E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə96/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   92   93   94   95   96   97   98   99   ...   121

 
197
səfalət bol neft resurslu ölkəni ağuşuna almışdır. Məmur ambisiyası, korrupsiya ölkə 
iqtisadiyyatını böhranlı  məjraya salmışdır. Ölkənin xarici borcları 2001-ci ilin sonuna 32,1 
milyard dollar təşkil etmişdir ki, bu da ötən 10-15-ilə nisbətdə 3-4 dəfə yüksəkdir. 
Azərbaycanın neftin əzəli dünyəvi industrial mərkəzlərindən biri kimi, ötən  əsrlər 
əhatəsində müvafiq sahədə yeni yaranışlar və texnologiyaların ixtirası  və  mənimsənildiyi 
regionlar sırasında məxsusi yeri vardır. Neftçi mühəndislərinin, geoloq və alimlərinin elmi 
tərəqqi yenilikçiliyi, verilən səmərələşdirici təkliflər diapazonu, qabaqcıl sənaye nümunələrin 
hazırlanması, texnoloji nou-xaular, neft sənayesinində geniş silsilədə  tətbiq edilən digər qeyri-
maddi aktivlər yaranışı ilə Azərdaycan həmişə  fərqlənmişdir.  İndi də bu fərqliliyi nümayiş 
etdirmək üçün elmi-intellektual potensial yetərlidir. Burada problem maliyyə resursları ilə 
əlaqələndirilir. Yetərli vəsait olduğu təqdirdə bu problem də çözüləcəkdir. Vurğulamaq lazımdır 
ki, Azərbaycanda fəaliyyət göstərən müvafiq profilli xarici donor təşkilatları respublikada 
innavatikanın genişləndirilməsi və bu sahədə yeni layihələrin işlənməsini maliyyələşdirməkdə 
maraqlıdırlar. Onların bu qayğısından faydalanmağa isə biz digər MDB ölkələri ilə müqayisədə o 
qədər də  səmərəliliyə nail ola bilməmişik. Lakin heç də innovasiyon tərəqqinin  əldə edilməsi 
yalnız xarici qrantlara köklənməməlidir. Maliyyə  mənbələri daxildə, xüsusəndə neft-qaz 
sənayesinidə aranmalı  və  təyinatlı istifadəsini tammalıdır. Azərbaycanın neft-qaz sektorunun 
iqtisadi effekti elmin, innavatikanın inkişafında mühüm gücə malikdir. Bu potensialdan dolğun 
istifadə etməklə neft-qaz sektorununun texnoloji yeniləşməsinə, sahəvi elmin inkişafına 
müvəffəq olmaq mümkündür. Milli neft sektorunda innavasiyon fəaliyyəti genişləndirməklə
müvafiq layihələri «portfel problemlər» əsasında işləmək və tətbiq etməklə biz çox mühüm elmi-
texniki nailiyyətlər  əldə edə bilərik.  İnnavasiyon fəaliyyətin genişləndirilməsi neft-qaz 
sənayesində material və enerji məsrəfinə, əmək haqqına, maya dəyərinə, mənfəətə, fondveriminə, 
rentabelliyə və hamılıqla bütün texniki-iqtisadi indikatorlara təsir edəcəkdir. 


 
198
NƏTİCƏLƏR 
 
Neft təsərrüfatının iqtisadi strukturunun modernizasiya problemlərinin təhlil və 
araşdırmaları hədəf seçilən tədqiqat işində sistemli, situasiyon yanaşma və verifikasiya prinsipi 
əsasında sahəvi industriyanı xarakterizə edən informasiyalar emal olunaraq müvafiq uyğun gələn 
nəticələri səciyyələndirmişdir. Məqsəd və  nəticəlik vəhdətini rəhbər tutaraq tədqiqat işində 
karbohidrogen epoxası və müasir industrial iqtisadiyyat, milli neft strategiyasının formalaşması 
və reallaşması aspektləri, blokunda göstəricilər sistemi təhlil edilmiş, rasional təsərrüfat 
quruculuğu, investisiyon siyasət və neft-qaz industriyasının modernizasiyasının alternativ iqtisadi 
mexanizmləri çevrəsində isə təkliflər paketi işlənmişdir. 
Aparılan təhlillə müəyyən edilmişdir ki, Azərbaycanın zəngin karbohidrogen resursları 
milli iqtisadiyatın inkişafında aparıcı mövqedə dayanır. Bununla belə ölkə iqtisadiyyatını 
fasiləsiz olaraq enerji resursları ilə  təmin edən kompleksin özündə dayanaqlı  səmərəliliyə, 
istehsal güclərində rasional istifadəyə tam müvəffəq olunmamışdır. Xəzərdə aşkarlanan nəhəng 
neft yataqlarının işlənməsində mütərəqqi nailiyyətlər  əldə edilsə  də köhnə istismar sahələrində 
inkişaf templəri səmərəli yüksəklikdə deyildir. Neft sektorunda islahatların  ən mühüm obyekti 
olaraq da məhz köhnə istismar sahələri fərqlənirlər. Bununla yanaşı, neft kontraktları 
çərçivəsində  də milli neft infrastrukturundan səmərəli istifafdə edilmir. Burada mühüm faktor 
olaraq bütövlükdə neft-qaz kompleksində hakim ətalətlilik, investisiyon qıtlıq şəraitində istehsal 
obyektlərinin yeni təsərrüfat quruculuğuna adaptasiyası  və modifikasiyasının ləng inkişafı  və 
nəhayət əsaslı bazar seqmentlərinin təşəkkülündə dinamizm məhdudluğu dayanır. 
Kompleksdə  səmərəliyə müvəffəqolmada müəlliflər ilk öncə onun bazar iqtisadiyyatının 
tələblərinə uyğun olaraq yeni iqtisadi sistemdə formalaşmasını, ARDNŞ-in real korporativ 
şəbəkədə  şaquli inteqrasiya olunan təşkilata çevrilməsini, xam neft ticarəti ilə yanaşı müvafiq 
proporsiyada sintetik istehsalın genişləndirilməsini, artan təbii qaz hasilatına rəğmən yeni 
konsepsiyanın hazırlanmasını, hamılıqla milli-neft sektorunun müqayisəli təhlil çevrəsində, 
genişlənən innovasiya şəraitində modernizasiyasını  əsaslandırır və  şərtləndirirlər. Ölkədə 
gerçəkləşdirilən iqtisadi siyasət, milli neft strategiyasının elmi bazasının möhkəmləndirilməsi 
fonunda səhədə yeni institusional təbəllüdatların formalaşması, normativ-hüquqi bazanın 
genişləndirilməsi,  əlverişli vergi siyasətinin aparılması, neft-qaz kompleksində bazar 
təsərrüfatçılığının bərqərar olunmasına, səmərəliliyin artırılmasına xidmət edəcəkdir. 
Milli neft industriyasının yenidən qurulmasında Neft Fondunun resurslarından, milli 
sahibkar potensialından, xarici investisiyalardan istifadə, inteqrasiyon əlaqələrin 
genişləndirilməsi, səhmləşmə, özəlləşdirmə, biznesin inkişafı  zərurətləri, dövlət tənzimlənməsi 
və yeni idarəetmə konsepsiyasında, strateji planlaşdırma diapazonunda əksini tapmalıdır. 
Yanacaq-Enerji Kompleksinin davamlı inkişafı milli energetik strategiyanın 
formalaşmasını diktə edir. Bu gerçəklikləri ifadə edərək monoqrafiyada sahəvi struktur 
islahatların genişləndirilməsi, milli energetik strategiyanın formalaşmasının prioritet 
istiqamətləri, neft strategiyasının ideoloji aspektləri üzrə yeni elmi əsaslandırmalar təzahürünü 
tapmışdır. 
Tədqiqat işində neft-qaz industriyasının modernizasiyasında yeni sənaye siyasətinin 
təşəkkülü, Azad İqtisadi Zonaların yaradılması, geniş konsessiyon prosesə başlama iqtisadi 
islahatların dərinləşməsinin əsas istiqamətlərindən biri kimi dəyərləndirilir. Rentabelli fəaliyyətə 
nailolmada mənfəət karbohdrogenlərindən səmərəli istifadə, hasilatın pay bölgüsü siteminin tam 
hüquqi normitivləşdirilməsi, vergi və uçot sisteminin təkmilləşdirilməsi, borcların əsaslı ləğvini 
təminetmə mexanizmlərinin tətbiqi, neftin  keyfiyyət  bankının yaradılması, sahəvi sosial-iqtisadi 
tərəqqiyə  və  təsərrüfatın ekologizasiyasının bərqərar olunması kimi iqtisadi texnologiyar təklif 
edilir. 
 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə