E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə108/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   104   105   106   107   108   109   110   111   ...   121

 
224
İqtisadi artım - həyat səviyyəsinin yüksəldilməsinə imkan verən, kəmiyyətcə çox və keyfiyyətcə 
yaxşı  əmtəə  və xidmətlərin istehsalı  nəzərdə tutulur. İqtisadi artım müəyyən müddət  ərzində 
istehsal edilmiş ümumi milli məhsulun və ya xalis milli məhsulun faizlə artımını və ya onların 
adambaşına düşən kəmiyyətini əks etdirir və ekstensiv və intensiv inkişaf yollarla əldə edilir. 
 
İqtisadi sistem - iqtisadiyyatın başlıca probleminin həllinin təşkili və idarə edilməsinə görə, 
mövcud məhdud resurslardan istifadə olunması  səviyyəsinə görə, həmçinin cəmiyyət və onun 
üzvlərinin tələbatının ödənilməsinə görə, bir-birindən fərqlənən iqtisadi şəraitin və amillərin 
məcmusudur. İqtisadi sistemin dörd növünü - bazar, inzibati-amirlik, qarışıq və ənənəvi növlərini 
fərqləndirirlər. 
 
İqtisadi artımın bazar sistemi - insanların fəaliyyətinin əlaqələndirilməsi, onların aktivliyinin 
artırılması  və  tələbatlarının ödənilməsi üçün iqtisadi resursların səmərəli seçilməsinə  və 
istifadəsinə imkan verir. Bazar sisteminin ən vacib ünsürləri tələb, təklif, qiymət və rəqabətdən 
ibarətdir. Bu ünsürlərdən birinin mövcud olmaması bazar sisteminin fəaliyyətini dayandırır və öz 
yerini digər sistemə verir. 
 
İqtisadi artımın qarışıq sistemi - resursların bölgüsünün müxtəlif formalarının tətbiqinə 
əsaslanır.  İnzibati sistemdə resursların bölgüsündə  mərkəzi plan orqanları, bazar sistemində 
sahibkarlar, qarışıq sistemdə isə həm mərkəzi plan orqanları, həm də sahibkarlar iştirak edirlər. 
Bu sistemin spesifik xüsusiyyəti ondan ibarətdir ki, iqtisadiyyat nə özü-özünə tənzimlənir, nə də 
ki, mərkəzləşdirilmiş formada həyata keçirilir.  
 
İqtisadi artımın ənənəvi sistemi - dedikdə, milli adət və ənənələrə, həmçinin etik qaydalara və 
dini etiqadlara əsaslanaraq iqtisadiyyatın inkişaf etdirilməsi prosesi nəzərdə tutulur. 
 
İqtisadiyyatın sektorları - 1.Kənd, meşə  təsərrüfatı, ovçuluq, balıqçılıq. 2.Sənaye və tikinti. 
3.Xidmətlər, ticarət, nəqliyyat, rabitə, təhsil, elm və sair. Çox vaxt birinci və ikinci sektorlar 
material istehsal sektoru adlanır. Bunula belə sektorlar real və maliyyəyə bölünür. Real sektor 
əmtəə və xidmətləri əhatə edir. Beynəlxalq çevrədə iqtisadiyat dicər 3 sektorda tərənnüm olunur. 
1.Dövlət. 2.Özəl-kommersiya. 3.Mənfəət götürməyən üçüncü sektor adlanan qeyri-hökumət 
təşkilatları qrupu. 
 
İqtisadiyyat elminin şəcərə düzümü - /ekonomika/ /yunanca oikonomike ev təsərrüfatının idarə 
olunması sənəti/ İqtisadiyyat elminin məzmun alması prosesi Avropa müstəvisində orta əsrlərdən 
start götürür. İngilis Ulyam Petti /1623-1687/ siyasi statistikanın yaradıcısı iqtisadiyyatın 
Kolombu adlanır. İlkin kapital yığımının qanunauyğunluqlarını öyrənən iqtisadi təlim - italyanca 
sətri mənası tacir anlamını verən merkantalizm iqtisadi münasibətlərin dövlət tənzimlənməsi 
tərəfgirliyindən çıxış edir. Məhdudiyyətlərlə müşayiət olunan merkantalizmə Fransada daha çox 
riayət olunmuşdur. İqtisadi nəzəriyyənin genoloci şəcərəsi öz kökünü digər istiqamətdə Fransua 
Kene /1694-1774/ simasında fiziokratlar adlanan fransız iqtisadçılarının yeni iqtisadi məktəbin 
yaranması ilə tapır. F.Kene ilk makroiqtisadi modelin yaradıcısı kimi, fiziokratlar və 
merkantalistlərdən fərqli olaraq özünü iqtisadçı adlandıran ilk alim olaraq iqtisadi tədqiqatı 
tədavül sferasından istehsala gətirərək kapitalist istehsal sisteminin elmi təhlilinin  əsasını 
yaratmışdır. Hər iki mərhələdən bəhrələnən  şotland Adam Smit /1723-1790/ iqtisad elmində 
inqilab edərək, klassik siyasi iqtisadın təməlini qoymuşdur. David Rikardo /1772-1823/, Tomas 
Maltusun /1766-1834/ simasında şəcərə sağ və sol qollara ayrılmışdır. Rikardo təlimi sonradan 
həm marksist, həm də neoklassik nəzəriyyənin təməlində dayanmışdır. Maltusdan isə Kenenin 
nəzəriyyəsi qidalanmışdır. Bu şəcərə yenidən müasir iqtisadi nəzəriyyə sosialist iqtisadiyyatı və 
keçid iqtisadiyyatı əlaqəsində yaxınlıq əldə etmişdir. 
 


 
225
İmitasiya - bədəl, bənzətmə, saxta.  
 
İmport - /latınca importo - daxil edirəm/ görünən, görünməyən və kapitalın importu adlanan üç 
böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xarijdən alınan 
məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə 
xidmətlər sferasında ehtiva olunur. Buraya konkret olaraq ölkə  vətəndaşlarına xarici 
kompaniyaların xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan 
turist yollanışlarının alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir. Kapital importuna isə 
xarici investorların milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli 
müxtəlif layihələrdə investisiya qoyuluşları ilə  çıxış etmələri  şamil olunur. Bütün import 
kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını  təşkil edirlər. Ticarət balansına isə 
eksport və importun ilk iki kateqoriyası aid olunur. Müsbət ticarət balansı ölkənin iqtisadi 
vəziyyətinin yaxşı olduğunu ifadə edir. Bu sırada Yaponiya ölkəsi ənənəvi olaraq yüksək müsbət 
balansa - profisitə malikdir.  
 
İnhisar - /monopoliya/ -  /yunanca monos - vahid, + poleo - satıram/ rəqabət meydanında tək 
hakimiyyətlik. 
 
İndeksasiya - inflyasiya şəraitində pul tələblərinin və müxtəlif gəlirlərin real miqdarını saxlama 
xüsusiyyətdir. 
 
İnnavasiya - texnika və texnologiyanın yeni növlərini təmin edəcək bir proses kimi vəsaitlərin 
iqtisadiyyatda yerləşdirilməsi deməkdir. Geniş  mənadə innovasiya elmi-texniki, intellektual 
potensialı  səfərbər edərək səmərəliyin və digər iqtisadi fərqlənmələrə nail olmanı  əhatə edən 
tədbirlər sistemidir. Texnologiya istehsalı sferasında və idarəetmədə yeni yaranışları ifadə edən 
latın mənşəli isim kimi innovasiya /latınca innovare/ yeniləşmə mənasında interpretasiya olunur. 
İlk dəfə innovasiya termini Amerika iqtisadçısı Yozef Şumpeterin /1883–1950/ 1912-ci ildə 
yazdığı  «İqtisadi inkişaf nəzəriyyəsi»  əsəri ilə dövriyyəyə  çıxarılmışdır.  İnnavasiya anlayışını 
ixtira və kəşf terminlərindən fərqlənir. Burada ümumiliklər qədər də yetərli müxtəlifliklər vardır. 
Kəşf və ixtira əvvəllər mövcud və ijtimayiət üçün aşkar olmayan, kordinal və inqilabi 
mexanizmləri ifadə edərək yeni fundamental həqiqətlərin təsdiqinə  əsaslanır. Məqsədyönlü, 
dəqiqləşdirilmiş, kollektiv nəticənin məhsulu olaraq innovasiyanın məramı daha çox praktiki 
tətbiq səciyyəlidir.  İqtisadi inkişafın ölçüsü artdıqca innovasiya anlayışı daha məzmunlu 
əhəmiyyət kəsb edir. İnnovasya  əvvəllər yalnız texnologiya sferası ilə  məhdudlaşırdısa, müasir 
zamanda o, istehsal idarəeməsinin təşkilatı metodlarını da əhatə dairəsinə qatmışdır.  
 
İnsan kapitalı - insanın gələcək  əmək gəlirlərinin çıxılmış  dəyəri. Bilik, ixtisas, səriştə, təhsil 
insan kapitalının indikatorlarıdır. 
 
İnstitutsional - anlayışı X1X əsrin axırı  və XX əsrin  əvvəllərində ABŞ-da yaranmışdır. 
İnstitutsional latın sözü olan «institut» ifadəsindən əmələ gəlmişdir və bu ad altında cəmiyyətdə 
qəbul olunmuş, həmçinin qanun formasında məhkəmləndirilmiş müəyyən adətlər, qaydalar və 
təsisatlar nəzərdə tutulur. İnstitut anlayışı olduqca genişdir, o həm dövlət, korporasiya, həmkarlar 
təşkilatı kimi, həm rəqabət, inhisar, vergi kimi, həm sabit təfəkkür tərzi kimi və həm də hüquqi 
normalar kimi şərh edilir. 
 
İnstitusionalizm - müasir mərhələdə postsosialist transformasiyasının nəzəri mənbəyi kimi də 
baxılır. O, iqtisadi təfəkkür və düşüncəni istiqamətləndirir. Burada iqtisadi qərarların qəbulunda - 
institutlar, dövlət, qanunçuluq, ictimai təşkilatlar, strukturlar, ənənə və sair iqtisadi, qeyri-iqtisadi 
xarakterli təsisatlar mühüm rol oynayaraq, iqtisadi münasibətlər  şəbəkəsində  əhəmiyyətini 
nümayiş etdirir. İqtisadi münasibətlərin subyektlərini,  şəxsi maraqlarını öyrənməyə etiraz edən 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə