E. M. Hacızadə Z. S. Abdullayev


Neft-qaz  əməliyyatları -



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə115/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   111   112   113   114   115   116   117   118   ...   121

 
238
Neft-qaz  əməliyyatları - karbohidrogenlərin kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi, 
çıxarılması, hasilatı, sabitləşdirilməsi, hazırlanması, oyadılması, təzyiq göstərilməsi, toplanması, 
saxlanılması, yüklənib göndərilməsi, çatdırılma məntəqəsinədək nəql edilməsi və kontrakt 
sahəsində hasil edilmiş karbohidrogenlərin marketinqi və kontrakt sahəsində  ləğetmə  işləri ilə 
bağlı bütün əməliyyatlar deməkdir. 
 
Neftliqazlı əyalət - neftliqazlı sahələrin birliyi. 
 
Neft quyusu - neft-qaz və kondensatın hasilatı üçün qazılan spesifik quyu. Dünyada ən dərin 
quyu 1985-ci ildə 12261metr olmaqla Rusiyada Kola yarımadasında qazılmışdır.  İlk dəniz 
quyusu isə 1896-cı ildə ABŞ-da Kaliforniyada qazılmışdır. O, 250 metr sahildən kənarda 
qazılmışdır. İlk platformada qazılan quyu isə 1932-ci ildə Abşeronda qazılmışdır.  
 
Neft-qaz əməliyyatları məsrəfləri - əməliyyat məsrəfləri və əsaslı məsrəflər deməkdir; neft-qaz 
əməliyyatları məqsədləri üçün podratçının faktik çəkdiyi bütün məsrəfləri əhatə edir.  
 
Neft kimyası – neft və neft məhsullarının öyrənən kimya sahəsi. 
 
Neft yataqları - formalaşmış təsnifata görə neft-qaz rayonları, zona, sahə və hövzələrə (bir neçə 
min km
2
-dən 1 milyon
 
km
2
-ə) bölünür. 
 
Neftin marker növləri – Neft yüngül /0,65-0,87/ q/sm/, orta /0,871-0,910/ və ağır /0,910-1.05 
q/sm/ kimi qruplaşdırılır. İstilik qabiliyyəti 43,7-46,2 mc/kq/10 400-11 000 kkal/kq. Tərkibindəki 
kükürdün miqdarına görə neft azkükürdlü /0,5%-ə qədər/ kükürdlü /0,5-2%/ və yüksək kükürdlü 
/2%-dən çox/. Tarixə nəzər yetridikdə görərik ki, haçansa bazarda neftin qiymətinin ABŞ-ın çox 
məşhur neft oliqarxı «Standartoyl» müəyyənləşdirirdi. Sonradan ABŞ-da bu işi Texas dəmiryolu 
komitəsi, digər ölkələrdə isə neft inhisarçıları müəyyən etdilər. Bir qədər sonra isə 
qiymətqoymada hakimiyyət OPEK-in alinə keçdi. İndi isə belə  təyinat hər gün ani olaraq 
vurğulandığı kimi, aparıcı neft birjalarının ticarət zalında, açıq bazarda treyderlərlə alıcıların 
birbaşa qarşılıqlı təmasında, Yer kürəsinin müxtəlif ərazilərindən kompyuter akranlarına gətirilən 
üsul və vasitələrlə  həll edilir. IPE Avropa üçün brent, Asiyada SİMEX Sinqapur-Dubay, 
Amerikada isə NYMEX Nyu-York-Qərbi Texas qarşılıqlı marker növünün satışını reallaşdırır. 
Bununla belə, bu əsas neft markerləri ilə yanaşı digər  əhaliddə növlər də mövcuddur. Layt 
markasından olan bizim vətən nefti isə dünya bazarlarına «Yurols» adlı Rusiya neft qarışığı 
toplumunda xüsusi «Azərilayt» adı ilə çıxarılır. İrili-xırdalı olmasına baxmayaraq, fərqli növlər 
qlobal bazarda neftin qiymətləndirilməsində  iştirak etmirlər. Səudiyyə  Ərəbistanının bənzərsiz 
neft nəhəngi «Qafar» yatağından dünya neftinin 75-nin hasil edilməsinə baxmayaraq, «yüngül 
ərəb nefti» kimi adlanan bu növün qiymətyaratmada marker nümünəsi titulu yoxdur. Ümumi 
götürüldükdə dünya bazarənda brent markalı neft dominant üstünlüklərə malikdir. 
 
Neft quyularının təsnifatı - 1.Dayaq - strukturun geoloji quruluşunun təyinatı üçün qazılır. 
2.Axtarış quyuları - münasib neft yataqlarının  ətrafında qazılır. 3.Kəşfiyyat - aşkarlanmış 
yataqlarının sərhədləri müəyyənləşdirmək üçün qazılır. 4.İstismar quyuları. 5.İnceksiya 
 
Neft tankeri - neft daşıyan xüsusi gəmi. Dünyada ilk neft tankeri 1878-ci ildə «Zaroastr adlı 
tanker Xəzərdə hərəkət etmişdir. İlk okean tankeri isə 3 min ton tutumlu Almaniyanın Qlyukauf 
gəmisi olmuşdur. Əsl tanker bumu XX əsrin ortalarında başlamışdır. Fransızlar tutumu 550 min 
ton olan fransız gəmisi inşaa etmişlər, sonralar isə yapanlar 565 min ton olan tanker düzəltmişlər.  
 
 
 


 
239
Neftin hasilat metodları  –  əsasən 3 tipik forması 1-ci, 2-ci və 3-cü metodları vardır. Birinci 
yalnız təbii yolla hasilat. İkinici lay təzyiqini sünü yollarla artırmaqla hasilat. Üçüncu xüsusi 
reagentlər və texnologiyalar vasitəsi ilə hasilat.  
 
Neftliqazlı rayon - eyni şarit və düzümdə olan yataqlar birləşməsi. 
 
Neftliqazlı sahə - neftliqazlı rayonların birliyi. 
 
Neoliberalizm - iqtisad elmində istiqamət - iqtisadiyyatın özünün tənzimlənməsi və artıq 
nizamlanmasını  rədd edən prinsip əsasında qurulur. Milton Fridmen, Fridrix Fon Xayik və 
Almaniyanın müharibədən sonrakı baş naziri Lüdviq Erxartın kimi tanınmış neoliberalların 
nəzəri postulatları reyqanomika və tetçerizm adlanan kursların formalaşmasında istifadə 
edilmişdir. 
 
Nəqletmə  kəməri - neft neft məhsulları  və  təbii qazın nəql etmə sistemi. İlk neft nəqletmə 
kəməri 1865-ci ildə «Standartoyl» Şirkətinin ABŞ-ın dəmiryol maqnalılarının asılılığından 
qurtarmaq üçün salınmışdır. 1897-1907-ci ildə Bakı  və Batumi arasında salınmış neft kəməri 
zamanın ilk və  nəhəng gəmilərdən sayılırdı. Hazırda dünyada ən nəhəng neft nəql kəməri 
uzunluğu 5300 kilometr olan 1964-81-ci ildə salınmış dostluq neft kəməridir. 
 
«Nobel qardaşları yoldaşlığı» şirkətini – İsveçli biznesmenlər Lüdviq, Robert və Alfred Nobel 
qardaşlarının 1879-cu ildə, Bakıda yaratdıqları dünyada ilk şaquli inteqrasiya olunan kompaniya. 
Dünyada ilk neft tankeri, dəmiryolu sisternləri, metal neft saxlama rezervuarları nobel qardaşları 
tərəfindən düşünülmüş və ixtira olunmuşdur. 
 
Nou-Xau - beynəlxalq sazişlərin obyekti olan texniki biliklərin müxtəlifliyini səciyyələndirən 
ifadədir. Geniş  mənada «nou-xau» - texniki biliklərin, istehsalatın xüsusi bacarıq və sirlərinin 
məcmusudur və patent müdafiəsi ilə təmin edilməmiş ixtiraların həyata keçirilməsidir. 
 
Offoşor - /ingiliSCə of/off - ordan, schore - sahil, tam mənada sahildən kənar/ termin II Cahan 
savaşından sonra Qərbi Avropa ölkələrinə ABŞ-ın «Marşal» planı üzrə yadımı  nəticəsində 
yaranmışdır. Bu plana görə ABŞ-la aktiv əməkdaşlıq edən ölkələrə yardım edilmiş, istehsal 
etdikləri mallar dollar hesabı ilə alınmış  və onların büdcə  təsisatları subsidiyalar, istiqrazlar 
vasitəsi ilə müdafiə olunmuşdur. Müasir zamanda offoşor terminindən kontinetal şelfdə neft-qaz 
hasilatını reallaşdıran kompaniyalar daha çox istifadə edirlər.  İqtisadçılar isə geniş  mənadə 
offoşor terminindən azad iqtisadi və maliyyə zonaları kontektsində istifadə edirlər.   
 
Oliqopsnoiya - Pay bölgüsü genişliyi bazar qiymətlərinin dəyişməsində  əks olunan bir neçə 
alıcının iştirak etdiyi sahəvi bazar tipi. 
 
Onkol saziş - malın tədarük edilməsi sazişi şərtlərinə görə alıcıya ixtiyar verilir ki, onun  seçib 
götürdüyü mala, alıcının malı seçdiyi gün, bu mala təcili bircanın müəyyən etdiyi qiymətə 
müvafiq olaraq özü qiymət təyin etsin. 
 
Opsion - dəniz daşımalarının yüklənməsi və ya boşaldılması şərtləridir.  
 
OPEK - neft ixracatçısı ölkələri təşkilatı. Dövlətlərarası iqtisadi-siyasi təşkilat kimi 1960-cı ildə 
Bağdatda təsis olunmuşdur. Təşkilatın nizamnaməsi 5 il keçdikdən sonra Karakasda qəbul 
edilmişdir. OPEK-in məqsədi təşkilat üzvi ölkələrin neft siyasətinin unifikasiyası. Səmərəli 
istehsal və ticarətin təşkili, dünya neft qiymətlərinin tənzimlənməsi, ekoloji missiya və sair  təşkil 
edir. Hazırda OPEK-ə 12 dövlət:  Əlcəzair, Venesuella, Qabon, İndoneziya,  İraq,  İran, Qatar, 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə