33
Dayanaqlı inkişaf konsepsiyası yalnız qlobal hadisələri təcəssüm etdirmir.
Onun məğzini
daha çox normativ iqtisadiyyat aspektində lokal ekoloji mədəniyyətin inkişafı və tam bərqərar
olması təşkil edir. Bu baxımdan bizim respublikamızdada sosial-iqtisadi tərəqqi dayanaqlı inkişaf
prinsiplərini nəzərə almadan yetkinləşə bilməz. Məhz buna görə də Azərbaycan Respublikasının
prezidenti möhtərəm Heydər Əliyev cənabları təbii ehtiyatlardan səmərəli istifadəyə, ekosivil
cəmiyyət quruculuğu problemlərinə xüsusi qayğı və diqqətlə yanaşır. Ölkə prezidentinin 18
fevral 2003-cü il tarixli «Azərbaycan Respublikasında ekologiyaya dair milli proqramın təsdiqi
haqqında» müvafiq sərəncamı, bu sahədə mövcud digər fərman və qərarları milli sosial-iqtisadi
tərəqqinin dayanaqlı inkişaf konsepsiyası əsasında hərəkətinin yeni paradiqmasını təşkil edir.
Müvafiq strateji istiqamətdə irəliləyiş Azərbaycanın da dayanaqlı inkişaf prinsipləri əsasında
sosiallaşan bazar iqtisadiyyatına keçidini reallaşdıracaqdır. Bunun üçün isə respublikanın
təsərrüfat həyatında daha dərin sosial-iqtisadi institusional dəyişikliklərə müvəffəqolmada bütün
səylər səfərbər edilməlidir. Hər bir təsərrüfat subyekti milli mənafeləri ruhunda innavasiyon
nailiyyətlərdən dolğun istifadə edərək fəaliyyət motivasiyasını qənaətli, ekosivil, ətraf
mühitə
zərər vurmayan prioritetlər üzərində qurmalıdır.
İqtisadi quruculuq təbiət təmasları ilə qarşılıqlı münasibətdə əks olunur. Buna görə də
iqtisadiyyatın ətraf mühitə ciddi təsiri danılmaz fakta çevrilir. Ətraf mühitə planetar miqyasda ən
çox karbohidrogen resurslarından istifadə təsir edir. Belə gerçəklik iqtisadiyyatın əsasını, onun
xammal bazasını köklü təbəllüdatlara uğradır. İlk perspektiv mərhələdə bəşəriyyət təsərrüfat
həyatında bərpaolunan enerji mənbələri, günəş və küləkdən istifadəyə keçidi təmin etməlidir.
Artıq bu istiqamətdə inkişaf meyli açıq aydın sezilir. Statistikaya görə 1990-2000-ci illərdə neftin
1%, təbii qazın 2% istehlak artımı müqabilində külək enerjisindən istifadə 25%, günəş
enerjisindən 20%, geotermal enerjidən isə 4% yüksəlmişdir. Klassik neft ölkəsi olmasına və
zəngin karbohidrogen resurslar potesialının malikliyinə baxmayaraq respublikamızda da
bərpaolunmayan enerji mənbələrindən istifadə geniş intişar tapmalıdır.
Azərbaycanın neft sənayesində uzun illər davam edən ekstensiv və intensiv hasilat prosesi
respublikamızı kəskinləşən ekoloji proseslərlə üz-üzə qoymuşdur.
Təkcə Abşeronda bu və ya
digər səbəblərlə çirklənmiş torpaqların ümumi sahəsi 35 min hektardan çoxdur. Üzləşdiyimiz
problemin həlli mürəkkəb, yüksək kapital tələb edən fazaya daxil olmuşdur. Aydın faktdır ki,
bütün hasilatçı və industrial neft ölkələri kimi bizi də postneft epoxası gözləməkdədir. Ona görə
də milli sənaye siyasətində iqtisadiyyatın ekologizasiyası dərin kök salmalı, energetik
strategiyada bol günəşli və küləkli təbiətimizdən real istifadə aspektləri dolğun əksini tapmalıdır.
Ekoloji iqtisadiyyat həm də yoxsulluq problemlərini daha effektli həll etmək iqtidarındadır və o
ilk növbədə yeni peşələrin yaranacağını, bununla da iş yerləri sırasının genişlənəcəyini labüd
edəcəkdir.
İstənilən ölkənin milli sərvətləri ümumi toplumda təbii, əmlak və insan kapitalı göstəriciləri
ilə ölçülür. BMT-nin və Dünya Bankının Yer planeti üzrə bu resursların bölgüsündə təbii
sərvətlər 20%, əmlak 16%, insan kapitalı 64% təsnifatındadır. Rusiyada müvafiq göstəricilər 83-
88%, 7-10%, 5-7% təşkil edir. Milli sərvətlərin müvafiq optimal konfiqurasiyada
bölgüsü xüsusi
həyati əhəmiyyət kəsb edir. Məlum reallıqdır ki, SSRİ dövlətinin dağılmasının iqtisadi
aspektlərindən biri kimi də son vaxtlar milli sərvətlərin 1 rubl miqdarında artmasına rəğmən 2,2
rubl xərclənməsi faktı da dayanmışdır. Azərbaycan da bu göstəricilər konfiqurasiyası baxımından
yetərli və ümidli dövlətlər sırasındadır. Bununla belə qeyd olunmalıdır ki, beynəlxalq sferada
milli sərvətləri təyin edən dəqiq metodika hələ ki, yoxdur.
Yeni reallıqlar sosial inkişafın idarəetmə sistemini də təbəllüdatlara uğradaraq onu
dayanaqlı inkişaf müstəvisində tərəqqisini stimullaşdırır. Bu sistemin əsasında BMT-də geniş
tətbiqini tapan İnsan İnkişafı İndeksi /İİİ/ durur. Ukrayna MEA-nın Təbiətdənistifadə və
Ekologiya Problemləri İnstitutunda isə regionların dayanaqlı inkişaf
müstəvisinə keçidini tədqiq
edən İİİ-nin təkmil variantı Sosial İnkişaf İndeksi /Sİİ/ işlənib hazırlanmışdır. Sİİ
normallaşdırılmış bərabəryüklü orta davamlı ömür müddətini, yaşlı əhalinin savad faizi və YDM-
in adambaşına düşən çəkisi kimi üç indikator üzərində qurulmuşdur. İİİ-dən fərqli olaraq Sİİ
34
aqreqat halında olan şaxələnmiş material inkişafı, intellektual resursların inkişafı, həyat
fəaliyyətinin mühafizəsi və insan resurslarının inkişafı əsasında 50 sosiometrik göstəricini ehtiva
edən dörd blokda formalaşır. Sİİ-nin geniş tətbiq sferasına çıxışı sosial-iqtisadi vəziyyətin təhlili
prosesini, məqsədli təyinatlı işləmələrin, idarəetmə qərarlarının qəbulunu yeni keyfiyyətli
səviyyəyə yüksəldəcəkdir. Bu sistem Sİİ-də inteqral təqdim olunmuş bütün sosial-iqtisadi
inkişafı quruluş elementlərini vahid metodoloji şəbəkədən təhlil etməyə imkan verəcəkdir.
Respublikamızda insan inkişafı və sosial inkişaf indekslərinin daha
geniş sferada tətbiqi və
hesabatlandırılması ehtiyacı gündəlikdə durur. Azərbaycanın zəngin təbii sərvətləri, insani
resursları və intellektual potensialı sosial-iqtisadi tərəqqinin daha yüksək və davamlı templərlə
irəliləyişində bənzərsiz güc toplumu təşkil edir. Bu potensialdan səmərəli istifadə etmək üçün
bütün resursları daha aktiv dövriyyəyə gətirməkdə dayanaqlı inkişaf konsepsiyası zəminində,
strateji planlar kontekstində əsaslandırılmış proqmatik səfərbərlik tələb olunur.
Bunun üçün isə
konkret olaraq aşağıdakı sistem tədbirlərin görülməsi şərtləndirilir:
1.
Dayanaqlı İnkişaf Konsepsiyasının əsas prinsiplərinin milli iqtisadiyyatın bütün
sferalarında geniş tətbiqinə nail olunması;
2.
iqtisadi sistemin sosiallaşan bazar iqtisadiyyatı relslərinə keçidinin təminat
strategiyasının işlənməsi;
3.
iqtisadiyyatın ekologizasiyası tədbirlərinin
gücləndirilməsi;
4.
energetik balansda bərpaolunan enerji mənbələrindən istifadə diapazonunun
genişləndirilməsi.
Dayanaqlı İnkişaf Konsepsiyası ekoloji məzmunlu olduğu qədər də sosial-iqtisadi
prioritetlidir. Azərbaycan iqtisadiyyatının bu konseptual əsaslar üzərində hərəkət planı
demokratik təsisatların daha geniş çevrədə bərqərar olunmasına, ölkə imicinin dünya birliyi
orbitində ucalmasını və ən əsası isə xalqın sosial həyat və rifahının yüksəlişinə təkan verəcəkdir.
2.4. Lberal iqtisadi missiya və milli istehsalin mühafizəsi
Ötən əsrin ilk çağlarında beynəlxalq ticarətin sürətlənən inkişaf prosesi dövlətləri yerli
istehsalçıların maraqlarına xələl gətirmədən bazarı idxal məhsulları ilə yükləmək dilemması
qarşısında qoydu. Vəziyyətdən çıxış yolunda proteksionist siyasət hərəkətə gəldi.
Vurğulanmalıdır ki, proteksionist siyasətin kökləri merkantilizmdən öncəki çağlara gedir. XVI
əsrdən başlayaraq isə o daha geniş çevrədə dövlətin iqtisadi siyasətində təşəkkül tapır. Məhz bu
zamanlarda iqtisadi düşüncədə ixracın idxalı üstələməsi prosesində dövlətin sərvətlərinin artması
fikri formalaşmışdır. XX əsrin ortalarında
məlum olmuşdur ki, sərt proteksionizm dünya
iqtisadiyyatının inkişafının məhdudlaşması ilə müşayiət olunur. Bu zaman ABŞ-da yeni iqtisadi
texnologiya - xarici ticarətdə məhdudiyyətlərin mütəmadi olaraq ləğvi, idxal və ixraca sürətlər
verən liberalizasiya strategiyası hazırlanaraq dövriyyəyə çıxarıldı. Beynəlxalq ticarətdə
liberalizasiyanın ideya bələdçisinə yenicə təşəkkül tapan Beynəlxalq Ticarət Təşkilatı çevrildi.
Latın mənşəli liberal isminin paronimləri liberalizasiya
/liberalization/ və liberalizm
/liberalism/ bir başa tərcümədə azad mənasını ifadə edir. Lakin bu istilahlar iqtisadi sferada ayrı-
ayrı anlayışlarda təcəssüm olunur. Liberalizasiya azad ticarətdə meyl artımını,
liberalizm isə
bazar iqtisadiyyatının bazisi olmaqla bu prosesləri öyrənən iqtisadi nəzəriyyəni tərənnüm edir.
İqtisadi müstəvidə liberalizasiya bazar iqtisadiyyatının alternativ ifadə variantında da işlənilir.
Liberalizm isə sərt dövlət tənzimlənməsi siyasəti «komanda iqtisadiyyatı» terminin antonimi
kimi də çıxış edir. İqtisadi liberalizm XVIII əsrdə Adam Smit təlimindən başlanğıc alır. XX əsrin
30-cu illərində Böyük depressiyadan sonra isə onun yeni formatlı axını, neoliberalizm meydana
gəlmişdir. Bu isə o deməkdir ki, biznes sferasında böhrandan çıxmağın oyun qaydalarını dövlət
müəyyən edir. Müasir zamanda liberalizm anlayışı əhəmiyyətli dərəcədə təbəllüdatlara
uğramışdır. Lakin onun şəxsi mülkiyyət, azad sahibkarlıq və azad rəqabət
kimi əsas prinsipləri
dəyişməz olaraq qalır.