E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə112/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   108   109   110   111   112   113   114   115   ...   121

 
232
tikinti məhsullarının qiymətləri, yük və  sərnişin nəqliyyatı tarifləri, pərakəndəsatış qiymətləri, 
kənd təsərrüfatı  məhsullarının satınalınma qiymətləri və  əhaliyə pullu xidmətə olan tariflərə 
bölünür. Franko növlərinə görə qiymətlər franko-anbar, franko-vaqon və digər bu kimi formada 
fəaliyyət göstərirlər. Fəaliyyət müddətinə görə qiymətlərin sabit, cari, sürüşkən, mövsümi, 
mərhələli növləri fərqləndirilir. Müəyyən edilməsi qaydasına görə  təsbit edilən, müqavilə, 
tənzimlənən və sərbəst qiymətlər fərqləndirilir.  
 
Qızıl kəsim  – «ilahi proporsiya». Parçanın bütün uzunluğunun onun böyük hissəsinə olan 
nisbəti, onun da böyük hissəsinin kiçiyinə nisbətinə  bərabərdir. 0,618 və ya təxminən  5\8. 
Appollon Belvoderskiyin heykəli Parfeon və ümumiyyətlə  əksər kitabların perepletu qızıl 
kəsimdədir. 
 
Qloballaşma - /latınca  globus - kürrə/ dünya təsərrüfatının, əmtəə və xidmətlərin, kapital və işçi 
qüvvəsinin, biliyin təcəssümündə vahid bazara çevrilməsi. Mahiyyətcə beynəlmilləşmənin 
yüksək fazası kimi o, həm də müəyyən mənada dünyada yoxsulluğun artmasına zəmin yaradır və 
bu əsnada yerlərdə çoxlu protestlərlə müşayiət olunur. Qloballaşdırma həm də  daha çox kriminal 
sindikatlara gəlir gətirir. Son illərdə dünyanın  əksər regionlarında, xüsusən Avroatlantik 
məkanda, hətta bir çox üçüncü ölkələrdə belə qloballaşma obrazlı deyimində xalq tərəfindən 
daşqalaq edilir. Qloballaşma və ya franız kökdə mondializm «ənənəviçiliklə» əks qütbdə dayanır. 
Mondinalizmin məqsədini yalnız qlobal ideoloji məkfurədə, irqi, milli dini təsnifat olmadan və 
sonda hətta cinsi bölgüyə  də etiraz edən prinsiplər təşkil edir. Əlbətdə burada etiraz  ediləcək 
çılğın məqamlar yetərlidir. 
 
Qlobalistika - qloballaşmanı tədqiq edən elm sahəsi. 
 
Qudvil - firmanın işgüzar reputasiyası və ya onun bazar qiyməti ilə balans dəyərinin fərqi.  
 
Quyunun əsaslı təmiri – tikilmiş quyunun təmizlənməsi və bərpası üçün təkrar girişli təmir. 
 
Quyunun karotacı  - qazma zamanı quyu haqqında tam informasiyanın alınması prosesi. Belə 
informasiya qazması keçilmiş quyu və süxur haqqında mükəmməl geoloji məlumat verir. 
 
Laq - vaxt etibarı ilə bir hadisənin onunla bağlı digər hadisəyə nisbətən geridə qalmasını, yaxud 
onu ötüb keçməsini əks etdirən göstəricidir. 
 
Leveric - geniş iqtisadi ampulada çıxış edən leveric anlayışı əsasən təsbit olunmuş və olunmamış 
gəlirlərdə, qiymətli kağızlara kapital qoyuluşuna, əmtəə ehtiyatlarının kapital məbləğinə, xüsusi 
kapitalın borc kapitalına nisbəti kimi çoxməzmunlu mahiyyət daşıyır. Leveric həm də təşkilatın 
investisiya siyasətinin səmərəliliyinin, maliyyə  və istehsal riskinin dərəcəsini qiymətləndirən 
iqtisadi metoddur. Praktiki prizmada levericə istehsal-maliyyə  fəaliyyətinin nəticələrinin nisbi 
dəyişməsinə təsir edən iqtisadi alət kimi də yanaşılır. Çoxnövlü olmasına baxmayaraq, əsasən üç 
istehsal, maliyyə  maliyyə-istehsal formasında çıxış edir.  
 
Ləğvetmə  işləri fondu - ARDNŞ ilə podratçı arasında razılaşma  əsasında yaradılır. Bu fonda 
qoyulmuş bütün pul vəsaitinin  əvəzi  əməliyyat məsrəfləri üzrə ödənilir. Ləğvetmə  işləri 
fondunun həcmi bütün əsaslı məsrəflərin 10%-dən artıq ola bilməz. 
 
Loqistika - material təminatının bütün sferasını: qablaşdırma, hazır məhsul, istehlakçıya 
çatdırma və sair əhatə edən nəqliyyat, təchizat, ehtiyatlara nəzarət informasiyaların işlənməsi 
sahəsində planlaşdırılmanın tərkib hissəsini olan təlimdir. Loqistik xərclər, loqistik zəncir, 
loqistik əməliyyat, informasiya axını, loqistikanın əsas tədqiqat obyektlərindəndir. 


 
233
Liberal, Liberalizasiya  - /latınca libiral liberalis  – azad, libiralizm liberalis  müstəqil/ latın 
mənşəli liberal isminin paronimləri liberalizasiya və liberalizm bir başa tərcümədə azad mənasını 
ifadə edir. Lakin bu istilahlar iqtisadi sferada ayrı-ayrı anlayışlarda təcəssüm olunur. 
Liberalizasiya azad ticarətdə meyl artımını, liberalizm isə bazar iqtisadiyyatının bazisi olmaqla 
bu prosesləri öyrənən iqtisadi nəzəriyyəni tərənnüm edir. İqtisadi müstəvidə liberalizasiya bazar 
iqtisadiyyatının alternativ ifadə variantında da işlənilir. Liberalizm isə sərt dövlət tənzimlənməsi 
siyasəti «komanda iqtisadiyyatı» terminin antonimi kimi də çıxış edir. İqtisadi liberalizm XVIII 
əsrdə Adam Smit təlimindən başlanğıc alır. XX əsrin 30-cu illərində Böyük depressiyadan sonra 
isə onun yeni formatlı axını, neoliberalizm meydana gəlmişdir. Bu isə o deməkdir ki, biznes 
sferasında böhrandan çıxmağın oyun qaydalarını dövlət müəyyən edir. Müasir zamanda 
liberalizm anlayışı əhəmiyyətli dərəcədə təbəllüdatlara uğramışdır. Lakin onun şəxsi mülkiyyət, 
azad sahibkarlıq və azad rəqabət kimi əsas prinsipləri dəyişməz olaraq qalır.  
 
LİBOR - London banklararası depozitlər bazarında dollar təklifləri dərəcələrinin orta ədədi 
qiyməti kimi hesablanan faiz dərəcəsi deməkdir. Bu dərəcə  hər gün Londonun «Faynenşl 
Tayms» qəzetində dərj edir. 
 
LİFO - /last-in-first-out/ vaxta görə sonuncu alınmış istehsal ehtiyatlarının maya dəyərinə daxil 
edilməsi metodu.  
 
Likvidlik - mövcud borcların vaxtında ödənilməsi, balans aktivlərinin pul öhdəliklərinə 
çevrilməsi bacarığı ilə ölçülür və  qısa müddətli borcların, onun dövriyyə aktivləri ilə ödəniş 
ölçüsünü əks etdirir. Təşkilatın real vəziyyəti ümumi göstəricilər üzrə illik yekunlar - mühasibat 
balansı əsasında təhlildə qiymətini alır. 
 
Lizinq - /latınca  laxare - azad etmək/ dedikdə, istehlakçının sifarişi  əsasında  əmlakı satın 
almaqla onu istehlakçıya vermək məqsədilə həyata keçirilən xidmət növü nəzərdə tutulur. Lizinq 
müqaviləsinin obyekti kimi istehsal vasitələri - istehsal təyinatlı binalar, maşınlar, dəzgahlar, 
nəqliyyat vasitələri və digər əmlak ola bilər. Lizinq müqaviləsinin subyektləri öz əmlakını lizinq 
müəssisələrinə satan hüquqi və fiziki şəxslər,  əmlakı satın almaqla onu icarəyə verən lizinq 
müəssisələri, əmlakı icarəyə götürən hüquqi və fiziki şəxslərdən ibarətdir. Lizinq iştirakçısı kimi 
üç tərəf - satıcı, lizinq müəssisəsi və icarəçi çıxış edirlər. 
 
Lisenziya - /latınca ixtiyar, icazə deməkdir/ ayrı-ayrı şəxslərin və təşkilatların patentlə mühafizə 
olunan ixtiralardan, texniki biliklərdən, təcrübədən, istehsal sirrindən, ticarət markasından 
istifadə etmələrinə verilən icazədir.  
 
Maastrix meyarları /maastrix sazişləri/ - Avropa Birliyinə daxil olmaq istəyən dövlətlər üçün 
yerinə yetirilməsi zəruri olan iqtisadi şərtlər kompleksini ifadə edir. Şərtlər kompleksinə  aşağı 
inflyasiyaya nailolma, dövlət maliyyəsinin normallaşdırılması, dayanaqlı valyuta kursları  və 
müvafiq kiçik faizlər  şamildir. Bu tələblər AB sazişinin təsbit olunmuş  tələblərində  və onun 
protokollarında əksini tapmışdır. 
 
Makler - fond, mal və valyuta bircalarında sazişlərin bağlanmasında vasitəçi deməkdir. 
 
Makroekonomika – lakonik interpretasiyada  milli iqtisadiyyat. Hər bir ölkənin və regionun 
iqtisadiyyatının bütövlükdə öyrənilməsi, araşdırılması və təhlili. Makraiqtisadiyyat səviyyəsində 
cəmiyyətin, ölkənin, milli iqtisadiyyatın,  ən başlıca iqtisadi normaları dayanır. Burada ictimai 
məhsulun məcmuu, milli gəlirin kəmiyyəti, onların artımı  və bölgüsü, sosial tələbatların 
ödənilmək səviyyəsi kimi problemlər öyrənilir. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə