234
Maliyyə - /fransızca
financia əldə olan vəsait, kəlir/ pul vəsaitləri fondlarının bölgüsü,
yenidən
bölgüsü və istifadəsi ilə əlaqədar yaranan münasibətlər sistemidir. Bu münasibətlər dövlətlə
hüquqi və fiziki şəxslər, hüquqi şəxslər, həmçinin dövlətlər arasında baş verə bilər.
Maliyyə dayanaqlığı - səmərəli ödəniş sisteminin yaradılması, kreditorlar. büdcə ilə
hesablaşmalarının optimal sxem üzrə aparılması əsas konturagentlərlə operativ qarşılıqlı təmas,
iqtisadi alətlərindən rasional istifadə maliyyə möhkəmliyini gücləndirən şərtdir.
Maliyyə məsrəfləri - LİBOR məbləğinin dördə biri hissəsinin üstəgəl illik 4%-in hər təqvim
kvartalının axırında əsaslı məsrəflərin və əməliyyat məsrəflərinin ödənilməmiş saldosu ilə hasili
deməkdir.
Maliyyə planı - məqsədi maliyyə resurslarının mümkün həcminin təyinatı,
maliyyə göstəriciləri
üzrə ehtiyat və kapitalın proqnozlaşdırılmasıdır. Maliyyə planlaşdırılmasının mühüm cəhəti
təsərrüfatlaşan obyektin gəlir və xərclər mərkəzini təyin edən strategiya ilə bağlıdır.
Gəlir
mərkəzi təsərrüfatlaşan subyektə maksimal mənfəət gətirən bölməni əhatə edir.
Xərc mərkəzi isə
az rentabelli qeyri-kommersiya xarakterli, lakin təsərrüfat-ticarət prosesində mühüm rol oynayan
bölmədir. Bir çox Qərb firmaları maliyyə planlaşdırılmasında «iyirminin-səksənə» qaydasına
üstünlük verirlər. Burada 20% kapital xərci, 80% mənfəət verməlidir. Qalan 80% kapital isə 20%
mənfəətə bərabərdir. Bu prinsip köhnə istismar sahələrində maliyyə və mənfəət planlaşmasında
rəhbər tutulması, müvafiq mədən komplekslərində eksperiment layihələrin tətbiqində sınanması
da məqbul hesab edilməlidir. Qəbul olunmuş praktikaya görə maliyyə planlaşdırılması, adətən
beşillik müddətə müəyyən edilir. Bununla yanaşı perspektiv, cari və operativ planlaşdırma da
həyata keçirilir.
Maliyyə resursları təşkilatın cari və geniş təkrar istehsal xərclərini və habelə maliyyə
öhdəlikləri, iqtisadi stimullaşdırmanı nəzərdə tutan sərəncamda olan pul vəsaitləridir.
Maliyyə uçotu - maliyyə-mühasibat hesabatlarının tərtibi üçün lazımı məlumatların alınması
uçotu. Bu üçot məlumatları həm daxili və həm xarici informasiya istifadəçiləri
üçün də gərəkli
hesab olunur. Maliyyə uçotunda təsərrüfat əməliyyatları yalnız pul ifadəsində mühasibat uçotu
hesablarında baş verən tarixə yazılır. Bu uçotun mühüm prinsiplərindən biri maliyyə
hesabatlarının təqdim edilməsinin daimliyi və dövrülüyüdür.
Maye və sıxılmış qaz - Maye qaz əsasən propan-butan qazlarının mayeləşməsindən alınır.
Propan və butan, o cümlədən, onların qatışıqları bir neçə atmosfer təzyiqində çox asanlıqla maye
halına keçirirlər. Qazlardakı bu xüsusiyyət qaz sənayesinin ayrıca bir sahəsinin yaranmasına
səbəb olmuşdur. Propan-butan qarışığı adi otaq temperaturunda 3-5 atmosfer təzyiqində maye
halındadır. Daha dəqiq isə propan üçün 25 selsi hərarət və 10 atmosfer təzyiq,
butan üçün isə
eyni hərarətdə 2 atmosfer təzyiq lazımdır ki, onlar maye halına keçsinlər. Butan-propan
qarışığının istilikvermə qabiliyyəti metan qazından üç dəfə yüksəkdir. Propan və butan qazalin
və neftayırma zavodlarında istehsaldan keçərək alınır. Belə sıxılmış qaz maye qaz adlanır və
xüsusi hermetik balonlara yığılaraq istehlak olunur. Bundan başqa təbii metan qazını sıxmaqla
maye halına gətirmək mümkündür. Bunun üçün onun soyudulmasına ehtiyac vardır. Soyutma
proseslərə ammiyak və etilen kimi reagentlərdən istifadə olunur. Təbii metan qazının
sıxılmasında
drossellənmə metodundan istifadə olunur. Drosellənmə qazın maye seli kanalının
daralmış hissəsindən keçərkən təzyiqin azalması effektidir. Əsasən bu metoddan qazların mayeyə
çevrilməsində istifadə olunur. Maye qaz ətraf mühitin hərarətindən asılı olaraq ya buxarlanır, ya
da maye halına keçir və qaz halına keçdikdə 230-270 dəfə öz həcmini artırır. Bu propan-butan
qaz qarışığının 1 m
3
-in orta istiliktörətmə qabiliyyəti 25 min kilokalori təşkil edir. Maye qazdan
səmərəli istifadə etmək üçün qazın temperaturu mənfi 20-250 selsiyə qədər aşağı salınır
və onun
235
tərkibinə tələb olunan qədər hava vurmaqla hava-qaz qarışığından ibarət təbii qazı əvəz edən
yanacaq qazı alınır. Alınan qazın istiliktörətmə qabiliyyətinə görə fərqlənmir və bu hava-qaz
qarışığını istənilən mümkün ərazində xüsusi qurğularda istehsal edərək mövcud qaz şəbəkələrinə
vermək mümkündür.
Marketinq - /latınca
mercare - ticarət, alış veriş etmək/ menejmentin yaradıcılıq funksiyası
olmaqla firma xaricində yaranan meyllərin, onun istehsal tələblərinə təsir edən amillərin
məcmusudur. Bir sənət kimi, marketinq istehlakçıya yüksək tələbli əmtəə və xidmətlərin
təklifini verməklə, qiymətin düzgün təyin olunmasını, satış kanalını seçmək və reklamı təşkil
etməni gerçəkləşdirir. Obrazlı deylimdə əgər bazar alıcı və satıcının
görüş yeridirsə, marketinqin
fəaliyyəti onların görüşünə kömək etməkdən ibarətdir. Konkret bazarın problem və
perspektivlərini, tələblərini kompleks öyrənmək, müəssisənin imkanları çərçivəsində əmtəə
assortimentini planlaşdırmaq, bazar tələbi ilə müəssisə imkanlarının üst-üstə düşməsi ilə tələbi
formalaşdırmaq, satış tədbirlərini və əməliyyatlarını təmin etmək, planlaşdırmaq marketinqin
əsas funksiyalarını ehtiva edir
.
Marca - malların qiməti, qiymətli kağızların kursu və sair göstəricilər arasındakı fərqi qeyd
etmək üçün ticarət, birca sığortası və bank təcrübəsində işlədilən termindir.
Ticarət təcrübəsində
marca dedikdə, adətən, malların alınma qiyməti ilə satılma qiyməti arasındakı fərqi nəzərdə
tutulur.
Medio - latın sözü olub, birca sazişlərinin ayın ortasına yerinə yetirilmə müddətidir.
Memorandium – xarici ticarət təcrübəsində yaddaş qeydiyyatıdır.
Menecer - /mürəkkəb ingilis sözü istehsal və insanları idarəetmə fənləri ifadə edir/ idarəetmə
mənasını daşıyır.
Top menecer isə baş menecer.deməkdir.
Meqaekonomika /interekonomika/- dünya təsərrüfatı.
Mezoekonomika - makroiqtisadiyyatın yarımsistemləri olub, bir-biri ilə üzvi bağlı sahələr
kompleksidir. Məsələn, aqrar-sənaye kompleksi, aqrar-biznes, hərbi-sənaye kompleksi və sair.
Bunların maddi əsasını əmək bölgüsü və kooperativləşmə təşkil edir.
Meta - sazişin şərtlərinə müvafiq olaraq, onun iştirakçılarının gəlirləri və ziyanları tən yarı
bölünməsi mənasını daşıyır.
Mənfəət - müəssisənin ən mühüm sərvəti, əlavə və ehtiyat enerji qaynağı kimi bazar
münasibətləri şəraitində iqtisadi səmərəni, maliyyə resurslarının, müxtəlif təyinatlı fondların
fundamental əsasını təşkil edir. Gəlirlərdən xərclər çıxıldıqda mənfəət yaranır. Bazar
iqtisadiyyatı şəraitində mənfəətin əldə edilməsi istehsalın bilavasitə məqsəd və məramında ifadə
olunaraq onun sonrakı davamlı fəaliyyətinin qarantı, rəqabət və riski
mülayimləşdirən faktor
kimi çıxış edir. Fəaliyyət nəticəliyindən asılı olaraq mənfəət əsas və ondan kənar reallaşmadan
əldə edilən və sair daxilolmalar, cərimələr, müamilələr, valyuta məzənnəsi kimi, kateqoriyalara
bölünür.
Bununla belə, mənfəətin əldə edilməsi başlıca şərt olsa da, onun təminat perspektivi
həmişə müsbət nəticəli olmur. Maya dəyəri ölçüləri daxilolmaları üstələdikdə, maliyyə nəticəliyi
mənfəətin əksinə olaraq zərərlə bitir. Məhz buna görə də, planlaşdırma pozitiv istiqamətlə yanaşı
neqativ amilləri də nəzərə almalıdır.
Mənfəət karbohidrogenləri - əməliyyat məsrəflərinin əvəzi ödənilməsi üçün lazım olan xam
neftin və sərbəst təbii qazın miqdarıdır.