177
Milli və xarici kapitalın güzəştli vergi, gömrük rüsumu strategiyasında ifadə olunan
Azad İqtisadi Zonalar.
1.
eksport sənaye zonaları;
2.
isehsal zonaları.
Güzəştli recimli əməliyyatlara əsaslan xidmət təyinatlı Azad İqtisadi Zonalar.
1.
bank zonaları;
2.
sığorta zonaları.
Yeni texnoloji nailiyyətləri gerçəkləşdirən Azad İqtisadi Zonalar.
1.
texnopolistlər;
2.
texnoloji zonalar.
Kompleksli və çoxfunksiyalı Azad İqtisadi Zonalar.
1.
azad şəhərlər;
2.
azad zonalar.
AİZ-lərin fərqləndirici xüsusiyyəti kimi onların digər təsərrüfat ərazilərindən təjrid
olunması funksiyası çıxış edir. AİZ-lər offoşor mərkəzlər və körfəz vegi qruplarına ayrılır.
İngilis mənşəli istilih olan
offoşor hərfi tərcümədə sahil, sahildən kənar, açıq
dənizdə dəniz
kənarındakı kimi mənaları ifadələndirir. Bu termin II Cahan savaşından sonra dövriyyə
çıxmışdır. Öncə bu termindən Qərb Avropaya beynəlxalq yardım təyinatlı «Marşal» planının
gerçəkləşməsində xarijdən edilən dövlət tədarükü anlamında istifadə olunmuşdur. Məlumdur ki,
«Marşal» planını həyata keçirməklə ABŞ dövləti Avropa ölkələrinin iqtisadiyyatları və dövlət
büdcəsini müdafiə edərək onlarla aktiv iqtisadi təmaslar qurmuşdur. Belə ki, ABŞ dövləti bir
çox əmtəələr üzrə Avropalı sənayeçilərə sifarişlər verərək dollar ifadəsində həmən məhsulları
almışdır. Eyni zamanda bu sferanı təmsil edən müəssisələr əvəzsiz olaraq borc və subsidiyyalar
əldə etmişlər.
Müasir dövürdə offoşor termini kontinental şelfdə neftqaz hasilatında
da geniş istifadə
olunur. Xəzərin Azərbaycan sektorunda «Əsrin müqaviləsi» çərçivəsində hasilat və işləmələri
həyata keçirən ABƏŞ də offoşor təyinatlı orqandır. Onun offoşorlığını təkcə Azərbaycandan
aldığı imtiyazlar deyil, həm də bir şirkət olaraq müvafiq AİZ-də qeydiyyatdatdan keçməsidir.
İqtisadçılar isə daha geniş düşüncədə bizim şərh etdiyimiz kimi offoşor terminini AİZ-lər
kontektsində istifadə edirlər.
Offoşor mərkəzlər bir qayda olaraq böyük olmayan ada dövlətlərdə təşəkkül tapmışlar.
Körfəz vergi sisteminli zonadan fərqli olaraq offoşor zonalar xarici suda kapitalının cəlb edilməsi
sistemində təzahür edirlər. Daha məhşur lffoşor zonalar aşağıdakılardır:
1.
Cəbəllüdtariq -
Böyük Britaniya;
2.
Cersi və Qrensi adaları - Böyük Britaniya;
3.
Terksi və Kaikos adaları - Böyük Britaniya;
4.
Britan və Virqin adaları - Böyük Britaniya;
5.
Baham adaları;
6.
Qonkonq;
7.
Delever ştatı - ABŞ.
Offoşor zonada fəaliyyət göstərən müəssisə və ya biznes qurumu
mənfətdən vergi ödəməyə
öhdəli deyildir. Bu vergi növünü adətən qeydiyyat rüsumları əvəz edir. Belə firmaların qeydiyyat
prossedurası da çox asan və istək olduqda hətta sahibkar görüntüsü sənədləşmədə anonimdir.
Offoşor zonada kapital ixracı məhdudiyyətləri yoxdur və yalnız burada vergi güzəştləri hakimdir.
Bir qayda olaraq offoşor zonada öz ölkələrindəki vergi pressinqindən çəkinən firmalar
toplaşırlar. Çox zaman burada qeyri-qanuni, kölgə iqtisadiyyatında peşələşmişlər də toplaşırlar.
Müasir statistikaya görə offoşor zonada 3 triliyon dollarlıq kapital dövr olunur. Offoşor
zonalarda «çirkli pulların» yuyulmasının qarşısını almaq məqsədi ilə burada
beynəlxalq qurumlar
müvafiq tədbir və sanksiyalar həyata keçirirlər.
AİZ-lər qrupunda digər mühüm tipik forma körfəz-vergi zonasıdır. Mahiyyətcə bir-birinə
oxşasalarda körfəz-vergi zonası offoşor zonadan fərqlənir. Əsas fəaliyyət məramı vergi və digər
178
güzəştlər verməklə xarici suda kapitalının cəlbedilməsi funksiyasında ifadə tapır. Bu
funksionallıq offoşor zonadakı məqsədləllə üst-üstə düşsə də fərq dipazonu seziləndir. Belə ki
offoşor zonadan fərqli olaraq körfəz-vergi zonasında güzəştlər yerli kompaniyalara da verilir.
Burada kiçildilmiş vergi güzəştləri spesifik fuksiyalarda bir neçə vergi növünə aid edilir. Belə ki,
Lüksenburqda yumşaldılmış vergi recimi yalnız banklara şamil olunur. İsveçrə və Lixtenşteyndə
holdinq, ticari və vasitəçi firmalara verilir. Dünyada 70-dən çox olmayan körvəz-vergi zonaları
fəaliyyət göstərir.
AİZ-lərin nəzərdən keçrilən növ təsnifatında güzəştli gömrük rüsumu strategiyasında ifadə
olunan zonalar fərqli mahiyyət daşıyır. Burada xüsusi olaraq azad ticarət zonalarına fikir
yönəltməsi ehtiyacı vardır. Belə ki, azad ticarət zonaları inteqrasiyanın ilk pilləsində qərar tutur.
Buraya sərhəd ticarəti şəbəkəsində əməliyyatların aparılması daxildir. Regional ölkələr qrupu
inteqrasiya və qarşılıqlı faydalı əməkdaşlığı ifadə edən azad ticarət zonaları yaradır
və burada
gömrüksüz ticarət təşkil edirlər. Belə əməkdaşlıq müvafiq ticari infrastrukturun yaranması və
təşəkkülünü genişləndirir.
Güzəştli gömrük rüsumu strategiyasında ifadə olunan zonalar içərisində valyuta portları və
rüsumsuz anbarlar da əhəmiyyəti ilə fərqlənir. Bu bazar seqmentlərindən AİZ-lər fəaliyyət
göstərən firmalar faydalanaraq biznes dairəsini genişləndirirlər.
AİZ-lər qrupunda milli və xarici kapitalın güzəştli vergi, gömrük rüsumu strategiyasında
ifadə olunan zonalarında biznes səmərəsi yüksək qiymətləndirilir. Daha çox istehsal və sənaye
funksiyalı belə zonalarda biznes fəaliyyəti geniş imkanlar əldə edir. Eksport sənaye zonaları
biznes fəaliyyətinin mühüm iqtisadi komponentini təşkil edir.
Güzəştli recimli əməliyyatlara əsaslan xidmət təyinatlı AİZ-lər isə bank və sığorta zonaları
rövnəqləndirir. Bu şəbəkədə qurulan bank və sığorta kompaniyaları çoxlu imtiyazlar əldə edərək
azad vergi sistemili fəaliyyət təşkil edirlər.
Yeni texnoloji nailiyyətləri gerçəkləşdirən AİZ-lər içərsində isə texnopolistlər fərqlənirlər.
İnnavasiyon prosesi və fəaliyyəti genişləndirilməsinə xidmət edən texnopolislər yeni yaranışların
daşıyıcılarına çevrilirlər. Məlum faktır ki, müəssisə və firmalar innavasiyon fəaliyyətə üstünlük
verirlər. Bunu çox zaman dəyişkənliyi fəaliyyət leytmotivinə çevirmiş firmalara şamil etmək
olar. İnnavasiya bir sistem olaraq AİZ-lərin mühüm element çalarlarındandır. Bazar
iqtisadiyyatında rəqabət mübarizəsinin üsullarından birinə çevrilən innovasiyanın başlıca
nəticəsi
əmək məhsuldarlığını artırmaq və mənfəəti yüksəltməkdən ibarətdir. Bazar rəqabətindən o qalib
çıxır ki, lazımi zaman kəsiyində mütərəqqi texnologiyaları tətbiq etməklə irəliləyişlərə nail olsun.
İnnavasiya zamanı yeni tələb formalaşır və bunun müqabilində alıcılar mənəvi köhnəlmiş malları
almaq istəmirlər. Məhsulun əmtəə növünün yaxşılaşdırılması üzərində aparılan işlər dinamik
keyfiyyət yaradır, əmtəə imicini daimi diyəşən və inkişaf edən məjraya yönəldir. İnnavasiyalar
çağdaş zamanda reputasiyalı təşkilatın fəaliyyət missiyasının leytmotivinə çevrilmişdir. Bununla
belə innavasiyon tərəqqi təkcə firma reytinqi hədəfi deyil, o başlıca olaraq dayanaqlı inkişafın
mühafizəsində, bazar konyukturunun fəth
edilməsində daim təkmilləşmən, sadiq və çevik
təşkilati bir alətidir. Təşkilatı innavasiyon fəaliyyət elmi-texniki və intellektual potensialı
səfərbər edərək daha optimal və davamlı səmərəliliyə müvəffəqolmanı şərtləndirən tədbirlər
sistemidir.
Çoxprofilli fəaliyyət şəbəkəsi texnopolisləri fundamental və tətbiqi tədqiqatlar sferasının
genişləndirilməsində əsas alətə çevirir. Texnopolislə sahibkarlığqla yanaşı dövlət biznesinidə də
öz işıqlı gücünü nümayiş etdirir.
Kompleksli və çoxfunksiyalı AİZ-lər əsas hisəsini azad sahə və zonalar təşkil edir ki, bu
funksionallıq da bizim tədqiqat boyunca ümumi və fərdi düzümdə təhlil və araşdırmalara məruuz
qalmışdır.
AİZ-lərin konfiqurativ müxtəlifliyinə baxmayaraq Azərbaycan Respublikasında da
müvafiq zona növlərinin yaradılması imkanları genişdir. Azərbaycan neftinin əks-sədası ölkədə
yeni biznes mühitinin formalaşmasına zəmin olmuşdur. Xarici kapitalın
ölkəyə gəlişində neft
amilinə istinad edərək AİZ-lər yaratmaq təşəbüssləri qiymətləndirilməlidir. Sumqayıtda bahlanan