərinin dəyişikliyi isə sahədə iqtisadi işin  əsaslı  təkmilləşməsini zərurətə çevirdi. Mövcud 
proseslər planlaşdırmanın və iqtisadi mexanizmin təkmilləşməsi ilə müşayiət olundu. Burada 
başlıca vəzifə neft ehtiyatlarının hazırlanması  çətinliklərinin artması, yataqların işlənməsi və 
istismarının yaxşılaşdırılması, elmi-texniki nailiyyətlərdən geniş, material, maliyyə,  əmək 
resurslarından qənaətli istifadə  və neft istehsalının yekun nəticəliyinin artırılmasını  nəzərdə 
tuturdu. Sonrakı mərhələdə köklü dəyişikliklər tələb edən neft sənayesi daha ciddi mühəndis və 
iqtisadi hesablamalarla təmin olunmağı, hasilatın reallaşmasının davamlı  və ümidli təminatını 
şərtləndirdi. 1980-ci ildə neft-qaz hasil edən birliyin xammal bazasının vəziyyəti və yataqların 
işlənməsinin texnoloji göstəricilərini  əhatə edən istehsal pasportu yaradıldı. Sahəvi pasport 
uzunmüddətli planlaşdırma üçün təsbit olunmuş norma və normativlərin texniki iqtisadi 
göstəricilərin resurs təminata və digər istehsal mexanizmlərini əhatə edirdi. Burada xüsusi olaraq 
xammal bazasının vəziyyəti ilkin və qalıq ehtiyatları və gələcək istismar templəri əks olunurdu. 
Müvafiq pasportlar elmi tədqiqat institutlarında tam elmi əsaslandırılmış  və  təsdiqini almışdır. 
Bütün bu proseslər neft-qaz sənayesində iqtisadi işin sabitliyinə  və plan intizamının 
yüksəldilməsinə  təkan verdi. Neftqazçıxarmada təsərrüfat mexanizminin təkmilləşdirilməsi bir 
çox metodiki sənədlərin reallaşması ilə ifadə olunurdu. Bunlar uzunmüddətli planların 
tərtibatında rəhbər və metodiki sənədlərin kompleksini, mühəndis və iqtisad hesablamalarını, 
texnoloji layihələri sistemləşdirən tənzimləyici və neftin hasilatını  təsərrüfat meyarları ilə 
uyğunlaşdıran sənədlər,  əməyin təşkili, təhlükəsizlik sistemi, təsərrüfat münasibətlərinin digər 
aspektlərini əhatə edir. 
Bir daha qeyd olunmalıdır ki, idarəetmənin bazar relslərinə salınması iqtisadi metodoloji 
aspektləri ehtiva edir. Direktivlik isə iqtisadi rıçaqı manipulyasiyasına effektlər gətirir. 
Göründüyü kimi, səmərəli idarəetmə  təhlil olunan seqmentlərlə yanaşı toplumda həm də, 
direktivliklə iqtisadi tənzim mexanizminin sintezini tələb edir. Məhz belə sibiozluq şəraitində 
səmərəlilik hədəf seçilən nöqtəyə yüksəlir. 
 
 
6.4. Neftqazçıxarma müəssisələrinin yeni bazar subyektinə çevrilməsi 
 
Təsərrüfat həyatının öyrənilməsi və onun mühüm proseslərinin tənzimlənməsində nəzəri və 
tətbiqi iqtisad elmi ön mövqedə durur. Təsərrüfat fəaliyyətini çox vaxt sadəcə olaraq iqtisadiyyat 
adlandırırlar. İqtisad elminin tərkib hissələrindən mühümü kimi, bizim tədqiqat obyektinin nəzəri 
və  təcrübi  əsaslarının təməlində dayanan müəssisənin iqtisadiyyatı elmi tədqiq edir. Makro və 
mikroiqtisadiyyatla sıx təmasda intişar tapan müəssisənin iqtisadiyyatı müstəqil təlim olaraq 
ayrıca predmetə malik yetkin bir elm sahəsidir. Müəssisənin iqtisadiyyatı elmi təlimi də bütün 
tətbiqi iqtisadi elmlərə xas olan müvafiq tədqiqat metodlarından geniş istifadədə  tərəqqi edir. 
İqtisadi nəzəriyyə terminologiyasında təsərrüfat subyektləri çox vaxt iqtisadi agentlər də 
adlanırlar. Fərdi xüsusiyyəti fəaliyyətlərində müstəqil qərar verməklə xarakterik olan təsərrüfat 
subyektləri - müəssisələr özəl, korporativ, dövlət təsisatları, ev təsərrüfatı və qeyri-kommersiya 
təşkilatlarından ibarətdir. 
Hər bir müəssisə öz-özlüyündə mövcud olmayıb, iqtisadiyyatla istehsal faktorları əsasında 
bazarla bağlıdır. Xalq təsərrüfatında baş verən istənilən təbəddülatlar, demoqrafik addımlar, 
struktur yenidənqurması, texniki tərəqqi müəssisənin vəziyyətinin dəyişkənliyində  əks olunur. 
Sahibkarlıq, hüquqi, coğrafi, institusional mühit, iqtisadi, siyasi situasiya, ekoloji vəziyyət 
müəssisə  fəaliyyətinə  təsir edən faktorlar siyahısını  təşkil edir. Bazar iqtisadiyyatı  şəraitində 
müəssisə başlıca təsərrüfatlaşan vahid kimi çıxış edir. Müəssisənin tam sərbəstliyi, onun 
üzərində instansiyaların olmaması, yuxarı  təşkilat nəzarətindən təcridliyi ilə  həllini tapsa da, 
digər tərəfdən o, həmişə bazardan onun sərt qanunlarından asılı olacaqdır. 
Müəssisənin strukturunun təkmilləşdirilməsi istiqamətlərini əsaslandıran və qiymətləndirən 
təhlil, müxtəlif amillərin formalaşması  şərtlərinə istinadən faktorial analitik şəkildə    aparılır. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə