E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə97/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   93   94   95   96   97   98   99   100   ...   121

 
199
Monoqrafiyanın xüsusi cəhətlərindən biri kimi onun praktiki əhəmiyyət dəyərləri 
fərqləndirilir. Belə ki, tədqiqat prosesində  əldə olunan nəticələr milli neft-qaz kompleksinin 
iqtisadi strukturunun modernizasiyasında, sahəvi sferada aparılan islahatların dərinləşməsi və 
təkmilləşməsi istiqamətində başlıca, qismən və alternativ mənbə kimi götürülə bilər. Bununla 
yanaşı monoqrafiyanın elmi-nəzəri və  təcrübi səciyyəli tədqiqat nəticələrinin enerji 
kompleksində, akademik elmi tədqiqatlar və  təhsil sferasında da, habelə ayrı-ayrı 
mütəxəssislərin, iqtisadçıların, geniş peşəkar oxucu kütləsinin istifadəsində  əhəmiyyəti də 
nəzərdə tutulur. 


 
200
Əlavə 1 
 
Azərbaycanda 1991-2002-ci illərdə neft hasilatinin dinamikasi 
/min ton
İllər 
Cəmi 
Quruda 
Dənizdə 
1991 
11700 2200 
9500 
1992 
11100 2300 
8800 
1993 
10300 2500 
7800 
1994 
9600 2200 
7800 
1995 
9200 1700 
7500 
1996 
9100 1600 
7500 
1997 
9100 1600 
7500 
1998 
11400 1600 
9800 
1999 
13806 1500 
12300 
2000 
14100 1500 
12400 
2001 
14900 1600 
13200 
2002 
15300 1600 
13700 
 
Əlavə 2 
 
Azərbaycan respublikasinin dövlət neft fondunun büdcəsi 
 
Gəlir mənbələri 
Gəlirlərin məbləği
/milyon manat/ 
1.Azərbaycan Respublikasının payına  düşən xam neftin satışından əldə edilən 
gəlir (qanunvericilikdə nəzərdə tutulmuş ödənişlər çıxılmaq şərti ilə) 
735000,0 
2.Bonus ödənişləri 
326873,0 
3.Akrhesabı ödənişlər 
46975,0 
4.Xarici  şirkətlərlə bağlanmış müqavilələr  çərçivəsində dövlət  əmlakından 
istifadə üçün icarə haqqı 
2400 
5.Fondun vəsaitinin yerləşdirilməsindən   əldə edilən gəlir 
45868,0 
6 Digər gəlirlər və daxilolmalar 
62400,0 
Cəmi gəlirlər 
1219516,0 
Cəmi xərclər 
1217755,0 
o cümlədən: 
 
1.Azərbaycan Respublikasının Prezidentinin 
fərmanlarının icrası ilə bağlı xərclər 
136417,0 
2.Azərbaycan Respublikası Prezidentinin  2002-ci il 30 iyul tarixli 739 №-li 
fərmanına  əsasən Bakı-Tbilisi-Ceyhan  ƏİBK-i layihəsində ARDNŞ-in iştirak 
payının maliyyələşdirilməsi ilə bağlı xərclər 
576000,0 
3.Azərbaycan Respublikası 2003-cü il Dövlət büdcəsinə transfertlər 
500000,0 
4.Azərbaycan Respublikası Dövlət Neft fondunun idarə edilməsi ilə bağlı 
xərclər 
5338,0 
 
 
 
 
 
 
 
 


 
201
Əlavə 3 
 
«Azneft» istehsalat birliyinin strukturuna daxil olan təşkilatlar 
 
1.«Balaxanıneft» Neft və Qazçıxarma İdarəsi 
2.Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsi 
3.«Bibi-Heybətneft» Neft və Qazçıxarma İdarəsi 
4.H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi 
5.«Suraxanıneft» Neft və Qazçıxarma İdarəsi 
6.«Binəqədineft» Neft və Qazçıxarma İdarəsi 
7.«Siyəzənneft» Neft və Qazçıxarma İdarəsi 
8.«Neft Daşları» Neft və Qazçıxarma İdarəsi 
9.«Abşeronneft» Neft və Qazçıxarma İdarəsi 
10.«Qum adası» Neft və Qazçıxarma İdarəsi 
11.N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi 
12.«Bulla-dəniz» Neft və Qazçıxarma İdarəsi 
13.«28 May» Neft və Qazçıxarma İdarəsi 
14.Muradxanlı İriləşdirilmiş Neft Mədəni 
15.Tamponac və Layların Neftveriminin artırılması İdarəsi 
16.Abşeron Qazma İşləri İdarəsi 
17.Qobustan Kəşfiyyat Qazma İşləri İdarəsi 
18.Əli-Bayramlı Qazma İşləri İdarəsi 
19.Kürsəngi Qazma İşləri İdarəsi 
20.«Bayıl Limanı» Dəniz Kəşfiyyat Qazma İdarəsi 
21.«Neft Daşları» Dəniz Qazma İşləri İdarəsi 
22.«Qum adası» Dəniz Qazma İşləri İdarəsi 
23.«Pirallahı» Dəniz Qazma İşləri İdarəsi 
24.Siyəzən Qazma İşləri İdarəsi 
25.«Bulla» Dəniz Kəşfiyyat Qazma İdarəsi 
26.Tamponac İdarəsi 
27.«Xəzərdənizneftdonanma» İdarəsi 
28.«Azərdənizneftinşaat» tresti 
29.«Xəzərdənizneftqaztikinti» tresti 
30.«Dənizneftqazlayihə» Dövlət Elmi-Tədqiqat Layihə İnstitutu 
31.Azərbaycan Neft və Qaz Sənayesi Dövlət Elmi-Tədqiqat Layihə İnstitutu 
32.Xəzər Fəhlə Təchizatı Ticarət İstehsalat Müəssisəsi 
33.Maddi-Texniki Təchizat İdarəsi 
34.«Fontana qarşı Dağmə»dənizxilasetmə hərbiləşdirilmiş hissəsi 
35.Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsi 
36.Tədris Mərkəzi 
37.Xəzər Dəniz Dalğıj Qəza Xilasetmə İşləri İdarəsi 
38.«Azərineftinformatika» Hesablama Mərkəzi 
39.Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi 
40.Neft Kəşfiyyatçılarının Birləşmiş Xəstəxanası 
41.Azərbaycan Neft Təsərrüfatı Curnalının Redaksiyası 
42.Sosial Xidmətlər İdarəsi 
43.İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi 
44.Hərbiləşdirilmiş Mühafizə Dəstəsi 
45.Rabitə İdarəsi 
46.Dövlət Gəmi və Liman Nəzarəti Müfəttişliyi  
 


 
202
Əlavə 4 
 
Azərbaycan respublikasi neft sektorunda fəaliyyət göstərən hasilat təyinatli müştərək 
müəssisələrin təsnifat strukturu 
 
«Qarasu»  ƏŞ  (Azərpetoyl) - keçmiş  Şirvanneft NQÇİ-yə  məxsus Kəlamətddin və Mişovdağ 
yataqlarında istismarı reallaşdırır. Təsisçilər ABŞ «Monqrif» şirkəti - ARDNŞ.  Əsas səhmlər 
paketi ABŞ-a məxsusdur. 
 
«Anşad-Petrol» MM - keçmiş «Neftçalaneft» NQÇİ-nin bazası əsasında yaradılmış, «Neftçala» 
və «Xıllı» yataqlarını  əhatə etməklə, 1994-cü ildən fəaliyyət göstərən Azərbaycan-Türkiyə 
müştərək müəssisəsidir. Paylar 51% - ARDNŞ-ə, 49% - Türkiyənin «Atil Doqan Petrol» 
şirkətinə məxsusdur. 
 
«Azgerneft» MM - 1994-cü ildə «Balaxanıneft» NQÇİ-nin 7-ci neftqazçıxarma mədəni 
bazasında təşkil edilmişdir. Paylar ARDNŞ - 40%, Almaniya «Qrunvald İnterneşnl» LTD - 60%. 
 
BMB OYL İNK - Ə.Əmirov NQÇİ-yə məxsus «Qaradağ», «Umbakı» və «Korgöz» yataqlarında 
işləmələri davam etdirmək məqsədi ilə «Prodakşin  şerrinq» ABŞ-Azərbaycan müəssisəsi kimi, 
1994-cü ildə yaradılmışdır. Qeyri səmərəli fəaliyyəti ilə  əlaqədar müəssisə 2000-ci ildə 
bağlanmışdır.  
 
«Şirvanoyl» MMM - 1997-ci ildə  «Şirvanneft» NQÇİ-nin bazası  əsasında yaradılmış Böyük 
Britaniya «İnterneyşnl Treyder» firması  və ARDNŞ-in təşkil etdikləri Azərbaycan məhdud 
məsuliyyətli müştərək müəssisəsidir. 
 
«Muradxanlı» Ko - «Muradxanlı», «Cəfərli» və «Zərdab» neft yataqlarının daxil olduğu blokun 
reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatının pay bölgüsü haqqında ARDNŞ ilə Böyük 
Britaniyanın Ramko şirkəti arasında 1998-ci ildə yaradılmışdır. Paylar hərəyə 50%. Qazmada 
uğursuzluqlarla  əlaqədar olaraq Muradxanlı Ko 2001-ci ildən fəaliyyətini tam dayandırmış, 
müəssisə yenidən «Azneft» İB-nin sərəncamına Muradxanlı  İriləşmiş  Mədəni kimi daxil 
olmuşdur. 
 
«Səlyanoyl» LTD- Kürsəngi-Qarabağlı yatağı üzrə 2000-ci ildə Səlyanneft NQÇİ-nin bazasında 
yaradılmışdır. Paylar ARDNŞ 50%, Amerikada Hess Delta 20%, Frontera 30%. 
 
«Qobustan» LTD – 1998-ci ildə ARDNŞ-lə ABŞ  şirkətləri arasında müqaviləyə  əsasən 
«Cənubi-Qərbi Qobustan» blokuna daxil olan «Şıxzərgərli», «Şeytanud», «Bürgüt», 
«Donquzduq», «Nardaran», «İlxıçı», «Qərbi Hacıvəli», «Sundi», «Şərqi-Hacıvəli», «Turağay», 
«Kənizədağ», «Qərbi-Duvannı», «Duvannı», «Solaxay» və «Daşgil» yataqlarının kəşfiyyatı  və 
işlənilməsi məqsədi ilə təşkil olunmuşdur.  Paylar ARDNŞ 20%, Yunion Texas 40%, Komonvels 
40%. Qobustan MM hələki tam olaraq fəaliyyətə başlamamışdır. 
 
«Pirsaat» MM  - 2003-cü ildə ARDNŞ və Çin Xalq Respublikasının dövlət neft kompaniyası 
arasında «Pirsaat» yatağının işlənməsi üzrə bağlanmış müqaviləyə  əsasən  yaradılmışdır. 
Müqavilə Azərbaycan sonuncu olaraq neft tarixinə 22-ci sayla daxil olmuşdur. «Pirsaat» MM - 
şərti olaraq adlanır. Təşkilatlanma prosesi keçir. 
 
 
 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə