E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə117/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   113   114   115   116   117   118   119   120   121

 
242
Protekrat - iqtisadi, siyasi asılılıq formasıdır, yəni hər hansı bir ölkə öz müstəqilliyini 
saxlamaqla daha böyük dövlətdən asılı olur. 
 
Proteksionazm - xarici malın birbaşa və vasitəli məhdudlaşdırılmasının müxtəlif formalarından 
istifadə edilməklə milli iqtisadiyyatın sahələrini xarici rəqabətlərdən mühafizə  məqsədi ilə 
aparılan siyasətdir. 
 
Prodakşin  şerrinq - neftqazçıxarmada xarici kapitalın cəlbində geniş yayılmış xüsusi forma 
hasilatın pay bölgüsü haqqında sazişdir. Belə əməkdaşlıq bir çox ölkələrdə, xüsusən də Rusiyada 
tətbiq edilir. Bu ölkədə «Prodakşin-şerrinq», hasilatın pay bölgüsü üzrə əməkdaşlıq müvafiq adla 
ifadə olunan 1995-ci ildən fəaliyyət göstərən xüsusi qanunla tənzimlənir. Mövcud praktikaya 
əsasən belə fəaliyyət aşağıdakı nəzəri sxem üzrə təsbit olunur. Neft hasil edən müəssisə dövlətlə 
sazişə girərək bir çox ödənişlər və vergilər müqabilində hasil edilən məhsulun pay bölgüsü 
imkanını qazanır və yalnız mənfəətdən vergi ödəyir. Hər bir saziş yerli şəraiti nəzərə almaqla 
fərdi xüsusiyyətli tərtib olunur. İnvestorun payına düşmüş hasil edilən neft həm daxili, həm də 
xarici bazarda reallaşa bilər. Mübahisələr iqtisad məhkəmələrində həllini tapır. 
 
Proteksionizm - /latınca protectio - himayəçilik, müdafiə/ iqtisadi himayəçilik. Milli biznesin 
xarici bazarlarda genişlənməsi şəraitinin yaradılması.  
 
Pul - istehsal olunan əmtəələrin dəyərinin və xidmətlərin /işlərin/ ifadə olunması formasıdır. Pul 
vasitəsilə əmtəələr və xidmətlər dəyişdirilir. Tarixən əmtəə tədavülündə ümumi ekvivalent kimi 
pul rolunu duz, dəri, fil sümüyü və sair oynamışdır. Daha sonralar gümüş, qızıl və kağız pullar 
meydana gəlmişdir. 
 
Rabat - iri dəstələrdə /partiyalarda/ alınan malları  təqdim etdikdə malın qiymətindən aşağı 
enmək mənasında işlədilir. 
 
Radikal iqtisadi keçid - Şərqi Avropa ölkələrində neoliberal əsaslara söykənən intensiv
xüsusən də Polşada klassik formada «şok terapiyası», Çin və Macarıstanda təkamüllü evalyusiya 
«qradualizm», MDB məkanında da, o cümlədən, Azərbaycanda da /1992-1993-cü illərdə/ «şok 
terapiyası» yönümdə bazara tez radikal keçid tendensiyası yaşanmışdır.  
 
Rielter - daşınmaz əmlak satan.  
 
Reytinq - sinfə, dərəcəyə aid olan qiymətdir. 
 
Refinansə - yeni qiymətli kağızların buraxlışı ilə köhnə borcların bağlanışının invesitiya sxemi. 
 
Reklam - malların satış bazarlarında alıcılara təsir vasitəsidir. 
 
Reklamasiya - tədarük edilən məhsulun və ya görülən işin lazımsız keyfiyyətinə və ya növünə 
dair şikayət ərizəsidir. 
 
Rekvizit - saziş və ya sənədin tərkibində formal elementlərin yekunu. Bu elementlər olmadıqda 
onların hüquqi qüvvəsi itir. 
 
Rekvirent - notariusa vekseli protest etmək tələbi ilə müraciət edən veksel sahibidir. 
 
Remiz - birca dəllalları  və qiymətli kağız alıcıları arasında vasitəçi olmaq istəyən  şəxsə birca 
dəllalları tərəfindən verilən komissiyon mükafatıdır. 


 
243
Remiza - köçürmə vekseli yolu ilə pulların ödənilməsidir. 
 
Remissiya -  hesab üzrə ödəmələrdə edilən güzəştlərdir. 
 
Remitent - xeyrinə ilk köçürmə vekseli /tratta/ yazılan şəxsdir.  
 
Renovasiya  - təzələmə, yenidən başlama deməkdir. 
 
Renta - iqtisadi kateqoriya kimi, yaranışının feodal cəmiyyətində təşəkkül tapdığı qəbul edilən 
rentanın sosial iqtisadi təbiətini, kəndlinin izafi məhsulveriminin torpaq mülkiyyətçisinin 
mənimsəməsi forması təşkil edir. İqtisadi məzmun daşımaqla təbii ehtiyatlarla bağlı əldə edilən 
gəlirdə ifadə olunan renta, iqtisadçı təfəkküründə məhdud ehtiyatlar kontekstində torpaqdan və 
digər təbii resurslardan istifadə haqqının qiymətini xarakterizə edir. Məhz torpağın, təbii 
resursların unikal təklifliliyi şərti, onların təsbit olunmuş miqdarı renta tədiyyələrini əmək haqqı, 
mənfəət və faizlərdən ayıran xüsusiyyətdir. Torpaq təbiətin ödənişsiz sərvəti kimi istehsal 
xərcləri ilə ilk baxışda heç bir funksional əlaqəsi olmasa da, onun münbitliyinin doğurduğu renta 
ödənişləri fərdi istehsalçı üçün xərclər yaradar. İjtimaiyyət üçün konkret olaraq xərc hesab 
edilməyən renta məhsul artıqlığı  təsəvvürünü canlandırsa da istifadənin alternativ variantları 
müqabilində o, məhz ödənişlərin xərcləri kimi çıxış edir. Renta mükafat olmaqla xərclərin dəyəri 
ilə bazar qiymətləri arasında fərq kimi, böyük səylərin, ustalığın nəticəsi deyil, sadəcə səxavətli 
irsiyyətdən qaynaq alır.  
 
Rentinq - qısamüddətli avadanlığı almağa icarədarın ixtiyarı olmadan maşın və avadanlıqların 
icarəyə verilməsi mənasında işlədilir. 
 
Represamiya - bir dövlət tərəfindən başqasının qeyri-qanuni hərəkətlərinə cavab olaraq tətbiq 
edilən məcburi sanksiyalardır. 
 
Report - müəyyən müddətdən sonra almaq öhdəçiliyilə yeni, daha yüksək kursla qiymətli 
kağızların satılması üzrə təcili birca sazişidir. 
 
Repyutinq - istehsalçının kompleks hərəkətlər və ya işgüzar reputasiya mexanizminin yaratmağı 
repyutinq adlanır. Repyutinq stil, imij, işgüzar reputasiya və qudvil /reputasiyanın qiyməti/ kimi 
komponentləri  əks etdirir. Məqsədini müştərini anlamaq, onun arzu və  tələblərini öyrənmək 
məramları  təşkil edən repyutinqə, həm də «menejment-marketinq-repyutinq» formalı bazar 
mexanizminin zəncirini yaradan tərkib hissə kimi də  təyin vermək olar. Təşkilatın 
reputasiyasının qiyməti çox yüksək ola bilər. Belə ki, «Koko- Kola» kompaniyasının ticarət 
nişanı 3 milyard, «Kemel» firmasını 2,5 milyard, Kristal zavodunun «Staliçnaya» arağını isə 100 
milyon dollar qiymətləndirir. Elə sahibkarlar vardır ki, onların faksimilinin qiyməti milyon 
dollarlar məbləğində  dəyərləndirilir və  bəzən bu məbləq məxsusi material aktivlərini belə bir 
neçə dəfə üstələyir. 
 
Restruktizasiya -  iqtisadi səmərəni və bazar rəqabətinin yüksəldilməsi istiqamətində geniş 
dairəli tədbirlər sistemi. Restruktizasiyanın çoxşaxəli metodları daha çox təşkilati və maliyyə 
elementlərini cəm edən qruplar üzrə ümumiləşir. 
 
Retorsiya - hüquqlarının toxunulmasına cavab olaraq, bir dövlətin digər dövlətə  və ya onun 
vətəndaşına məhdudlaşdırıcı tələblərin tətbiq edilməsidir. 
 
Retorno - sığortaçı ona verilən hüquqa əsasən bağladığı sığortadan imtina etdikdə, sığorta edən 
idarə tərəfindən tutulan sığorta mükafatının hissəsidir. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə