246
Sığorta bazarı - maliyyə-pul münasibətlərinin xüsusi bir bölməsidir.
Burada bazar
münasibətlərinin obyekti kimi spesifik bir əmtəə alqı-satqı əməliyyatlarının iştirakçılarına
göstərilən sığorta xidməti çıxış edir.
Softlaşma - bir hadisə kimi qeyri-material resurslarının, o cümlədən, müxtəlif-servis xidməti,
cəmiyyətin intellektual potensialı, işçi qüvvəsi və kadr hazırlığı konsaltinq, ekspert, idarəetmə
sənətkarlığının iqtisadi inkişafın amilinə çevrilməsi kimi xarakterizə etmək olar.
Solo-veksel - ödəməni icra etməyə borclu olan bir şəxsin imzası ilə vekseldir.
Son hədd xərcləri - növbəti /sonuncu/ məhsulun hazırlanmasına
sərf olunan xərclərin
kəmiyyətini xarakterizə edir. Əgər məhsul istehsalı bir-bir artarsa, son hədd xərclərinin
kəmiyyəti ümumi istehsal xərclərinin qonşu kəmiyyətlərinin fərqi kimi; yox, əgər məhsul
istehsalı çox miqdarda artıqda isə həmin kəmiyyət ümumi xərclərin artım miqdarının məhsul
buraxılışının sayının artmasına olan nisbəti kimi müəyyən edilir.
Sovet neft hasilatının tarixi mərhələləri - 1.1919-28-ci illər - Qafqaz mədənlərinin bərpası,
2.1929-40-cı illər - Qafqaz neftinin artımı və Volqa boyunda «1-ci Bakının açılışı», 3.1941-45-ci
illər Böyük Vətən müaribəsi illəri - Volqa-Ural əyalətinin əhəmiyyətinin artımı, 4.1946-70-ci
illər - Qafqaz yataqlarının potensialının bərpası və 2-ci Bakının, o cümlədən, yeni yataqların
işlənməsi, 5.1971-ci ildən başlanır-Qərbi Sibir yataqlarının işlənməsi dövrlərini əhatə edir.
Sövdələşmə qiymətləri - adətən, sövdələşmələr bağlanarkən tətbiq edilir. Bəzən faktiki
sövdələşmə qiymətləri təklif qiymətlərindən xeyli fərqlənir.
Spot - əmtəənin təcili verimi və ona müvafiq ödənişi əks etdirir.
Ssuda - rus sözü olub elə kredit deməkdir.
Staqnasiya - iqtisadiyyatada, ticarətdə sıfır, mənfi iqtisadi artım və ya durğunluq deməkdir.
Staqflyasiya - iqtisadiyyatda istehsal səviyyəsinin inkişafının dayanmasının və hətta aşağı
düşməsinin arasıkəsilməz qiymət artımının sürətləndirilməsi ilə əlaqələndirilməsidir.
Standart-kost - daxili auditin tərkib hissəsi kimi, standart-kost smeta nəzarətini rəhbər tutur.
Faktiki göstəricilərin təsbit edilmiş standartlarda smeta fərqliliyinin müəyyən olunması, mənfəət
və xərclər baxımından mümkün korrektələrin qeydiyyatı standart-kost
sisteminin ana xəttini, əsas
struktur komponentini təşkil edir.
Statika - sükunət, dinamika.
Statistika - /italyanca
stato, latınca
status - dövlət/ iqtisadi informasiya və göstəricilərin
toplanması, emali və təhlili prosesi.
Statistik uçot - kütləvi müşahidə, müqayisə, qruplaşdırma, təhlil, statistik məlumatların alınması
və işlənməsini ifadə edir. Burada ölçü sistemi çoxşaxəli və genişdir.
Stividor - nəqliyyat-ekspeditor təşkilatları barədə tətbiq olunan ümumi addır.
Stok-Not - eksportyor tərəfindən satışa təklif olunan meşə materiallarının bəzi növlərinin
xüsusiyyətini xarakterizə edən ifadədir.
247
Strateji planlaşdırma -
statistik, normativ, balans və ekspert metodlarını əks etdirən
planlaşdırma strateji aspektdə komplekslilik, sistemlilik kimi prinsipal əsaslarda qurulan təyinatı
ilə seçilir. Strateji planlaşdırma üç əsas mərhələdə: diaqnostika,
məqsədlərin
müəyyənləşdirilməsi və təyinatı, tədbirlərin - strategiyanın işlənməsi və reallaşmasında ehtiva
olunur.
Struktur işsizlik - istehlak tələbinin tərkibində və istehsal texnologiyasında baş verən
dəyişikliklər nəticəsində əmələ gəlir. Çünki belə dəyişiklik bəzi ixtisaslara olan tələbi azaldır və
ya ümumiyyətlə heç tələb olmur.
Subsidiya - /latınca
subsidium - kömək, yardım/ milli istehsalın müdafiəsi və inkişafı üçün
dövlətin ayırdığı vəsait. Dotasiya və qrant kimi növləri vardır.
Subvensiya - yerli orqanlara və ya ayrı-ayrı təsərrüfat sahələrinə müəyyən məqsədlər üçün
verilən dövlət maliyyə yardımı formasıdır.
Subkomitent - istehsalçının malın satılmasını həvalə etdiyi şəxs.
Sublisenziya - lisenziyaların üçüncü şəxsə satılmasında lisenziata verilən hüquqdur.
Sürüşkən qiymətlər - uzunmüddətli istehsal dövrünə malik olan məhsullarla ticarət
sövdələşmələrində istifadə edilir.
Svift - beynəlxalq ödəmələri kompyüter şəbəkələri vasitəsilə həyata keçirməkdə
avtomatlaşdırılmış sistemdir.
Svop - ingiliSCə dəyişmə deməkdir, yəni müəyyən müddətdən sonra geriyə dəyişmək öhdəçiliyi
ilə milli valyutanın xarici valyutaya dəyişməsi üzrə əməliyyat mənasını daşıyır və mərkəzi
banklar arasında həyata keçirilir. Kontraktın xüsusi tipi. Burada hər iki
tərəf müəyyən intervalda
tədiyyə mübadiləsi edir.
Şaquli İnteqrasiya olunan Təşkilat /ŞİT/- axtarış və kəşfiyyatdan son istehlakçıya - yanacaq
doldurma məntəqəsinədək tsikli əhatə edən konqlomerat təşkilat. 1879-cu ildə Bakıda
«Nobel
qardaşları yoldaşlığı» Neft Şirkəti ilk ŞİT hesab olunur. 1882-ci ildə ABŞ-da «Standartoyl»
timsalında bu nümunə təkrar olunmuşdur. Bir çox xüsusiyyətlərinə görə ARDNŞ-də ŞİT
təyinatlıdır.
Şirkətlər alyansı - üç tarixi mərhələni əhatə edərək: köhnə ittifaqlar - tarixi ənənəyə əsaslanır,
ikinci dalğalı alyanslar - daha mütəşəkkil biznesə və idarəetmə mexanizmlərinə əsaslanır,
şəbəkəli alyanslar - partnyorların sayı, ərazi müxtəlifliyi texnoloji həlqənin mürəkkəbliyi ilə
fərqlənir və daha mükəmməl menecer hazırlığı tələb edir. Hər üç alyans növü zəmanəmizdə
paralel inkişaf tapsa da daha çox strateji alyanslar adlanan ikinci və üçüncü növ alyanslar
mütərəqqi hesab edilir.
Taym-çarter - ticarət gəmisinin və ya onun hissəsinin müəyyən müddətə /adətən 12
aydan çox
olmayaraq/ icarəyə verilməsi barədə dəniz müqaviləsidir.
Taymşit - xarici dəniz daşımaları zamanı gəminin yüklənməsi və ya boşaldılmasına gedən
faktiki vaxtın müddəti qeyd edilən dəniz sənədidir.
Tantyema - gəlirdən faiz növündə səhmdar cəmiyyətinin, bankın, sığorta kompaniyalarının
direktorlarına və ali qulluqçularına verilən mükafatdır.