35
Beynəlxalq ticarətdə artım, istehsalın
yüksəlişində, beynəlxalq əmək bölgüsünün inkişafı
ayrı-ayrı əmtəə xərclərinin azalmasında ifadəsini taparaq liberalizasiyanın üstünlüklərini əks
etdirir. Lakin bununla belə, liberalizasiyanın az olmayan əleyhidarları da vardır. Əleyhidarlıq
elementləri özünü iqtisadi inkişaf etmiş dövlətlərin ikinci və üçüncü eşalonda təmsil olunan
ölkələrlə münasibətlərində disproporsiyaların mövcudluğunda nəzərə çarpdırır. Belə ki, dünya
bazarına əsasən xammal və kənd təsərrüfatı məhsulları çıxaran, yetkin iqtisadi inkişaf etməmiş
dövlətlər idxal əmtəələrinə qapılarını geniş açdıqda, onlara mənsub
yerli müəssisələr sadəcə
rəqabətə dözməyərək iflasa uğrayacaqlar. Perspektivdə isə milli sənaye sonrakı inkişaf
templərindən geri düşəcəkdir. İqtisadiyyatın bu ümumi qanunu bizim ölkəmiz üçün də eyni
təsirlidir. Buna görə də dünya bazarında əsasən xam neft və neft məhsulları ilə təmsil olunan
respublikada yerli istehsalın və milli biznesin mühafizəsinə qayğı daha da artırılmalıdır. Bu
istiqamətdə dünya təcrübəsində intişar tapmış iqtisadi mühafizə metodları və mexanizmlərindən
daha dolğun və sistemli istifadə edilməlidir. Dövlətin əlində daxili istehsalı qorumağın və milli
biznesi mühafizə etməyin arsenalı geniş və zəngindir. Tarazlaşdırılmış liberalizasiyon və
proteksionist tendensiyalı siyasət bu strateji istiqamətin prioritetlərini təşkil etməlidir.
Müasir proteksionist tədbirlər sistemi geniş şəbəkəlidir. Burada daxili bazarda milli
sahibkarlara müəyyən məhsulların istehsalı və satışı üzrə inhisarçı hüquqların,
vergi güzəştlərinin
verilməsi, subsidiyaların ayrılması əhəmiyyətli səciyyə daşıyır. Digər tərəfdən bu tendensiyada
əsaslı rolu antidempinq prosseduru oynaya bilər. Bazar iqtisadiyyatında geniş intişar tapan ingilis
mənşəli istilah dempinq konkret interpretasiyada tullamaq, iqtisadi sferada isə əmtəələrin xarici
bazarlarda maya dəyərindən aşağı qiymətə satılması mənasını ifadə edir.
Burada əsas prinsiplər
leytmotivində bazarın fəth olunması və rəqabətdə qələbənin təmin edilməsi hədəfi dayanır.
Dempinqdən mühafizə olunmaq məqsədi ilə bir sıra ölkələrdə antidempinq prossedurları, daha
dəqiq isə idxal mallara üstün gömrük rüsumlarının qoyulması tətbiq edilir. Dempinqlə bağlı
mülahizələr yürüdərkən idxalın-importun formalaşmış praktiki xüsusiyyətləri də nəzərə
alınmalıdır. Belə ki, import aşağıdakı təsnifatlı üç böyük kateqoriyaya ayrılır:
1.
görünən;
2.
görünməyən;
3.
kapital importu.
Görünən import real əmtəələrin hərəkəti kimi xarijdən alınan məhsulların ölkəyə
gətirilməsi və daxili bazarda satılmasını ifadə edir.
Görünməyən import isə xidmətlər sferasında
ehtiva olunur. Buraya konkret olaraq ölkə vətəndaşlarına xarici kompaniyaların xidmətlər
göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan turist yollanışlarının
alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir.
Kapital importuna isə xarici investorların
milli müəssisələrin səhmdarlarına
çevrilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə
investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import kateqoriyaları eksportla
birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər. Ticarət balansına isə eksport və importun ilk iki
kateqoriyası aid olunur. Müsbət ticarət balansı ölkənin iqtisadi vəziyyətinin yaxşı olduğunu ifadə
edir. Bu sırada Yaponiya ölkəsi ənənəvi olaraq yüksək müsbət balansa - profisitə malikdir.
Azərbaycanda da antidempinq təyinatlı prossedurlar tətbiq olunmaqdadır. Lakin bizim
tədqiqat məqsədimiz bu prossedurların təkcə konyuktur məqamlarla deyil, analitik hesablanmış,
elmi əsaslandırılmış çevrədə geniş tətbiq olunmasını şərtləndirir. Belə ki, müvafiq istiqamətli
siyasət balanslaşdırılmış meyarlar üzərində qurulmalıdır. Ölkə iqtisadiyyatını liberal axından
daha davamlı mühafizəsini təmin etmək üçün respublikamızın Beynəlxalq Ticarət Təşkilatına
daimi üzv kimi daxil olması zəruridir.
Azad sahibkarlıq və yaxud «xalis kapitalizm» iqtisadiyyatın liberallığını tərənnüm edən
mahiyyətdir. Lakin liberal iqtisadiyyatın imkanları da sonsuz deyildir.
Radikal liberalizmin
banisi F.Xayek zaman yetdikcə pullların sahibkarlar tərəfindən buraxılacağı perspektivini
dəyərləndirmişdir. Bu məqam isə liberalizmin hələ də məntiqi zirvəyə yetişmədiyini diqqətə
gətirir.
36
Liberal iqtisadiyyat və proteksionism siyasəti eyni iqtisadi mühərrikin hərəkətverici
qüvvələridirlər. Dayanaqlı sosial-iqtisadi inkişafa müvəffəq olmaq istəyən dövlət isə bu iki
seqmentin, liberalizasiya strategiyasının və proteksionizmin tarazlı proporsionallığını
inteqrasiyon proseslərdə dolğun təmin etməyə borcludur.
Liberalizim kapital dünyasının özəlliklərindən qaynaqlanır. Kapitalizmin liberal tənqidçisi,
məhşur filantrop, görkəmli iqtisadçı alim Corc Soros
kapitalizmi özünün təbirincə, bir neçə
kəlmə ilə izah etmək mümkün olmayan refleksivlik nəzəriyyəsində tənqid edərək vurğulayır ki,
refleksivlik nəzəriyyəsi sosial və iqtisadi hadisələrin izahında ənənəvi iqtisad elmində yer alan
konsepsiyalardan üstündür. Bazar fundamentalizmi kollektiv qərar mexanizmini ləğv etməklə
bazar dəyərlərini siyasi və ictimai dəyərlərdən üstün etməyə səy edir. C.Soros kapitalizmi tənqid
edərək
deyir ki, mən onun məhv edilməsini istəməyirəm. O bütün digər alternativlərdən
üstündür. Əksinə mən dünya kapitalist sisteminin özünüməhvinin qarşısını almaq niyyətindəyəm.
Bunun üçün bizə daha çox açıq cəmiyyət konsepsiyası gərəkdir. Kapitalizm sistemi isə açıq
cəmiyyətin təhrif olunmuş formasıdır.
İqtisadi tsikl eniş, depressiya, canlanma və yüksəlişi əhatə edən dörd fazadan keçir.
Yüksəliş iqtisadi inkişaf əyrisinin yüksək nöqtəsi depressiya isə onun aşağı həddidir. Bununla
belə qeyd olunmalıdır ki, ən müdrik depressiya iqtisadiyyat üçün gərəkli ola bilər.
Belə vəziyyət
iqtisadi sistemi daha səmərəli və canlı işləməyə vadar edir. Bu reallıq həm makro, mikro və həm
də meqa iqtisadiyyatda da eynən təzahürlüdür. Vurğulanmalıdır ki, depressiya yeni iqtisadi
tsiklik başlanğıcıdır. Bu baxımdan depressiyon faktor liberal iqtisadiyyatın əvəzləyicilərini
stimullaşdıracaqdır. Liberal iqtisadiyyatın əvəzləyiciləri sırasında isə virtual məkanlı onlayn və
silikli mənafeləri ifadə edən korporativ iqtisadiyyat hədəf seçilir. Hər iki istiqamətdə işlər
ahəngdarlıqla inkişaf edir. İndi inkişaf etmiş ölkələrdə hesablaşmalar
virtual obrazda
gerçəkləşdirilir. Uzaq gələcəkdə pulun enerji ekvivaletinə çevrilmə reallığının daşıyıcısı kimi
virtual hesablaşmalar təmin edəcəklər. Korporativ iqtisadiyyatın sferası da genişlənməkdədir.
Əsrin ortalarında dünya iqtisadiyyatında sahəvi korporativlərin iqtisadi gücü və təsir sferası
dövləti gücləri ötəcəkdir. Korporativ parlamentlər iqtisadiyyatın tənzimlənməsində aparıcı güc
mərkəzlərinə çevriləcəklər.