E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə44/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   40   41   42   43   44   45   46   47   ...   125

 
 
91
rəhbərin nüfuzu, əmr etmək, dəqiq ierarxiya, nəzarət və  nəticələrin mərkəzləşməsi, intizam 
ədalətlilik, sabitlik, təşəbbüskarlıq, məsuliyyət kimi digər prinsiplərə də riayət olunması səmərəli 
idarəetməni şərtləndirir. 
ABŞ avtomobil sənayesinin atası adını qazanmış  tətbiqi menecmentin banilərindən biri 
Henri Ford (1863-1947) özünün «Mənim həyatım, mənim nailiyyətlərim», «Bu gün və sabah» 
əsərlərində «Fordizm» adlanan yeni bir nəzəriyyənin əsasını qoymuşdur. Məğzi kütləvi fasiləsiz 
istehsalın təşkilindən ibarət olan nəzəriyyə istehsalın unifikasiyası, konveyerli quraşdırma 
prinsiplərinə  əsaslanaraq kiçik istehsal xərclərinə  rəğmən böyük əmək məhsuldarlığını  əhatə 
edirdi.  İntensiv  əməyi mexanikləşdirmə, onu  hər cür mükafatlandırma, industriyanın yüksək 
ixtisaslı generallarla təminatı fordizmin əsas idarəetmə meyarlarındadır. Öz sələfləri kimi Ford 
da elmi biliklərin istehsalın təşkili və idarəetmədə geniş tətbiqinin carçılarından olmuşdur.  
Texnoloji, sosial, ekoloji təsirlərin gücləndiyi yeni mərhələdə idarəetmə daha sistemli elmi 
məzmun almışdır. ABŞ sosioloqu Piter Draker (1909) XX əsrin industrial sosiologiyanın  əsas 
nəzəriyyəçilərindən biri kimi tanınır. Alimin fikrincə, menecerin səyləri maraqlandırıcı sistemin, 
əməyin səmərəli motivasiyasının formalaşması  və  təkmilləşdirilməsinə yönəlməlidir. 
İdarəetmədə situasiyon yanaşmanın  əsaslarını formalaşdıran P.Draker, düzgün idarəetmə 
qərarlarının verilməsində mövcud vəziyyətin təhlilinə arxalanmasını tövsiyə etmişdir. O, 
situasiya nəzəriyyəsinə ümumiləşdirici konsepsiya kimi baxaraq bunu idarəetmə  təfəkkürünün 
əsas prinsipinə çevrilməsini qeyd etmişdir. Müasir mərhələ də bazar prinsiplərini rəhbər tutaraq 
Devid Korten, Piter Senv, Minsberq Henri, Omaye Keniti və digərləri idarəetmənin empirik və 
nəzəri nailiyyətlərlə zənginləşdirərək, onun səmərəliliyinin artırılmasının yeni aspektlərini təklif 
etmişdir. 
İdarəetmə bir elm kimi empirik topluma malik olaraq böyük inkişaf yolu keçmişdir. 
İdarəetmə qərarlarında riyazi və statistik metodları, o cümlədən, digər fənlərin geniş tətbiqi ilə 
fərqlənən menecment ayrıca elm kimi II Dünya müharibəsindən sonra yaranmışdır. 
 
İngilis mənşəli mürəkkəb söz kimi, menecment istehsal və insanları idarəetmə 
üsul və  fənni kimi, şərh olunur. Bazar iqtisadiyatı terminologiyasında menecment 
istilahının menecer-idarəçi, idarə edən, baş idarəçi-top menecer kimi, paronimi geniş 
yayılmışdır. Ümumiyyətlə, müasir dünyada idarəetmə elmi sadəcə menecmentdə 
adlanır. Belə fikir hakim kəsilmişdir ki, müasir menecment inqilabi mərhələyə daxil 
olmuşdur və onun paradiqması  dəyişikliyə  məhkumdur. Menecment, planlaşdırma, 
təşkilatçılıq, liderlik və nəzarət vasitəsilə məqsədlərə nail olmanı ehtiva edir. 
Səmərəli fəaliyyətin prinsip və metodlarını öyrənən prakselogiya elminin 
idarəetmədə tətbiqindən faydalanmaq mühümdür. İnsanların birgə, fərdi və kollektiv 
fəaliyyətinin, hərəkətinin motivasiyası, qərarların qəbul edilməsi onun tədqiqat 
predmetini təşkil edir. Bu sıradan idarəetmədə elektron sistemlərin, 
mikroprosessorların, müasir texniki vasitələrin tətbiqi, proseloci nəzəri 
nailiyyətlərdən istifadə səmərəlilik və çağdaşlılıq baxımından da əhəmiyyətlidir. 
 
Bazar  şəraitində müəssisənin idarə edilməsi mürəkkəb və prioritet məsələ kimi fərqlənir. 
Bazar iqtisadiyyatı idarəetməyə özünün tarixi təcrübəsindən  əldə etdiyi nailiyyətlərə  və 
prinsiplərə riayət etməsini  şərtləndirir. Prinsip idarəetmədə  tərənnüm olunan ideyanın  əsas 
qaydasıdır. Buna əyani misal olaraq Yapon firmalarında təcrübləndirilən əsas prinsiplərdən biri 
«əşyaları yaratmazdan əvvəl kadrları yaratmaq lazımdır» devizini göstərmək olar. 
Müxtəlif bazar seqmentlərinin, müvafiq iqtisadi alətlərin tətbiqi ilə yanaşı, idarəetmənin 
öncül prinsiplərindən faydalanmaq paralel istiqamətdə inkişafını tapmalıdır.  İdarəetmədə  təhlil 
prinsipi qərarın verilməsində son dərəcə  əhəmiyyət kəsb edir. Hadisələrin dinamik 
qanunauyğunluğu, yəni səbəb və  nəticənin eyni mənalılığı  və  zəruri, təsadüfi  əlamətlərin 
dialektik vəhdətində dayanan eynimənalılığın pozulması-statistik qanunauyğunluq təhlil işində 
nəzərə alınan əsas cəhətlərdəndir. Birinci prinsipə əsasən sistemin başlanğıj vəziyyətini bilməklə 
sonrakı inkişafı  dəqiq söyləmək məmkün olsa da, ikincidə müəyyən ehtimallar ortaya çıxır və 


 
 
92
burada imkan və gerçəkliklərin real-konkret, formal, mücərrəd bucaqlarının da nəzərdən 
keçirilməsi şərtləndirlir. 
 
İdarəetmə  nəzəriyyəsində dekompozisiya metodu-başqa sözlə, sistemin 
sadələşdirilməsi geniş təhlil obyekti kimi diqqəti cəlb edir. Dekompozisiyanın köməyi 
ilə sistem tərkib və sistemaltı hissələrə, məqsəd və  məqsədaltı tapşırıqlara və digər 
törəmə qruplara bölünərək bir-birindən asılı olmadan həll edilir. Sonradan onlar 
arasında rabitə, uzlaşma aparılır. Bu sistemli təhlilin ikinci fazasında daha 
mühümdür. Burada sistemin elementlərinin qarşılıqlı əlaqəliliyi müəyyən edilir. 
 
Təcrübə göstərir ki, optimal qərarvermənin universal qaydası mövcud deyil. Bununla belə, 
müasir menecmentdə  qərar vermədə  uğurlu sonluqlar yaradan həll sistemləri təşəkkül tapır və 
tətbiq edilir. Qəbul olunacaq qərar alternativləri və addımları məhdud olduqda iqtisadi texnoloji 
alət kimi, həll ağacı sxemindən istifadə olunur. Həll ağacı çox addımlı qərar qəbulu prosesinin 
optimallaşdırılmasının mütərəqqi forması kimi, struktur problemlərinin həlli təhlilində daha çox 
sınanır. 
Rəhbərin gücü ağıllı  və alternativ qərar qəbul etmək xassəsində  səmərəsinə çatır. Bu 
operativ məqam yaxın müddət üçün yetərli olsa da, geniş perspektivdə böyük təhlil və kollektiv 
düşüncə  tələblidir. Rəhbərlik etmək böyük bir sənətdir. Mürəkkəb texniki texnoloji proseslər 
şəraitində sosial nəzarətin gücləndiyi, demokratik prinsiplərin bərqərar olduğu çağdaş  şəraitdə 
rəhbərin davranışı idarəetmənin səmərəliyində  əks olunur. Məşhur ABŞ alimi Deyl Karneqi 
özünün  bestsellerə çevrilmiş trilogiyasında idarəetmənin psixoloji, fəlsəfi, təcrübi və  tətbiqi 
cəhətlərinin təhlilini apararaq rəhbər olmağın 9 mühüm prinsipini önə çəkmişdir. Sadə görünsə 
də alimin «Elə edin ki, digərləri fərəhlə sizin təklifinizi yerinə yetirsin».
15
 fikri rəhbər haqqında 
əmək motivasiyasına rəğmən daha çox təkrarlanan nümunələrdəndir.  
Rəhbərin funksiyası informasiya toplanmasında, perspektiv səmərəli proqnozlaşdırma və 
planlaşdırmada əksini tapır. Bu isə biz harada qərar tutmuşuq, harada qərar tutmaq istəyindəyik 
və  məqsədli yerə necə getmək olar kimi, bir çox sualları  əhatə edir. Bu suallar cavablandıqca 
hərəkət trayektoriyasında növbəti taktiki gedişlər ortaya çıxacaqdır.  İşçilərin vəzifələrinin və 
preroqativlərin müəyyən edilməsi, idarəetmə alqoritmləri-idarəetmə  qərarlarının işlənməsi, 
informasiya mübadiləsi, planların formalaşması qaydalarının dəqiq təyinatı prosesdə həlli vacib 
olan istiqamətlərdəndir. 
Menecmentin empirik tədqiqatları  təşkilati rəhbərlərin kateqorik təsnifatını 
formalaşdırmışdır. Tipolojii baxımdan, təşkilati liderlərin xarakterik xüsusiyyətlərinin nəzərdən 
keçirilməsi bizim tədqiqat prosesi üçün də mühüm ola bilər. Neftqazçıxarma kompleksinin 
iyearxik strukturu bir növ hərbi hissəni xatırladır. Burada ilk qrup briqada formasında özünü 
göstərir. Sahəvi, yardımçı  və  əsas strukturlu bölmələrə ayrılmaqla mərkəzi aparata qədər 
müxtəlif qruplar üzrə təsnifləşir. Hər bir bölməni isə müvafiq olaraq rəhbərlər idarə edir. Müasir 
bazar iqtisadiyyatı  rəhbərləri qeyd olunduğu kimi, mənejer adlandırır. Mərkəzi planla 
iqtisadiyyatın kədərli təcrübəsi ilə sübut olunur ki, müasir özəl sahibkarlıq təşəbbüsləri, torpaq, 
əmək və kapital «təşkilati dahisiz» nəyi isə  dəyişməyə tam qabil deyil. İdarəetmədə menecer 
strategiyası öz mühümlüyünün təsdiqini almışdır.  İndi qeyd olunduğu kimi, briqadirləri 
menecerlər  əvəz edir. Menecer, top menecer öz məharətini istehsalın səmərəli təşkilində yeni 
ideyaların, innovasiyaların tətbiqində, işgüzarlıq və səriştəsində, daha ümumilikdə isə istehsalın 
məqsədəmüvafiq nəticəliyində göstərir. Liderlik menecerin işçiləri məqsədə doğru motivasiyaya 
cəlb etməkdə əksini tapır. Motivasiya insanın daxili və xaricində mövcud qüvvələrin ahənglikdə 
müəyyən hərəkətlərlə entuziazm və qətiyyətlə işin yerinə yetirməsidir. 
Hazırda fəaliyyət göstərən NQÇİ-lərdə orta hesabla müxtəlif instansiyaları  təmsil edən 
150-170 sayda belə menecer vardır. Əlbəttə nə qədər ümumi əmək motivasiyası olsa da, kiçikli, 
                                                 
15
 Д.Карнеги «Как завоевать друзей и оказывать влияние на людей» Екатеринбург . ООО-Литур. 
2000. səh.204 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə