E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə82/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   78   79   80   81   82   83   84   85   ...   121

 
169
artım yalnız resursların nağdlılığı yox, onlardan səmərəli istifadə kombinasiyaları qurmaq təşkil 
edir. Hər bir resurslar digərindən aslı olaraq dəyişkənliyə məruz qalır. 
Resurslar natural və dəyər formasında aşağıdakı göstəricilərlə xarakterizə olunurlar. 
Cədvəl 40 
Resurslarin natural və dəyər  göstəriciləri 
 
Faktorlar 
Mövcud resursun kəmiyyət 
göstəricisi 
Yaxşı istifadə və 
səmərəliliyin artmasının 
üsulları 
Səmərəli istifadə 
göstəriciləri 
Təbii resurslar 
Hər növ üzrə müxtəlif 
Mümkün tam alım, 
xammalın kompleks və dərin 
emalı, təbiətin 
dağıdıcılığından mühafizə 
Məhsulun materialtutumu 
Əmək resursları 
Əmək qabiliyyətli əhalinin 
sayı və onun ixtisas 
səviyyəsi 
Təhsilin, səhiyyənin 
təkmilləşdirilməsi, əməyin 
təşkilinin yaxşılaşdırılması 
Əmək məhsuldarlığı 
Sahib-karlıq 
bacarığı 
Təhsil, istedad, əməksevərlik Daimi 
təkmilləşmə 
Mənfəətin maksimallaşdı-
rılması 
Əsas kapital 
İstehsal gücü vahidinin 
qiyməti 
İstehsalın, təşkilinin və 
texnologiyaların 
təkmilləşdirilməsi 
Fondverimi, məhsulun 
keyfiyyəti 
ETT və onun 
nailiyyət-
lərindən  
istifadə 
Nəticə vahidində xərclər 
səviyyəsi 
Əməyin təşkilinin elmi 
texniki tədqiqatların inkişafı 
və onun nəticələrdən 
səmərəli  istifadə 
Yeni əmtəə və xidmətlər, 
ətraf mühitin mühafizəsinin 
yaxşılaşdırılması 
Ümumi istehlak 
Pul həcmi 
İnflyasiya ilə mübarizə, bank 
sisteminin tələblərinin 
tənzimlənməsi 
Gəlirlərin sosial 
ədalətlibölgüsü 
 
Cədvəl-blokda təcəssüm olunanlar iqtisadi artıma bilavasitə təsir edən göstəricilər sistemi 
kimi onun çoxfaktorlu struktur modeli təşkil edir. Bununla belə iqtisadi artımı  təmin edən 
modellər də mövcuddur: 
Keynsiyon modelin ideya şərhində makroiqtisadi tarazlığın saxlanmasında başlıca rolu 
tələb ifadə edir. Tələbin vacib elementi kimi burada investisiyalar çıxış edir və multiplikator 
vasitəsi mənfəət artımı təmin olunur. Keyns modelinə bütün istiqamətlərdə investisiya və yığım 
arasında asılılıq xasdır. 
Neoklassik modeldə öz aralarında qarşılıqlı  hərəkət edən iki amil nəzərə  gəlir. Model 
yalnız qəti rəqabəti  şərtləndirir.  İstehsal faktorlarından səmərəli istifadə kontekstində özünü 
tənzimlənmə mexanizmi kimi mükəmməl işləyir. Burada başlıca ideya kimi bazar sisteminin 
optimallığı önə çıxır. Neoklassik model özündə bir sıra məşhur olan modelləri sintez edir: 
1.
 
Kobba-Duqlas faktor modeli; 
2.
 
R.Solounun bir sektorlu iqtisadi dinamik modeli; 
3.
 
C.Keynsin qısamüddətli iqtisadi tarazlıq modeli; 
4.
 
Xarroda-Domaranın dinamik tarazlıq modeli. 
Növbəti mühüm göstərici isə sahəvi təsnifatda ÜDM əsasında aparılan milli iqtisadiyyatın 
sahəvi strukturunun təhlilini ifadə edir. Ölkə iqtisadiyyatının sahəvi optimal struktur düzümü 
iqtisadi dayanaqlıq və çeviklik göstəricisi kimi qiymətləndirilir.  Əsas məhsul növləri 
istehsalının əhali hesabına bölgüsü isə milli iqtisadiyyatın inkişafının mühüm bazis göstəricisi 
hesab olunur. Bu göstərici  əsas məhsul növlərinə ölkənin təminat mümkünlüyündə ifadəsini 
tapır. Ölkə  əhalisinin həyat səviyyəsi  ÜDM strukturundan dolğun istifadə ilə xarakterikdir. 
Əhalinin həyat səviyyəsinin təhlili «istehlak səbəti» və «yaşayış minumumu» göstəriciləri ilə 
təhlil edilir. Bundan başqa bu göstərici həmçinin aşağıdakı meyarlarda da əksini tapır: 
 
 
 


 
170
1
 
əmək ehtiyatlarının vəziyyəti  (orta həyat müddəti,  əhalinin təhsil və maarifçilik 
səviyyəsi; adambaşına düşən  əsas  ərzaq məhsulların kalori proporsiyası, ÜDM-də 
təhsil xərclərinin həcmi); 
2
 
xidmətlər sferasının inkişafı  (həkimlərin sayı, xəstəxana çarpayılarının miqdarı, 
əhalinin mənzil və məişət cihazları ilə təminatı). 
İqtisadi səmərəlilik göstəriciləri iqtisadi inkişafın səviyyəsi, onun keyfiyyəti, ölkənin əsas 
və dövriyyə kapitalından istifadə  şəraiti və  əmək resursları ilə müəyyən edilir. İqtisadi 
səmərəliliyə daha mühüm aşağıdakı təsnifatı vermək olar: 
1
 
əmək məhsuldarlığı; 
2
 
konkret məhsul növünün ÜDM-də kapitaltutumu vahidi; 
3
 
əsas fondların fondverimi; 
4
 
konkret məhsul növünün ÜDM-də materialtutumu vahidi. 
İqtisadi inkişafın qiymətləndirilməsi prosesində ekonometriyanın rolu artmaqdadır. 
Statistik səciyyə daşıyaraq geniş araşdımalara imkanlar açan konometriya tətbiqi iqtisadi fənn 
kimi iqtisadi obyekt və proseslərin qarşılıqlı rabitəsini riyazi-statistik və model kontekstində 
öyrənir. Hər dəyişən ekonometrik modelə təyin olunmuş statistik indikator xasdır. Hansıki bu və 
ya digər dəqiqlik ilə  təsərrüfat mexanizminin hər hansı bir tərəfi ölçülür. Bu mexanizmlər 
üzərində qurulmuş modellər yüksək praktiki dəyərə malikdir. Bu modellər dövlətin iqtisadi 
siyasətinin qurulmasında, firmanın bazar strategiyasında istifadə olunur. 
Ekonometrik axının görkəmli nümayəndələri nobel laureatları R.Friş, Y.Tinberqen və 
V.Leyontev hesab edilirlər. R.Friş  və Y.Tinberqenin tədqiqatlarının nəticələri, V.Leyontevin 
istehsal və  məhsul bölgüsünün sahələrarası balansına, konkret olaraq isə  məhsulun dəyəri ilə 
onun buraxılışının pul ifadəsində  xərclər məbləğinin müqayisəsinə  əsaslanan xərclər-buraxılış 
modeli, Kobba-Duqlasın istehsal funksiyası  və digər miqyaslı ekonometrik işləmələr orta və 
uzun müddətli həcmli makro modellərin fundamental əsasını  təşkil edir. İqtisadçı Kobba ilə 
riyaziyyatçı Duqlasın «Kobba-Duqlas» modeli istehsal həcminin istehsal əsas faktorları-əmək və 
kapitaldan aslılığını ifadə edir. Bu modelə görə istehsal həcmi iki faktorla kapital /istifadə olunan 
istehsal vasitələri/ və əməyin miqdarı ilə təyin olunur. 
Qlobal empirik sferasında struktur islahatlarını qaynaqlandıran amillər  şəbəkəsi genişdir. 
Burada əsas mahiyyət hər bir dönüş nöqtəsində yeni reallığı dərk etmək və mütərəqqiyə sürətli 
adaptasiya olunmaqdan ibarətdir. Rəqabət prioritetini təcəssüm etdirən bazar iqtisadiyyatı 
fasiləsiz olaraq struktur dəyişikliklərinə təkan verir. Bu orbitdə hərəkət edənlər yaxşı anlayırlar 
ki, mütəmmadi struktur dəyişiklikləri aparmadan qəti iqtisadi inkişafa nail olmaq, dayanaqlı 
rəqabət davamlılığını  təmin etmək mümkün deyildir. Struktur islahatlarının tənzimlənməsinin 
nəzəri-metodoloji mexanizmlərinin təhlili göstərir ki, istənilən struktur dəyişikliyinin məqsədli 
quruluşa əsaslanan direktiv proqnozu sintez etməlidir. 
Dünya təcrübəsi demokratik fundamentli, bazar orientasiyalı yeni iqtisadi sistem 
quruculuğu prosesini gerçəkləşdirən onlarca ölkələrdən biri kimi Azərbaycan Respublikası üçün 
də aprobasiyadan keçmiş nümunələr təqdim edir. İnteqrasiyon meyllər, qloballaşma amilləri 
respublikamızın sivilizasiyon nailiyyətlər etmiş ölkələr sırasına tezliklə qatılması üçün əvəzsiz 
imkanlar açır. Yeni gerçəkliklər ölkəmizdə aparılan iqtisadi islahatların dərinləşməsi və 
təkmilləşməsi istiqamətində daha çevik iqtisadi tələbli struktur dəyişikliklərinin aparılmasını 
şərtləndirir. 
 
 
10.3. Biznes fəaliyyətinin formalaşma  xüsusiyyətləri 
 
Sahibkar fəaliyyəti tərənnüm edərək ingilis dilindən iş, məşğuliyyət, qayğı kimi 
interpretasiya olunan biznes /business/  məfhumu artıq milli leksionumuzda möhkəm yer 
tutmuşdur. Miqyasına rəğmən nəzəri və praktiki təsnifata görə biznes kiçik, orta və böyük 
fəaliyyət qruplarına ayrılır. Hər bir biznes qrupu öz maraqlarından çıxış edərək müvafiq iqtisadi 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə