E. M. Hacizadə



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə41/125
tarix17.01.2018
ölçüsü5,11 Kb.
#21172
1   ...   37   38   39   40   41   42   43   44   ...   125

 
 
85
belə  çətinlik törədir. Maddi-texniki təchizat problemləri, yüksək hədli qeyri-məhsuldar vaxtın 
yarıdan çox hissəsi boş dayanmalarla müşayiət olunur. Statistik faktlar göstərir ki, uzun müddət 
quru sahələrində 8-10 qazma təşkilatı müvafiq olaraq 8-10 milyon ton neft hasilatını  təmin 
etmişdir. İndi 1,5 milyon ton neft hasilatında QNQÇİB-də izafi işçi potensialının saxlanmasının 
qeyri-səmərəlilik aspekti aydın görünür. Qazma sektorunda 5 minə qədər işçi heyəti çalışır ki, bu 
da bütün işçi kütləsinin 18%-i təşkil edir. Qeyd olunduğu kimi, qazma prosesi son kritik fazaya 
dayanma vəziyyətinə çatmışdır. Burada isə xeyli passiv işçi heyətinin saxlanılması  nə  qədər 
iqtisadi  əhəmiyyətli ola bilər. Məşğulluq problemi, sosial təminat mülahizələri isə  rəhbər 
tutularaq kompleksin qeyri-bazaryönümlü statusunu möhkəmləndirir, artıq səmərəsiz işçi 
heyətinin qalmasına rəvac verir. 
Neftçıxarmanın bazar prinsipləri, bu sahədə liderlərin təcrübəsi göstərir ki, qazma işlərini 
reallaşdıran təşkilatlar hasilatçı qurumların strukturlarına daxil olmadan, müstəqil özəl 
statuslarda fəaliyyət göstərirlər. Sovetlər  İttifaqının süqutu ərəfəsində genişlənən kooperativ 
hərəkatında Azərbaycanda neft-qaz sənayesində bu xüsusda qazma təşkilatları mövcud 
olmuşdur. Onların dağılan iqtisadi münasibətlər, tənəzzüllü siyasi quruluşlar  şəbəkəsində 
səmərəli fəaliyyəti diskutiv məzmunlu olsa da, məqsədimiz eksperimentin tarixi reallığa 
çevrildiyini  əks etdirməklə bağlıdır. Yaxın perspektiv üçün köhnə yataqlarda strateji geniş 
özəlləşdirmə  nəzərdə tutulmasa da, dövlət  əldə  sıx saxlamağa meyl etdiyi bu sahədə  əsaslı 
struktur islahatlarını aparmağa daha qərarlı olmalıdır. Bazar iqtisadiyyatı prinsipləri, konyuktur 
özəlliklər belə islahatların aparılmasını şərtləndirir. Konservativ baxışlar və meyllər qlobal axın 
qarşısında mülayimləşməyə, adaptasiyaya məhkumdur.  İndi 7 Qİİ-nin 2 pereferik və ya vahid 
mərkəzi təşkilat halında birləşməsi singerik planda pozitiv nəticələr verə bilər. Şübhəsiz ki, hər 
bir yeni yaranışda  əks nəticələrin, neqativ meyllərin təzahürü də istisna deyil. Belə  vəziyyəti, 
onun miqyaslılığını təcrübə göstərər. Lakin bu deqratitiv prosesin indidən qarşısının alınmaması 
yaxın müddətdə bizi qazma potensialının aktiv və çevik hissəsindən də  məhrum edə bilər. Bu 
layihənin konturları isə keyfiyyət və  kəmiyyət aspektinə  əsaslanan inventarizasiyadan, dəqiq 
informasiya təminatında elmi əsaslandırılmış strategiyadan qaynaqlana bilər. Köhnə istismar 
sahələrində qazma işinin yıxşılaşdırılması  təkcə sinegerik layihədə  əksini tapmır. Burada 
modernləşmə, reincirinq prosesi mühəndis və geoloji fəallığın artırılması, iqtisadi 
əsaslandırmanı, məxsusi hesablamaları  həyata keçirən fəaliyyətin gücləndirilməsi,  əmək 
motivasiyasının mütərəqqi formalarının tətbiqi və ümumilikdə, iqtisadi-texnoloji işin 
səmərəliliyini artıran fəallıq əksini tapmalıdır. Bununla belə, digər iqtisadi alətlərdən istifadəyə 
də yol verilməlidir. Qazma işinin iqtisadi aspektlərini tədqiq edən professor M.C.Atakişiyev bu 
sahədə uçot işinin  əhəmiyyətini vurğulayaraq onun düzgün qurulması, potensialın 
dəqiqləşdirilməsi üçün yenidən qiymətləndirmə aparılmasını  məqsədəuyğun hesab edir
14

Stabilliyin saxlanılması üçün neftveriminin müasir metodları, texniki vasitələr və 
texnologiyalarla yanaşı, həm də effektli qazma strategiyası formalaşdırmaq, onu uğurla 
reallaşdırmaq gərəkdir. Burada ilk öncə qazma parkı yeniləşməli, güclü mühərrikli qazma 
qurğuları, yeni yüksək istehsallı qazma baltaları alınmalıdır. Ümumiyyətlə, qazma işi 
tammiqyaslı modernizasiya olunmalıdır. 
Neft-qaz yataqlarının işlənməsi prosesində  məlum olduğu kimi, qazma prosesi ən çox 
əməktutumlu sahə kimi fərqlənir. Qazma briqadalarının aldığı  məvaciblər hasilatçılarla 
müqayisədə rəqabət üstünlüyünə malikdir. Bu gün tənəzüllü meyllər müvafiq briqadaların sosial 
vəziyyətində ciddi əks olunur. Uzunmüddətli boşdayanmalar qazmaçı  əməyinin qiymət 
reytinqinə  təsir edir. Belə bir şəraitdə  əmək potensialından daha optimal istifadə,  əməyin 
təşkilində elmlilik diqqət mərkəzində dayanmalı, onun səmərəli bölgüsü də  təminatını 
tapılmalıdır. Qazma prosesində fond, əmək potensialı, intellektual əməkdən, xərclər 
dövriyyəsindən amortizasion fonddan rasional istifadə, innavasion-texniki nailiyyətlər  əsasında 
                                                 
14
 M.C.Atakişiyev «Qazmada istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi problemləri ». Bakı. Elm. 
1998, səh. 88. 


 
 
86
inkişafın yüksəldilməsi, kəşfiyyat qazmasının artırılması mühüm çağdaş məsələdir. 
Qazmanın keyfiyyətli gedişi həm də  səmərəli idarəetmə prosesində iqtisadi işin bacarıqlı 
təhlilindən, maliyyə möhkəmliyi və çevikliyindən xeyli dərəcədə asılıdır.  İdarəetmədə inzibati 
metodlardan iqtisadi üsulların geniş  tətbiqinə keçidi qazma prosesinin səmərəsini də 
yüksəldəcəkdir. Daha çox nəticəlilik quyu tikintisinin keyfiyyətli və  nəzərdə tutulan müddətdə 
təhvilinin ön plana çəkilməsi ilə bağlıdır. Bütün bunlar isə qazma prosesini əhatə edən  silsilədə 
elmliyin, təşkilatçılığın yüksək tələbləri  əsasında işlənilmiş strategiya ilə reallaşa bilər. 
Beynəlxalq təcrübə göstərir ki, yeni texnologiyaların-üfüqi qazma, neftverimi artımının 
metodları üçölçülü seysmiklik, aktiv energetik qənaətin intensiv tətbiqi nisbətən bahalı 
karbohidrogenlərin işlənməsində xərclərin 2-3 dəfə azalmasına kömək edir. Neft kampaniyaları 
müasir qazmada yerin təkinin quruluşunu, layın dəqiq təsvirini verən geofiziki və kompyuter 
modelləşməsi üsullarından istifadə edirlər. Bu metodlar yüksək nəticəli olmaqla yanaşı qazma 
prosesinin özündən də xeyli azxərclidir. 
Biz köhnə yataqlarda qazma prosesinə təsir edən amilləri təhlil edərkən yaranmış böhranlı 
vəziyyətin substansiyasında daha çox maliyyə kasadlığının dayandığını yəqin etmiş olarıq. Lakin 
bununla belə, onu doğuran ümumi və lokal səbəbləri kənara qoymur və qətiyyətlə qeyd edirik ki, 
məhz maliyyə faktoru qazmanın səngiməsində bütün digər amilləri üstələyir. Transformasiya 
mərhələsində yaşayan respublikada yeni iqtisadi münasibətlər quruculuğu vüsət alsa da köhnə 
istehsal vərdişləri, iqtisadi fəaliyyətə stereotip baxışlar dərin psixoloji hal kimi özünü 
göstərməkdədir. Daim mərkəzdən maliyyə-təchizat təminatı almağa alışmış idarəçilər keçmişin 
səxavət ovqatından qurtulmadan indiki özünütəminat, rəqabətli istehsal, bazar mühitində manevr 
etmək  səriştəsi qazana bilməzlər. Bu fakt ona dəlalət edir ki, daxili imkanları  səfərbər edərək 
təsərrüfat üsulu ilə müəyyən ölçüdə qazmanın ahəngdarlığının saxlanılması yalnız direktiv 
əsasda mümkündür. Köhnə yataqlarda istismarı davam etdirən istehsalat komplekslərinin qazma 
potensialı  əsas verir ki, yaxın müddət üçün mövcud qüvvədən indiki hasilata müvafiq qazma 
işləri aparmaq o qədər də  çətin deyildir. Fikrimizcə  aşağıdakı  əsas üç istiqamətin sintezində 
işlərin görülməsi perspektiv reallığı  şərtləndirər. Belə addımı yaxın müddət üçün taktiki gediş 
kimi də qiymətləndirmək olar. 
  inventarizasiya aparmaqla qazma potensialını dəqiq müəyyən etmək; 
  yaxın müddətli istehsal perspektivinə müvafiq təyin edilmiş potensial əsasında yeni 
mobil qazma strukturunun formalaşdırılması; 
  mövcud istehsal gücü və  ənənəvi mümkün qazma xərcləri vəhdətində potensialın 
səfərbərliyi və tətbiqi. 
Şübhəsiz ki, uzaq perspektiv üçün qazma strategiyası daha ciddi səylər, dəqiq layihələr 
əlverişli investisiyon təminat tələb edir. Biz belə hesab edirik ki, köhnə yataqların istismarında 
yeni qazma mərhələsini daha çox özəl  əsasda, təşkilatlanmış müstəqil partnyor qurumlar 
reallaşdıracaqlar. Bu görüşün həm bazar iqtisadiyyatının təbiətindən doğan faktor, həm də yeni 
qazma potensialının formalaşdırılmasının kommersiya perspektivliliyi kimi zərurətlərə əsaslanır. 
Belə strategiya köhnə istismar sahələrinin reablitasiya proqramının tərkib hissəsi zəminində 
formalaşa bilər. Strateji planlaşdırmaya müvafiq olaraq ilk əvvəl geoloji hesablamalara, 
kəşfiyyat perspektivinə  və ayrı-ayrı yataqların işlənməsi plan-qrafikinə uyğun olaraq ümumi 
qazma tələbatını müəyyən etmək, müvafiq maliyyə menecmenti aparmaq ehtiyacları vardır. 
Problemin nəzəri aspektini sadə görünüşü arxasında heç şübhəsiz ki, dəqiq hesablanan iqtisadi-
riyazi modellərin, alqoritmlərin hazırlanması prosesi də durur. Qazma prosesinin uzunmüddətli 
strateji planlaşdırılmasında layihələrin dövri tətbiqi, mərhələli reallaşması da nəzərdən keçirilə 
bilər. Fərqliliyi o qədər də  təsiredici olmasa da, belə gerçəkliyi konyuktur məqamlarla da 
uzlaşdırmaq lazımdır. Köhnə istismar sahələrinin marcinallıqdan nisbətən marginal vəziyyətə 
gətirilməsi elmi əsaslandırılmış qazma strategiyasının formallaşdırılması, onun tətbiqi 
mexanizmlərinin ardıcıl və təşkilati reallaşdırılmasından asılı olacaqdır. 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə