E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə84/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   80   81   82   83   84   85   86   87   ...   121

 
173
Müasir zamanda biznesin təşkilində françayzinqin əhəmiyyəti yüksəlməkdədir. Burada iri 
kompaniyaların ticarət markası  əsasında franşiz-lisensiya vektorunda kapital qoyuluşunu 
gerçəkləşdirməklə  mənfəət  əldə edilir. Franşiz ilkin fəaliyyətə başlanan biznesmenlər üçün 
mütərəqqi fəaliyyət sferası hesab edilir və onun müvəffəqiyyəti  əsaslandırılmış biznes-planın 
uğurlu gerçəkləşməsi ilə təsdiqini tapır. 
Belə bir fikir düşüncələrə hakim kəsilmişdir ki, məhz sahibkar təşəbbüsü cəmiyyət 
sərvətlərini yaradır. Bu gerçəklikdən çıxış edərək respublikamızda da biznes infrastrukturunun 
təkmilləşməsinə, sahibkar fəaliyyətin geniş diapazonda təmsil olunmasına yeni metodoloji 
yanaşmada dövləti səylər yüksəldilərək, biznes təşəbbüskarlarının elmi-empirik biliklərinin 
artırılmasının informasiyon təminatı daha gücləndirilməlidir. 
 
 
10.4. Səmərəli biznes işinin təşkili problemləri 
 
Real bazar ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi dirçəliş, investisiyon axın, texnoloji 
tərəqqi, yeni yaranışlar sahibkarlıq potensialının qüdrətindən qaynaqlanır. Əmək, kapital, torpaq, 
bilik kimi iqtisadi resurslar sahibkarlığın unikal mahiyyətində dayanan təşəbbüskarlıq, risk və 
səriştəyə  rəğmən, bazar mexanizmi toplumunda maksimal səmərəli istifadəsini taparaq iqtisadi 
artımı  təmin edir. Sahibkarlığı  hərtərəfli təqdir edən iqtisadi kurs dövlət xərclərinin, onun 
tənzimləyici yükünün azalmasına xidmət edir. Məhz buna görə də davamlı iqtisadi inkişafa nail 
olmuş, stasionar sosial təminatlılıq əldə etmiş məmləkətlərdə biznes işi və sahibkarlıq fəaliyyəti 
yüksək qiymətləndirilərək daim dövlət tərəfindən stimullaşdırılır. 
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadiyyatın dirçəlişini bazar 
prinsiplərinə müvafiq strategiya əsasında təşkilinə  qərar vermişdir. Bazar iqtisadiyyatının 
tərəqqisində biznes işi və sahibkarlığın möhkəmləndirilməsi təcrübəli biznesmenlərin, 
kommersantların yetişməsi, bu xüsusda müəyyən  əxlaqi dəyərlərin, müvafiq etikanın 
formalaşması, müasir idarəetmə bacarığının, biliyinin, mükəmməl təhsilin əldə olunması, liberal 
məzmunlu iqtisadi islahatların davam etdirilməsi ilə mümkündür. Hazırda ölkəmizdə kiçik və 
orta biznesin inkişafı üçün gerçəkləşdirilən tədbirlərin kəmiyyət və keyfiyyəti artmaqdadır. Yeni 
tənzimləyici təsisatlarının yaradılması, mütərəqqi qanunların qəbulu, ictimai təşkilatların 
fəaliyyəti, vergi reciminin təkmilləşməsi milli iqtisadiyyatda biznesinin inkişafı üçün ilkin 
möhtəşəm zəmin yaradır. Azərbaycan Respublikasının prezidenti Heydər  Əliyev cənablarının 
2002-ci il aprel-may aylarında yerli və xarici iş adamları ilə görüşü ölkəmizdə sahibkarlığın 
inkişaf etdirilməsində mühüm əlamətdar hadisə kimi yeni bir mərhələnin başlanğıcı olmuşdur. 
Milli sahibkarların, xarici iş adamlarının iqtisadi fəaliyyətlərində müntəzəm üzləşdikləri 
bürokratik maneələr, institusional problemlərin açıq müzakirə mövzusuna çevrilməsi keçirilən 
görüşün əhəmiyyətini artıran mühüm cəhətlər sırasındadır. 
Əlbəttə keçid dövrünün özəllikləri fonunda artan problemlərin tezliklə aradan qaldırılması, 
qısa müddət  ərzində sahibkarlığı dayanaqlı inkişaf zolağına istiqamətləndirilməsi sadəlövhlük 
olardı. Hətta bütün resursların bolluğu, səylərin səfərbərliyi  şəraitində belə  məsələnin inkişaf 
etmiş ölkələrdəki səviyyə yüksəldilməsi zaman faktorunun təbii aşırımlarından keçmədən 
mümkün deyildir. Respublikada sahibkarlıq və biznes işinin səmərəli təşkili, inkişaf etdirilməsi 
bir sıra obyektiv spesifik  xüsusiyyətləri vardır.  İnkişaf etmiş ölkələrdə biznesmeni xalis 
sahibkarlıq xarakterli məsələlər - idarəetmə, mənfəət, pul dövriyyəsi, yeni texnologiyaların 
tətbiqi, biznes artımının davamiyyəti düşündürdüyü halda bizim gerçəklikdə, qanunvericiliyin 
normalaşdırılması, bank sisteminin qeyri-təkmilliyi, vergi  siyasəti, kapitala giriş  çətinliyi, 
bürokratiya, məmur proteksiyanizmi fikirlərə hakim kəsilir. Bütün bu problematik məsələlərin 
həll mexanizmlərinin tapıntısı daimi dövlət qayğısı, geniş elmi təhlil prosesinin 
gerçəkləşdirilməsi, ölkədə aparılan iqtisadi islahatların dərinləşməsi və təkmilləşdirilməsi ilə üzvi 
surətdə bağlıdır. Belə ki, sahibkarlığın inkişafına yardım, orta sinfin formalaşması nizami 
addımlar sferasında investisiyon təminatlarda bulunaraq ümummilli məsələ kimi, dövlətin strateji 


 
174
iqtisadi proqramların leytmotivini təşkil etməlidir. Hər hansı bir iqtisadi cəmiyyət biznesmen 
istəyinə heç də tamlığına köklənmir. Sosial məsuliyyətin dərki ayrı-ayrı intellektuallar, 
vətənsevər insanların xidmətləri də dövlət proqramlarının reallaşmasının mühüm bazis 
elementlərini təşkil edir.
 
Biznesin məqsədi konkret fəaliyyət istiqamətini təyin edən məsələlərdən ibarətdir. Buraya 
keyfiyyət və  kəmiyyət təyin olunmuş zamanla bağlı tapşırıqlar aiddir. Məqsəd və  tələblərin 
formalaşdırılması güclərin və  vəsaitlərin səfərbərliyini yaxşı  təyin etmə müvəffəq nəticəliyə 
səbəb olur. Mülkiyyət formasına görə  fərdi, korporativ, fəaliyyət həcminə görə kiçik, orta, iri, 
həmçinin beynəlxalq və digər subsektorial kommersiya funksionallığını  əhatə edən, bir-biri ilə 
sıx qarşılıqlı təmas və rabitədə olan sahibkarlıq neft-qaz sektorunda da eyni ampuladan çıxış edir. 
Biznes fəaliyyəti mülkiyyət azadlığı və bazar subyektinin gerçək müstəqilliyinə əsaslanır. 
Biznes işində  əsas prinsipial cəhət mənfəət götürməkdir. Lakin bu mənfəət yüksək effektivliyi 
hədəf seçən amansız risk tələbindən keçir. Beynəlxalq təcrübə  bəyan edir ki, biznesin sürətli 
inkişafı  və genişləndirilməsinin  əsasını iqtisadi, təşkilati, sosial səbəb və  tələblərin təsiri 
qaynaqlandırır. Sahibkarlıq potensialı yüksək olan ölkələrdə kiçik və orta biznes aparıcı mövqedə 
dayanaraq iqtisadi inkişafın mühüm təminatçısı rolunda çıxış edir. Qərbi Avropada, o cümlədən, 
ABŞ-da ÜDM-in 
1
/
3
 hissəsindən çoxunu kiçik və orta biznesin təmsilçiləri olan firmalar təmin 
edir. Fərqli olaraq əksər keçid iqtisadiyyatını yaşayan məmləkətlərdə isə mütərəqqi strukturlu 
biznes işi tam məzmunda kompleks xarakter almamış, bazar prinsipli avanqard ölkələrin 
səviyyəsinə qalxmamışdır. Bir çox amillərlə  səciyyəvi olan belə gerçəklik respublika 
iqtisadiyyatının indiki mərhələsinə də xarakterikdir. 
Sahibkarlıq və biznesin inkişafı haqqında mülahizələr apararkən yaşadığımız iqtisadi 
sistemin mahiyyətinə varmaq, onun formalaşmış prinsipial tələblərini, dünya təcrübəsində 
mövcud iqtisadi inkişaf modelləri ilə müqayisəsini təhlil etmək ehtiyacı yaranır. Bütün iqtisadi 
proseslərin məcmusunu ehtiva edən iqtisadi sistem cəmiyyətin iqtisadi həyatında mülkiyyət 
münasibətləri və  təsərrüfat mexanizminin quruluşu ilə xarakterikdir. İqtisadi sistemi bilməklə 
təsərrüfat həyatının çoxsaylı qanunauyğunluqlarını anlamaq mümkündür. Təsərrüfatın təşkilinin 
milli,  ənənəvi modellərinin fərq müxtəlifliyinə baxmayaraq hər bir iqtisadi sistemdə ilk yeri 
bölgü mübadilə istehlakı  cəm edən istehsal dayanır. Bazar təsisatlı iqtisadiyyata adaptasiyada 
bulunan Azərbaycanın sovet inzibati komandalı sistemindən qurtulmada xüsusi iqtisadi inkişaf 
modelinə seçim ehtiyacı daha aktuallaşan xarakter almışdır. Müstəqil iqtisadi quruculuq yolunda 
ilk mühüm onillik mərhələsini qət etmiş respublikada bu gün iqtisadi dirçəlişin təminatında 
beynəlxalq empirik nailiyyətlərə istinad edən mütərəqqi iqtisadi modelin qəti müəyyən olunması 
olduqca vacib və  zəruridir. Yeni model seçimində iqtisadi effektləri ilə daha çox tanınan və 
fərqlənən, sahibkarlığın və biznes işinə yüksək təminatlar verən müvafiq ölkələrə məxsus iqtisadi 
modelləri nəzərdən keçirək: 
Yaponiya və  Cənubi Koreya iqtisadi inkişaf modeli.  Milli özünü dərk, yüksək 
əməksevərlik  əsasında səmərəli, qənaətli, dünya bazarında rəqabət göstərən mallar istehsalını 
təmin etmək hər iki ölkəni iqtisadi inkişafı missiyasının prioritetini təşkil edir. Dövlət iqtisadi 
modernizasiya proseslərində öz təsir gücünü daim göstərir. Bu ölkələr arasında iqtisadi model 
orientasiyasında oxşar cəhətlərlə yanaşı  fərqli aspektlərdə mövcuddur. Cənubi Koreya 
Yaponiyaya nisbətdə kiçik və orta biznesə edilən yüksək qayğı ilə fərqlənən cəhətlərə malikdir. 
Belə  təmayül çox qısa müddət  ərzində ölkədə orta sinfin formalaşmasına zəmin olmuşdur. 
Bununla belə hər iki ölkədən dövlətin bazara güclü müdaxiləsi 1990-cı illərin sonunda Uzaq Şərq 
regionunu bürüyən məlum böhranlara səbəb olmuşdur. 
Amerikan modeli /ABŞ/.  İqtisadi həyatı sahibkar aktivliyinin hər tərəfli 
mükafatlandırılması üzərində qurulan ölkədə, aztəminatlı qruplar üçün müxtəlif güzəşt və 
yardımlar verən mümkün həyat səviyyəsi yaradılmışdır.  Şəxsi müvəffəqiyyət, yüksək  əmək 
məhsuldarlıqlı orientasiya üzərində strukturlaşan iqtisadi modeldə sosial bərabərlik məsələsi 
ümumən nəzərdən keçirilmir. Burada dövlət stabil konyekturun və iqtisadi tarazlığın 
qorunmasında təsir gücünü nümayiş etdirir. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə