240
Kuveyt, Liviya, Niqeriya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı daxildir. Digər
ölkələrin assositativ üzvülüyü OPEK nizamnaməsində əksini tapmışdır.
Operativ uçot - daxili üçot sistemidir. O, təsərrüfat proseslərinə nəzarət və onları operativ idarə
etmək üçün aparılır. Muqavilə prosesi
və öhdəlikləri marketinq, iş və xidmətlərin hazırlanması
operativ uçotu səciyyələndirən cəhətlər sırasındadır.
Optimallaşma - ən yaxşı seçim.
Ortaq şirkət - elə şirkət və ya hər hansı hüquqi şəxsdir ki, göstərilən tərəf həmin şirkətin və ya
hər hansı digər hüquqi şəxsin ümumi yığıncağında səslərin 50%-dən çoxunu təmin edən
səhmlərin bilavasitə və ya dolayısı ilə sahibidir.
Overdraft - cari hesabdan ayrıca ödəmələr formasında bankın bu hesab sahibinə verdiyi kreditin
məbləğidir. Belə kreditin miqdarı, onun təminat forması, ödənişlərin müddəti və digər şərtlər
bank və cari hesab sahibi arasındakı razılaşmalar üzrə aparılır.
Overtaym - gəminin yüklənməsi və boşaldılması ilə bağlı nəzərdə tutulmuş iş vaxtından əlavə
vaxtlara görə işçilərə verilən haqqdır.
Ödəmə balansı - hər hansı bir ölkəyə xarijdən daxil olan valyuta gəlirləri
ilə elə həmin ölkənin
müəyyən müddət vaxt keçdikdə icra etdiyi ödəmələr arasındakı qarşılıqlı münasibətdir.
Ödənişqabiliyyətlilik - mühüm maliyyə iqtisadi amil kimi daha çox çəkiyə malikdir. O,
operativlik, manevrliliyin təminatçısı kimi çıxış edərək istehsalın fasiləsizliyini, səmərəliliyi,
uzun və qısa müddətdə öhdəliklərin reallaşdırılmasını gerçəkləşdirir və maliyyə riski, iflas
ehtimallığını ölçüləndirən əlavə kapitalın cəlbedilməsi imkanlarını səciyyələndirir.
Ödəməmələr - real bazar ölkələrində sürəkli borclar terminologiyada təsbit olunmur. Milli
iqtisadiyyatda işlədilən «ödəməmələr» və «qeyri-ödənjlər» termini də Sovetlər İttifaqının
maliyyə sistemindən miras qalmış vaxtı ötmüş debitor və kreditor borclarını mənalandıran rus -
«neplateci» sözünün milli tərcümə variantıdır. Lakin onun ensiklopedik interpretasiyası isə
borclunun kreditorla hesablaşmadan, o cümlədən, akseptdən, vekseldən
tədiyyəçinin imtina
etməsi, digər anlamda ödəmə və ayırmaların daxil olmamasını ifadələndirir.
Ökzülər - qiymətli kağızların və valyutaların artırılma kursunda iştirak edən birca dəllalları
sazişlərinin icra ecilməsi anında səhmlərin artırılma kursu hesabına, yəni gəlirin kurs fərqindən
çıxarılması məqsədilə sazişlərin bağlanılmasında qeyd olunmuş kurs üzrə səhmlər alırlar. Bu
termin öküz buynuzlarının zərbəsi istiqamətinə bənzətmə yolu ilə, yəni aşağıdan yuxarıya
yaranmışdır.
Özəlləşdirmə /privitizasiya/ - /latınca
privatus - şəzsi/ dövlət mülkiyyətini şəxsi əllərə
verilməsi. Milliləşdirmə prosesinin əksi.
Panel tədqiqatlar - sadə interpretasiyada tədqiqat aparmaq üçün seçilmiş insanlar qrupu. Burada
mahiyyəti
ondan ibarətdir ki, müəyyən zaman kəsiyində fasiləsiz olaraq hər bir komanda
üzvündən fasiləsiz informasiya alınsın.
Pablik rileyşnz - /
rublic realations ingilis dilindən tərcümədə «ictimai əlaqələr», «ictimai
münasibətlər», «kütlə üçün hekayət» kimi, mənaları ifadələndirir/ yaranışı və inkişafı cəmiyyət
qanunları, ictimai ənənə və tələblərlə şərtlənmişdir. ABŞ-da geniş intişar tapan demokratik
241
prinsiplər və vətəndaş cəmiyyətinin yetginliyi pablik rileyşnzin yaranış zərurətini diqtə
etmişdir.Firma ilə cəmiyyət arasında idarə edilən
kommunikasiya prosesi kimi, pablik rileyşnz
ictimaiyyətə sosial lüzumlu, təbliğat xarakterli olmayaraq özünün fəlsəfi qayəsi, kommersiya və
digər məqsədləri informasiya edir. Burada başlıca şərtlərdən biri də ictimaiyyətlə əlaqələrdə milli
mentalitet elementlərinə müvafiq olan əlaqələr sistemini yaratmaqdan ibarətdir.
Parafirləmə - iştirakçıların nümayəndələri tərəfindən razılaşdırılmış mətnlərin axırında, bəyən
onun hər bir vərəqində müqavilələr, danışıqlar nəticəsində işlənmiş razılaşmanın
təsdiq edilmə
formasıdır.
Paritet - latınca bərabərlik deməkdir.
Paritet İstehlak Qabiliyyəti /PİQ/ - müxtəlif ölkələrin valyutalarının, pul vahidlərinin müqabil
nisbəti. Əsas əmtəə və malların alışı üzrə təyinat tapır.
Patent - ixtiraya verilmiş və mühafizə obyektinin müəyyən müddət ərzində istifadəsində patent
sahiblərinin qeyri-adi hüququnu təsdiq edən mühafizə sənədidir.
Patent rüsumu - ixtiraların sənaye nümunələrinin, faydalı modellərin
patentləşdirilməsi ilə,
həmçinin patent qanunları əsasında müəyyən edilmiş qaydada və miqdarda ticarət nişanlarının
qeyd edilməsi ilə əlaqədar funksiyaları yerinə yetirilməsinə görə patent idarəsindən alınan
yığımdır.
Pərakəndə satış qiymətləri - qiymətlərin əmələ gəlməsi prosesinin son mərhələsinin nəticələri
və xalq istehlakı məhsullarının faktiki satış qiymətləridir. Bu qiymətlərlə məhsullar birbaşa
istehlak sferasına daxil olur. Pərakəndəsatış qiyməti kəmiyyətcə sənaye topdansatış qiyməti ilə
ticarət əlavələrinin /güzəştlərinin/ məcmusundan ibarətdir.
Podratçı - birlikdə bütün podratçı-öhdəlik götürmüş tərəflər deməkdir. Subpodratçı podratçı və
ya əməliyyat şirkəti ilə birbaşa və ya vasitəli müqavilə üzrə, yaxud onların adından tərəflər
arasında bağlanmış sazişlə əlaqədar
mallar göndərən, işlər görən, yaxud xidmətlər göstərən hər
hansı fiziki və ya hüquqi şəxs deməkdir.
Polifuksional - /
poli- çaxlu
mononun əksi/ -çox və geniş funksional mənasını ifadələndirir.
Preferrensiyalar - ayrı-ayrı ölkələrin və ya bir ölkənin malları ölkəyə idxal edildikdə onların bir
hissəsinə və ya hamısına münasibətdə dövlətlər tərəfindən təyin olunmuş xüsusi, imtiyazlı daha
üstün gömrük rüsumlarıdır.
Prinsip - latınca əsas, başlanğıc deməkdir.
Prioritet – üstün, öncə deməkdir.
Prifiks - müəyyən edilmiş elə bir qiymətdir ki, onu aşağı salmaq və ya yuxarı qaldırmaq olmaz.
Prokurist - bəzi ölkələrdəki ticarət müəssisələrinə vəkil edilmiş istənilən
hər cür sazişləri
bağlamaq üçün qeyri-məhdud səlahiyyəti olan şəxsdir.
Prolonqasiya - müqavilənin, razılaşmaların iş müddətinin uzadılması mənasını daşıyır.