E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə86/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   82   83   84   85   86   87   88   89   ...   121

 
177
Milli və xarici kapitalın güzəştli vergi, gömrük rüsumu strategiyasında ifadə olunan 
Azad İqtisadi Zonalar. 
1.
 
eksport sənaye zonaları; 
2.
 
isehsal zonaları. 
Güzəştli recimli əməliyyatlara əsaslan xidmət təyinatlı Azad İqtisadi Zonalar. 
1.
 
bank zonaları; 
2.
 
sığorta zonaları. 
Yeni texnoloji nailiyyətləri gerçəkləşdirən Azad İqtisadi Zonalar. 
1.
 
texnopolistlər; 
2.
 
texnoloji zonalar. 
Kompleksli və çoxfunksiyalı Azad İqtisadi Zonalar. 
1.
 
azad şəhərlər;  
2.
 
azad zonalar. 
AİZ-lərin fərqləndirici xüsusiyyəti kimi onların digər təsərrüfat  ərazilərindən təjrid 
olunması funksiyası çıxış edir. AİZ-lər offoşor mərkəzlər və körfəz vegi qruplarına ayrılır. 
İngilis mənşəli istilih olan offoşor hərfi tərcümədə sahil, sahildən kənar, açıq dənizdə dəniz 
kənarındakı kimi mənaları ifadələndirir. Bu termin II Cahan savaşından sonra dövriyyə 
çıxmışdır. Öncə bu termindən Qərb Avropaya  beynəlxalq yardım təyinatlı «Marşal» planının 
gerçəkləşməsində xarijdən edilən dövlət tədarükü anlamında istifadə olunmuşdur. Məlumdur ki, 
«Marşal» planını  həyata keçirməklə ABŞ dövləti Avropa ölkələrinin iqtisadiyyatları  və dövlət 
büdcəsini müdafiə edərək onlarla aktiv iqtisadi təmaslar qurmuşdur. Belə ki, ABŞ  dövləti bir 
çox  əmtəələr üzrə Avropalı  sənayeçilərə sifarişlər verərək dollar ifadəsində  həmən məhsulları 
almışdır. Eyni zamanda bu sferanı təmsil edən müəssisələr əvəzsiz olaraq borc və subsidiyyalar 
əldə etmişlər. 
Müasir dövürdə offoşor termini kontinental şelfdə neftqaz hasilatında da geniş istifadə 
olunur. Xəzərin Azərbaycan sektorunda «Əsrin müqaviləsi» çərçivəsində hasilat və  işləmələri 
həyata keçirən ABƏŞ  də offoşor təyinatlı orqandır. Onun offoşorlığını  təkcə Azərbaycandan 
aldığı imtiyazlar deyil, həm də bir şirkət olaraq müvafiq AİZ-də qeydiyyatdatdan keçməsidir. 
İqtisadçılar isə daha geniş düşüncədə bizim şərh etdiyimiz kimi offoşor terminini AİZ-lər 
kontektsində istifadə edirlər. 
Offoşor mərkəzlər bir qayda olaraq böyük olmayan ada dövlətlərdə  təşəkkül tapmışlar. 
Körfəz vergi sisteminli zonadan fərqli olaraq offoşor zonalar xarici suda kapitalının cəlb edilməsi 
sistemində təzahür edirlər. Daha məhşur lffoşor zonalar aşağıdakılardır: 
1.
 
Cəbəllüdtariq - Böyük Britaniya
2.
 
Cersi və Qrensi adaları - Böyük Britaniya; 
3.
 
Terksi və Kaikos adaları - Böyük Britaniya; 
4.
 
Britan və Virqin adaları - Böyük Britaniya; 
5.
 
Baham adaları; 
6.
 
Qonkonq
7.
 
Deleveştatı - ABŞ. 
Offoşor zonada fəaliyyət göstərən müəssisə və ya biznes qurumu mənfətdən vergi ödəməyə 
öhdəli deyildir. Bu vergi növünü adətən qeydiyyat rüsumları əvəz edir. Belə firmaların qeydiyyat 
prossedurası da çox asan və istək olduqda hətta sahibkar görüntüsü sənədləşmədə anonimdir. 
Offoşor zonada kapital ixracı məhdudiyyətləri yoxdur və yalnız burada vergi güzəştləri hakimdir. 
Bir qayda olaraq offoşor zonada öz ölkələrindəki vergi pressinqindən çəkinən firmalar 
toplaşırlar. Çox zaman burada qeyri-qanuni, kölgə iqtisadiyyatında peşələşmişlər də toplaşırlar. 
Müasir statistikaya görə offoşor zonada 3 triliyon dollarlıq kapital dövr olunur. Offoşor 
zonalarda «çirkli pulların» yuyulmasının qarşısını almaq məqsədi ilə burada beynəlxalq qurumlar 
müvafiq tədbir və sanksiyalar həyata keçirirlər. 
AİZ-lər qrupunda digər mühüm tipik forma körfəz-vergi zonasıdır. Mahiyyətcə bir-birinə 
oxşasalarda körfəz-vergi zonası offoşor zonadan fərqlənir. Əsas fəaliyyət məramı vergi və digər 


 
178
güzəştlər verməklə xarici suda kapitalının cəlbedilməsi funksiyasında ifadə tapır. Bu 
funksionallıq offoşor zonadakı  məqsədləllə üst-üstə düşsə  də  fərq dipazonu seziləndir. Belə ki 
offoşor zonadan fərqli olaraq körfəz-vergi zonasında güzəştlər yerli kompaniyalara da verilir. 
Burada kiçildilmiş vergi güzəştləri spesifik fuksiyalarda bir neçə vergi növünə aid edilir. Belə ki, 
Lüksenburqda yumşaldılmış vergi recimi yalnız banklara şamil olunur. İsveçrə və Lixtenşteyndə 
holdinq, ticari və vasitəçi firmalara verilir. Dünyada 70-dən çox olmayan körvəz-vergi zonaları 
fəaliyyət göstərir. 
AİZ-lərin nəzərdən keçrilən növ təsnifatında güzəştli gömrük rüsumu strategiyasında ifadə 
olunan zonalar fərqli mahiyyət daşıyır. Burada xüsusi olaraq azad ticarət zonalarına fikir 
yönəltməsi ehtiyacı vardır. Belə ki, azad ticarət zonaları inteqrasiyanın ilk pilləsində qərar tutur. 
Buraya sərhəd ticarəti  şəbəkəsində  əməliyyatların aparılması daxildir. Regional ölkələr qrupu 
inteqrasiya və qarşılıqlı faydalı  əməkdaşlığı ifadə edən azad ticarət zonaları yaradır və burada 
gömrüksüz ticarət təşkil edirlər. Belə  əməkdaşlıq müvafiq ticari infrastrukturun yaranması  və 
təşəkkülünü genişləndirir. 
Güzəştli gömrük rüsumu strategiyasında ifadə olunan zonalar içərisində valyuta portları və 
rüsumsuz anbarlar da əhəmiyyəti ilə  fərqlənir. Bu bazar seqmentlərindən AİZ-lər fəaliyyət 
göstərən firmalar faydalanaraq biznes dairəsini genişləndirirlər. 
AİZ-lər qrupunda milli və xarici kapitalın güzəştli vergi, gömrük rüsumu strategiyasında 
ifadə olunan zonalarında biznes səmərəsi yüksək qiymətləndirilir. Daha çox istehsal və  sənaye 
funksiyalı belə zonalarda biznes fəaliyyəti geniş imkanlar əldə edir. Eksport sənaye zonaları 
biznes fəaliyyətinin mühüm iqtisadi komponentini təşkil edir. 
Güzəştli recimli əməliyyatlara əsaslan xidmət təyinatlı AİZ-lər isə bank və sığorta zonaları 
rövnəqləndirir. Bu şəbəkədə qurulan bank və sığorta kompaniyaları çoxlu imtiyazlar əldə edərək 
azad vergi sistemili fəaliyyət təşkil edirlər. 
Yeni texnoloji nailiyyətləri gerçəkləşdirən AİZ-lər içərsində isə texnopolistlər fərqlənirlər. 
İnnavasiyon prosesi və fəaliyyəti genişləndirilməsinə xidmət edən texnopolislər yeni yaranışların 
daşıyıcılarına çevrilirlər. Məlum faktır ki, müəssisə və firmalar innavasiyon fəaliyyətə üstünlük 
verirlər. Bunu çox zaman dəyişkənliyi fəaliyyət leytmotivinə çevirmiş firmalara şamil etmək 
olar.  İnnavasiya bir sistem olaraq AİZ-lərin mühüm element çalarlarındandır. Bazar 
iqtisadiyyatında rəqabət mübarizəsinin üsullarından birinə çevrilən innovasiyanın başlıca nəticəsi 
əmək məhsuldarlığını artırmaq və mənfəəti yüksəltməkdən ibarətdir. Bazar rəqabətindən o qalib 
çıxır ki, lazımi zaman kəsiyində mütərəqqi texnologiyaları tətbiq etməklə irəliləyişlərə nail olsun. 
İnnavasiya zamanı yeni tələb formalaşır və bunun müqabilində alıcılar mənəvi köhnəlmiş malları 
almaq istəmirlər. Məhsulun  əmtəə növünün yaxşılaşdırılması üzərində aparılan işlər dinamik 
keyfiyyət yaradır, əmtəə imicini daimi diyəşən və inkişaf edən məjraya yönəldir. İnnavasiyalar 
çağdaş zamanda reputasiyalı təşkilatın fəaliyyət missiyasının leytmotivinə çevrilmişdir. Bununla 
belə innavasiyon tərəqqi təkcə firma reytinqi hədəfi deyil, o başlıca olaraq dayanaqlı inkişafın 
mühafizəsində, bazar konyukturunun fəth edilməsində daim təkmilləşmən, sadiq və çevik 
təşkilati bir alətidir. Təşkilatı innavasiyon fəaliyyət elmi-texniki və intellektual potensialı 
səfərbər edərək daha optimal və davamlı  səmərəliliyə müvəffəqolmanı  şərtləndirən tədbirlər 
sistemidir.
 
Çoxprofilli fəaliyyət  şəbəkəsi texnopolisləri fundamental və  tətbiqi tədqiqatlar sferasının 
genişləndirilməsində əsas alətə çevirir. Texnopolislə sahibkarlığqla yanaşı dövlət biznesinidə də 
öz işıqlı gücünü nümayiş etdirir. 
Kompleksli və çoxfunksiyalı AİZ-lər əsas hisəsini azad sahə və zonalar təşkil edir ki, bu 
funksionallıq da bizim tədqiqat boyunca ümumi və fərdi düzümdə təhlil və araşdırmalara məruuz 
qalmışdır. 
AİZ-lərin konfiqurativ müxtəlifliyinə baxmayaraq Azərbaycan Respublikasında da 
müvafiq zona növlərinin yaradılması imkanları genişdir. Azərbaycan neftinin əks-sədası ölkədə 
yeni biznes mühitinin formalaşmasına zəmin olmuşdur. Xarici kapitalın ölkəyə  gəlişində neft 
amilinə istinad edərək AİZ-lər yaratmaq təşəbüssləri qiymətləndirilməlidir. Sumqayıtda bahlanan 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə