E. M. Hacızadə Z. S. Abdullayev


AFR sosial bazar təsərrüfatı modeli



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə85/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   81   82   83   84   85   86   87   88   ...   121

 
175
AFR sosial bazar təsərrüfatı modeli. Ölkədə formalaşmış sosial bazar sistemi Hitler 
hakimiyyəti zamanı nəhəng konsernlərin ləğvi və bütün təsərrüfat sistemini təşkil edən iri, orta 
və kiçik müəssisələrin təşkili əsasında dayanıqlı inkişafı təmin edən təsərrüfat mexanizmini ifadə 
edir. Bununla belə ölkədə daha çox kiçik və orta biznesin, fermer təsərrüfatlarının inkişafına 
üstünlük verilir. Burada bazar yüksək əmsallı təsərrüfat fəaliyyətini stimullaşdırır. Dövlət isə öz 
növbəsində aktiv olaraq qiymətlərə, rüsumlara, texniki normalar təsir mexanizmini saxlayır. 
İsveç modeli. Milli gəlirin aztəmin olunmuş  əhali qrupları üzrə  təkrar bölgüsünü 
gerçəkləşdirərək əmlak bərabərsizliyinin məhdudlaşmasına orientasiya edilən ölkə apardığı üstün 
sosial siyasətlə  fərqlənir.  Əsas Fondların yalnız 4%-i dövlətin  əlində  cəmlənmişdir. Lakin 
bununla belə dövlət xərclərinin səviyyəsi ÜDM-in yarısına bərabərdir və  həmən xərclərin də 
yarısı sosial ehtiyaclara ödənilir. Belə  vəziyyət fiziki şəxlərdən yüksək vergi yığımı hesabına 
reallaşır. Bu iqtisadi model «funksional sosiallaşma» adlanır. Ölkədə istehsal funksiyasının 
ağırlığı bazar rəqabəti  əsasında fəaliyyət göstərən  şəxsi müəssisələrin, yüksək həyat təminatı, 
məşğulluq, təhsil, sosial sığorta, elm və digər bu kimi infrastruktur elementləri isə dövlətin 
üzərinə düşür. 
Real bazar ölkələrində strateji inkişaf modellərinin fərq müxtəlifliyinə baxmayaraq iqtisadi 
sistem əksərən sosiallaşan bazar təsərrüfatı prinsiplərini rəhbər tutan və postindustrial cəmiyyət 
quruculuğu elementlərinə uyğun olaraq kiçik və orta biznesi stimullaşdıran meyarlar üzərində 
qurulmuşdur. Bazar təsisatlarının prioritetliyi qətiləşmədiyi, bürokratik mərkəzin mövcud 
olduğu, xüsusən keçid iqtisadiyyatı ölkələrində iqtisadi inkişaf sxemi belədir ki, burada iqtisadi 
həyat bir qədər kriminallaşmış, sahibkarlar isə daha çox «kölgəyə» keçmişlər. Keçmiş ictimai 
dəyərlərin dağılması, yenilərinin tez bir zamanda formalaşmaması, anomiya təzahürü xas olan 
belə ölkələrdə iqtisadi cinayətlər yüksək səviyyədədir. Burada cəmiyyətin müəyyən təbəqəsində 
keçmiş sovet sisteminə nastalci hisslər, mərkəzdən hər  şeyin bölünməsi və  təkrar bölünməsi
təhsil və səhiyyənin pulsuz olması və digər bu kimi dövlət paternalizm elementləri qalmaqdadır. 
Dünya iqtisadiyyatında gerçək tətbiqini tapan iqtisadi inkişaf modellərindən hər hansı 
birinin respublikamız üçün müvafiq olanın seçimi, öncədən geniş  təhlil olunmalı  və elmi 
əsaslandırılmalıdır. Milli mental dəyərlər, resurslar faktoru, formalaşmış  ənənəvi iqtisadi 
sistemin özəllikləri, dəyişmə diapazonu, onun elastiklik imkanları  və  səmərəliliyi təmin edən 
digər mühüm korrelyasiyon komponentlər ümumi iqtisadi modelin ərsəyə yetməsində  əsas 
müqəddəm  şərtlərdəndir. Heç şübhəsiz ki, bazar iqtisadi sisteminin hərəkətverici 
seqmentlərindən olan biznes işini və sahibkarlıq fəaliyyətini stimullaşdıran prinsiplərin və real 
təminat mexanizmlərinin də bu strategiyada yer alması  nəzərdən qaçırılmayacaq. Bizim 
fikrimizcə biznes işini və  səmərəli sahibkar fəaliyyətin dövlət tərəfindən təminatı  və 
tənzimlənməsi aşağıdakı üç istiqaməti əhatə etməlidir: 
1.
 
hüquqi təminat; 
2.
 
investisiyon təminat; 
3.
 
səhmdar əməkdaşlığın stimullaşdırılması. 
Beynəlxalq təcrübədə  nəzərdən keçirdiymiz dövlətlərə xas olan və aprobasiyadan keçən 
iqtisadi mexanizmlərdən respublikamızın iqtisadi inkşaf modelində  əsas istinad nöqtəsi kimi 
götürülə bilən aspektləri aşağıdakı motivasiyada vermək olar: 
1.
 
milli özünü dərk, yüksək  əməksevərlik  əsasında səmərəli, qənaətli, dünya bazarında 
rəqabət göstərən mallar istehsalını  təmin etmək, iqtisadi modernizasiya proseslərində 
dövlət təsir gücünü artırmaq /Yaponiya və Cənubi Koreya/; 
2.
 
sahibkar aktivliyinin hər tərəfli mükafatlandırılması /ABŞ/; 
3.
 
kiçik və orta biznesin təşkilində dayanaqlı inkişafı  təmin edən təsərrüfat mexanizmi 
yaratmaq /AFR/. 
«Funksional sosiallaşma» orientasiyalı İsveç iqtisadi modeli nə qədər sosial təminatlı olsa 
da bizim məkanda tezliklə müvafiq modelin qurulması çətin və bir qədər mürəkkəb məsələdir. 
Lakin bununla belə, nikblik üçün də yetərli əsaslar da vardır. Belə ki, güman edilən təzahürün bir 
çox xalqların tale sınaqlarında müvəffəqiyyətlə çıxması da məlum reallıqdır. 


 
176
Biznes fəaliyyətində araşdırıldığı kimi, iqtisadi sistem, orientasiya və model aspektləri 
mühümdür. Məhz buna görə  də biznes işinin təşkili, sahibkarlığın inkişafı bu iqtisadi 
parametrləri müvafiq düzüm və nizamında səmərəliliyə yetir. Biznes fəaliyyəti iqtisadi inkişafın 
prioritet istiqaməti kimi, ölkə iqtisadiyyatında tamılıqla məntiqi təyinatını tapmalıdır. Ölkənin 
iqtisadi modelləşməsinin qəti obrazda müəyyən edilməsi biznes fəaliyyətinin normativ-hüquqi 
bazasının yaradılmasına təkan verəcək, səmərəli iqtisadiyyat quruculuğunu aktivləşdirəcəkdir. 
 
 
10.5. Azad iqtisadi zonalar və neft biznesi 
 
Neft biznesin uğurlu fəaliyyətində Azad İqtisadi Zonalar /AİZ/ arealı mühüm yer tutur. 
Hasilatın pay bölgüsü strategiyasını rəhbər tutan, konsorsum təyinatlı iş birliyinin qurulmasında 
yeni təsisat əksərən offoşor və Azad İqtisadi Zona adlandırılan məkanda qeydiyyat vəsiqəsi əldə 
edir. Neft biznesi və Azad İqtisadi Zonaların konsolidasiyası offoşor biznesin nəzəri və empirik 
sferadakı nailiyyətlərinin şərhinə əsaslar yaradır. 
AİZ-lərin yaradılmasında aşağıdakı məqsədlərə nail olmaq nəzərdə tutula bilər: 
1.
 
iqtisadi zonada, eləcə  də onun hüdudlarından kənarda işçi qüvvəsinin tam 
məşğulluğunu təmin etmək; 
2.
 
ölkəyə xarici investisiyanı cəlb etmək; 
3.
 
 xarici bazarlara çıxarıla biləcək məhsul istehsallarını mənimsəmək; 
4.
 
müvafiq zonanın xammalından, materialından, işçi qüvvəsindən, mövcüd istehsal 
potensiallarından daha dolğun istifadə etmək; 
5.
 
offoşor zonanın ekoloji mühitini sağlamlaşdırmaq;  
6.
 
xaricin mütərəqi texnikasını, texnoloqiyasını, eyni zamanda qabaqcıl idarəetmə 
üsullarını müvafiq zonaya cəlb etmək. 
Təbii ki, AİZ-lərin yaradılması konsepsiyası onun fəaliyyət istiqamətləri tam əhatə 
edilməlidir. Bir sıra dunya ölkələrin təjrubəsi göstərirki ki, dovlətlərin iqtisadiyyatına səmərəli 
inteqrasiyası, ölkənin və onun reqionlarının qarşısında duran aktual sosial-iqtisadi problemlərin 
həlli üçun AİZ-lərin yaradılması mühüm rol oynaya bilər. Son bir neçə onillikdə  AİZ-lərin 
inkişafı dunya iqtisadiyyatında nəzərə çarpan hadisələrdən biridir. Bu məsələ MDB ölkə 
liderlərinin axırıncı üç sammitində  də diqqət mərkəzində olmuş, nəticədə  AİZ-lərin 
formalarından biri olan «Azad ticarət zonaların yaradılması haqqında» Saziş imzalanmışdır. 
Azad  İqtisadi Zonalar milli və xarici sahibkarlar üçün xüsusi iqtisadi şərt və  şərait 
imkanlarına malik mili dövlət ərazisinin məhdud hissəsini təşkil edir. Bu məhdud dövləti zonada 
sahibkarlar müəyyən güzəştlər  şəraitində öz biznes fəaliyyətini qururlar. Bu güzəştli  şərtlər 
sistemi geniş şəbəkəlidir. Buraya aşağıdakı güzəştlər sisteminin elementləri daxildir: 
1.
 
gömrük; 
2.
 
icarə; 
3.
 
valyuta; 
4.
 
vizit; 
5.
 
əmək recimi; 
6.
 
vergi; 
7.
 
normativ-hüquqi. 
AİZ-lər əsas biznes fəaliyyəti məramında industrial inkişafın investisiyalaşması məqsədini 
ifadə edir. Daha geniş ifadə  də  AİZ-lər xarici ticari, ümumi iqtisadi, sosial, elmi-texniki və 
texnoloji problemlərin həlli məqsədi üçün təşkil edilir. 
AİZ-ləri şərti olaraq aşağıdakı çoxsaylı spesifik növlərə təsnif edirlər: 
Güzəştli gömrük rüsumu strategiyasında ifadə olunan Azad İqtisadi Zonalar. 
1.
 
azad ticarət zonaları; 
2.
 
valyuta portları; 
3.
 
rüsumsuz anbarlar. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə