E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə88/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   84   85   86   87   88   89   90   91   ...   121

 
181
Azad  İqtisadi Zona effekti təsərrüfatçılığın diversifikasiyasında da əhəmiyyətini nümayiş 
etdirir.  Əmtəə çeşidinin artmasına sürət verir. AİZ-lərin yaranışında bütün bu spesifik 
xüsusiyyətlər bir amala xidmət edir. Bu amlın fövqündə isə biznes fəaliyyətinin 
genişləndirilməsi, sahibkarlığın inkişaf missiyası dayanır. Münbit biznes infrastrukturunun 
formalaşması isə AİZ-lərin yaradılmasıdan kənarda qala bilməz. 
AİZ-lərin səmərəsi daim kapital artımı  təmin edən səciyyəlidir. Məhz buna görədə bazar 
iqtisadiyyatının sistem əsası kimi qəbul edən ölkələr AİZ-lər yaratmadan səmərəli inkişaf 
trayektoriyasına çıxış edə bilməzlər. /Əlavə №9-da AİZ-lərin növləri, tipik ölçülər və imtiyazlar 
sistemi əksini tapmışdır/ 
AİZ-lərin əhəmiyyət diapazonu təhlil edərkən alınan nəticə ondan ibarətdir ki, bol neft-qaz 
resurslu ölkədə bazar iqtisadiyyatının dərinləşməsi aspektində  və eyni zamanda qeyri-neft 
sektorunun inkişaf etdirilməsində regional müvafiq zonaların yaradılması bir daha dövlətin 
iqtisadi siyasət paketində yer almalıdır. Biznes fəaliyytində istənilən kommersional addım 
risklidir. Risklərin təjridi isə toplanmış  təjrubənin analizi və  əsaslandırılmış strateji xətt 
seçimindən asılıdır. 
 
 
10.6. Neft-qaz sektorunda vençur kapitalı
 
 
İqtisadiyyat risk amilindən təjrid olunmamışdır. Məhz risk kəskinliyi ilə  təzahür edəndə 
vençur kapitalı xilaskar qismində özünü fəda verir. Azərbaycan iqtisadiyyatın risk tələbli 
müvafiq səhələrində vençur təyinatlı  sərmayə qoyuluşlarına da ehtiyac yüksəkdir. Dünya 
təcrübəsi bəyan edir ki, vençur kapitalının arealında cəm olan ölkələr bu sahədə  uğurlara və 
irəliləyişlərə nail olmuşlar. Bütün postsovet məkanı üçün yeni kateqoriya sayılan vençur 
kapitalının ölkəmizdə, xüsusən də neft-qaz kompleksində tətbiqi sahəsində də mühüm addımlar 
atılmalıdı. 
Vençur biznesi Avroatlantik biznes orbitində yeni bir anlamdır. Latın mənşəli ingilis 
məfhumu  vençur kapitalı risketmə  mənasını ifadələndirir. Bu biznes növünün yaranış sferası 
1957-ci ildə ABŞ-dan start götürür. İlk olaraq bu biznes sferasının yaradıcıları mühəndis-
tədqiqatçı Yucin Klyaner, biznesmen Artur Rok, Tom Perkinis və digərləri olmuşlar. Onlar 
biznes aləminə «vençur kapitalı» terminini götürərək müvafiq biznes növünün fövqündə 
dayanmışlar. Biznesmen Artur Rok 1961-ci ildə ilk vençur fondu yaratmışdır. 1970-ci illərdə 
vençur kapitalı Avropaya yol açmış  və  uğurla təşəkkül taparaq inkişaf etmişdir. Hazırda bu 
regionda minlərlə vençur biznesi təyinatlı kompaniyalar fəaliyyət göstərir. MDB məkanında və 
başlıca olaraq da Rusiyada vençur biznesi TASİS və Avropa Yenidənqurma və İnkişaf Bankının 
təşəbbüsləri əsasında təşəkkül tapmadadır. Bu sıra da ölkəmizdə müvafiq qeyri-hökumət təşkilatı 
fəaliyyət göstərsə də vençur biznesi sferasında mütərrəqi nailiyyətlər nəzərə çarpamışdır. 
Vençur kapitalı sxematik hərəkət sisteminə malikdir. Vençur kapitalisti müvafiq 
kompaniya yaradaraq investorlardan pul yığımı  təşkil edir. Sonra sahibkar və  cəlbedici biznes 
layihəsi axtarışı aparır. Müvafiq layihə ekspertizasından sonra investora nizamnamə fondu və ya 
səhmlər paketi müqabilində, bir neçə il müddətinə mübadilə  zəminində  fəaliyyət təklif olunur. 
Burada vençur kapitalisti investor və sahibkar arasında bir növ vasitəçi rolunu oynamış olur. 
Burada tərəflər riski bölüşdürür, uğur perspektivində isə mənfəət sahibinə çevrilirlər. İnvestorlar 
burada prosesin idarəedici funksiyasını da öz üzərilərinə götürə bilərlər. Qeyd olunmalıdır ki, 
belə fəaliyyət adətən məhdud zaman kəsiyində yüksək risk və mənfəət üçün hesablanır. Vençur 
kapitalı xüsusi investisiya növü olaraq 3-5 illik mərhələ  də strategiyasını qurur. 1999-2001-ci 
illərdə ABŞ-da orta illik parametrdə  hər il vençur kapitalı 12-15 milyard dollar mənfəət 
yaratmışdır. Bir sıra nüffuzlu ABŞ kompaniyaları - Intel, DEC, Apple, Mikrosoft məhz vençur 
biznesi hesabına tərəqqi etmişlər. 
 
 


 
182
Ümumilikdə vençur kapitalı elmi-texniki işləmələrin kommersizasiyasının 
sürətləndirilməsinə xidmət edir. Belə bir fikir hakim kəsilmişdir ki, məhz vençur biznesi 
mühəndis dühasının, alim potensialı  və istedadının tam dövriyyədə  hərəkəti üçün biznes 
fəaliyyətində yeganə və doğru bir istiqamətdir. 
Vençur biznesinin Azərbaycan Respublikasında inkişafı üçün bir sıra müvafiq tədbirlərin 
görülməsinə ehtiyac vardır. Burada ilk öncə müvafiq normativ-hüquqi bazanın yaradılması 
oldujca  əhəmiyyətlidir. Bununla belə xüsusi likvid fondunun yaradılması da vacibdir. 
İnstitusional dəyişikliklər, müvafiq vençur infrastrukturunun yaradılması bu işin  əhəmiyyətli 
spektrdə inkişafını  təmin etmiş olar. Neft-qaz kompleksində, bütövlükdə milli iqtisadiyyatda 
vençur biznesin inkişafı respublikamızda innovasiyanın inkişaf etdirilməsini təmin etməklə 
yanaşı, onun iqtisadi tərəqqisində mühüm rol oynamaq imkanlıdır. Amerika, Avropa və Rusiya 
təcrübəsi göstərir ki, elmtutumlu sahələrə vençur kapitalını yönəltməklə ölkənin iqtisadi 
potensialını gücləndirmək olar. Bununla belə göstərilməlidir ki, vençur kapitalı daha «istedadlı» 
layihələr tələblidir və belə layihələr fonunda inkişaf edir.
 
Hesab etmək olar ki, belə layihələr 
Azərbaycan Respublikasında da kifayətedici miqdardadır. 
Beynəlxalq iqtisadi əlaqələr sistemində yaradıcı  iş adamlarının, bacarıqlı sahibkarların 
birgə  əməkdaşlıq fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Hər bir sahibkarın  əsas məqsədi 
optimal variantlar axtarmaqla dünya standartlarına uyğun gələn rəqabət qabiliyyətli, sertifikat 
göstəricilərinin bütün xüsusiyyətlərini özündə əks etdirən məhsullar istehsal edib reallaşdıraraq 
yüksək mənfəət əldə etməkdən ibarətdir. Sahibkarlıq fəaliyyətindən istehsal olunan məhsulların 
reklam edilməsində, satılmasında və müştərilərlə  əlaqələrin yaradılmasında marketinq 
vasitəçiləri əsas rol oynamalıdırlar. 
Daha çox ehtiyaclarda olan kimi və orta sahibkarlığın inkişafına sərmayə qoyuluşunda 
potensial investorlar risk baxımından çətinlik çəkirlər. Kifayət etməyən məlumatsızlıq 
investisiyon riski artırır. Qeyd olunmalıdır ki, toplanan təcrübə beynəlxalq aləmdə belə 
proseslərə yardımçı olan təşəbbüsləri artıq gerçəkliyə çevirmişdir. Kredit riskini azaltmaq 
məqsədi ilə inkişaf etmiş ölkələrdə müvafiq ixtisaslaşmış kredit agentlikləri, kantorları və yaxud 
daha çox kredit büroları anlamında yayılmış qurumlar təşkil edilir. Belə bürolar vençur 
biznesinin inkişaf etdirilməsində  əhəmiyyətlidir. Müştərilər haqqında informasiyalar toplamaq, 
onların kredit ödəmək qabiliyyətini müəyyənləşdirmək, hazırlanmış göstəricilər sisteminə 
müvafiqliyini təyin etmək bu büroların iş qayəsinin təməlində durur. İnvestorlar kredit 
verməmişdən  əvvəl məhz bu qurumlar vasitəsilə müştərilərin ödənişqabiliyyətliliyini 
müəyyənləşdirirlər. Müvafiq kredit büroları Rusiyada intişar tapmaqdadır. Hətta burada uyğun 
mərkəzi təşkilatın yaradılması ideyası da reallaşmışdır. Respublikamızda belə qurumların 
təşəkkülü, müddət tələb edən bir prosesdir. Şübhəsiz ki, normativ-hüquqi aktların 
təkmilləşdirilməsi bu istiqamətdə yeni keyfiyyət dəyişiklikləri ilə müşayiət olunaraq, ölkəmizin 
iqtisadi dirçəlişinə, kredit risklərin azalmasına, sərmayələrdən rasional istifadəyə kömək 
edəcəkdir. 
İqtisadiyyatın inkişafına vençur kapitalının cəlb edilməsi təşəbbüsləri qiymətini almalı, 
azad iqtisadiyyatqurma prosesində də bu amildən yetərincə istifadə olunmasının hüquqi bazası, 
iqtisadi mexanizmləri işlənib hazırlanmalıdır. Vençur kapitalının tətbiqi yeni texnologiyaların, 
innovasiyaların ölkəmizə gətirilməsi, mühüm səmərəli layihələrin reallaşmasına yardımçı olar.  
Vençur kapitalının milli neft biznesində geniş tətbiqi burada olan qanunvericilik bazasının 
təkmilləşdirilməsindən asılı olacaqdır. Hər hansı bir müvəqqəti məhdudiyyətin olmasına 
baxmayaraq vençur kapitalı ölkə iqtisadiyyatında  əsaslı  təşəkkül tapacaq və neft-qaz 
kompleksinin iqtisadi tərəqqisində mühüm amillərdən olaraq innovasiyaların yaradıcısı  və 
daşıyıcısına çevriləcəkdir.  
 
 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə