E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə49/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   45   46   47   48   49   50   51   52   ...   125

 
 
101
Bunlar müəssisə strukturunun kompleksliliyi, onun struktur bütövlüyünü təyin edən ümumi 
daxili amillər, sahəvi xüsusiləşmə, differensasiya dərəcəsi, elmi-texniki inkişaf, regional və digər 
faktorları əhatə edir. Bununla belə, istehsalın təşkilini əhatə edən komponentlər daxili faktorlar 
qismində də özünü göstərir. Müəssisənin fəaliyyəti istehsal prosesi ilə xarakterizə olunur. Əsas 
üç amil-əmək vəsaitləri,  əmək predmeti, əməyin  özünü ehtiva edən istehsal prosesi ayrı-ayrı 
əmək proseslərinin cəmi kimi mal-material qiymətlərinin hazır məhsula çevrilməsidir. 
Bazar  şəraitində müəssisə daha çox şəxsi mənafelərdən çıxış edir. Bu isə sahibkarlıq 
fəaliyyəti üçün mühüm amil hesab edilir. Sərbəstlik  əldə edərək müəssisə  fəaliyyətinin həyata 
keçirməyin məsuliyyətini də öz üzərinə götürmüş olur. Burada ən mühüm xarakterik cəhət onun 
təsərrüfat riski ilə daim müşayiət olunmasındadır. Bazar iqtisadiyyatı müəssisələrdən keyfiyyətli 
rəqabət üstünlüklü, geniş çeşidli məhsul tələbində bulunur. Təsərrüfat riskində başlıca an güman 
edilən xərclərlə  nəticələrin uzlaşması aspektidir. Bu sırada qiymətlərin ölçülərinin xərcləri 
üstələməsi müəssisənin səmərəli fəaliyyətini təmin etməlidir. Özlüyündə isə bu çoxzəhmətli, 
müxtəlif kombinasiyaların tətbiqində yer alan yeni texnoloji həllin əldə edilməsi, maya dəyərinin 
aşağı salınması ilə bağlı bir məsələdir. Bununla belə, bazarın xüsusiyyəti onunla işləmək bacarığı 
da səmərəli müəssisə fəaliyyətində mühümdür. 
 
Bazar sosial orqanizm olmaqla maddi nemətlərin istehsalçı  və istehlakçısı 
arasında tələb və 
təklifə uyğun 
əlaqəsinin təminatçısı, nemətlərin 
formalaşdırılmasında önəmli vasitədir. Bazara daxil olanlar isə onun xüsusiyyətindən 
tələb və təklif, elastiklik, qiymət müvazinəti və sairlə əlaqə qurmağı bacarmalıdırlar. 
Səmərəli fəaliyyətdə olan müəssisə  təkcə maddi potensialı ilə deyil, qeyri-material 
elementləri ilə  də  fərqlənməlidir. Firmanın reputasiyası-qudvil, daimi müştərilər 
dairəsi, ticari markası, personalın ixtisas dərəcəsi, istehsal üsulu, nou-xau, müəlliflik 
hüquqları  səmərəli təşkilatın fəaliyyət atributlarıdır. Müəssisənin real pul kapitalı, 
nizamnamə fondu, onun məhsul və pul dövrəliliyi də səmərəli fəaliyyəti şərtləndirən 
cəhətlərdəndir. 
 
Neft-qaz hasilatı ixracat xüsusiyyətli sahə kimi özünün maliyyə bazası əsasında fəaliyyət 
göstərmək qabiliyyətindədir. Müəssisələr struktur-mülkiyyət, istehsal, həcm və digər iqtisadi-
texniki parametrlərə görə, təsnifata məruz qalır. Kapital mənsubiyyəti və müvafiq olaraq onun 
üzərində  nəzarət müəssisələri milli, xarici və müştərək-qarışıq təsnifata bölür. İndi neft 
sənayesində qeyd edildiyi kimi, milli qurumlarla yanaşı müştərək profilli, elmi terminologiyada 
çoxmilli adlanan müəssisələr də fəaliyyət göstərirlər. Bununla belə, tam xarici kapitalla işləyən 
müəssisələr yoxdur. 
Azərbaycan müasir neft təsərrüfatı formal olaraq üç ümumiləşmiş müəssisə tipi formasında 
fəaliyyət göstərir. 
  istehsalat birlikləri; 
  xarici kapitalın müştərək müəssisələr; 
  konsorsium. 
Bizim tədqiqat obyekti olan Quruda Neftqazçıxarma  İstehsalat Birliyi klassik sovet 
iqtisadiyyatında olduğu struktur formada fəaliyyətini davam etdirir. Onun təsərrüfat sisteminin 
aparıcı  təşkilatlarını Neft Qazçıxarma  İdarələri-NQÇİ-lər təşkil edirlər.  İkinci eşalonda ön 
mövqeydə Qazma İşləri  İdarələri-  İİ-ləri dayanır. Sonrakı yerləri istehsal həcminin 
parametrlərinə  və  gərəklilik sferasındakı  əhəmiyyətinə görə, müxtəlif profilli nəqliyyat, tikinti, 
xidmət və digər yardımçı  təşkilatlar bölüşürlər. Bununla belə, QNQÇİB-nin strukturuna istehsal 
genişliyinə  və  təsərrüfat həcminə görə, heç də NQÇİ  və  Qİİ-lərdən geri qalmayan çoxminli 
kollektivli tikinti birlikləri də daxil olmuşdur. 2001-ci ildə digər yardımçı qurumlarla birlikdə yol 
inşaasını  və sosial-istehsal tikintisini təmin edən iki müvafiq istehsalat birliyi QNQÇİB-nin 
tərkibindən çıxarılaraq özəlləşdirilmə məqsədi ilə İİN-nin sərəncamına verilmişdir. Lakin analoji 
profilli qrumlar DNQÇİB-də fəaliyyətlərini davam etdirirlər. 
 


 
 
102
Neftqazçıxarma müəssisələrinin səmərəli fəaliyyəti rasional təşkilati istehsal və idarə 
strukturu ilə  də bağlıdır.  İstehsal strukturu əməyin istehsal sahələri arasında sahəvi bölgüsünü 
ifadə edir və o, özünün dinamikliyi ilə fərqlənir. NQÇİ-nin istehsal strukturu çoxşaxəlidir. Min 
və  bəzən bir neçə min işçi heyətini  əhatə edən bu idarələrin müasir strukturuna əsasən 
neftqazçıxarma mədənləri, istismar, elektrik avadanlıqları təmiri və prokatı, quyuların əsaslı və 
yeraltı təmiri, elmi-tədqiqat və istehsalat işləri, istehsalın avtomatlaşdırılması, neftin və texniki 
suyun kompleks hazırlanması, xüsusi texnika, qazın yığılması, hazırlanması sexləri daxildir. 
Bundan başqa, NQÇİ-lərin əsas strukturunu sosial və xidmətedici digər təsisatlar-məktəbəqədər 
uşaq müəssisələri, körpələr evi, yataqxanalar, gecə sanatoriyaları, tibbi məntəqələri, mənzil-
kommunal, yardımçı  təsərrüfatlar və sair qurumlar tamamlayır. Texnoloji nəqliyyat kontorları 
müəyyən konyuktur mülahizələrlə ayrıca, həm də NQÇİ daxilində fəaliyyət göstərirlər. 
Böyük  ərazi və torpaqtutumlu NQÇİ-lər respublika inzibati bölgüsündə bir və  bəzən bir 
neçə rayonun ərazisini  əhatə edir. Burada yerləşən yaşayış  məntəqələri böyük qəsəbə  və 
şəhərlərin kommunikasiya xətləri, mədəni-məişət və digər sosial obyektləri, NQÇİ-lərin kapitalı 
hesabına stimullaşdırılır. Məlumdur ki, NQÇİ-lər mikrocoğrafi rayonlaşmış  ərazilər üzrə 
fəaliyyət göstərirlər. Belə vəziyyət hasilatın regional təmərküzləşməsi ilə yanaşı şəhərsalma və 
aqlomerasiya effekti ilə müşayiət olunur. Neft ətraf  ərazidə  sənaye kaskadının təşəkkülündə 
dominat rolunu oynayır və digər servis, xidmət sahələrinin yaranmasına təkan verir. 
Şübhəsiz ki, NQÇİ-lər bazaryönümlü müasir təsərrüfat subyektini ifadə etmir. Ehtiyatların 
azalması, erkən potensialın zəifləməsi onların fəaliyyətində  əks olunur. 20-30 il əvvəl mövcud 
olan qüdrətdən anaxranizm təəssüratları qalmışdır. Uzun müddət müşahidə edilən enmə 
prosesləri neft strateqlərini 1980-ci illərdə sineqerik planlar işləyib hazırlanmasına sövq etmişdir. 
Bir neçə NQÇİ-lər birləşmiş  və bir neçə il fəaliyyət göstərmiş  və  nəticədə onların vahid tam 
altında müştərək həyati sineqerik nəticələr verməmişdir. Yenidən ayrılan NQÇİ-lər  əvvəllər 
mövcud olmuş bir çox strukturlarını da itirmişlər. Hazırda bu NQÇİ-lərdə iqtisadi və istehsal 
potensialı 20 il öncə ilə müqayisədə üç dəfə aşağıdır. 
Bazar iqtisadiyyatı ilə yanaşı, yaşadığımız sivilizasiyon mərhələnin postindustrial özəlliyi 
də  əski sovetlər sisteminə  mənsub nəhəng istehsalat komplekslərinin köhnə meqa çərçivəli 
ampulada fəaliyyətini təqdir etmir. Pereferiya rəhbərlərinin iri istehsalat komplekslərini 
yaşatmaqla, klassik məşğulluğu qorumağa səfərbər olunmuş  cəhdləri bütün postsosialist 
məkanında «domino prinsipi»nə uyğun şəkildə aşaraq səmərəsini itirir. Nəhəng təşkilatlar bazar 
qanunlarının hakim olduğu zonada ənənəvi hökmran statusunu qorumağa müvəffəq deyildir. Ona 
görə də, böyük komplekslər gerçək mütləq olaraq restruktizasiya və diversifikasiyaya uğramaya 
məruzdurlar. 
 
Nəhəng komplekslərin yerində yeni məzmunlu gənc müəssisələr yaranır və 
inkişaf edir. «Fil» təcəssümlü köhnə plan təsərrüfatlı istehsal subyeklərini, «qaplan» 
missalı gənj firmalar əvəzləyir. Bununla belə, Rusiyada fillərin dəf edilməsi o, qədər 
də  məqsədəuyğun hesab edilmir. Coğrafi-iqtisadi nəhəng potensiallı ölkədə fillərin 
yaşaması üçün resurslar qıt deyildir. Miqyaslılıq amili Rusiyada hələ ki, bu 
transformasiyanı  kəskin problematik etmir. Belə keçid isə daha çox yığcam imkanlı 
məmləkətlər üçün etibarlı sayılır. Lakin yeni attraktor Rusiyada da gej-tez nəhəng 
müəssisələrin timsalında restruktizasiya və diversifikasiyaya proseslərini labüd 
edəcəkdir. 
 
Müəssisənin gəncliyi sürətli istehsal və iqtisadi artım üçün məqbuldur. Lakin bu heç də 
başlıca determinant deyildir. Burada ən mühüm şərt sovet irsindən qurtulmadır. Məhz irsilik 
faktorunun bazar şəraitində qalması NQÇİ-lərin yeni sistemə transformasiyasını ləngidən başlıca 
dererminat kimi, çıxış edir. 
QNQÇİB-də yeni iqtisadi sistemə keçiddə NQÇİ-lərlə paralellik təşkil edən əsasən xarici 
kapitala  əsaslanan bazar subyektli müştərək müəssisələr də artıq neçə illərdir ki, fəaliyyət 
göstərir. Lakin bu müəssisələrin real bazar subyektliliyi praktiki gerçək müstəvidə bir qədər 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə