E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə105/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   101   102   103   104   105   106   107   108   ...   121

 
218
Depozit - müəssisələrin və ayrı-ayrı fiziki şəxslərin, kredit banklarının müvəqqəti sərəncamına 
həvalə olunan pul məbləği və ya qiymətli kağızlardır. Əmanətə görə əldə edilən gəlir vergilərdən 
və rüsumlardan azaddır. Dövlət,  əmanətin gizli saxlanılmasına, mühafizəsinə  və ilk tələblə 
verilməsinə təminat verir. 
 
Deponent - latınca kənaraqoyma deməkdir. Məsələn, deponir olunan əmək haqqı üç il ərzində 
tələb olunmadıqda, büdcəyə keçirilir.  
 
Deponirləmə - kredit idarələrinə saxlanılmağa təhvil verilən pul məbləqləri, qiymətli kağızlar və 
sair sərvətlərdir. 
 
Deport - fond bircalarında qiymətli kağızların kurs fərqini almaq məqsədilə, onun kursunun 
aşağı düşməsinə çalışan alverçilərlə bir müddətə bağlanan birca sazişidir. 
 
Denominasiya - /latınca – denominatio  adın dəyişməsi/ inflasiya zamanı hesablaşmaları 
sadələşdirmək üçün pulların dəyərin müvafiq əmsallar üzrə kiçildilməsi prosesi. 
 
Diler - dedikdə, fond bircasının agenti kimi ayrıca şəxs, firma nəzərdə tutulur. Əgər broker alqı-
satqıda yalnız vasitəçilik edir və buna görə  gəlir  əldə edirsə, diler həm də sonradan daha baha 
qiymətə satmaq məqsədilə qiymətli kağızlar alır. Bundan başqa, dilerlər bir-birilə, brokerlərlə, 
bilavasitə alıcı və ya satıcılarla sövdələşmələrə girə bilərlər. Bəzi hallarda ayrı-ayrı kommersiya 
bankları da diler kimi çıxış edə bilərlər. 
 
Dilerçilik – dəllal firmasının öz xüsusi vəsaitləri hesabına həyata keçirdiyi aksiyaların alınıb 
satılması üzrə əməliyyatlar mənasını daşıyır. 
 
Differensial kömrük tarifi – eyni mal və ya ərzaq üçün gömrük rüsumları müxtəlif vergi 
tarifləri üzrə alınır. 
 
Direkt-kost sistemi - xərcləri daimi və  dəyişən sektorlara ayırır. Dəyişən və daimi xərclərin 
diferensasiyasından kənar vəhdəti klassik uçot sistemini və marcinal gəlirin formalaşmasını 
xarakterizə edir. Direkt-kost iqtisadi termin kimi maya dəyərinə yalnız birbaşa daimi xərclərin 
əlavə edilməsi zamanında yarandığından belə adlanış almışdır. Sonradan maya dəyərində dəyişən 
xərclərin qətiyyətli mövqe tutması bu adlanışda qeyri dəqiqliyi aşkara çıxarmışdır.  İndi Qərb 
iqtisadi məkanında bu sistem yeni terminaloci məzmun alaraq dəyişən xərcləri ifadə edən  
«Verbil-kost» adlanır. 
 
Disfunksiya - funksiya pozuntusu deməkdir. 
 
Diversifikasiya - istehsalın bir-biri ilə  əlaqəsi olmayan növlərinin eyni zamanda inkişafı 
deməkdir. 
 
Divident - /latınca dividendus - bölgüyə düşən/ vergiləri ödədikdən, istehsalın genişləndirilməsi 
üçün məbləğləri ayırdıqdan, ehtiyatlar doldurduqdan, istiqraz faiizləri verdikdən və direktorları 
mükafatlandırdıqdan sonra hər il səhmdarlar arasında bölüşdürülən səhmdar cəmiyyətlərinin 
gəlir hissəsi.  
 
Dizacio - pulların, veksellərin və digər növ qiymətli kağızların nominal qiymətlərinin bazar 
kursundan aşağı düşməsini xarakterizə edir. 
 
Dizel yanacağı - yüngül neft yanacağı. 


 
219
Dotasiya - gəliri cari məsrəflərini ödəyə bilməyən müəssisələrə dövlət büdcəsindən ayrılan 
təxsisatlardır. Planlı-zərərlə işləyən müəssisələrin sayının azalması dotasiyanın həcmini azaldır. 
 
Doktrina -  nəzəriyyədən fərqli olaraq əvvəlcə qoyulmuş prinsiplərdən real hadisə, proses, 
faktorlardan irəli gəlir. 
 
Dövlət krediti - borc verən və ya kreditor rolunda dövlət özü çıxış edir. Əsas formaları dövlət 
istiqrazlarından, qısamüddətli xəzinə öhdəliklərindən,  əhalinin  əmanət kassaları  və banklar 
vasitəsilə dövlətin qiymətli kağızlarının alınması üçün xərclənən  əmanətlərindən və sairdən 
ibarətdir. 
 
Dövriyyə  vəsaitləri - istehsal dövriyyə fondları ilə  tədavül fondlarının cəmindən ibarətdir. Bu 
nisbət 4:1-ə bərabərdir. 
 
Dövlətsizləşdirmə - birbaşa təsərrüfat idarəçiliyi funksiyalarının dövlətdən alınaraq, mülkiyyətin 
xarakterində heç bir dəyişiklik etmədən müvafiq vəzifələrin müəssisələrə verilməsi,  şaquli 
təsərrüfat  əlaqələrinin üfüqi təsərrüfat  əlaqələri ilə  əvəz olunmasıdır. Başqa sözlə
dövlətsizləşdirmə iqtisadiyyatda dövlətin rolunun azaldılması deməkdir.  
 
Ehtiyatlar  - təsbit edilmiş vaxt ərzində yatağın kəşf olunmuş hissəsindən reallaşmış hasilat 
miqdarını hesaba almayan, kommersiya baxımından çıxarılması mümkün sayılan 
karbohidrogenlərin həcmini ehtiva edir. Ehtiyatlar kateqoriyasının təyinatında işləmə planı, 
hasilat proqnozu, fiskal şərtlər, hüquqi təminat və bazarla bağlı  tələblər kimi onların iqtisadi 
qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Burada layihənin kommersiya baxımından 
luzumluluq və faydalığı ilə ehtiyatların təsdiq edilmə meyarları da şərtləndirilir. Ehtiyatlar 
öyrənilmə dərəcəsinə görə təsnifatı ehtiyatlar A, V, S
1
, S
2
resurslar S
3
,  D
1
,  D
2   
olaraq
   
yeddi 
kateqoriyaya bölünür. Resurslar  – təsbit edilmiş vaxt ərzində qiymətləndirilərək yatağın kəşf 
olunmuş hissəsindən qalıq və ya hasil edilən karbohidrogenlərin çıxarıla bilən həcmi /kəşf 
edilmiş resurslar/ ilə  kəmiyyəti qiymətləndirilərək hələ ki, aşkarlanmamış /kəşf edilməmiş 
resurslar/ karbohidrogenlərin cəmindən ibarətdir. 
 
Ekologiya - son bir neçə onillikdə meydanı genişlənsə də, elmi sferada onun ilk görüntüləri XIX 
yüzillikdə  təzahür etmişdir. Yunan mənşəli ev, yaşayış yeri və bu kimi analoji anlamları 
ifadələndirən «ekos» məfhumunu ilk dəfə klassik darvinizm nümayəndəsi Ernest Hekkel 1866-cı 
ildə elmi dövriyyəyə buraxmışdır. Öncə bitkilərin, canlı orqanizmlərin həyat birliklərinin, ətraf 
mühit problemlərini tədqiqat predmeti seçən ekologiya, karbohidrogen erasının XX əsrdə 
yüksəliş tapan templəri və bu əsnada insanın təbiətə  təsirinin artması fonunda ekosistemin və 
biosferin bütün qatlarını inhisara alan çağdaş bir elmə çevrilmişdir. Ötən  əsrin 70-ci illərində 
Avroatlantik məkanda sənaye yenidənqurması epoxası  ərəfəsində ekologiya predmet spektrini  
genişləndirərək  daha dolğun bəşəri və sosial mahiyyət kəsb etmişdir. Ekoloji problemlərin artan 
təsir gücü əksər elmlərin ekologizasiyasına  gətirmişdir. 
 
Ekspert qiyməti - bilavasitə ölçüyə  gəlməyən proseslərin, hadisələrin kəmiyyətcə 
qiymətləndirilməsidir; mütəxəssislərin rəyinə  əsaslanır. Rəyin dürüst olması ekspertin fərdi 
keyfiyyətindən asılıdır. Proqnozlaşdırma təcrübəsində fərdi və kollektiv ekspert qiymətlərindən 
istifadə olunur. 
 
Eksport /ixrac/ -  /latınca exporto - aparıram/ beynəlxalq ticarətin tərkib hissəsi olaraq 
əmtəələrin xaricə göndərişi. Müasir dünyada eksport prosesi əmtəə ilə yanaşı kapital, investisiya, 
xidmət sferalarını da əhatə etmişdir.  
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə