E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə113/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   109   110   111   112   113   114   115   116   ...   121

 
234
Maliyyə - /fransızca financia əldə olan vəsait, kəlir/ pul vəsaitləri fondlarının bölgüsü, yenidən 
bölgüsü və istifadəsi ilə  əlaqədar yaranan münasibətlər sistemidir. Bu münasibətlər dövlətlə 
hüquqi və fiziki şəxslər, hüquqi şəxslər, həmçinin dövlətlər arasında baş verə bilər.  
 
Maliyyə dayanaqlığı - səmərəli ödəniş sisteminin yaradılması, kreditorlar. büdcə ilə 
hesablaşmalarının optimal sxem üzrə aparılması əsas konturagentlərlə operativ qarşılıqlı təmas, 
iqtisadi alətlərindən rasional istifadə maliyyə möhkəmliyini gücləndirən şərtdir. 
 
Maliyyə  məsrəfləri - LİBOR məbləğinin dördə biri hissəsinin üstəgəl illik 4%-in hər təqvim 
kvartalının axırında əsaslı məsrəflərin və əməliyyat məsrəflərinin ödənilməmiş saldosu ilə hasili 
deməkdir.  
 
Maliyyə planı - məqsədi maliyyə resurslarının mümkün həcminin təyinatı, maliyyə göstəriciləri 
üzrə ehtiyat və kapitalın proqnozlaşdırılmasıdır. Maliyyə planlaşdırılmasının mühüm cəhəti 
təsərrüfatlaşan obyektin gəlir və  xərclər mərkəzini təyin edən strategiya ilə bağlıdır.  Gəlir 
mərkəzi təsərrüfatlaşan subyektə maksimal mənfəət gətirən bölməni əhatə edir. Xərc mərkəzi isə 
az rentabelli qeyri-kommersiya xarakterli, lakin təsərrüfat-ticarət prosesində mühüm rol oynayan 
bölmədir. Bir çox Qərb firmaları maliyyə planlaşdırılmasında «iyirminin-səksənə» qaydasına 
üstünlük verirlər. Burada 20% kapital xərci, 80% mənfəət verməlidir. Qalan 80% kapital isə 20% 
mənfəətə bərabərdir. Bu prinsip köhnə istismar sahələrində maliyyə və mənfəət  planlaşmasında 
rəhbər tutulması, müvafiq mədən komplekslərində eksperiment layihələrin tətbiqində sınanması 
da məqbul hesab edilməlidir. Qəbul olunmuş praktikaya görə maliyyə planlaşdırılması, adətən 
beşillik müddətə müəyyən edilir. Bununla yanaşı perspektiv, cari və operativ planlaşdırma da 
həyata keçirilir. 
 
Maliyyə resursları  təşkilatın cari və geniş  təkrar istehsal xərclərini və habelə maliyyə 
öhdəlikləri, iqtisadi stimullaşdırmanı nəzərdə tutan sərəncamda olan pul vəsaitləridir. 
 
Maliyyə uçotu - maliyyə-mühasibat hesabatlarının tərtibi üçün lazımı  məlumatların alınması 
uçotu. Bu üçot məlumatları həm daxili və həm xarici informasiya istifadəçiləri üçün də gərəkli 
hesab olunur. Maliyyə uçotunda təsərrüfat  əməliyyatları yalnız pul ifadəsində mühasibat uçotu 
hesablarında baş verən tarixə yazılır. Bu uçotun mühüm prinsiplərindən biri maliyyə 
hesabatlarının təqdim edilməsinin daimliyi və dövrülüyüdür. 
 
Maye və  sıxılmış qaz -  Maye qaz əsasən propan-butan qazlarının mayeləşməsindən alınır. 
Propan və butan, o cümlədən, onların qatışıqları bir neçə atmosfer təzyiqində çox asanlıqla maye 
halına keçirirlər. Qazlardakı bu xüsusiyyət qaz sənayesinin ayrıca bir sahəsinin yaranmasına 
səbəb olmuşdur. Propan-butan qarışığı adi otaq temperaturunda 3-5 atmosfer təzyiqində maye 
halındadır. Daha dəqiq isə propan üçün 25 selsi hərarət və 10 atmosfer təzyiq, butan üçün isə 
eyni hərarətdə 2 atmosfer təzyiq lazımdır ki, onlar  maye halına keçsinlər. Butan-propan 
qarışığının istilikvermə qabiliyyəti metan qazından üç dəfə yüksəkdir. Propan və butan qazalin 
və neftayırma zavodlarında istehsaldan keçərək alınır. Belə  sıxılmış qaz maye qaz adlanır və 
xüsusi hermetik balonlara yığılaraq istehlak olunur. Bundan başqa təbii metan qazını  sıxmaqla 
maye halına gətirmək mümkündür. Bunun üçün onun soyudulmasına ehtiyac vardır. Soyutma 
proseslərə ammiyak və etilen kimi reagentlərdən istifadə olunur. Təbii metan qazının 
sıxılmasında  drossellənmə metodundan istifadə olunur. Drosellənmə qazın maye seli kanalının 
daralmış hissəsindən keçərkən təzyiqin azalması effektidir. Əsasən bu metoddan qazların mayeyə 
çevrilməsində istifadə olunur. Maye qaz ətraf mühitin hərarətindən asılı olaraq ya buxarlanır, ya 
da maye halına keçir və qaz halına keçdikdə 230-270 dəfə öz həcmini artırır. Bu propan-butan 
qaz qarışığının 1 m
3
-in orta istiliktörətmə qabiliyyəti 25 min kilokalori təşkil edir. Maye qazdan 
səmərəli istifadə etmək üçün qazın temperaturu mənfi 20-250 selsiyə qədər aşağı salınır və onun 


 
235
tərkibinə  tələb olunan  qədər hava vurmaqla hava-qaz qarışığından ibarət təbii qazı  əvəz edən 
yanacaq qazı alınır. Alınan qazın istiliktörətmə qabiliyyətinə görə  fərqlənmir və bu hava-qaz 
qarışığını istənilən mümkün ərazində xüsusi qurğularda istehsal edərək mövcud qaz şəbəkələrinə 
vermək mümkündür. 
 
Marketinq - /latınca  mercare - ticarət, alış veriş etmək/ menejmentin yaradıcılıq funksiyası 
olmaqla firma xaricində yaranan meyllərin, onun istehsal tələblərinə  təsir edən amillərin 
məcmusudur.  Bir sənət kimi, marketinq istehlakçıya yüksək tələbli  əmtəə  və xidmətlərin 
təklifini verməklə, qiymətin düzgün təyin olunmasını, satış kanalını seçmək və reklamı  təşkil 
etməni gerçəkləşdirir. Obrazlı deylimdə əgər bazar alıcı və satıcının görüş yeridirsə, marketinqin 
fəaliyyəti onların görüşünə kömək etməkdən ibarətdir. Konkret bazarın problem və 
perspektivlərini, tələblərini  kompleks öyrənmək, müəssisənin imkanları  çərçivəsində  əmtəə 
assortimentini planlaşdırmaq, bazar tələbi ilə müəssisə imkanlarının üst-üstə düşməsi ilə  tələbi 
formalaşdırmaq, satış  tədbirlərini və  əməliyyatlarını  təmin etmək, planlaşdırmaq marketinqin 
əsas funksiyalarını ehtiva edir. 
 
Marca - malların qiməti, qiymətli kağızların kursu və sair göstəricilər arasındakı  fərqi qeyd 
etmək üçün ticarət, birca sığortası və bank təcrübəsində işlədilən termindir. Ticarət təcrübəsində 
marca dedikdə, adətən, malların alınma qiyməti ilə satılma qiyməti arasındakı  fərqi nəzərdə 
tutulur. 
 
Medio - latın sözü olub, birca sazişlərinin ayın ortasına yerinə yetirilmə müddətidir. 
 
Memorandium – xarici ticarət təcrübəsində yaddaş qeydiyyatıdır. 
 
Menecer - /mürəkkəb ingilis sözü istehsal və insanları idarəetmə fənləri ifadə edir/  idarəetmə 
mənasını daşıyır. Top menecer isə baş menecer.deməkdir. 
 
Meqaekonomika /interekonomika/- dünya təsərrüfatı. 
 
Mezoekonomika - makroiqtisadiyyatın yarımsistemləri olub, bir-biri ilə üzvi bağlı sahələr 
kompleksidir. Məsələn, aqrar-sənaye kompleksi, aqrar-biznes, hərbi-sənaye kompleksi və sair. 
Bunların maddi əsasını əmək bölgüsü və kooperativləşmə təşkil edir. 
 
Meta - sazişin  şərtlərinə müvafiq olaraq, onun iştirakçılarının gəlirləri və ziyanları  tən yarı 
bölünməsi mənasını daşıyır. 
 
Mənfəət  - müəssisənin  ən mühüm sərvəti,  əlavə  və ehtiyat enerji qaynağı kimi bazar 
münasibətləri  şəraitində iqtisadi səmərəni, maliyyə resurslarının, müxtəlif təyinatlı fondların 
fundamental  əsasını  təşkil edir. Gəlirlərdən xərclər çıxıldıqda mənfəət yaranır. Bazar 
iqtisadiyyatı şəraitində mənfəətin əldə edilməsi istehsalın bilavasitə məqsəd və məramında ifadə 
olunaraq onun sonrakı davamlı  fəaliyyətinin qarantı, rəqabət və riski mülayimləşdirən faktor 
kimi çıxış edir. Fəaliyyət nəticəliyindən asılı olaraq mənfəət əsas və ondan kənar reallaşmadan 
əldə edilən və sair daxilolmalar, cərimələr, müamilələr, valyuta məzənnəsi kimi, kateqoriyalara 
bölünür. Bununla belə, mənfəətin  əldə edilməsi başlıca  şərt olsa da, onun təminat perspektivi 
həmişə müsbət nəticəli olmur. Maya dəyəri ölçüləri daxilolmaları üstələdikdə, maliyyə nəticəliyi 
mənfəətin əksinə olaraq zərərlə bitir. Məhz buna görə də, planlaşdırma pozitiv istiqamətlə yanaşı 
neqativ amilləri də nəzərə almalıdır. 
 
Mənfəət karbohidrogenləri - əməliyyat məsrəflərinin  əvəzi ödənilməsi üçün lazım olan xam 
neftin və sərbəst təbii qazın miqdarıdır. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə