E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə116/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   113   114   115   116   117   118   119   120   121

 
240
Kuveyt, Liviya, Niqeriya, Birləşmiş  Ərəb  Əmirlikləri və  Səudiyyə  Ərəbistanı daxildir. Digər 
ölkələrin assositativ üzvülüyü OPEK nizamnaməsində əksini tapmışdır. 
 
Operativ uçot - daxili üçot sistemidir. O, təsərrüfat proseslərinə nəzarət və onları operativ idarə 
etmək üçün aparılır. Muqavilə prosesi və öhdəlikləri marketinq, iş və xidmətlərin hazırlanması 
operativ uçotu səciyyələndirən cəhətlər sırasındadır. 
 
Optimallaşma - ən yaxşı seçim.  
 
Ortaq şirkət - elə şirkət və ya hər hansı hüquqi şəxsdir ki, göstərilən tərəf həmin şirkətin və ya 
hər hansı digər hüquqi şəxsin ümumi yığıncağında səslərin 50%-dən çoxunu təmin edən 
səhmlərin bilavasitə və ya dolayısı ilə sahibidir. 
 
Overdraft - cari hesabdan ayrıca ödəmələr formasında bankın bu hesab sahibinə verdiyi kreditin 
məbləğidir. Belə kreditin miqdarı, onun təminat forması, ödənişlərin müddəti və digər  şərtlər 
bank və cari hesab sahibi arasındakı razılaşmalar üzrə aparılır. 
 
Overtaym - gəminin yüklənməsi və boşaldılması ilə bağlı nəzərdə tutulmuş iş vaxtından əlavə 
vaxtlara görə işçilərə verilən haqqdır. 
 
Ödəmə balansı - hər hansı bir ölkəyə xarijdən daxil olan valyuta gəlirləri ilə elə həmin ölkənin 
müəyyən müddət vaxt keçdikdə icra etdiyi ödəmələr arasındakı qarşılıqlı münasibətdir. 
 
Ödənişqabiliyyətlilik - mühüm maliyyə iqtisadi amil kimi daha çox çəkiyə malikdir. O, 
operativlik, manevrliliyin təminatçısı kimi çıxış edərək istehsalın fasiləsizliyini, səmərəliliyi, 
uzun və  qısa müddətdə öhdəliklərin reallaşdırılmasını gerçəkləşdirir və maliyyə riski, iflas 
ehtimallığını ölçüləndirən əlavə kapitalın cəlbedilməsi imkanlarını səciyyələndirir. 
 
Ödəməmələr  - real bazar ölkələrində sürəkli borclar terminologiyada təsbit olunmur. Milli 
iqtisadiyyatda işlədilən «ödəməmələr» və «qeyri-ödənjlər» termini də Sovetlər  İttifaqının 
maliyyə sistemindən miras qalmış vaxtı ötmüş debitor və kreditor borclarını mənalandıran rus - 
«neplateci» sözünün milli tərcümə variantıdır. Lakin onun ensiklopedik interpretasiyası isə 
borclunun kreditorla hesablaşmadan, o cümlədən, akseptdən, vekseldən tədiyyəçinin imtina 
etməsi, digər anlamda ödəmə və ayırmaların daxil olmamasını ifadələndirir.  
 
Ökzülər - qiymətli kağızların və valyutaların artırılma kursunda iştirak edən birca dəllalları 
sazişlərinin icra ecilməsi anında səhmlərin artırılma kursu hesabına, yəni gəlirin kurs fərqindən 
çıxarılması  məqsədilə sazişlərin bağlanılmasında qeyd olunmuş kurs üzrə  səhmlər alırlar. Bu 
termin öküz buynuzlarının zərbəsi istiqamətinə  bənzətmə yolu ilə, yəni aşağıdan yuxarıya 
yaranmışdır. 
 
Özəlləşdirmə /privitizasiya/ - /latınca privatus -  şəzsi/ dövlət mülkiyyətini  şəxsi  əllərə 
verilməsi. Milliləşdirmə prosesinin əksi. 
 
Panel tədqiqatlar - sadə interpretasiyada tədqiqat aparmaq üçün seçilmiş insanlar qrupu. Burada 
mahiyyəti ondan ibarətdir ki, müəyyən zaman kəsiyində fasiləsiz olaraq hər bir komanda 
üzvündən fasiləsiz informasiya alınsın.  
 
Pablik rileyşnz - /rublic realations ingilis dilindən tərcümədə «ictimai əlaqələr», «ictimai 
münasibətlər», «kütlə üçün hekayət» kimi, mənaları ifadələndirir/ yaranışı və inkişafı cəmiyyət 
qanunları, ictimai ənənə  və  tələblərlə  şərtlənmişdir. ABŞ-da geniş intişar tapan demokratik 


 
241
prinsiplər və  vətəndaş  cəmiyyətinin yetginliyi pablik rileyşnzin yaranış  zərurətini diqtə 
etmişdir.Firma ilə  cəmiyyət arasında idarə edilən kommunikasiya prosesi kimi, pablik rileyşnz 
ictimaiyyətə sosial lüzumlu, təbliğat xarakterli olmayaraq özünün fəlsəfi qayəsi, kommersiya və 
digər məqsədləri informasiya edir. Burada başlıca şərtlərdən biri də ictimaiyyətlə əlaqələrdə milli 
mentalitet elementlərinə müvafiq olan əlaqələr sistemini yaratmaqdan ibarətdir.  
 
Parafirləmə - iştirakçıların nümayəndələri tərəfindən razılaşdırılmış  mətnlərin axırında, bəyən 
onun hər bir vərəqində müqavilələr, danışıqlar nəticəsində  işlənmiş razılaşmanın təsdiq edilmə 
formasıdır.  
 
Paritet - latınca bərabərlik deməkdir. 
 
Paritet İstehlak Qabiliyyəti /PİQ/ - müxtəlif ölkələrin valyutalarının, pul vahidlərinin müqabil 
nisbəti. Əsas əmtəə və malların alışı üzrə təyinat tapır. 
 
Patent - ixtiraya verilmiş və mühafizə obyektinin müəyyən müddət ərzində istifadəsində patent 
sahiblərinin qeyri-adi hüququnu təsdiq edən mühafizə sənədidir.  
 
Patent rüsumu - ixtiraların sənaye nümunələrinin, faydalı modellərin patentləşdirilməsi ilə
həmçinin patent qanunları  əsasında müəyyən edilmiş qaydada və miqdarda ticarət nişanlarının 
qeyd edilməsi ilə  əlaqədar funksiyaları yerinə yetirilməsinə görə patent idarəsindən alınan 
yığımdır. 
 
Pərakəndə satış qiymətləri - qiymətlərin əmələ gəlməsi prosesinin son mərhələsinin nəticələri 
və xalq istehlakı  məhsullarının faktiki satış qiymətləridir. Bu qiymətlərlə  məhsullar birbaşa 
istehlak sferasına daxil olur. Pərakəndəsatış qiyməti kəmiyyətcə  sənaye topdansatış qiyməti ilə 
ticarət əlavələrinin /güzəştlərinin/ məcmusundan ibarətdir. 
 
Podratçı - birlikdə bütün podratçı-öhdəlik götürmüş tərəflər deməkdir. Subpodratçı podratçı və 
ya  əməliyyat  şirkəti ilə birbaşa və ya vasitəli müqavilə üzrə, yaxud onların adından tərəflər 
arasında bağlanmış sazişlə əlaqədar mallar göndərən, işlər görən, yaxud xidmətlər göstərən hər 
hansı fiziki və ya hüquqi şəxs deməkdir. 
 
Polifuksional -  /poli- çaxlu mononun əksi/ -çox və geniş funksional mənasını ifadələndirir. 
 
Preferrensiyalar - ayrı-ayrı ölkələrin və ya bir ölkənin malları ölkəyə idxal edildikdə onların bir 
hissəsinə və ya hamısına münasibətdə dövlətlər tərəfindən təyin olunmuş xüsusi, imtiyazlı daha 
üstün gömrük rüsumlarıdır. 
 
Prinsip - latınca əsas, başlanğıc deməkdir. 
 
Prioritet – üstün, öncə deməkdir. 
 
Prifiks - müəyyən edilmiş elə bir qiymətdir ki, onu aşağı salmaq və ya yuxarı qaldırmaq olmaz. 
 
Prokurist - bəzi ölkələrdəki ticarət müəssisələrinə  vəkil edilmiş istənilən hər cür sazişləri 
bağlamaq üçün qeyri-məhdud səlahiyyəti olan şəxsdir. 
 
Prolonqasiya - müqavilənin, razılaşmaların iş müddətinin uzadılması mənasını daşıyır. 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə