E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə114/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   110   111   112   113   114   115   116   117   ...   121

 
236
Mərhələli qiymətlər - əvvəlcədən müəyyən edilmiş şkala üzrə məhsulların ardıcıl aşağı salınan 
hədləridir, qiymətləridir. 
 
Məsrəflərin  əvəzinin ödənilməsi - podratçının neft-qaz əməliyyatlarına məsrəflərinin  əvəzinin 
ödənilməsi üçün kontrakt sahəsində hasil edilmiş karbohidrogenlər payının podratçıya ayrılması 
prosesi deməkdir. Əvəzi ödənilən məsrəflər dedikdə, gələcəkdə əvəzi ödənilməsi məsrəflər, əvəzi 
ödənilmiş dedikdə isə əvəzi ödənilib qurtarmış məsrəflər nəzərdə tutulur. 
 
Mikroekonomika  - lakonik interpretasiyada  ukladların iqtisadiyyatı.  İstehsalın, xidmətin 
müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarəedilməsi deməkdir.  İqtisadiyyatın 
özəyini təşkil edən müəssisə, firmada istehsal və xidmətin daha səmərəli qurulması məqsədləri 
seçilir, az xərclərlə daha çox və keyfiyyətli məhsul buraxılışına çalışılır. Bu dairədəistehsal 
xərcləri. Mənfəət, qiymət. Əmək haqqı, tələb və təklif kimi iqtisadi amillər və kateqoriyalardan 
daha konkret şəkildə istifadə olunur və idarəetmədə daha çevik formalar seçilir. 
 
Miqrasiya  - /latınca migratio - köçmə, yerləşmə/ insanların bu və ya digər səbəblərdən bir 
yerdən başqa yerə  köçməsi prosesi.  Öz ölkəsindən getmə emiqrasiya əks proses isə immiqrasiya 
adlanır. Miqrasiya daxili və xarici növlərə malikdir. Onun səbəbləri müxtəlif ola bilər. Əksərən 
iqtisadi vəziyyətlə bağlıdır. 
 
Motivasiya - psixoloqlar motivasiyanı daxili və xarici olmaqla, iki hissəyə ayırırlar. Daxili 
motivasiya özünün imkanlarını reallaşdırmaq, bilik və bacarığını inkişaf etdirməklə  əlaqəlidir. 
Xarici motivasiya isə  kənar faktorların,  əsasən  əmək  şəraiti, sosial təminatlar, karyera, 
mükafatlandırma ilə bağlıdır. Motivasiyanı stimul və motivlər əhatə edir. Stimul adətən, maddi 
təminatla  əmək haqqında ifadə olunur. Motivə isə daxili təhriketmə gücü, istək, orientasiya və 
sair aiddir. Təcrübə göstərir ki, səmərəlilik burada hər iki faktorların müvafiq toplumunda daha 
yüksəkdir. 
 
Monoqram - müəssisənin müəyyən institutların standartlarına uyğun müvafiq icazəsi ilə məhsul 
istehsal etmək səlahiyyəti verilən imtiyaz və reytinqdir. O, istehsal məhsulunun birbaşa 
beynəlxalq bazara çıxışında əhəmiyyət kəsb edən sertifikat nümunəsidir.  
 
Monopsoniya qeyri-təkmil rəqabətdə bir alıcıya qarşı çoxlu satıcının durması  və ya başqa 
ifadədə ancaq bir istehlakçının bazarı forması. Bu zaman qiyməti alıcı qoyur.  Onun maraqlı 
cəhəti isə monopoliya ilə monopsoniyanın eyni vaxtda, eyni məkanda görünməsidir. 
Ümumiyyətlə, praktiki prizmada xalis monopoliya və xalis monopsoniya uzlaşması nadir 
hadisədir.  
 
Mühasibat uçotu - /ərəbcə mühasib saymaq mənasını ifadələndirir. Mühasib termini bir sıra 
dillərdə, o cümlədən rus dilində buxqalter kimi işlənir. Buxqalter alman dilində «kitiab saxlayan» 
mənasını verir/ müəssisənin təsərrüfat vəsaitini və  vəsaitin mənbəyini müəssisənin təsərrüfat 
fəaliyyəti və onun nəticələri, hesablaşma, kredit və maliyyə münasibətlərini özündə əks etdirir. 
Mühasibat uçotunda təsərrüfat  əməliyyatları icrasının müşahidə vasitəsi sənəddir. Mühasibat 
uçotu statistik və operativ uçotdan uçot məlumatlarının işlənməsi və istifadə edənə ötürülməsi ilə 
fərqlənir. Təsərrüfatlaşan subyektdə mühasibat uçotu təsərrüfat fəaliyyətdən başqa onun ictimai 
tərəfini öyrənən statistik uçotdan dar, təsərrüfat fəaliyyətinin yalnız ayrı-ayrı tərəflərini öyrənən 
operativ uçotdan geniş imkanlara malikdir. Müəssisənin təsərrüfat  əməliyyatlarının 
öhdəliklərinin və əmlakı haqqında məlumatlar mühasibat uçotunda əhatəli və fəsiləsiz olmalıdır. 
Belə vəziyyət statistik və operativ uçotda məcburi deyildir. 
 
 


 
237
Mövsümi qiymətlər - müəyyən vaxt /mövsüm/ müddətində  fəaliyyət göstərirlər və  həmin 
mövsüm ərzində dəyişməz qalır. 
 
Müqavilə qiymətləri - tərəflərin razılığına görə, bir qayda olaraq, dövlətlərarası  və ya 
hökumətlərarası ticarət müqavilələri  əsasında müəyyən edilir. Onlar müvafiq göndərmə  və 
ödəmə  şərtləri ilə müəyyən keyfiyyətli  əmtəəyə  həqiqi qiymət səviyyəsini  əks etdirir. Lakin, 
müqavilə qiymətləri haqqında məlumatlar kommersiya sirri olduğundan onlar haqqında məlumat 
əldə etmək çətin olur.  
 
Müəssisənin topdansatış qiyməti - məhsul istehsalçılarının istehsal etdikləri məhsulu 
istehlakçılara satdığı qiymətlərdir. Müəssisə  və  təşkilatlar öz məhsullarını reallaşdırarkən öz 
istehsal və reallaşdırma xərclərini ödəməli, həmçinin bazarda fəaliyyət göstərməyə imkan verən 
mənfəət  əldə etməlidirlər. Odur ki, müəssisənin topdansatış qiymətinin kəmiyyəti xərclərin 
həcmindən /maya dəyərindən/, mənfəətdən, qiymətə  əlavələrdən /güzəştlərdən/ və  əlavə  dəyər 
vergisindən ibarətdir.  
 
Müflisləşmə - borclunun borc öhdəçiliyini yerinə yetirə bilməməsinin məhkəmə yolu ilə 
müəyyənləşdirilməsidir. Müflisləşmənin rəsmi şəkildə elan olunduğu gündən borclu öz əmlakını 
müstəqil şəkildə idarə etmək və sərəncam vermək hüququndan məhrum olur. 
 
Müstəqil tarif - başqa dövlətlərlə müqavilə bağlamadan hər hansı dövlətin birtərəfli tərtib etdiyi 
gömrük rüsumu. 
 
Nağdsız hesablaşma - kredit müəssisələrində hesaba köçürmələr və qarşılıqlı tələblərin hesabı 
deməkdir. 
 
Neft - türk mənşəli isim kimi dünyanın bir çox məmləkətlərində neft, Avropa arealında isə 
müasir məqamda petroleum adlanan korbohidrogen tərkibli, təbii aqreqat halı maye strukturlu 
olan üzvi maddənin tarixi qədim və zəngindir. Neft işıltı mənasını verən qədim fars mənşəli söz 
nafta kimi də interpretasiya olunur. Əsasən qonur-qara, sarı-yaşıl çalarlı, müxtəlif konsistenli, 
uçucu və qaz quruluşlu maddələri özündə cəm edən, çox zaman texniki interpretasiyada dağ yağı 
və ya dağ  qətranı da adlanaraq şərhi verilən neftin qəbul olunmuş  nəzəriyyəyə görə maqmatik 
proseslər nəticəsində yüksək temperatur və təzyiqin təsirilə çökmə süxurlarında səpələnən üzvi 
maddələrin qalıqlarından  əmələ  gəlməsi ehtimal olunur. Lakin neftin mənşəyi haqqında 
mübahisələr doğuran müxtəlif hipotetik yanaşmalar mövcuddur. Çağdaş zamanda tellurik qeyri-
üzvi, kosmik, bitki qalıqlarından yaranış üzvi, heyvan qalıqlarından yaranış üzvi qəbul edilən 
dörd istiqamət  əsas götürülür. Vulkanik hərəkətlər nəticəsində, yüksək temperatur şəraitində 
buxar və karbon qazının, kömür anhidridi və  qələvi metalların qovuşması ideyasına köklənən 
tellurik qeyri-üzvi hipoteza Q.Devi, D.Mendeleyev, P.Bertelo tərəfindən irəli sürülərək inkişaf 
etdirilmişdir. Kosmoqonik  hipotezaya /İ.Kant, P. Laplas/ görə isə neftin yaranışı yer qabığının 
dərinliklərində toplanan ağır metalların yüksək təzyiq altında su çatlarını keçərək formalaşması 
və karbohidrogen tərkibli maddələrin qaz halından mayeyə  keçidi  kimi    təzahürlərlə bağlıdır. 
A.Lekerye, C.Dobrenin və başqalarının bitki qalıqlarından yaranış üzvi nəzəriyyəsinə görə torfun 
qonur kömürə, onun daş kömür və antrasitə keçidi, növbəti mərhələdə karbohidrogen ayrılmaları 
ilə neftin əmələ  gəlməsini  şərtləndirir. Heyvan qalıqlarından yaranış üzvi hipoteza isə 
A.Enqelerin təcrübələrindən sonra daha da möhkəmlənmişdir. 
 
 
 
 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə