27
AVSTRALİYA və OKEANİYA.
Bu makroregionda da hasilat
prosesi yenicə təşəkkül
tapmaqdadır. Regionun potensial həcmi 0,7 milyard tona bərabər ehtiyatları onun iqtisadi
parametrlərinə qeyri-müvafiqdir və bu səbəbdən də istehlak tələbləri yetərli olaraq idxal
məhsuluna əsaslanır. Bununla belə regionda hasilat templəri artıq illik 30 milyon ton həddini
aşmaqdadır.
RUSİYA və MDB.
Neft-qaz ehtiyatlarının iri hövzələri Qərbi-Sibir və Xəzərhövzəsinə
mənsubdur. Bununla belə regionun neft və təbii qazla zəngin yataqları əsaslı olaraq
Rusiyada
yerləşir. Neft və təbii qaz zənginliyi ilə Sibir torpaqları daha məhşurdur. Burada ilk neftin 1961-
ci ildə tapılmasına baxmayaraq hasilatın perspektivinə ümid edilmirdi. Elə bu vaxtlarda
Kremldən Sibir ərazilərində müvafiq fəaliyyətin dayandırılması üzrə sərəncam da verilmişdi.
Lakin məhşur geoloq Fərman Salmanovun inadkarlığı ilə burada qazma prosesləri davam
etdirilirdi. Geoloqun səyləri ümüdləri doğrultdu. Neft fontanlarının Sibirdə görüntüsü tarixi
yaddaşlarda özünəməxsusluğu ilə qaldı. Fərman Salmanov Sibir torpaqlarında küllü miqdarda
neft kəşf etdikdən sonra Moskvaya belə bir teleqram vurdu: «Mən neft tapdım. Bax belə.
Salmanov».
Rusiya ərazisində dünya proqnoz neft ehtiyatlarının 12%, təbii qaz resursların
1
/
3
-dən çoxu
və daş kömürün 20%-i cəmləşmişdir. Ölkə büdcəsinin 40%-i neft-qaz
sənayesindən daxilolmalar
hesabına formalaşır. Bununla belə, valyuta daxilolmalarında neft və qazın payı 25%-dən artıqdır.
Burada hər il orta hesabla 360 milyon ton neft hasil olunur. Bəzi hesablamalara görə ölkədə
hasilat həcmi daha templi artaraq və 2005-ci ildə 420, hətta 440 milyon ton neft təşkil edəcəkdir.
XXI əsrin əvvəlində dünya enerjidaşıyıcıları istehlakı aşağıdakı düzümdədir:
1.
Neft
40,2%;
2.
daş
kömür
25,4%;
3.
təbii
qaz
23,8%;
4.
digər enerji daşıyıcıları 10,6%.
Göründüyü kimi, dünya enerji daşıyıcılarının 90%-ə qədəri qazıntı yanacağına, o
cümlədən, 64%-i karbohidrogen resurslarına düşür. Aşağıdakı cədvəllərdə 2001-2003-cü illərdə
dunya neftinin tələb və təklif balansı verilmişdir:
Cədvəl 9
a
Balans sprosa i predlojeniə nefti v mire v 2002 q., mln barr./
2001-2003-cü illərdə dünya neftinə tələb
/
sutkada milyon barrel/
Ölkə-region və təşkilatlar
2001
2002
2003
Bütün tələb
76,5 76,8 77,8
İqtisadi İnkişaf və Əməkdaşlıq təşkilatı ölkələrində
47,7 47,6 48,1
Cənubi Amerika
23,9 24,0 24,3
Avropa
15,3 15,2 15,3
Asiya Sakit Okean Regionu
8,6 8,4 8,5
İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına daxil olmayan ölkələrdə
28,8 29,2 29,7
Keçmiş SSRİ-yə daxil olmuş dövlətlərdə
3,7 3,8 3,8
Asiya ölkələri
12,3 12,5 12,8
Latin Amerikası
4,8 4,7 4,7
Yaxın Şərq
4,8 5,0 5,1
Afrika
2,5 2,5 2,5
28
Cədvəl 9
b
2001-2003-cü illərdə dünya neftinə təklif
/
milyon barrel. sutkada
/
Ölkə-region və təşkilatlar
2001 2002 2003
Cəmi təklif
76,7
76,9
78,0
İqtisadi İnkişaf və Əməkdaşlıq təşkilatı ölkələrində
21,8 21,9 22,3
Cənubi Amerika
14,4 14,6 14,9
Avropa
6,7 6,6 6,6
Asiya Sakit Okean Regionu
0,8 0,8 0,8
İqtisadi İnkişaf və Əməkdaşlıq təşkilatına daxil olmayan ölkələrdə
23,1 24,4 25,3
Keçmiş SSRİ-yə daxil olmuş dövlətlərdə
8,6 9,4 10,1
Asiya ölkələri
5,7 5,8 5,8
Latin Amerikası
3,8 3,9 4,0
Yaxın Şərq
2,1 2,1 2,0
Afrika
2,8 3,0 3,1
Emalda itkilər
1,7 1,8 1,8
OPEK ölkələrində təklif
30,1 30,2 30,3
Mənbə : IEA, dekabr 2002 il.
Son 25 ildə enerji istehlakı 38% artmışdır. Bu artımda təbii qaz 65%, neft 12%, daş kömür
28%-lik çəkiyə malikdirlər. Ötən vaxt ərzində ilkin enerji resursları balansında təbii qazın
xüsusi
çəkisi 19%-dən 23,7%-ə yüksəlmiş, neft 49%-dən 40,1%-ə, daş kömür 30%-dən 26,2%-ə
enmişdir. Proqnozlara görə dünya neft istehlakı 2010-cu ildə 4,4 milyard ton, 2020-ci ildə isə 5,3
milyard tona çatacaqdır. Müvafiq olaraq bu illər ərzində neft defisiti hər il bir və iki milyard ton
təşkil edəcəkdir. Neft haqqında mülahizə yürüdərkən onun təbii qazla müştərək funksionallığı
yaddan çıxarılmamalıdır. Dünyada hər il təbii qazın istehsal və istehlak sferası genişlənməkdədir.
Dünya qaz ehtiyatları 150 trilyon m
3
-ə bərabərdir. Beynəlxalq Qaz İttifaqı proqnoz təbii qaz
ehtiyatlarını 400 trilyon m
3
hesab edir. İstehlak sferasında yenə də İqtisadi İnkişaf və Əməkdaşlıq
Təşkilatı ön mövqedə dayanır. Bu ölkələrdə istehsal həcmi stabil qalsa da
istehlak tələbi illik
kəsikdə 2030-cu ilə qədər müntəzəm olaraq 1,5% miqdarında artacaq və nəticədə 2030-cu ildə
istehlak həcmi 2000-ci ilə nisbətdə iki dəfə yüksələrək 900 milyard m
3
-i aşacaqdır.
Neftin iqtisadi gücü qədər siyasi potensialı da yüksəkdir. Son 50 ildə Yaxın-Şərqdə
çoxsaylı müharibələr və münaqişələr neftin kəskin qiymət artımında əks olunmuşdur. Burada ən
dramatik hadisələr 1948-ci il İsrail dövlətinin yaranışı, 1956-cı ildə Suveş böhranı, Misirinin
İsrail-Britaniya-Fransa koalisiyası ilə müharibəsi bütövlikdə Avropa iqtisadiyyatında təcəssüm
olunmuşdur. Belə ki, o zamankı Misir prezidenti Əbdul Camal Nasirin Suveş kanalında
tankerləri batırması, Fars körfəzindən neft daşınmalarının saxlanması Avropada olunmaz enerji
böhranı yaratmışdı. Yalnız hərbi əməliyyatların 1957-ci ildə dayanışı Avropa bazarlarına neft
daşınmalarının bərpasını təmin etmişdir. 1973-cü ildə Ərəb-İsrail müharibəsi zamanı yenidən
Misir və Səudiyyə Ərəbistanı neft silahından istifadə etdilər. Bununla onlar İsraili müdafiə edən
ABŞ və bir sıra Avropa ölkələrinə neft embarqosunun tətbiqini reallaşdırdılar. Bu zaman ABŞ-ın
keçmiş dövlət katibi Henri Kisenjerin təbirincə neft silah qismində ilk dəfə siyasi təhdid sursatına
çevrildi. Bu olay bütün Amerikanı silkələdi və kəskin olaraq amerikanlarla yanaşı, dünya
iqtisadiyyatında əks olundu. Neftin silah gücü özünü 1991-ci ildə İraq müharibəsində göstərdi.
İnkişaf
senaresi belədir ki, neftin dünya iqtisadiyyatında rolu və əhəmiyyəti hələ bir neçə
onillik yüksək reytinqli olaraq qalacaqdır. Bu reallıq neft bolluğu yaşayan Azərbaycanda çox
ciddiliyi ilə daimi nəzərdə və nəzarətdə qalmalıdır.