E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə111/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   107   108   109   110   111   112   113   114   ...   121

 
230
Konvensiya rüsumları - dövlətlər arasında müqavilə  və ya sazişlər üzrə müəyyən olunan 
kömrük rüsumları  mənasını dayışır. Konvensiya rüsumlarının stavkaları müəyyən bir qayda 
olaraq, dövlət tərəfindən birtərəfli qaydada müəyyən edilmiş adi kömrük tarifi stavkalarından 
aşağı olur.  
 
Köçürmə veksel - bir  şəxsin /kreditorun/ digərinə müəyyən məbləğin üçüncü şəxsə verilməsi 
haqqında yazılı əmrini özündə əks etdirir. Köçürmə vekseli verən şəxs - trassant, ödənişi həyata 
keçirməli olan şəxs - trassat, pulu almaq hüququ verilən  şəxs isə remitent adlanır. Köçürmə 
vekselin obyekti əmtəə kapitalıdır. 
 
Kotirovka - fond bircalarında qiymətli kağızların kursunun müəyyən olunması, mal bircalarında 
mallara qiymət qoyulması və onların birca bülletenlərində dərj olunmasıdır. 
 
Kovernot - broker tərəfindən sığortaya verilən arayışdır ki, burada riskə gedən sığorta idarələrini 
göstərməklə, onların sığorta müqavilələrinin bağlanması  təsdiq olunur. Kovernotun verilməsi 
brokeri sığortacıya sığorta cəmiyyətinin polisini təqdim etməkdən azad etmir. 
 
Kredit - /latınca creditum -  o, inanır, o borc  verir/   faiz ödəmək  şərtilə pul və ya əmtəə 
formasında verilən borcdur. Kreditin hərəkəti zamanı kreditorla borc alan arasında müəyyən 
iqtisadi münasibətlər baş verir. Kreditin iki növünü: qısamüddətli   uzunmüddətli növlərini 
fərqləndirirlər. Kreditin dövlət, kommersiya, veksel, istehlak, ipoteka, kommunal, kənd 
təsərrüfatı və beynəlxalq formaları vardır. Müasir dünyada kredit borc kapitalının hərəkətinin bir 
forması və biznesin inkişaf stimuludur. Bazar iqtisadiyyatında bütün təsərrüfat fəaliyyəti kredit 
sistemi üzərində qurulur.  
 
Krekinq - İngilis mənşəli krekinq sözü tərcümədə /cracking/ ayrılma mənasını ifadə edir. Termik 
və  katalik olaraq krekinq prosesi iki tiplidir. Termik krekinq 550 dərəcə  və 4-6 atmosfer 
təzyiqlərdən aparılır. Katalik krekinqdə isə katalizatorlardan istifadə olunur və proses 500 dərəcə 
istilik altında həyata keçirilir. Emalın hansı tip üzrə aparılmasının səmərəliliyini mütəxəssislər 
müəyyən edirlər. Emal prosesində neft 300-360 dərəcə  qızdırdıqda qaynayır,  ən aşağı qatda 
mazut,  ən yüksəkdə benzin buxarı, növbəti pillədə qazoyl, 170-230 dərəcədə isə kerosin və 
liqroin yığılır.  İlk emalda neftdən 5%-ə  qədər, emal keçdikdən sonra mazutdan yüksək təzyiq 
altında 50 atmosferdə, 450-500 dərəcə temperaturda benzin alınır. 
 
Kros-kurs - bir valyuta kursunun bir valyuta kursunun digər valyuta kursuna olan nisbəti 
əsasında müəyyən edilən iki valyuta kursları arasındakı əlaqə deməkdir. 
 
Kupon - kağızın kəsilmiş talonudur. 
 
Kupyur - kağız pullarda, banknotlarda, istiqraz vərəqələrində  və digər qiymətli kağızlarda 
göstərilən nominal dəyərdir. 
 
Kurs - aksiyalar, istiqraz vərəqələri və başqa qiymətli kağızların alış və satış qiymətləridir. 
 
Kvazi pullar - Beynəlxalq valyuta fondunun metodologiyasına görə kommersiya banklarında 
olan müddətli və zəmanətli əmanətlərdə nağdsız formada pul vəsaitləri mənasında işlədilir. 
 
Qaz anbarları - İlk yeraltı qaz anbarları ABŞ-da intişar tapmışdır. Artıq XX əsrin 70-ci illərində 
ABŞ-da belə anbarların sayı 200-ü və orada saxlanılan qaz həcmi 125 milyard m
3
-i aşmışdır. 
SSRİ-də ilk yeraltı qaz anbarı 1958-ci ildə Kuybışev  şəhərində tükənmiş qaz yatağında 
düzəldilmişdir. Respublikamızda isə artıq bir neçə onillikdir ki, təbii qazın müvafiq üsulla 


 
231
saxlanılması Bakı şəhəri yaxınlığında təşkil edilmiş Qaradağ və Qalmaz iri yeraltı qaz anbarları 
vasitəsi ilə  həyata keçirilir. Bu anbarların  ümumi aktiv həcmi 3 milyard kub metridir. 
Ümumiyyətlə, yeraltı qaz anbarlarından iri qaz yataqlarının mövcud olduğu yerlərdə istifadə 
edilir. Bu zaman həmin yataqların hermetivliyi ciddi nəzərə alınmalıdır. Əks halda yerdə vurulan 
qaz kənara çıxdıqda böyük itgilərə  səbəb ola bilər. Nəzəri-elmi  əsaslandırma və  sınanmış 
praktikaya görə meqapolislərdə, ümumiyyətlə, energetik ehtiyacları  təbii qaz istehlakına 
standartlaşdırılmış şəhərlərdə bu yanacaq növünə olan tələbin 10% miqdarında anbar ehtiyatının 
olması zəruridir.  
 
Qazholder - qazı toplamaq, saxlamaq və qaz kəmərlərinə, yaxud qaz emalı qurğularına vermək 
üçün stasionar polad quruluş. Qaza tələbat azaldıqda artıq qaz qazholderə  yığılır və  tələbat 
artıqda işlədilir. Lakin miqyas artıqca qazholderlərin imkanları məhdudlaşır. Daha böyük həcmli 
qazların saxlanması üçün yeraltı qaz anbarlarından istifadə edilir. 
 
Qazıma - neft-qaz və kondensatın hasilatı üçün yer qabığının süxurlarının qazıma aləti ilə 
dağıtmaqla quyu. Lağım və şaxta lüləsinin qazılması prosesi.  
 
Qazıma qurğusu  - qazma prosesini tam miqyaslı aparmaq üçün xüsusi avadanlıqlarla təhciz 
olunmuş qurğu.  Müasir dəniz qazma qurğularının nomenklatur təsnifatı genişdir. Buraya daha 
mütərəqqi və intişar tapmış standartlı  FPS  - üzən istismar sistemi, FPSS  - yarım daldırılmış 
istismar sistemi, TLP - dartılan dayaqlı platforma. FPSO  - neft hasilatı, saxlama və 
məhsuldarlığı yüksəltmə  qurğusu və digərləri də daxildir. 
 
Qazkondensat – təbii qaz birləşmələrinə malik maye karbohidrogen. 
 
Qazoyl  - neftin emalı zamanı sürtgü yağları ilə kerosin arasında aralıq komponent. Dizel 
yanacağının alınmasında istifadə edilir. 
 
Qeyri-bazar sektoru – bazar sferasına istinad olunan qeyri-səmərəli təşkilatlar, zərərlə 
işləyənlər mənfi yönümlü əlavə dəyər yaradanları əhatə edir. 
 
Qeyri-maddi aktivlər - uzun müddətli istifadə üçün nəzərdə tutulmuş  hər bir material-əşya 
mahiyyətinə malik olmayan, lakin dəyər qiyməti olan gəlir gətirən hüquqi vəsaitlərdir. Bunlara 
aşağıdakılar aiddir: elmi nailiyyət,  ədəbiyyət, incəsənət üzrə müəlliflik və  şəriklilik hüququ, 
elektron-hesablayıcı kompyter proqramları, patent ixtira, seleksiya nailiyyətləri, faydalı 
modelləşdirmə hüququ, ticarət-xidmət nişanları, lisenziyalar, «nou-xau» torpaq sahələrindən, 
təbii ehtiyatlardan istifadə hüquqları, təşkilatı xərclər, firmanın qiyməti və sair. 
 
 
Qiymət - əmtəənin dəyərinin pulla ifadəsidir.  Əmtəənin dəyərini pulla ifadə etmək üçün nağd 
pulun olması heç də  zəruri deyildir, yəni dəyərin pulla ifadə edilməsi ideal xarakter daşıyır. 
Əmtəənin dəyərinin pulla ifadə olunması  nəinki keyfiyyət, eyni zamanda kəmiyyət 
müəyyənliyinə  də malikdir. Mövcud əmtəələrin miqdarı müəyyən miqdarda qızıl kəmiyyətinə 
bərabər olmalıdır. Əmtəələrin və qızılın kəmiyyət ölçüsü pulun texniki funksiyası olan qiymətlər 
miqyası ilə  əlaqədardır. Dəyərin azalması ilə, bir qayda olaraq, malın qiyməti də azalır, onun 
artması ilə isə artır. 
 
Qiymətin növləri - olduqca müxtəlifdir və belə bir hal onların təsnifləşdirilməsini zəruri edir. 
Adətən, qiymətlər xidmət etdiyi iqtisadi dövriyyənin xarakterinə, franko növlərinə, fəaliyyət 
müddətinə,  ərazi  əlamətlərinə, təsbit olunması qaydalarına görə  təsnifləşdirilir. Xidmət etdiyi 
iqtisadi dövriyyənin xarakterinə görə qiymətlər sənaye məhsullarına olan topdansatış qiymətləri, 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə