224
İqtisadi artım - həyat səviyyəsinin
yüksəldilməsinə imkan verən, kəmiyyətcə çox və keyfiyyətcə
yaxşı əmtəə və xidmətlərin istehsalı nəzərdə tutulur. İqtisadi artım müəyyən müddət ərzində
istehsal edilmiş ümumi milli məhsulun və ya xalis milli məhsulun faizlə artımını və ya onların
adambaşına düşən kəmiyyətini əks etdirir və ekstensiv və intensiv inkişaf yollarla əldə edilir.
İqtisadi sistem - iqtisadiyyatın başlıca probleminin həllinin təşkili və idarə edilməsinə görə,
mövcud məhdud resurslardan istifadə olunması səviyyəsinə görə, həmçinin cəmiyyət və onun
üzvlərinin tələbatının ödənilməsinə görə, bir-birindən fərqlənən iqtisadi şəraitin və amillərin
məcmusudur. İqtisadi sistemin dörd növünü - bazar,
inzibati-amirlik, qarışıq və ənənəvi növlərini
fərqləndirirlər.
İqtisadi artımın bazar sistemi - insanların fəaliyyətinin əlaqələndirilməsi, onların aktivliyinin
artırılması və tələbatlarının ödənilməsi üçün iqtisadi resursların səmərəli seçilməsinə və
istifadəsinə imkan verir. Bazar sisteminin ən vacib ünsürləri tələb, təklif, qiymət və rəqabətdən
ibarətdir. Bu ünsürlərdən birinin mövcud olmaması bazar sisteminin fəaliyyətini dayandırır və öz
yerini digər sistemə verir.
İqtisadi artımın qarışıq sistemi - resursların bölgüsünün müxtəlif formalarının tətbiqinə
əsaslanır. İnzibati sistemdə resursların bölgüsündə mərkəzi plan orqanları,
bazar sistemində
sahibkarlar, qarışıq sistemdə isə həm mərkəzi plan orqanları, həm də sahibkarlar iştirak edirlər.
Bu sistemin spesifik xüsusiyyəti ondan ibarətdir ki, iqtisadiyyat nə özü-özünə tənzimlənir, nə də
ki, mərkəzləşdirilmiş formada həyata keçirilir.
İqtisadi artımın ənənəvi sistemi - dedikdə, milli adət və ənənələrə, həmçinin etik qaydalara və
dini etiqadlara əsaslanaraq iqtisadiyyatın inkişaf etdirilməsi prosesi nəzərdə tutulur.
İqtisadiyyatın sektorları - 1.Kənd, meşə təsərrüfatı, ovçuluq, balıqçılıq. 2.Sənaye və tikinti.
3.Xidmətlər, ticarət, nəqliyyat, rabitə, təhsil, elm və sair. Çox vaxt birinci və ikinci sektorlar
material istehsal sektoru adlanır. Bunula belə sektorlar real və maliyyəyə bölünür. Real sektor
əmtəə və xidmətləri əhatə edir. Beynəlxalq çevrədə iqtisadiyat dicər 3 sektorda tərənnüm olunur.
1.Dövlət. 2.Özəl-kommersiya. 3.Mənfəət götürməyən üçüncü
sektor adlanan qeyri-hökumət
təşkilatları qrupu.
İqtisadiyyat elminin şəcərə düzümü - /ekonomika/ /yunanca
oikonomike ev təsərrüfatının idarə
olunması sənəti/ İqtisadiyyat elminin
məzmun alması prosesi Avropa müstəvisində orta əsrlərdən
start götürür. İngilis Ulyam Petti /1623-1687/ siyasi statistikanın yaradıcısı iqtisadiyyatın
Kolombu adlanır. İlkin kapital yığımının qanunauyğunluqlarını öyrənən iqtisadi təlim - italyanca
sətri mənası tacir anlamını verən merkantalizm iqtisadi münasibətlərin dövlət tənzimlənməsi
tərəfgirliyindən çıxış edir. Məhdudiyyətlərlə müşayiət olunan merkantalizmə Fransada daha çox
riayət olunmuşdur. İqtisadi nəzəriyyənin genoloci şəcərəsi öz kökünü digər istiqamətdə Fransua
Kene /1694-1774/ simasında fiziokratlar adlanan fransız iqtisadçılarının yeni iqtisadi məktəbin
yaranması ilə tapır. F.Kene ilk makroiqtisadi modelin yaradıcısı kimi, fiziokratlar və
merkantalistlərdən fərqli olaraq özünü iqtisadçı adlandıran ilk alim olaraq iqtisadi tədqiqatı
tədavül sferasından istehsala gətirərək kapitalist istehsal sisteminin elmi təhlilinin əsasını
yaratmışdır. Hər iki mərhələdən bəhrələnən şotland Adam Smit /1723-1790/
iqtisad elmində
inqilab edərək, klassik siyasi iqtisadın təməlini qoymuşdur. David Rikardo /1772-1823/, Tomas
Maltusun /1766-1834/ simasında şəcərə sağ və sol qollara ayrılmışdır. Rikardo təlimi sonradan
həm marksist, həm də neoklassik nəzəriyyənin təməlində dayanmışdır. Maltusdan isə Kenenin
nəzəriyyəsi qidalanmışdır. Bu şəcərə yenidən müasir iqtisadi nəzəriyyə sosialist iqtisadiyyatı və
keçid iqtisadiyyatı əlaqəsində yaxınlıq əldə etmişdir.
225
İmitasiya - bədəl, bənzətmə, saxta.
İmport - /latınca
importo - daxil edirəm/ görünən, görünməyən və kapitalın importu adlanan üç
böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xarijdən alınan
məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə
xidmətlər sferasında ehtiva olunur. Buraya konkret olaraq ölkə vətəndaşlarına xarici
kompaniyaların xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan
turist yollanışlarının alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir.
Kapital importuna isə
xarici investorların milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli
müxtəlif layihələrdə investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import
kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər. Ticarət balansına isə
eksport və importun ilk iki kateqoriyası aid olunur. Müsbət ticarət balansı ölkənin iqtisadi
vəziyyətinin yaxşı olduğunu ifadə edir. Bu sırada Yaponiya ölkəsi ənənəvi olaraq yüksək müsbət
balansa - profisitə malikdir.
İnhisar - /monopoliya/ - /yunanca
monos - vahid, +
poleo - satıram/ rəqabət meydanında tək
hakimiyyətlik.
İndeksasiya - inflyasiya şəraitində pul tələblərinin və müxtəlif gəlirlərin real miqdarını saxlama
xüsusiyyətdir.
İnnavasiya - texnika və texnologiyanın yeni növlərini təmin edəcək bir proses kimi vəsaitlərin
iqtisadiyyatda yerləşdirilməsi deməkdir. Geniş mənadə innovasiya elmi-texniki,
intellektual
potensialı səfərbər edərək səmərəliyin və digər iqtisadi fərqlənmələrə nail olmanı əhatə edən
tədbirlər sistemidir. Texnologiya istehsalı sferasında və idarəetmədə yeni yaranışları ifadə edən
latın mənşəli isim kimi innovasiya /latınca
innovare/ yeniləşmə mənasında interpretasiya olunur.
İlk dəfə innovasiya termini Amerika iqtisadçısı Yozef Şumpeterin /1883–1950/ 1912-ci ildə
yazdığı «İqtisadi inkişaf nəzəriyyəsi» əsəri ilə dövriyyəyə çıxarılmışdır. İnnavasiya anlayışını
ixtira və kəşf terminlərindən fərqlənir. Burada ümumiliklər qədər də yetərli müxtəlifliklər vardır.
Kəşf və ixtira əvvəllər mövcud və ijtimayiət üçün aşkar olmayan, kordinal və inqilabi
mexanizmləri ifadə edərək yeni fundamental həqiqətlərin təsdiqinə əsaslanır. Məqsədyönlü,
dəqiqləşdirilmiş, kollektiv nəticənin məhsulu olaraq innovasiyanın məramı daha çox praktiki
tətbiq səciyyəlidir. İqtisadi inkişafın ölçüsü artdıqca innovasiya anlayışı daha məzmunlu
əhəmiyyət kəsb edir. İnnovasya əvvəllər yalnız texnologiya sferası ilə məhdudlaşırdısa, müasir
zamanda o, istehsal idarəeməsinin təşkilatı metodlarını da əhatə dairəsinə qatmışdır.
İnsan kapitalı - insanın gələcək əmək gəlirlərinin çıxılmış dəyəri. Bilik, ixtisas, səriştə, təhsil
insan kapitalının indikatorlarıdır.
İnstitutsional - anlayışı X1X əsrin axırı və XX əsrin əvvəllərində ABŞ-da yaranmışdır.
İnstitutsional latın
sözü olan «institut» ifadəsindən əmələ gəlmişdir və bu ad altında cəmiyyətdə
qəbul olunmuş, həmçinin qanun formasında məhkəmləndirilmiş müəyyən adətlər, qaydalar və
təsisatlar nəzərdə tutulur. İnstitut anlayışı olduqca genişdir, o həm dövlət, korporasiya, həmkarlar
təşkilatı kimi, həm rəqabət, inhisar,
vergi kimi, həm sabit təfəkkür tərzi kimi və həm də hüquqi
normalar kimi şərh edilir.
İnstitusionalizm - müasir mərhələdə postsosialist transformasiyasının nəzəri mənbəyi kimi də
baxılır. O, iqtisadi təfəkkür və düşüncəni istiqamətləndirir. Burada iqtisadi qərarların qəbulunda -
institutlar, dövlət, qanunçuluq, ictimai təşkilatlar, strukturlar, ənənə və sair iqtisadi, qeyri-iqtisadi
xarakterli
təsisatlar mühüm rol oynayaraq, iqtisadi münasibətlər şəbəkəsində əhəmiyyətini
nümayiş etdirir. İqtisadi münasibətlərin subyektlərini, şəxsi maraqlarını öyrənməyə etiraz edən